Kürdəmir Rayon Mərkəzi Xəstəxanası

Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Tibb müssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın hər evə, hər ailəyə sevinc və xoşbəxtlik bəxş etməsini arzu ...
20/03/2024

Ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın hər evə, hər ailəyə sevinc və xoşbəxtlik bəxş etməsini arzu edirik!

Bu gün torpağın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir.Bu çərşənbəyə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çə...
19/03/2024

Bu gün torpağın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir.

Bu çərşənbəyə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” də deyilir. Digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

Bu bayram hər kəsə ruzi-bərəkət gətirsin. Bayramınız mübarək olsun.

Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaqNovruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Re...
19/03/2024

Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Belə ki, Bakı şəhərində 130 təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.

Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcəkdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib. 5 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə təsaduf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart tarixləri qeyri-iş günləridir. 6 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 24 mart həftələrarası istirahət gününə təsadüf etdiyindən 25 mart tarixi qeyri-iş günü olacaqdır.

TƏBİB və Koreya Respublikasının “Kyung Hee” Universitetinin nümayəndə heyətləri arasında görüş keçirilibTƏBİB-in İcraçı ...
19/03/2024

TƏBİB və Koreya Respublikasının “Kyung Hee” Universitetinin nümayəndə heyətləri arasında görüş keçirilib

TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Koreya Respublikasının “Kyun Hee” Universitetinin nümayəndə heyəti arasında tanışlıq görüşü baş tutub. Görüş zamanı digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də iki ölkə arasında ilbəil genişlənən əməkdaşlığın mövcud vəziyyəti və inkişafı ətrafında danışıqlar aparılıb.

Azərbaycanda mövcud səhiyyə sistemi, TƏBİB-in fəaliyyət istiqamətləri və icbari tibbi sığortanın tətbiqi haqqında qonaqlara geniş məlumat verilib. Həmçinin, tibb işçilərinin kadr potensialının artırılması və təcrübə mübadiləsi məqsədilə gələcəkdə birgə təlimlərin təşkili, TƏBİB tabeliyindəki tibb müəssisələrinin həkimlərinin Koreya Respublikasında təcrübə keçməsi məsələləri müzakirə olunub.

Universitetin nümayəndə heyəti isə öz növbəsində son illər Koreya Respublikasında tibb sahəsində əldə olunmuş nailiyyət və innovativ yeniliklər haqqında məlumat verib.

Səhiyyə sistemi və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi ilə yerində tanış olmaq məqsədilə görüşdən sonra Universitetin nümayəndə heyətinin Yeni Klinikaya ziyarəti təşkil edilib.

Qohum nikahları genetik xəstəliklərə səbəb olurYaxın qohumdan uzaq ol ❗️Qohum nikahları qan qohumluğu olan şəxslərə aidd...
19/03/2024

Qohum nikahları genetik xəstəliklərə səbəb olur

Yaxın qohumdan uzaq ol ❗️

Qohum nikahları qan qohumluğu olan şəxslərə aiddir. Tibbi nöqteyi-nəzərdən qohum nikahları uşaqların genetik xəstəliklərlə doğulması riskini artırır, qadınların fiziki və bioloji sağlamlığına ciddi təhdid yaradır.

Qohum nikahları zamanı talassemiya, hemofiliya, psixi xəstəliklər, karlıq, qlaukoma, dayaq-hərəki sistemin qüsurları, inkişafdan qalan hamiləlik, ürək qüsurları olan uşaqların doğulması və nəticədə uşaq ölümləri, bir yaşa qədər körpələrin qəfil ölümü və s. kimi xəstəliklər meydana çıxır.

4 nömrəli Qadın Məsləhətxanasının həkim mama-ginekoloqu Xanım Məhərrəmovanın sözlərinə görə, qan qohumluğu evliliklərində daha çox rast gəlinən xəstəliklər bölgə və regionlara görə dəyişir:

“Qohum evlilikləri nəticəsində irsi və genetik xəstəliklərin yaranma riski çox böyükdür. Şəkərli diabet, arterial hipertenziya, şiş xəstəlikləri, həmçinin onkoloji xəstəliklərə meyllilik irsi xəstəliklər sayılır və daha çox yayılan növlərdir. Hemofiliya, alkoqolizm kimi xəstəliklər ana geni ilə, şizofreniya, mərkəzi sinir sistemi xəstəlikləri isə ata geni ilə körpəyə ötürülür”.

Həkim mama-ginekoloqun fikrincə, qan qohumluğu olan nikahlar nəticəsində şizofreniya, ürək qüsurları, əqli zəiflik, albinizm, fiziki qüsurlu körpələrin dünyaya gəlməsi müşahidə olunur:

“Əgər ata və ana eyni xəstə qanın daşıyıcısıdırsa, genetika qanununa əsasən, fəsadların və xəstəliklərin yaranma riski daha da yüksəkdir. Bu zaman talassemiya, hemofiliya, psixi xəstəliklər, karlıq, qlaukoma, dayaq-hərəkət sisteminin qüsurları yaranır. Bəzən olur ki, ailələr eyni nəsildən qohum evliliyi həyata keçirirlər. Nəticədə, daha çox qan qohumları ilə ailə quran qadınların orqanizmində ciddi problemlər əmələ gəlir. Bununla yanaşı, körpənin xəstə doğulma ehtimalı da yüksək olur”.

❗️ Diqqət: Sağlam gələcək naminə irsi və genetik xəstəliklər barədə məlumatlı olmağı tövsiyə edirik!

Dünyaya gələcək körpənizin və ailənizin sağlamlığı üçün qohum nikahlarından uzaq olun!

Bizə sağlamlıq bəxş edən, şərəfli və məsuliyyətli bir missiyanı öz üzərinə götürən həkimlərimizi daha yaxından tanımağa ...
15/03/2024

Bizə sağlamlıq bəxş edən, şərəfli və məsuliyyətli bir missiyanı öz üzərinə götürən həkimlərimizi daha yaxından tanımağa və tanıtmağa davam edirik.

Bu dəfə Mərkəzi Neftçilər Xəstəxanasının uzman həkim-cərrahı Zümrüd Əliyeva ilə həmsöhbət olduq.

-Zümrüd xanım, bəzən xarici ölkələrdə təhsil alan həkimlərimiz geri dönmürlər. Təhsil aldıqları ölkədə qalmağa üstünlük verirlər. Sizi geri döndürən səbəb nə oldu?

-Əvvəlki illərə nisbətən müəyyən qədər də olsa, xaricdə təhsil almış həkimlərin ölkəyə qayıdışı artıb, lakin kifayət qədər deyil. Mənim ən birinci qayıtma səbəbim Qarabağın alınması, Qarabağ uğrunda gedən döyüşlərdə verdiyimiz şəhidlərdir. Onların bir çoxu mənim həmyaşıdlarımdır. Bu torpaq üçün canından keçən şəhidlərimiz varkən, mən ölkə xaricində sadəcə öz rahatlığım, rifahım üçün qala bilməzdim. Bu ölkədə bizim ən yaxınlarımız, əzizlərimiz var. Qayıtmaq üçün səbəbimiz çoxdur. Azərbaycan səhiyyəsində yenidənqurma işləri gedir, o həkimlərə ehtiyacımız var. Bu torpaqda doğulmuşuqsa, bütün çətinliklərə baxmayaraq, Vətənə olan borcumuzu yerinə yetirməliyik. Xüsusilə də bölgələrdə ixtisaslı həkim çatışmazlığı var, bölgələrdəki insanlarımız şəhər mərkəzlərinə üz tutmaq məcburiyyətində qalırlar. Mən həm də onu qeyd etmək istəyərdim ki, bölgələrdə işləmək istəyən ölkə xaricində təhsil almış həkimlərimiz TƏBİB-in rəhbərliyi ilə yaradılan proqramdan yararlanaraq işləyə bilərlər, eyni zamanda çatışmazlıqların tamamlanmasında, yenidənqurma işlərində birbaşa səbəbkar ola bilərlər.

