07/04/2026
Kənd tibb məntəqələrinin fəaliyyəti ilə bağlı Tibbi Şura iclası keçirilib.
İclasda direktor müavini, baş həkim Vüsalə Qələndərova, Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri Firuz Zeniyev, kənd tibb məntəqələrinin müdirləri və tibb işçiləri iştirak ediblər.
İclas zamanı baş həkim Vüsalə Qələndərova çıxışında tibbi xidmətin vacibliyini vurğulayaraq, sənədləşmə işinin düzgün aparılması, peyvəndləmə və dispanser qeydiyyatın gücləndirilməsi, əhali ilə ünsiyyət, ilkin yardımın təşkili, vətəndaş məmnuniyyəti və mövsümi hazırlıq üzrə tövsiyələrini verib.
Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri Firuz Zeyniyev, kənd tibb məntəqələrində mövcud vəziyyətin təhlilini apararaq, aşkarlanan çatışmazlıqların vaxtında aradan qaldırılmasının vacibliyini qeyd etmiş, resursların səmərəli istifadəsi, işçilərin fəaliyyətinin optimallaşdırılması, peyvənd və profilaktik tədbirlərin tam həyata keçirilməsi, həmçinin patronaj xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində konkret göstərişlər vermişdir. O, eyni zamanda kənd həkim tibb məntəqələrində təhlükəsizlik və ehtiyat tədbirlərinin gücləndirilməsi, işçilərin nizam-intizamı və davamiyyətinə ciddi riayət olunması ilə bağlı göstəriş verib.
İclasın yekununda iştirakçıların sualları cavablandırılmış və mövzular üzrə əlavə tövsiyələr verilib.