Klinika loqman 87

Klinika loqman 87 Sumqayit şəhər 43-cu məhəllə, Quliyev küçəsi 43 (8-ci mk Usaq Stomotoloji poliklinikası ile üzbə-üz)

17/06/2024
🌷17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür🌷Bu əlamətdar gün münasibətilə Sumqayıt şəhər Veteranlar Təşkilatının Vete...
17/06/2024

🌷17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür🌷
Bu əlamətdar gün münasibətilə Sumqayıt şəhər Veteranlar Təşkilatının Veteran Həkimlərini, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov başda olmaqla bütün tibb heyətini, həmçinin Azərbaycan tibb işçilərini kollektivimiz adından təbrik edirik. Arzu edirik ki, hər an, hər dəqiqə insanların sağlamlığı keşiyində duran həkimlərimiz sağlam canla yüz yaşasınlar🙏 Amin.

🌙✨Ramazan ayında süfrələrimizdən əskik etmədiyimiz xurma liflə zəngindir və kalium, maqnezium, mis və B vitaminləri ehti...
27/03/2024

🌙✨Ramazan ayında süfrələrimizdən əskik etmədiyimiz xurma liflə zəngindir və kalium, maqnezium, mis və B vitaminləri ehtiva edir. Bununla yanaşı xurma immunitet sistemimizi gücləndirən antioksidanlarla zəngin bir qidadır. Tərkibindəki bu vitamin və minerallarla xurma "tam şəfalı bir meyvə" olaraq xarakterizə olunur. Xüsusilə oruc tutarkən özümüzü tox hiss etməyimizə səbəb olan xüsusiyyəti və yüksək vitamin mineral tərkibinə görə, xurmaya üstünlük verilir.

Xurmanın 10 əsas faydası:
1. Tox saxlayır
2. İmmunitet sistemini gücləndirir
3. Baş ağrısına qarşı təsirlidir
4. Enerji deposudur
5. Qəbizliyi aradan qaldırır
6. Təzyiqi normada saxlayır
7. Əzələ ağrısının qarşısını alır
8. Sümük quruluşunu gücləndirin
9. Həzm sistemini tənzimləyir
10. Dəriyə sağlamlıq qazandırır

Qəfləti ürək ölümüQəfləti ürək ölümü anamnezdə koronar patologiyaya dəlalət edən simptomların olmaması fonunda mədəciklə...
28/12/2023

Qəfləti ürək ölümü

Qəfləti ürək ölümü anamnezdə koronar patologiyaya dəlalət edən simptomların olmaması fonunda mədəciklərin asistoliyası və ya fibrilasiyasıdır. Qəfləti ürək ölümü digər bütün qəfləti ölümlərin 70%-ni təşkil edir.

Risk faktorları:
🔹Davamlı stres halında olmaq
🔹Xroniki ürək çatışmazlığının olması
🔹Ürəyin böyüməsi ilə gedən ürək əzələsinin xəstəlikləri
🔹Ürək ritmini pozan bəzi dərmanların nəzarətsiz istifadəsi

Müntəzəm həkim müayinələrində iştirak etmək sağlamlığımız üçün olduqca önəmlidir.

Naringinin lətində pektin maddələri, qlükozidlər, mineral duzlar, efir yağı, C, P, B vitaminləri, A vitamini, D vitamini...
28/12/2023

Naringinin lətində pektin maddələri, qlükozidlər, mineral duzlar, efir yağı, C, P, B vitaminləri, A vitamini, D vitamini, K vitamini var. Naringi i orqanizmi qışda vitaminlərlə təmin edir. O həmçinin C vitamini ilə zəngin olduğundan iştahanı və mübadilə prosesini yaxşılaşdırır.
Təzə naringi qabığı mədə şirəsinin əmələ gəlməsini yaxşılaşdırır, qidanın həzm olunmasını stimullaşdırır, qusma, qarında ağrılar olduqda, diareya müalicəsi zamanı istifadə olunur. Naringinin müntəzəm istifadəsi bədəni qüvvətləndirir və maddələr mübadiləsini yaxşılaşdırır, bağırsaq pozğunluğunu aradan qaldırır. Ürəkbulanma və köp zamanı naringinin təzə soyulmuş qabığı kömək edir, həzm etməni stimullaşdırır.
Mədə yarası, onikibarmaq bağırsaqın yarası, yüksək turşuluqla qastrit, enterit, kolit, bağırsaq iltihabları, xolesistit, hepatit və kəskin nefrit xəstəlikləri zamanı naringinin istifadəsi tövsiyə olunmur.

Qışda çalışın çoxlu mandarin yeyin...🙂👍.
03/12/2023

Qışda çalışın çoxlu mandarin yeyin...🙂👍.

Əsl bəy siması...
03/12/2023

Əsl bəy siması...

NarBu meyvə bizi payız və qışda viruslardan qorumaq üçün qalxan rolunu oynayır.PortağalBu meyvə payız-qış mövsümünün sim...
05/10/2023

Nar

Bu meyvə bizi payız və qışda viruslardan qorumaq üçün qalxan rolunu oynayır.
Portağal
Bu meyvə payız-qış mövsümünün simvollarından biri hesab olunur. C vitamini ilə zəngin olan narıngi viruslardan qorunmaq, immuniteti möhkəmləndirmək üçün ən yaxşı təbii vasitələrdən birdir.

Qreyfrut

Eyni sözləri bu meyvə haqqında da demək olar. Dadı şirin, xoşagələn olmasa da, orqanizmin immun sisiteminin möhkəmlənməsi üçün ən çox tövsiyə olunan məhsuallardan biridir. Artıq çəkidən qurtulmaq istəyənlər üçün də qreyfrut ideal məhsul sayılır.

Balqabaq

Həm tərəvəz, həm də meyvə sayılan bu məhsul ən müalicəvi təbii nemətlədən biridir. Vitamin, mineral anbarı sayılan balqabaq hüceyrələrin yenilənməsi üçün əvəzsiz məhsullardan biridir.

Heyva

Payızı heyvasız təsəvvür etmək mümkün deyil. Heyvanın tərkibində bol C vitamini var. Heyva həm də immunitet sisteminizi gücləndirərək allergik reaksiyaları aradan qaldırmağa kömək edir. Şişkinliyə və bədəndə su yığılmasına qarşı əla bitki mənşəli vasitədir. Payızda ondan həm təzə halda, həm də mürəbbə, cem, kompot kimi yararlanmaq lazımdır.

Kivi

Tropik meyvə olan kiviyə ilin bütün fəsillərində rast gəlinsə də, yüksək səviyyədə C, K və E vitaminləri, liflə zəngin olan bu meyvənin payızda da qəbul olunması çox faydalı sayılır.

🇦🇿 Çox təssüf ki acı reallıqdır!Təbiəti qoruyaq!!!🇹🇷 Acı gerçeklik!
09/08/2023

🇦🇿 Çox təssüf ki acı reallıqdır!
Təbiəti qoruyaq!!!
🇹🇷 Acı gerçeklik!

Üzüm suyu hansı xəstəliklərin dərmanıdır?Üzüm və üzüm suyu qan yaradır.  Antioksidant xüsusiyyətlərə malik olan üzüm dər...
23/07/2023

Üzüm suyu hansı xəstəliklərin dərmanıdır?
Üzüm və üzüm suyu qan yaradır.
Antioksidant xüsusiyyətlərə malik olan üzüm dərini yeniləyir.
Vitamin və mineral baxımından olduqca zəngin olan üzüm suyu ürək xəstəliklərinə qarşı müdafiə təsiri yaradır.
A, B və C vitaminləri, kalium və dəmir baxımından, olduqca zəngin olan üzüm suyu bədənin xəstəliklərə qarşı müqavimətini artırır.
Üzüm suyu dəmir və kalium çatışmazlığını aradan qaldırır.
Üzüm suyunun qan durulaşdırıcı xüsusiyyəti ilə də infarkt riskini azaldır, ürək sağlamlığını qoruyur.
Üzüm suyunun digər faydalarından biri də tərkibində olan fruktozanın tez ayrılaraq orqanizmə enerji verməsidir.
Tərkibində olan maddələr sayəsində qanı sulandırır, yüksək təzyiq, ürək xəstəlikləri, varikoz kimi bir çox xəstəlikdən qoruyur.

Həkim zarafatı 😅😂.Arada Yumor hissi olan guləcək
13/07/2023

Həkim zarafatı 😅😂.Arada Yumor hissi olan guləcək

Gündə 1 stəkan için stres həyatınızdan getsin.Arıotu və ya cənnətotu(ingilis dilinde lemon balm ya da melissa).Stresi 70...
07/07/2023

Gündə 1 stəkan için stres həyatınızdan getsin.Arıotu və ya cənnətotu(ingilis dilinde lemon balm ya da melissa).Stresi 70 faiz azaldır.Oxuyaq Paylaşaq

Address

Koroğlu Prospekt
Sumqayıt
5000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994703231244

Website

Alerts

Be the first to know and let us send you an email when Klinika loqman 87 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram