TMİB

TMİB 🇦🇿 Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin rəsmi "Facebook" səhifəsi

10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günü
09/05/2025

10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günü

9 May - Faşizm üzərində Qələbə Günü
09/05/2025

9 May - Faşizm üzərində Qələbə Günü

Qeyd olunan xəstəliklərin müalicəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Dermatovenero...
30/04/2025

Qeyd olunan xəstəliklərin müalicəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Dermatoveneroloqu Ənvər Aslanlıya müraciət edə bilərsiz.

Aprelin 28-də Ordubad rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının ildönümü münasibət...
28/04/2025

Aprelin 28-də Ordubad rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının ildönümü münasibətilə tədbir keçirilib.
Çıxış edənlər Zərifə Əliyevanın tibb elminə və oftalmologiya sahəsinə verdiyi töhfələrdən danışıblar. Qeyd olunub ki, Zərifə xanım Əliyeva Azərbaycanın görkəmli oftalmoloqu, akademik, alim və ictimai xadimi kimi həm elmi fəaliyyəti, həm də şəxsiyyəti ilə yadda qalan nümunəvi bir insandır. Oftalmologiya sahəsindəki araşdırmaları və tibbi elmi töhfələri onu yalnız Azərbaycanda deyil, həm də keçmiş SSRİ məkanında tanıtmışdır. XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı görülən tədbirlərdə Zərifə xanımın əvəzsiz rolu vardır.
Tədbirdən sonra rayonun bir neçə məktəblərinin şagirdləri üçün ödənişsiz göz müayinələri təşkil edilib. Müayinələrdə uşaqların görmə qabiliyyəti yoxlanılıb, müxtəlif göz xəstəliklərinin erkən aşkarlanması və profilaktik tədbirlərin görülməsi istiqamətində tövsiyələr verilib.

Aprelin 28-də Şahbuz rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının ildönümü münasibəti...
28/04/2025

Aprelin 28-də Şahbuz rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının ildönümü münasibətilə tədbir təşkil olunub. Tədbirdə Şahbuz Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifələrini icra edən Bəxtiyar Babayev, xəstəxananın baş həkimi Aminə Hüseynova, Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nubar Səfərova və digərləri çıxış edərək Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında oynadığı mühüm roldan, oftalmologiya sahəsində qazandığı böyük nailiyyətlərdən və yüksək insani keyfiyyətlərindən danışıblar. Qeyd olunub ki, onun zəngin elmi irsi bu gün də öz aktuallığını qoruyur və gənc tibb işçiləri üçün nümunədir.
Sonra Şahbuz Rayon Mərkəzi Xəstəxanasında tibbi aksiya keçirilib. Aksiya çərçivəsində 50-dən çox rayon sakinində müayinələr aparılıb, müvafiq məsləhətlər və müalicə yönümlü tövsiyələr verilib.

Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasını...
28/04/2025

Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102 ili tamam olur.
Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli Qərarına əsasən “İcbari tibbi sığorta üzrə X...
25/04/2025

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli Qərarına əsasən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün yeni ödəmə qaydası müəyyən edilib.
İcbari tibbi sığorta hesabına həyata keçirilən bu müayinələr zamanı vətəndaşlar ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə göstərilən bu tibbi xidmətlər üzrə Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəyəcəklər. Tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən qarşılanacaq.
Nümunə olaraq qeyd edək ki, ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manat olan xidmətlərdə müştərək maliyyələşmə məbləği 10 manat, 120 manat olanlarda isə 24 manat olacaq. Qeyd edək ki, müştərək maliyyələşmə məbləği ƏDV-yə cəlb olunur.
Yeni mexanizm ixtisaslı həkim göndərişi əsasında dövlət və özəl tibb müəssisələrində tətbiq ediləcək. Belə ki, ixtisaslı həkim tərəfindən tibbi göstəriş olduğu halda MRT və ya KT müayinəsinə pasiyentə göndəriş veriləcək.
Bu dəyişiklik bir neçə məqsədə xidmət edir. İlk növbədə, vətəndaşların yalnız həqiqətən ehtiyac olduğu hallarda mürəkkəb diaqnostik müayinələrə yönləndirilməsi təmin ediləcək. Bu praktika inkişaf etmiş ölkələrin səhiyyə sistemində də geniş şəkildə tətbiq edilir. Agentlik bu addımla tibbi xidmətlərdən daha məqsədyönlü istifadənin təmin edilməsini hədəfləyir.
Eyni zamanda, müştərək maliyyələşmənin tətbiqi tibbi resursların daha düzgün idarə olunmasına şərait yaradacaq.

Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan Dövlət Tibb Akademiyasını bitirən Həkim-terapevt Elnora Rizayeva artıq Culf...
25/04/2025

Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan Dövlət Tibb Akademiyasını bitirən Həkim-terapevt Elnora Rizayeva artıq Culfa Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərir. Elnora Rizayeva Qazaxıstan Respublikasının Shimkent şəhərində təcili yardım həkimi, eyni zamanda Naftalan Sağlamlıq Mərkəzində Həkim-terapevt kimi uzun müddət çalışıb. 2013 və 2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Terapiya kursu keçib.

25/04/2025

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri (22-24.04.2025)

TMİB-in İcraçı direktorunun müavini və müşaviri, TMİB-in aidiyyatı şöbə müdirləri və tabeli tibb müəssisələrinin rəhbərl...
24/04/2025

TMİB-in İcraçı direktorunun müavini və müşaviri, TMİB-in aidiyyatı şöbə müdirləri və tabeli tibb müəssisələrinin rəhbərlərinin iştirak etdiyi iclasda bir çox vacib məsələlər təhlil olunub. Belə ki, sığorta kəsintilərinin səbəbi, tibbi-iqtisadi ekspertizanın nəticələri, tibb müəssisələrinin ixtisaslı həkim və tibbi avadanlıqlarla təminatı məsələlərinin geniş şəkildə müzakirəsi aparılıb, müəssisə rəhbərlərinin təklifləri dinlənilib.
TMİB-in İcraçı direktorunun müşaviri Azər İsmayılov bildirib ki, tibb müəssisələrində mövcud nöqsanlar qısa zamanda aradan qaldırılmalıdır. Tibb müəssisələrinin rəhbərləri çatışmazlıqların aradan qaldırılmasını 2025-ci il ərzində prioritet istiqamət kimi müəyyən etməli və bu istiqamətdə çalışmalıdırlar.
Qeyd olunub ki, bu gün qarşıya çıxan çətinliklər və onların həlli yollarının müzakirəsi növbəti aylarda yeni hədəflərə çatmağa töhfə verəcəkdir.

Aprelin 23-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası təqdim edilib...
24/04/2025

Aprelin 23-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası təqdim edilib.
Görkəmli dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyinə həsr olunmuş tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri izləyiblər.
Teatrın direktoru Mir Qabil Əkbərovun quruluş verdiyi səhnə həllinin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlidir. "Ölülər”in rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev həm də “Şeyx Nəsrullah” rolunu ifa edib. Əsas rollardan olan “Kefli İsgəndər”i isə istedadlı aktyor Məmməd Mehdiyev canlandırıb. Xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Yasəmən Ramazanova, Azərbaycan Respublikasının Əməkdar artistləri Əbülfəz İmanov, Behruz Haxverdiyev, eləcə də kollektivin təcrübəli və gənc üzvləri də yeni və orijinal quruluşda təqdim olunan tamaşada yer alıblar.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada mədəni sahənin, eləcə də teatrın da müasir tələblər əsasında inkişafına şərait yaradıb. Naxçıvan Dövlət Milli Teatrının binasında təmir işləri aparılıb, teatrın səhnəsində bir sıra yeniliklər olunub, işqılandırma sistemi və səs akustikası daha da təkmilləşdirilib. Teatrın kollektivi peşəkar kadr və istedadlı aktyorlarla komplektləşdirilib. Bunun nəticəsidir ki, hazırlanan tamaşalar daha uğurlu səhnə həlli ilə tamaşaçıların diqqətini cəlb edir.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli tamaşa bitdikdən sonra səhnə arxasında yaradıcı heyətlə görüşüb, tamaşa ilə bağlı xoş təəssüratlarını dilə gətirib. Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsi olaraq, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrların da inkişaf etdiyini, yaradıcı kollektivlərin uğurlu fəaliyyəti ilə tamaşaçı rəğbətini qazandığını vurğulayıb.

Akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən humanitar tibbi aksiya keçir...
23/04/2025

Akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən humanitar tibbi aksiya keçirilib. Aksiyada xəstəxananın Oftalmoloq, LOR, Stomatoloq və Pediatr həkimləri uşaqları müayinə ediblər. Aksiya çərçivəsində Babək şəhər 1 nömrəli tam orta məktəbin 503 şagirdi müayinə olunub. Müayinələr zamanı xəstəlik aşkarlanan uşaqlara həkimlər tərəfindən müalicə üsulları təyin edilib.
Tibbi aksiyalar digər rayonlarda da təşkil olunacaq.

Address

Nakhchivan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when TMİB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram