Quba rayonu uşaq-gənclər inkişaf mərkəzi

Quba rayonu uşaq-gənclər inkişaf mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Quba rayonu uşaq-gənclər inkişaf mərkəzi, Azərbaycan Respublikası. Quba rayonu. Quba şəhəri M. Ə. Rəsulzadə 140, Quba.

1918-ci ilin martında Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş ...
31/03/2026

1918-ci ilin martında Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş soyqırımı etnik təmizləmə siyasətinin ən qəddar nümunələrindən biri kimi tarixə həkk olunub. Həmin dövrdə Qafqazın Fövqəladə Komissarı Stepan Şaumyanın etirafları da sübut edir ki, bu qırğınlar “əksinqilabçılıqla mübarizə” pərdəsi altında məhz milli nifrət zəminində törədilib.
Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi bölgələrdə planlı şəkildə həyata keçirilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Təkcə Qubada 16 mindən çox insan öldürülüb, 167 kənd yerlə-yeksan edilib. Dinc əhali ilə yanaşı, xalqımızın dini və mədəni irsi hədəf alınıb, məscidlər və tarixi abidələr dağıdılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqinə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub.
Müstəqilliyimizin bərpasından sonra, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu qətliamlara dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

24/03/2026
🔥🌸🌺“Qafqazın Baharı” rəqs festivalı böyük coşqu ilə keçirildi 💃🌸Quba rayonu uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılı...
23/03/2026

🔥🌸🌺“Qafqazın Baharı” rəqs festivalı böyük coşqu ilə keçirildi 💃🌸

Quba rayonu uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda müxtəlif bölgələrdən olan istedadlı rəqs kollektivləri öz möhtəşəm çıxışları ilə səhnəyə rəng qatdılar. Milli və müasir rəqslərin vəhdəti tamaşaçılara unudulmaz anlar yaşatdı.

Tədbir boyunca iştirakçıların yüksək peşəkarlığı və səhnə mədəniyyəti xüsusi maraqla qarşılandı və alqışlarla müşayiət olundu 👏

Münsiflər heyətinin qərarına əsasən qaliblərə kubok, medal və diplomlar təqdim olundu 🏆🥇

“Qafqazın Baharı” festivalı bir daha sübut etdi ki, rəqs sənəti dostluğu, birliyi və mədəni zənginliyi özündə birləşdirən ən gözəl vasitələrdən biridir.
Festivalda dəstəyə görə Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin sədri Vüsalə Kərimovaya təşəkkürümüzü bildiririk.

17/03/2026

📢 “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə start verilib

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” adlı layihəyə start verilib.

📍Layihə çərçivəsində Bakı, Mingəçevir, Xankəndi və Ağdam şəhərlərini əhatə edən ümumilikdə 6 məktəbdən 120 şagird və 24 müəllimin iştirakı ilə maarifləndirici təlim-düşərgə təşkil olunacaq.

🎨👩‍🍳Məktəblərdə milli-mədəni dəyərlər, etiket qaydaları və milli geyim mövzularında təlimlər, esse və rəsm müsabiqələri, milli kulinariya yarışları və ekskursiyalar keçiriləcək.

Layihə mart-iyul ayları ərzində davam edəcək.

🏅Layihənin yekununda isə “Milli Xalq Oyunları Festivalı” təşkil olunacaq və fərqlənən iştirakçılar mükafatlandırılacaq.

Layihənin məqsədi təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək və bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmaqdır.

✨ Milli dəyərlərimizi yaşadan, yaradıcılığı və komanda ruhunu gücləndirən bu layihə şagirdlər üçün yeni təcrübə və imkanlar yaradacaq.

