Lenkeran Tibb Kolleci

Lenkeran Tibb Kolleci Sehifemiz KoLLecimizin Facebook`da resmi
internet sehifesidir,KoLLecimizLe bagLi isTeniLen
suaLLa bize muraciet ede bilersiz...

:)
07/02/2016

:)

24/01/2016
23/01/2016

Salam olsun her kese. Yeni adminler sizden bir xahiwim olacaq:
Sehifenin quruluwun deyiwmeyin.

Qaraciyərin yaş xüsusiyyətləriYenidoğulmuşlarda qaraciyər yetişmiş şəxslərənisbətən çox böyük, nisbi çəkisi isə 3-4 dəfə...
23/01/2016

Qaraciyərin yaş xüsusiyyətləri
Yenidoğulmuşlarda qaraciyər yetişmiş şəxslərə
nisbətən çox böyük, nisbi çəkisi isə 3-4 dəfə artıq
olur. Yetişmiş şəxslərdə bədən çəkisinin 1/50-ə
bərabər olduğu halda yenidoğulmuşda bu nisbət
1/20 olur. Yeni doğulmuşun qaraciyərinin çəkisi
150 q-dır. Xüsusən sol pay artıq inkişaf etmiş
olur. Rüçeym həyatının iki aylığında hər iki pay
bərabər olur. Topoqrafik cəhətcə ön kənarı lat.
linea mamillaris dextra – sağ məmə xətti
üzərində qabırğa qövsündən 2.6-3,8 sm aşağı
çıxır, deləki qarın boşluğunun çox hissəsini
tutmuş olur. Yenidoğuluşda qaraciyər xeyli
mütəhərrik olur; kütləsi yumuşaq və damarlarla
zəngindir, quruluşunun paylı olması bir o qədər də
nəzərə çarpmır.
Qocalarda qaraciyərin kütləsi sərtləşir, çəkisi
azalır və topoqrafik cəhətcə bir qabırğa aşağı
enir. Yeni doğulmuşda öd kisəsi iyə bənzəyir,
sanki uzununa dartılmış olur; sonralar armud
şəklini alır. 80% hallarda dibi qaraciyərin
kənarından xaricə çıxır.

Öd daşları və alkoqol pankreatitə səbəb olurMədəaltı vəzin iltihabı problemini əsasən çoxkiçik ölçülü xırda öd daşları t...
22/01/2016

Öd daşları və alkoqol pankreatitə səbəb olur
Mədəaltı vəzin iltihabı problemini əsasən çox
kiçik ölçülü xırda öd daşları törədə bilir.
Qaraciyərdən gələn ümumi öd axarı və mədəaltı
vəzin axarı onikibarmaq bağırsaqda birləşərək
birgə açılırlar. Öd kisəsində olan xırda daşlar bu
ümumi axara düşəndə, həm qaraciyər axınında
təzyiqi artırır, sarılıq yaradır, həm də mədəaltı
vəzi axarında təzyiqi artırır, xırda kapilyarların
partlamasına və mədəaltı vəzidə iltihabın
yaranmasına səbəb olur.
Hər hansı əlamət verməyən, əhali arasında “lal
daşlar” adlandırılan öd daşlarının pankreatitə
səbəb olması ehtimali azdır. Çünki adətən xırda
daşlar iltihaba səbəb olurlar. Lal daşlar kimi
təqdim olunan daşlar isə daha böyük ölçülü
daşlar olur. Əsasən ölçüsü 1 mm-dən az olan
xırda öd daşları pankreatitə səbəb olur.
Alkoqola bağlı yaranan pankreatitlər zamanı
əslində problemin məhz içki qəbuluna görə
yaranması o qədər də dəqiq bəlli deyil. Çünki
uzun müddət alkoqol qəbul edən, amma bu
problemi yaşamayan, kəskin pankreatit
keçirməyən insanlar da var və onların sayı
çoxdur.
Əgər bu hal sırf içkiyə bağlı olsaydı, deməli,
onların hamısında bu problem ortaya çıxardı.
Amma belə hesab olunur ki, uzun müddət spirtli
içki qəbulu fermentlərin öz-özünə aktivləşməsinin
qarşısını alan mexanizmin qırılmasına səbəb olur,
bu səbəbdən mədəaltı vəz axarında təzyiq
artması baş verməsə belə, fermentlərin vəzin
özündə öz-özünə aktivləşməsi nəticəsində
pankreatit başlayır. Belə bir nəzəriyyə
mütəxəssislər arasında daha geniş yayılmışdır.

Address

Heyder Aliyev Prospekti N-8
Lankaran
LENKERAN

Alerts

Be the first to know and let us send you an email when Lenkeran Tibb Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category