PD_group_Psixologiya ve Defektologiya

  • Home
  • PD_group_Psixologiya ve Defektologiya

PD_group_Psixologiya ve Defektologiya Psixologiya ve Defektologiya

25/07/2013

İntuisiya nədir? Demək olar ki, bütün
insanlarda bu altıncı hiss vardır. Bu, heç bir
yerdən deyil, öz-özlüyündən meydana
gəlir. Bunun üçün insan, görmə, eşitmə,
qoxu, dad kimi duyğularından istifadə
etmir. Bəs özündə intuisiyanı inkişaf
elətdirmək mümkündürmü?
İntuisiya beyin yarımkürələrinin eyni anda
sinxron işləməyindən asılıdır, bu isə daha
çox qadınlarda baş verir.
Qadının ətraf aləmə duyğuları daha
açıqdır. O, hər şeyə daha məxfi və diqqətlə
yanaşır.
Bir sıra hadisələr də məhz xanımların
başına gəlir; gələcək haqqında yuxular
görürlər,
hansısa insanı xatırlayırlar və həmin insan
ya gəlir, ya da zəng edir, sanki fikrini
oxuyub.
Çox sayda anlaşılmayan intuitiv hisslərə
biz təsadüfi olaraq baxırıq.
Beləliklə, biz beynimizdən göndərilən
mühüm siqnalları görməməzlikdən
gəlirik .
Uşaqlar daha çox hisslərinə etibar edir və
nadir hallarda yanılırlar.
Bəzən onlar bizdən daha yaxşı bilirlər,
onlar üçün nə yaxşıdır və nə p*sdir.
İntuisiya bəzən ölümdən də xilas edə
bilər; bir çox xəstəliklərdən bizi qoruyur,
təhlükədən xəbərdarlıq edir.
Daxili hisslərimiz ünsiyyətdə olduğumuz
insanları tanımağa imkan yaradır – bu
əlaqələr bizə lazımdırmı? İntuisiya
valideynlər və uşaqlar arasında əlaqələri
inkişaf etdirməyə, bir-birimizi başa
düşməyə kömək edir. O, yaxın insanlar
arasında duyğular yaradır. Sadəcə olaraq
bunun üçün zaman ayırmaq və özünü
dinləmək lazımdır. Analar övladları ilə
müəyyən məsafə vasitəsi ilə ünsiyyət
qururlar, bu, daxili rabitədir və
görünməzdir. Bu, bütün nəsillər boyunca
olub, olur və olacaq da.
Və işdə də hər şey düzgün seçimdən
asılıdır, burada insanlarla yaxınlıq qurmaq
bacarığı lazımdır.
İntuisiyanı inkişaf elətdirmək olar.
Özünüzü daha çox dinləyərək siz onu bir
musiqi aləti kimi idarə etməyə
başlayacaqsınız. Kitablar oxuyun, gözəl
musiqiyə qulaq asın – bunlar təsəvvürü
inkişaf etdirir.
Şüurunuzda yaranan ilk impuls – altıncı
hissin işarəsidir. Onu təhlil etməyə cəhd
etməyin, bununla o, bir anda yox ola bilər.
İntuisiya – öz-özünlə harmoniyadır. Bu, nə
etdiklərinizin və nəyi düzgün etdiyinizin
anlayışıdır. Saxta şübhələr ilə özünü
incitmirsən, əksinə özün ilə barışıq
yaşayırsan. Özünə inam yaranır, öz "Mən"
ini və şüurunu dəyərləndirirsən.
Bizim şüuraltımız toplanan faktlar
əsasında nəticə çıxardır: daha çox faktlar –
daha yaxşı intuisiya.
Xoşbəxt və ya sevincli olanda öz
emosiyalarınızı da unutmayın.
Yaxınlarınızın duyğularına qulaq asın,
haqqında danışanda intuisiyanızın nə
qədər doğru olduğunu yoxlaya bilərsiniz.
İntuitiv qərarların qəbul edilməsi üçün:
* Özünüzə etiraf edin ki , siz əlinizdən
gələn hər şeyi etdiniz və həllini
tapmamısınız.
* Problemlərinizi bir daha nəzərdən
keçirin.
* İntuisiyanızı işə salın, mümkün həlləri
düşünün.
* Növbəti günə qədər gözləyin. Ani
qərarlar qəbul etməyin.
* Hisslərinizə etibar edin, özünüzü
diqqətlə dinləyin və hər şey alınacaqdır!

