27/02/2026
Nə qədər diş fırçalasaz da, o qoxu getmir? Səbəbkar boğazınızda gizlənə bilər! 😷🔍 (Sola çevirin ⬅️)
Mətn:
Ağız qoxusu (Halitoz) bir çox insanın sosial həyatını, özgüvənini və hətta şəxsi münasibətlərini zədələyən ciddi bir problemdir. Xəstələrimiz adətən aylarla stomatoloq və qastroenteroloq (mədə həkimi) gəzdikdən sonra bizə müraciət edirlər.
Əksər hallarda isə əsl günahkar: Badamcıq Daşlarıdır (Tonzillolitlər).
🧐 Badamcıq daşı nədir və niyə yaranır? (Baxın: Şəkil 2 ➡️)
Badamcıqlarımızın (qlandaların) üzərində kiçik dəliklər və ciblər (kriptalar) var. Xroniki boğaz iltihabı (Xroniki Tonzillit) olan şəxslərdə bu ciblər genişlənir. Yemək qalıqları, bakteriyalar və ölü hüceyrələr bu ciblərdə toplanaraq sərt, sarımtıl-ağ rəngli, p*s qoxulu "daşlara" çevrilir.
⚠️ Evdə edilən ən böyük səhv:
Bir çox insan güzgü qarşısında qulaq çöpü, diş çöpü və ya barmağı ilə bu daşları sıxıb çıxarmağa çalışır. Bunu qətiyyən etməyin! Bu, toxumanı zədələyir, qanamaya səbəb olur və infeksiyanın qana qarışma (sepsis) riskini artırır. Üstəlik, daşlar yenidən, daha böyük formada yaranır.
✅ Necə qurtulmaq olar?
Problemin dərəcəsindən asılı olaraq LOR Hospitalda peşəkar yanaşma tətbiq edirik:
1️⃣ Konservativ müalicə: Altta yatan səbəblərin aradan qaldırıması
2️⃣ Cərrahi həll: Əgər daşlar həyat keyfiyyətini davamlı pozursa və tez-tez angina (boğaz gəlməsi) yaşayırsınızsa, badamcıqların tamamilə alınması (Tonzillektomiya) sizi bu problemdən ömürlük xilas edir.
Ağız qoxusu qədəriniz deyil. Rahat nəfəs və özgüvən üçün peşəkarlara müraciət edin!
👩⚕️ Uzman Dr. Aysel Həsənova
🏥 Məkan: LOR Hospital Bakı
📞 Qəbul üçün: +994 10 304 05 10