🌿🌸 Torpaq çərşənbəsinin sevinci🌸🌿Bu gün Mərkəzimizin I Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət gö...
17/03/2026

🌿🌸 Torpaq çərşənbəsinin sevinci🌸🌿

Bu gün Mərkəzimizin I Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən dərnəklərmizin üzvləri Novruzun müjdəçisi olan Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olundu. 🌱✨

Şagirdlərimiz maraqlı çıxışlar etdilər, Novruz adət-ənənələrindən bəhs etdilər və baharın gəlişini əks etdirən gözəl təqdimatlar nümayiş etdirdilər. 🎭🌼

🌍 Torpaq çərşənbəsi torpağın oyanmasını, təbiətin canlanmasını və həyatın yenilənməsini simvolizə edir. Bu gözəl ənənəni uşaqlarımızla birlikdə yaşatmaq isə xüsusi qürur və sevinc hissi bəxş edir. 🌾

🌷 Baharın nəfəsi, torpağın bərəkəti hər evə sevinc gətirsin! 🌷

🔥 Novruz bayramınız mübarək! 🔥

🇦🇿🌱🌸

🏛 Qusar rayonunda yaradıcı və innovativ ruhda möhtəşəm tədbirMartın 12-də Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məkt...
12/03/2026

🏛 Qusar rayonunda yaradıcı və innovativ ruhda möhtəşəm tədbir

Martın 12-də Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə genişmiqyaslı yaradıcı tədbir keçirilib.

Tədbir çərçivəsində region üzrə fəaliyyət göstərən 5 məktəbdənkənar təhsil müəssisəsinin şagirdləri arasında təşkil olunan “Memarlıq və şəhərsalma” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış iştirakçıların maraqlı və yaradıcı əl işləri nümayiş etdirilib. Şagirdlərin fantaziyası, yaradıcılığı və innovativ düşüncəsini əks etdirən layihələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda müsabiqədə fərqlənən qaliblər Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən fəxri fərmanlarla təltif olunublar.

Bu cür tədbirlər şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılması, memarlıq və şəhərsalma sahəsinə marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. ✨






Quba rayonu Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən Musiqi dərnəyinin üzvləri milli adət-ənən...
11/03/2026

Quba rayonu Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən Musiqi dərnəyinin üzvləri milli adət-ənənələrimizi yaşatmaq məqsədilə 🍀🔥Yel çərşənbəsini böyük həvəslə qeyd etdilər. Tədbir zamanı şagirdlər xalqımızın qədim inancları, Novruz ənənələri və Yel çərşənbəsinin mahiyyəti haqqında məlumatlar təqdim etdilər, maraqlı çıxışlar və təqdimatlar nümayiş olundu.

Bu cür tədbirlərin keçirilməsi şagirdlərdə milli dəyərlərə sevgi, adət-ənənələrimizə hörmət hissinin formalaşmasına mühüm töhfə verir.

Sonda iştirakçılar birlik və həmrəylik şəraitində Novruzun gəlişini simvolizə edən bu gözəl günü böyük sevinc və coşqu ilə qeyd etdilər. 🌿🔥

🔺Bu gün mərkəzdə inzibati və pedaqoji heyətin iştirakı ilə iclas keçirildi. 🔻Birinci məsələ ilə bağlı mart və aprel ayla...
04/03/2026

🔺Bu gün mərkəzdə inzibati və pedaqoji heyətin iştirakı ilə iclas keçirildi.

🔻Birinci məsələ ilə bağlı mart və aprel ayları ərzində keçirilməsi nəzərdə tutulan, qeydiyyatı aparılmış müsabiqələrə hazırlıq səviyyəsi müzakirə edildi. Müsabiqələrə şagirdlərin cəlb olunması, hazırlıq prosesinin təşkili və məsul şəxslərin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparıldı.

🔻İkinci məsələ olaraq şagirdlərin davamiyyəti məsələsi müzakirə olundu. Davamiyyət göstəricilərinin yüksəldilməsi, valideynlərlə əlaqələrin gücləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirildi.

🔻Üçüncü məsələ üzrə kargüzarlıq işinin aparılması vəziyyəti təhlil edildi, sənədləşmənin düzgün və vaxtında icra olunmasının vacibliyi vurğulandı.

🔹Sonda cari məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Quba rayonu uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri 🔥od çərşənbəsi ilə əlaqədar milli adət ənənələrini özündə bir...
04/03/2026

Quba rayonu uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri 🔥od çərşənbəsi ilə əlaqədar milli adət ənənələrini özündə birləşdirən kompozisiya hazırlamışdır.

Address

Azərbaycan Respublikası. Quba Rayonu. Quba şəhəri M. Ə. Rəsulzadə 140
Quba
AZ4000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994233352272

Website

Alerts

Be the first to know and let us send you an email when Quba rayonu uşaq-gənclər inkişaf mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share