Goranboy Rayon Mərkəzi Xəstəxanası

  • Home
  • Goranboy Rayon Mərkəzi Xəstəxanası

Goranboy Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilibAprelin 14-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) pu...
14/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Vitamin B12 orqanizmimiz üçün həyati əhəmiyyət daşıyan vitaminlərdən biridir. Xüsusilə qan yaranması, sinir sistemi və b...
14/04/2026

Vitamin B12 orqanizmimiz üçün həyati əhəmiyyət daşıyan vitaminlərdən biridir. Xüsusilə qan yaranması, sinir sistemi və beyin funksiyalarının düzgün işləməsi üçün vacibdir.

🔍 B12 vitamininin faydaları:
• Enerji səviyyəsini artırır
• Yaddaşı və diqqəti gücləndirir
• Qan azlığının (anemiya) qarşısını alır
• Sinir sistemini qoruyur
• Saç, dəri və dırnaq sağlamlığını dəstəkləyir

⚠️ B12 çatışmazlığının əlamətləri:
• Yorğunluq və halsızlıq
• Başgicəllənmə
• Əllərdə və ayaqlarda keyimə
• Unutqanlıq və diqqət dağınıqlığı
• Solğun dəri

🥩 Hansı qidalarda var?
• Qırmızı ət və qaraciyər
• Balıq və dəniz məhsulları
• Yumurta
• Süd və süd məhsulları

🌿 Qeyd: Vegeterian və ya vegan qidalanan şəxslərdə B12 çatışmazlığı daha çox rast gəlinə bilər.

💊 Nə etməli?
Əgər özünüzdə bu əlamətləri hiss edirsinizsə, həkimə müraciət edərək analiz etdirməyiniz və lazım gələrsə, əlavə B12 qəbul etməyiniz tövsiyə olunur.

Sağlamlığınızı qoruyun – kiçik bir vitamin böyük fərq yaradır! 💙

Milli Pediatriya Dərnəyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Pediatriy...
13/04/2026

Milli Pediatriya Dərnəyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Pediatriya Mərkəzinin dəstəyi ilə 8-10 Aprel tarixlərində “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib.

Milli Pediatriya dərnəyinin sədri Anar Qurbanov qonaqlari salamlayaraq bildirib ki, Milli Pediatriya Dərnəyinin təşkil etdiyi bu konfransin əsas məqsədi uşaqların sağlamlığı naminə yeni yanaşmaların müzakirəsi, elmi yeniliklərin paylaşılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Ölkəmizin müxtəlif bölgələrindən və qardaş Türkiyədən gəlmiş pediatrlar, səhiyyə mütəxəssisləri və elmi ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konqresdə müxtəlif mövzular üzrə elmi məruzələr dinlənilib, panel müzakirələr keçirilib və pediatriyanın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Goranboy Rayon Mərkəzi Xəstəxanasından Ginekologiya və doğum şöbəsinin həkim-neanotoloqu Xəyalə Almuradova iştirak edib.

‎Açıklama ekleyin... Baharın gəlişi əksəriyyət üçün yenilənmə, enerji və pozitivlik deməkdir. Amma bu hər kəs üçün belə ...
10/04/2026

‎Açıklama ekleyin... Baharın gəlişi əksəriyyət üçün yenilənmə, enerji və pozitivlik deməkdir. Amma bu hər kəs üçün belə deyil. Bəzi insanlar üçün yaz ayları daxili narahatlıq, səbəbsiz kədər və yorğunluq hissi ilə müşayiət olunur. Bu vəziyyət yaz depressiyası kimi tanınır.
🌿 Əlamətləri nələrdir?
– Enerji çatışmazlığı və halsızlıq
– Əhvalın tez-tez dəyişməsi
– Narahatlıq və gərginlik hissi
– Yuxu problemləri
– Heç nəyə həvəsin olmaması
🌼 Niyə baş verir?
Mövsüm dəyişikliyi zamanı hormon balansı dəyişir, gün işığının artması bəzən beyindəki kimyəvi proseslərə təsir edərək emosional dalğalanmalara səbəb olur.
💛 Özünüzə necə kömək edə bilərsiniz?
– Gün ərzində açıq havada daha çox vaxt keçirin
– Yüngül idman və hərəkətə üstünlük verin
– Yuxu rejiminizi qoruyun
– Duyğularınızı içində saxlamayın, paylaşın
– Lazım olduqda mütəxəssis dəstəyindən çəkinməyin
Unutmayın, bahar hər kəs üçün eyni hissləri gətirmir. Özünüzə qarşı anlayışlı olun və daxili səsinizi dinləyin 🌸

09/04/2026

Hamiləlikdə düzgün çəki artımı nə qədər olmalıdır?

Hamiləlik dövründə çəki artımı ana və körpənin sağlam inkişafı üçün vacibdir. Lakin bu artım hər kəsdə eyni olmur və qadının hamiləlikdən əvvəlki bədən kütlə indeksinə uyğun şəkildə dəyişə bilər. Mütəxəssislər bildirir ki, hamiləlik müddətində çəkinin nəzarətli və mərhələli şəkildə artması həm ana, həm də körpə üçün daha sağlam hesab olunur.

Ümumiyyətlə normal çəki ilə hamiləliyə başlayan qadınlarda ümumi çəki artımı təxminən 10–15 kq arası ola bilər. Bu artımın böyük hissəsi hamiləliyin ikinci və üçüncü trimestrlərində baş verir. Çəkinin həddindən artıq artması hamiləlik diabeti və yüksək təzyiq kimi riskləri artıra bilər, az artması isə körpənin inkişafına təsir göstərə bilər.

Bu səbəbdən hamiləlik dövründə:

• Balanslı və müxtəlif qidalanmaya diqqət etmək;
• Kifayət qədər su qəbul etmək;
• Həkim məsləhətinə uyğun fiziki aktiv olmaq;
• Çəki artımını mütəmadi olaraq izləmək və həkimlə məsləhətləşmək vacib hesab olunur.

08/04/2026

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

🔗 https://president.az/az/articles/view/72061

08/04/2026

Güzgüdəki dəyər: Bədən imici uşaqlara necə təsir edir?

Məktəb yaşı uşağın özünü tanıdığı, kimliyini formalaşdırdığı ən həssas dövrlərdən biridir. Bu dövrdə uşaqlar həmyaşıdları ilə özlərini müqayisə etməyə başlayır, sosial mediada gördükləri obrazlarla “oynayır” və beləliklə onlarda zaman-zaman bədənləri haqqında yeni fikirlər formalaşır.

Bədən imici – insanın öz xarici görünüşünü necə qəbul etməsidir. Əgər uşaq öz görünüşünü daim tənqid edir, başqaları ilə müqayisə edir və özünü “kifayət qədər yaxşı deyil” kimi hiss edirsə, bu, özünə inamın azalmasına səbəb ola bilər.

Aşağı özünə inam məktəb həyatına da təsir edir:

• Dərsdə aktivliyin azalması;
• Sosial mühitdən uzaqlaşma;
• Həddindən artıq utanma və ya aqressiv davranış;
• Qidalanma vərdişlərində dəyişiklik.

Xüsusilə yeniyetməlik dövründə bədəndə baş verən təbii dəyişikliklər şagirdlərdə narahatlıq yarada bilər. Bu mərhələdə valideyn və müəllim dəstəyi çox önəmlidir. Uşağa onun dəyərinin yalnız görünüşlə ölçülmədiyini anlatmaq, bacarıqlarını və fərdi xüsusiyyətlərini vurğulamaq özünə inamın formalaşmasına kömək edir.

Gəlin uşaqlara güzgüdə qüsuru deyil, dəyəri görməyi öyrədək.

08/04/2026
Goranboy Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Sağlamlıq Günü ilə bağlı tədbir keçirilib.Tədbirdə xəstəxananın baş həki...
07/04/2026

Goranboy Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Sağlamlıq Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə xəstəxananın baş həkimi Arzu Teymurov, inzibati məsələlər üzrə müavin Samir Qurbanov və poliklinika şöbəsinin müdiri Afina Həsənova çıxış edərək sağlam həyat tərzinin önəmi, profilaktik tədbirlər və xəstələrimizin rifahının artırılması yolları haqqında dəyərli məlumatlar veriblər.

Tədbir iştirakçılar üçün həm maarifləndirici, həm də motivasiyaedici olub. Sağlamlığın hər yaşda qorunmasının vacibliyi vurğulanıb və gündəlik həyatımızda kiçik amma faydalı addımların əhəmiyyəti iştirakçılara çatdırılıb.

07/04/2026

İnsulin rezistentliyi nədir?

İnsulin rezistentliyi hüceyrələrin insulin hormonuna qarşı həssaslığının azalması ilə xarakterizə olunur. Bu zaman qlükoza hüceyrələrə lazımi şəkildə daxil ola bilmir və qanda şəkərin səviyyəsi yüksəlir. Orqanizm daha çox insulin ifraz etməyə məcbur qalır və uzun müddətdə bu vəziyyət maddələr mübadiləsinin pozulmasına, prediabet və 2-ci tip diabet riskinin artmasına səbəb ola bilər.

Əsas simptomlar:

• Qarın tipli piylənmə;
• Oturaq həyat tərzi;
• Qeyri-sağlam və şəkərlə zəngin qidalanma;
• Xroniki stres və yuxu pozuntuları;
• Yeməkdən sonra yuxululuq və halsızlıq;
• Tez-tez acma hissi və şirin qidalara meyl.

İnsulin rezistentliyi erkən mərhələdə aşkar edildikdə həyat tərzi dəyişiklikləri ilə nəzarət altına alına bilər. Sağlam və balanslı qidalanma, müntəzəm fiziki aktivlik, çəkinin nəzarətdə saxlanılması və mütəmadi tibbi müayinələr gələcəkdə ciddi metabolik fəsadların qarşısını almaqda mühüm rol oynayır.

Sağlamlıq təsadüf deyil, düzgün seçimlərin nəticəsidir.
07/04/2026

Sağlamlıq təsadüf deyil, düzgün seçimlərin nəticəsidir.

06/04/2026

Fiziki aktivlik yalnız bədəni formada saxlamaq deyil, eyni zamanda ürəyinizi gücləndirir, tənəffüs sistemini yaxşılaşdırır, sümükləri möhkəmləndirir və gündəlik enerjinizi artırır. Aktiv həyat tərzi stressi azaldır, əhval-ruhiyyəni yüksəldir və depressiya riskini minimuma endirir.

Sağlam qalmaq üçün böyük addımlar atmağa ehtiyac yoxdur. Həftədə ən azı 3 dəfə, gündə minimum 60 dəqiqə orta intensivlikdə hərəkət – yürüş, velosiped sürmək və ya idmanla məşğul olmaq artıq sağlam gələcəyə atılan böyük addımdır.

Hərəkət – sağlam və enerjili həyatın ən güclü təməlidir.

Address

H. Əliyev Prospekti 116

22

Alerts

Be the first to know and let us send you an email when Goranboy Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Goranboy Rayon Mərkəzi Xəstəxanası:

  • Want your practice to be the top-listed Clinic?

Share