Kürdəmir Rayon Mərkəzi Xəstəxanası

Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Tibbi Xidmət

2 Aprel Ümumdünya Autizm Məlumatlandırma GünüdürAutizm erkən yaş dövründə başlayan, uşağın sosial münasibətlərinə, ünsiy...
02/04/2026

2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günüdür

Autizm erkən yaş dövründə başlayan, uşağın sosial münasibətlərinə, ünsiyyətinə və davranışlarına təsir edən inkişaf pozuntusudur. Əlamətləri adətən 1,5–2 yaşdan etibarən üzə çıxır. Uşaq göz kontaktından qaça, adına reaksiya verməyə bilər, yaşıdları ilə ünsiyyətdə çətinlik çəkər, nitqi gecikə və ya fərqli inkişaf edə bilər. Həmçinin özünə qapanma, təkrarlanan hərəkətlər və dəyişikliklərə qarşı həssaslıq müşahidə oluna bilər.

Bu əlamətlərdən bir neçəsi olduqda vaxtında psixoloq və ya mütəxəssisə müraciət etmək vacibdir. Erkən müdaxilə uşağın inkişafına müsbət təsir göstərir.

Müasir yanaşmalara görə autizm mərkəzi sinir sisteminin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Onun yaranmasına genetik faktorlar, maddələr mübadiləsinin anadangəlmə pozğunluqları, hamiləlik və doğuş zamanı baş verən ağırlaşmalar, həmçinin bəzi infeksiyalar və nevroloji vəziyyətlər təsir göstərə bilər. Autizm fərqli formalarda özünü göstərir və düzgün dəstək ilə uşağın həyat keyfiyyətini artırmaq mümkündür.

Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.    🇦🇿
02/04/2026

Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.

🇦🇿

31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edirik!
31/03/2026

31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edirik!

Bayram günlərində yemək çeşidinin bolluğu qidalanma rejiminin pozulmasına və nəticədə orqanizmin yüklənməsinə səbəb olur...
26/03/2026

Bayram günlərində yemək çeşidinin bolluğu qidalanma rejiminin pozulmasına və nəticədə orqanizmin yüklənməsinə səbəb olur.

• Bayram günlərində istehlak edilən qidaların uyğunluğuna diqqət yetirilməli,

• Süfrədə həddən artıq yağlı, şirin və ağır qidaların miqdarı nəzarətdə saxlanılmalı,

• Qızartma əvəzinə sobada və ya buxarda bişirilmiş balıq və ət yeməklərinin seçilməli,

• Kalorili sousların, xüsusilə mayonezin əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməli,

• Qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmalı, onların əvəzinə su, ayran və ya təbii meyvə içkilərinə üstünlük verilməli,

• Yeməklər sakit, tələsmədən yeyilməli və yaxşı çeynənilməlidir.

Bayram günlərində qidalanma rejiminə diqqət yetirin ki, bayram günlərində sağlam qalasınız!

Vərəm sağalan xəstəlikdir. Hava-damcı yolu ilə yayılan xəstəlik insan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi ...
24/03/2026

Vərəm sağalan xəstəlikdir. Hava-damcı yolu ilə yayılan xəstəlik insan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və s. yollarla daxil olur.

Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir.

Son illər vərəmlə mübarizə sahəsində atılan mühüm addımlar nəticəsində ölkəmizdə vərəm xəstəliyinin yayılması əhəmiyyətli dərəcədə azalıb.

Novruz bayramınız mübarək! Təbiətin oyanması və yenilənməsinin rəmzi olan Novruz bayramı hər kəsə sağlıq, qarşılıqlı anl...
20/03/2026

Novruz bayramınız mübarək!

Təbiətin oyanması və yenilənməsinin rəmzi olan Novruz bayramı hər kəsə sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!

Prezident İlham Əliyev “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra təd...
20/03/2026

Prezident İlham Əliyev “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçib.

https://president.az/az/articles/view/71960

Səhiyyə Nazirliyində işğaldan azad olunmuş ərazilərdə tibb xidmətlərinin təşkilinə dair işçi qrupunun növbəti iclası keç...
12/03/2026

Səhiyyə Nazirliyində işğaldan azad olunmuş ərazilərdə tibb xidmətlərinin təşkilinə dair işçi qrupunun növbəti iclası keçirilib

Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İşçi qrup, Azərbaycan Respublikası Prezidentinin “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına dair tapşırıqların icrası ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq Əmri ilə yaradılıb.

Səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən İşçi qrupun növbəti iclasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyətlə bağlı aparılmış monitorinqlər və qiymətləndirmənin cari vəziyyəti müzakirə olunub.

Bununla bağlı, iclasda Səhiyyə Nazirliyi tərəfindən aparılmış təhlil, ictimai səhiyyə, təcili, təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış tibbi xidmətin təşkili ilə bağlı Strateji Baxışa dair təqdimat edilib.

“Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya uyğun olaraq əhaliyə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının təmin edilməsi, həmçinin aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Eyni zamanda, mülki və hərbi tibbi infrastrukturun səmərəli istifadəsi məqsədilə çarpayı fondunun optimallaşdırılması, əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirin qurulması, əhali və tibb işçiləri arasında psixo-sosial dəstək işinin aparılması və tibbi savadlılığın artırılması məsələlərinə də toxunulub.

Aparılan monitorinqlər nəticəsində İşğaldan azad edilmiş ərazilərdə tibb müəssisələrinin fəaliyyətinin bərpası, səyyar tibbi xidmətlərin genişləndirilməsi, tibb müəssisələrinin kadrlarla təmini, tibbi heyətin fəaliyyətinin stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib.

Səhiyyə naziri Teymur Musayev çıxışında qeyd edib ki, Böyük Qayıdış Proqra

Tədbir “Əmək qanunvericiliyində son dəyişikliklər və əmək müqavilələrinin elektron qaydada qeydiyyata alınması”, “Analığ...
12/03/2026

Tədbir “Əmək qanunvericiliyində son dəyişikliklər və əmək müqavilələrinin elektron qaydada qeydiyyata alınması”, “Analığın mühafizəsi, qadınların əmək hüquqları və gender bərabərliyi”, eləcə də “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunub.
Tədbirdə Xidmətin Mərkəzi Aran regional şöbəsinin, Ağdaş Rayon İcra Hakimiyyətinin, Əməyin Mühafizəsi Mərkəzinin, həmçinin region üzrə dövlət və özəl sektoru təmsil edən müəssisə və təşkilatların 120-dən çox nümayəndəsi iştirak edib.
Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib və bu dəyişikliklərin tətbiqinin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb. İşçi hüquqlarının qorunması, qadınların əmək hüquqları, analığın mühafizəsi və gender bərabərliyinin təmin edilməsi məsələləri müzakirə olunub, həmçinin qeyri-formal məşğulluğa qarşı mübarizədə məlumatlılığın artırılmasının önəmi qeyd edilib.
Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və standartların tətbiqinə göstərilən dəstək, eləcə də yeni qəbul edilmiş tələblər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri də iştirak ediblər. Xəstəxananı əməyin mühafizəsi üzrə bölmə müdiri Nətəvan Həmidova, hüquqşünas Əliabbas Abdulxalıqov və kadr mütəxəssisi Aqil Əhmədov təmsil ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün Ümumdünya Böyrək Günüdür!Böyrəklər orqanizmdə zərərli maddələrin xaric olunmasında, su-duz balansının saxlanılmas...
12/03/2026

Bu gün Ümumdünya Böyrək Günüdür!

Böyrəklər orqanizmdə zərərli maddələrin xaric olunmasında, su-duz balansının saxlanılması və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.

Onların sağlam qalması üçün:

💧 Kifayət qədər su için;
🥦 Sağlam qidalanın, duz və şəkəri məhdudlaşdırın;
🏃‍♂️ Aktiv həyat tərzi keçirin;
🩺 Müntəzəm tibbi müayinələrdən keçin.

Böyrəklərinizi qoruyun, sağlamlığınızı gücləndirin!

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında maarifləndirici tədbir keçirilibKürdəmir Rayon Mərkəzi Xəstəxanasında tibb müəssis...
12/03/2026

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında maarifləndirici tədbir keçirilib

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında tibb müəssisələrində sterilizasiya və dezinfeksiya işinin standartlara uyğun aparılması mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir həkim-infeksionist Baris Kərimov, sığortanın innovasiya şöbəsinin müdiri Əli Kərimli və xəstəxananın Keyfiyyətə Nəzarət Komitəsi üzrə mütəxəssisi Qurban Məmmədov tərəfindən keçirilib.
Tədbir zamanı tibb müəssisələrində infeksiyaların qarşısının alınmasında sterilizasiya və dezinfeksiya proseslərinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. İştirakçılara tibbi alətlərin düzgün emalı, dezinfeksiya vasitələrinin istifadəsi və sanitar-gigiyenik qaydalara riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Address

Kürdəmir şəhəri. X. İslamzadə 12
Kjurdamir
AZ3300

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kürdəmir Rayon Mərkəzi Xəstəxanası:

Share