Şəmkir Rayon Mərkəzi Xəstəxanası

Şəmkir Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

26/03/2026

Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.

Yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır.

Hər il martın 26-sı Beynəlxalq Epilepsiya Maarifləndirmə Günü kimi qeyd olunur.

25/03/2026

Bayram günlərində yemək çeşidinin bolluğu qidalanma rejiminin pozulmasına və nəticədə orqanizmin yüklənməsinə səbəb olur.

• Bayram günlərində istehlak edilən qidaların uyğunluğuna diqqət yetirilməli,

• Süfrədə həddən artıq yağlı, şirin və ağır qidaların miqdarı nəzarətdə saxlanılmalı,

• Qızartma əvəzinə sobada və ya buxarda bişirilmiş balıq və ət yeməklərinin seçilməli,

• Kalorili sousların, xüsusilə mayonezin əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməli,

• Qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmalı, onların əvəzinə su, ayran və ya təbii meyvə içkilərinə üstünlük verilməli,

• Yeməklər sakit, tələsmədən yeyilməli və yaxşı çeynənilməlidir.

Bayram günlərində qidalanma rejiminə diqqət yetirin ki, bayram günlərində sağlam qalasınız!

24/03/2026

Vərəm sağalan xəstəlikdir. Hava-damcı yolu ilə yayılan xəstəlik insan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və s. yollarla daxil olur.

Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir.

Son illər vərəmlə mübarizə sahəsində atılan mühüm addımlar nəticəsində ölkəmizdə vərəm xəstəliyinin yayılması əhəmiyyətli dərəcədə azalıb.

23/03/2026

Spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etmək həm sizin, həm də ətrafınızdakı insanların sağlamlığı üçün təhlükəlidir!

Özünüzün və doğmalarınızın həyatını riskə atmayın!

21/03/2026

+1 fərqlə sizin kimiyik!

20/03/2026
20/03/2026

Novruz bayramınız mübarək!

Təbiətin oyanması və yenilənməsinin rəmzi olan Novruz bayramı hər kəsə sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!

19/03/2026

Prezident İlham Əliyev “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçib.

https://president.az/az/articles/view/71960

19/03/2026
19/03/2026

“815” Çağrı Mərkəzinə fevral ayı ərzində 12 mindən çox zəng daxil olub

TƏBİB-in “815” Çağrı Mərkəzinə fevral ayı ərzində ümumilikdə 12 118 zəng daxil olub. Müraciətlərdən 11 948 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 170 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 39 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 69 müraciət ilə bağlı məsələ həll edilib, 62 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

18/03/2026

Novruz və Ramazan bayramı günlərində tibbi xidmət gücləndirilmiş rejimdə təşkil olunur

Qarşıdan gələn Novruz və Ramazan bayramı günlərində əhalinin tibbi xidmətlərə fasiləsiz çıxışının təmin edilməsi məqsədilə 20–27 mart tarixlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xüsusi hazırlıq planı həyata keçirilir.

Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Bakı şəhərində 150 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 280-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.

Bayram günlərində xəstəxanaların qəbul-təcili yardım şöbələri, reanimasiya və intensiv terapiya bölmələri gücləndirilmiş növbətçilik sistemi əsasında fəaliyyət göstərəcək. Təxirəsalınmaz tibbi yardım çərçivəsində cərrahiyyə, travmatologiya, kardiologiya, nevrologiya, pediatriya, həmçinin mamalıq-ginekologiya üzrə ixtisaslı xidmətlərin fasiləsiz təşkili təmin olunacaq.

Eyni zamanda laborator və radioloji diaqnostika xidmətləri təcili müraciətlərin operativ qiymətləndirilməsi üçün hazır vəziyyətdə saxlanılacaq.

Bayram günlərində paytaxt əhalisinin regionlara səfərlərinin artması, kütləvi tədbirlərin təşkili, eləcə də yol-nəqliyyat hadisələrinin sayında mümkün artım nəzərə alınaraq, tibb müəssisələrində əlavə hazırlıq tədbirləri görülüb. Təcili tibbi yardım briqadalarının sayı artırılıb, regionlar üzrə koordinasiya gücləndirilib və ehtiyat tibbi resurslar hazır vəziyyətə gətirilib.

Həmçinin kütləvi tədbirlərin keçirildiyi ərazilərdə və intensiv hərəkət müşahidə olunan istiqamətlərdə operativ tibbi müdaxilə imkanlarının genişləndirilməsi üçün aidiyyəti qurumlarla birgə fəaliyyət təmin edilir.

Bayram günləri ərzində ixtisaslı tibbi xidmətlərin fasiləsiz və operativ təşkili aidiyyəti struktur bölmələr tərəfindən daim nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, altıgünlük iş rejimi tətbiq olunan tibb müəssisələrində fəaliyyət 28 mart tarixindən etibarən bərpa ediləcək.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar 20-30 mart tarixləri qeyri-iş günü olacaq.

Address

Şəmkir Şəhər Bakı Qazax Magistralı 407 Km
Shamkhor
057

Telephone

+994223053221

Website

Alerts

Be the first to know and let us send you an email when Şəmkir Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şəmkir Rayon Mərkəzi Xəstəxanası:

Share

Category