Müsahibənin davamı və digər maraqlı məlumatları oxumaq üçün TƏBİB-in fevral ayı üzrə bülletenini oxuya bilərsiniz.

🔗https://tinyurl.com/mvav9fn3

Reproduktiv sağlamlığın qorunması və mühafizəsi sağlam ailələr, ailə münasibətləri formalaşdırır.Reproduktiv sağlamlıq n...
15/03/2024

Reproduktiv sağlamlığın qorunması və mühafizəsi sağlam ailələr, ailə münasibətləri formalaşdırır.

Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir.

📌Reproduktiv sağlamlığın aktual məsələləri bunlardır:

▪️ Cinsi yolla yoluxan infeksiyaların qarşısının alınması,
▪️ Ailə planlaşdırılması.

❓ Nə etmək lazımdır ki, gələcək nəsil sağlam doğulsun?

▪️ Arzuolunmaz hamiləlikdən qorunmaq lazımdır,
▪️ Müasir kontraseptivlərdən istifadə olunmalıdır,
▪️ Cinsi yolla keçən infeksiyalardan qorunmaq lazımdır,
▪️ Sağlam həyat tərzi keçirilməlidir,
▪️ Şəxsi gigiyenik qaydalara daima əməl olunmalıdır,
▪️ İmmunitet gücləndirilməlidir,
▪️ Düzgün qidalanma qaydalarına əməl etmək lazımdır,
▪️ Övlad planlaşdıran zaman alkoqol və siqaretdən uzaq olmaq lazımdır.

“Şəkərsiz” rubrikasında bu dəfə hamiləlik diabeti barədə məlumat verəcəyik. Əvvəllər diabet diaqnozu qoyulmayan qadın be...
14/03/2024

“Şəkərsiz” rubrikasında bu dəfə hamiləlik diabeti barədə məlumat verəcəyik.

Əvvəllər diabet diaqnozu qoyulmayan qadın belə hamiləlik dönəmində diabetdən əziyyət çəkə bilər. Bu diabet bütün hamilələrin təxminən 3%-də müşahidə olunur, əksəriyyətində hamiləlik bitdikdə əlamətlər də ardan qalxır, təxminən 10%-də isə diabet qalıcı olur.

Hamiləlik diabeti 20-24-cü həftələrdə daha çox özünü büruzə verir.

❓Kimlər hamiləlikdə diabet riski daşıyır?

▪️ Ailəsində şəkərli diabet halları olanlar;
▪️ Piylənmə, artıq bədən çəkisi olanlar;
▪️ Daha öncə düşüklə nəticələnən hamiləlik yaşayanlar;
▪️ Hamiləlik yaşı 30-dan yuxarı olanlar;
▪️ Öncəki hamiləlik zamanı artıq çəkili uşağın doğulması;
▪️ Yumurtalıqların polikistozu xəstəliyi olanlar.

Risk faktorları olan qadınların hələ hamiləlik öncəsi, hamiləlik planlaması zamanı qlükoza tolerant testi keçmələri tövsiyə olunur.

Hamiləlik diabetinin əsas müalicəvi vasitəsi pəhrizdir. Qlükoza mübadiləsinin pozulması zamanı kontrolun yaxşı olması üçün effektiv pəhriz növü aşağı karbohidratlı pəhrizdir. Bal və digər şirniyyat növləri qanda şəkərin səviyyəsini kəskin artırır.

Əgər hamiləyə hestasion diabet diaqnozu qoyulubsa, onda bu məhsullar qadına və onun gələcək övladına zərərlidir. Gilas, çiyələk və digər meyvə və giləmeyvələr qanda şəkərləri artıraraq xeyirdən çox zərər vermiş olur. Bütün vacib lif, vitamin və mineralların, əsasən, göyərti, qoz-fındıq, tərəvəzlərdən alınması məqsədəuyğundur.

Fiziki aktivliyə gəldikdə isə hamilə qadınlar idmanı ehtiyatla, heç bir düşük təhlükəsi yoxdursa, həkimin icazəsi olduqdan sonra etməlidirlər. Ən ziyansız fiziki aktivlik isə piyada gəzinti hesab olunur.

Bəzən pəhriz və fiziki aktivlik ilə şəkərlər tənzim olunmadıqda, onda hamilə qadına insulin müalicəsi başlanılmalıdır. İnsulin müalicəsi və dozaları hər pasiyentə fərdi olaraq seçilir.

Şəkərsiz həyat daha şirindir!

Vətəndaş məmnunluğu
14/03/2024

Vətəndaş məmnunluğu

Laçın rayonunun Zabux kəndində həkim məntəqəsi fəaliyyətə başlayıb Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev...
14/03/2024

Laçın rayonunun Zabux kəndində həkim məntəqəsi fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurumların əməkdaşlarına, eləcə də məskunlaşan əhaliyə təxirəsalınmaz tibbi yardım göstərilməsi və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görülür.

Ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının inşası işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissələrindən biridir. İşğaldan azad edilən ərazilərdə TƏBİB tərəfindən tibbi xidmətlərin təşkili işləri də sürətlə həyata keçirilir.

Göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsi, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin olunması işləri uğurla davam etdirilir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdində Zabux kənd həkim məntəqəsi yaradılıb.

800 nəfər sakini olan Zabux kəndinin həkim məntəqəsində ilkin tibbi xidmətlərin təşkil olunması nəzərdə tutulur.

Tibb müəssisəsində 1 həkim (məntəqə müdiri), 3 orta tibb işçisi fəaliyyət göstərəcək.

Qeyd edək ki, məntəqə binası təmirdən sonra istifadəyə verilib və 4 otaqdan ibarətdir. Tibb məntəqəsi zəruri avadanlıq, tibbi sərf və dərmanlarla təchiz olunub.

Məlumat üçün bildirək ki, hazırda Şuşa və Laçında modul tipli xəstəxanalar, Zəngilan rayonunun Ağalı kəndi, Hadrut qəsəbəsi və Cəbrayıl şəhərində ailə sağlamlıq mərkəzləri fəaliyyət göstərir.

Laçın rayonunun Zabux kəndində həkim məntəqəsi fəaliyyətə başlayıbAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi...
14/03/2024

Laçın rayonunun Zabux kəndində həkim məntəqəsi fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurumların əməkdaşlarına, eləcə də məskunlaşan əhaliyə təxirəsalınmaz tibbi yardım göstərilməsi və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görülür.

Ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının inşası işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissələrindən biridir. İşğaldan azad edilən ərazilərdə TƏBİB tərəfindən tibbi xidmətlərin təşkili işləri də sürətlə həyata keçirilir.

Göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsi, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin olunması işləri uğurla davam etdirilir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdində Zabux kənd həkim məntəqəsi yaradılıb.

800 nəfər sakini olan Zabux kəndinin həkim məntəqəsində ilkin tibbi xidmətlərin təşkil olunması nəzərdə tutulur.

Tibb müəssisəsində 1 həkim (məntəqə müdiri), 3 orta tibb işçisi fəaliyyət göstərəcək.

Qeyd edək ki, məntəqə binası təmirdən sonra istifadəyə verilib və 4 otaqdan ibarətdir. Tibb məntəqəsi zəruri avadanlıq, tibbi sərf və dərmanlarla təchiz olunub.

Məlumat üçün bildirək ki, hazırda Şuşa və Laçında modul tipli xəstəxanalar, Zəngilan rayonunun Ağalı kəndi, Hadrut qəsəbəsi və Cəbrayıl şəhərində ailə sağlamlıq mərkəzləri fəaliyyət göstərir.

Martın 12-də AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev və QazaxıstanRespublikasının Prezidenti Kasım-Jomart Toka...
12/03/2024

Martın 12-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan
Respublikasının Prezidenti Kasım-Jomart Tokayev
Füzulidə inşa ediləcək Mərkəzi Rayon Xəstəxanasının
layihəsi ilə tanış olublar.
9 https://president.az/az/articles/view/65314
49 dakika önce Çevirisine bak

Address

Kürdəmir şəhəri. X. İslamzadə 12
Kjurdamir
AZ3300

Telephone

+994202550938

Website

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kürdəmir Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category