16/07/2013

Gününüzün xoş keçmesi üçün seher
yuxudan üzünüzde tebessümle oyanın.
Seherle yumor hissinizi unutmayın. İnsanda
olan serotin hormonunu xoşbextlik
hormonu adlandırırlar. Alimler müeyyen edib
ki, bu hormon insanın tekce xoşbext
anlarında deyil, hemçinin lezzetli seher
yemeyi yedikde yaxşı ehval-ruhiye yaranır. 1
fincan kakao hem insanı yuxudan oyadır,
hem de nahar yemeyine qeder enerji verir.
Şirin ve kalorili kakonu içende sanki insanda
bele bir fikir yaranır: “men de her şey
eladır”. Seherler şokaladla isti çay içende de
gün erzinde insan özünü gümrah hiss edir.
Seher idmanını edib, kakaonu içdikden
sonra duş qebul etmek lazımdır. Duş qebulu
zamanı üzünüzün ezelelerine mimiki
gimnastika etdirin. Bu gimnastikanı her gün
etdikde üzün ezeleleri möhkemlenir ve
ehval-ruhiyeye yükselir. İnsanın özüne ciddi
yanaşması ele onun özüne ziyandır.

16/07/2013

Toydan qabaq görülen bütün işlerle yanaşı,
hem xanımın, hem de beyin müeyyen tibbi
müayinesi heyatı ve sağlamlığı baxımından
çox vacibdir. Mehz bunu nezere alaraq, size
hansı növ müayinelerin olduğunu ve hekim
mesleheti ile hansından keçmek lazım
olduğunu bildireceyik. Bütün bu müayinelere
sizi terapevt yönlendirmelidir. Ona göre de
terapevte müraciet etmelisiniz.
Kişiler üçün nezerde tutulmuş müayineler
aşağıdakılardır:
Talassemiya
Qan qrupu, rezus faktor
Cinsi elaqe ile keçen xestelikler QİÇS,(SPİD),
hepatit B,C (5%hallarda ), kandidoz
(göbelek),xlamidioz, ureoplazmoz,
mikoplazmoz, herpes, sifilis, qonoreya,
papilomavirus ve s.
Spermoqramma
Genetik xestelikler (şizofreniya ve s.)
Qadınlar üçün müayineler:
Talassemiya
Qan qrupu, rezus faktor
Cinsi elaqe ile keçen xestelikler (yuxarıda
qeyd olunanlar)
Toksoplazmoz, sitomeqalovirus ve s.
Ağciyerlerin ümumi rentgen müayinesi
Qadın cinsiyyet orqanlarının ultrases
müayinesi
Genetik xestelikler

16/07/2013

Daun sindromulu uşaq sahibi ailələrin ən
böyük uğursuzluğu məlumat əskikliyidir.
Buna görə bu günkü məqaləmizdə ” Daun
sendromu nədir?” sualını cavablandırmağa
çalışacağıq.
Ən sadə dildə desək normal insanin
xromosom dəsti 46 dır. Daun sendromlu
insanlarda isə bədənindəki hüceyrələrin
xromosom dəsti 46 əvəzinə, 47
xromosomdur. Bununla da deyə bilərik
ki,daun sendromu bir xəstəlik deyil genetik
bir fərqlilikdir.
İnsan bədəni onu meydana gətirən
hüceyrələrin nüvələri, xromosomlarla bir-
birlərinə bağlanmış olan genlərdən meydana
gəlmişdir. Buna görə də bu genlər və
xromosomlar insanın fizioloji və psixoloji
vəziyyətinə nəzarət edən, daha doğrusu
insanı şəxsiyyət kimi formalaşdıran əsas
ünsürdür. Xromosom dəsti sabitdir və kiçik
nir dəyişiklik bu sistemi poza bilər. Nəticə
etibarı ilə uşağınızın artıqdan sahib olduğu
bir xromosom onun həyatını təsir edəcək.
Daun sendromu ilə bağlı iki şeyi dəqiq
bilməlisiniz:
Birincisi- daun sindromlu uşağın doğulma
səbəbi ana-ata deyil- genlərdir.Həmçinin
hamiləlik əvvəli və ya hamiləlikdə olan heç bir
şey uşağın daun sindromlu doğulmasına
gətirib çıxarmaz.
İkincisi- digər uşaqlar kimi daun sindromlu
uşaqların da özlərinə xas şəxsiyyətləri,
qabiliyyətləri və düşüncələri vardır. Digər
uşaqlar kimi onlar da fərqli şəxsiyyətə sahib
bir fərd olaraq böyüyəcəklər.
Daun sindromu necə meydana gəlir?
Yuxarıda da qeyd etdiyim kimi daun
sendromlu uşaqlarda xromosom dəsti 46
əvəzinə 47 olur.Yəni daun sindromu genetik
xəstəlikdi. Buna səbəb olan təsir edici
faktorlar-ananın yaşı, radiasiya, troit
antibodies, narkotik və spirt istifadəsi kimi
müxtəlif səbəblər göstərilsə də bunların
içində qətilik qazanmış olan səbəb hələ ki
yoxdur. Son araşdırmalar göstərir ki,
sindromu yaranma səbəbləri kimi
spermatazoidin də tərkib hissəsi önəmlidir.
Sonradan uşaqların daun sindromlu olma
riski varmı?
Bu problemin cavabı uşağın xromosom
dəyişməsinin növünə bağlıdır. Risk yüksək
deyil, lakin istisnalar da ola bilər.
*Qeyd …Bir ananın təcrübəsi
“Üçüncü uşağımızın doğumuna yaxşı
hazırlanmışdıq və iki uşaqdan sonra bu
körpəmizin baxımıyla əlaqədar heç bir
problem yaşamayacağımızı düşünmüşdük.
Lakin hər şey çox fərqli inkişaf etdi.
Doğumdan yarım saat sonra oğlumun daun
sindromlu olduğunu öyrəndik. Bu bizim
üçün bir şok idi. İki sağlam uşaqdan sonra
belə bir problemlə qarşı-qarşıya qala
biləcəyimiz ağılımızın ucundan belə
keçməmişdi.
Digər uşaqlarımı əmizdirdiyimdən oğlumu
əmizdirmək qədər təbii bir şey yox idi
mənim üçün. Lakin xəstəxanada həkimlər
belə bir uşağın əmizdirilməsinin son dərəcə
çətin olduğunu düşünürdülər. Lakin ana
südü əhəmiyyətli idi.
Beləliklə südümü süni yolla sağıb uşağımı
ana südü ilə bəsləməyə başladım. Xüsusilə
onu qəbul edə bilməməkdən ötəri hiss
etdiyim günahkarlıq duyğusundan sonra,
uşağımın böyüməsinə kömək etmək mənim
üçün çox gözəl bir hiss idi.
Sinədən əmməyi oğlum ancaq 4 həftə sonra
bacara bilmişdi. İnfeksiyalara qarşı ana
südünün köməyi ilə qorunmuşdu. Ağız və
çənə əzələləri ana sinəsini əmdiyindən
qüvvətlənmişdi. Əmizdirmə zamanı mənimlə
yaxın əlaqə nəticəsində bizi çox yaxın
zamanda qəbul etdi və 10 həftədənsonra
bizə gülməyə başladı. Indi mənim oğlumun 6
yaşı var. Düzdü o başqa usaqlardan ferqlidi,
amma xəsdə deyil. Sadəcə başqalarından
fərqlənir…
Əmizdirmək, bütün körpələr üçün olduğu
kimi daun sindromlu uşaqlar üçün də son
dərəcə əhəmiyyətlidir. Bu uşaqların ana südü
ilə bəslənmələri, çənə aparatının
qüvvətlənməsini təmin edir. Qüvvətli şəkildə
əmmək, normal bir ağız quruluşunun
meydana gəlməsinin ən yaxşı yoludur.
Əmizdirmə ilə alt çənənin inkişafı və dil
hərəkəti nəticəsində ağızının
bağlanılmasının öyrənilməsi daha asandır.
Çünki daun sindromlu uşaqlarda ağzının tam
olaraq bağlı saxlanması çətin olur.
Daun sindromlu uşaqlar necə inkişaf edər?
Daun sindromlu usaqların xarici
görünüşündəki ən önəmli dəyişiklik
gözlərinin çəkik olmalarıdır.Onlar hər zaman
güləriz olurlar.İlk gösdərici zəka geriliyinin
olmasıdır. Onların boyu nisbətən alçaq olur.
Normal uşağın 3-4 ilə göstrdiyi inkişfı onlar
9-10 ilə göstərirlər.Onların yadda saxlama
qabiliyyeti azdır, diqqətləri dağınıqdır,nitqləri
təmiz deyil, amma güclü təqlid bacarıqları
var. Çox xromosom uşağın inkişafını mənfi
təsir edir. Bu vəziyyət çox təəssüf ki belə
olacaq . Çünki xromosomu dəyişmək
mümkün deyil. Lakin unutmamalıyıq ki, bir
uşağın inkişafı yalnız genetik faktorlara bağlı
deyil. Ətraf və öyrənmə faktorları da uşağın
inkişafında çox əhəmiyyətli təsir edir. Evdə
yaxşı təlim keçən daunlar özləri geyinib
soyuna bilər, yemək və su içə bilər, öz
gigiyenik ehtiyaclarını təmin edə bilər. Bəzi
daunlar hətda məktəbə və unuversitetə gedə
biləcək təlimə yiyələnə bilirlər.Daun
sindromlu uşaqların ehtiyacları digər
uşaqların ehtiyaclarından fərqli deyil. Onlar
da ana, ata və qardaşlarıyla birlikdə
olmaqdan xoşbəxt olurlar. Ətraflarını kəşf
etmək, oynamaq, öyrənmək, gülmək
istəyirlər. Daun sindromlu bir uşağın
mümkün olduğu qədər ictimai bir mühitdə
böyüdülməsi, inkişafı üçün son dərəcə
faydalıdır.
Uşağınızın fiziki görünüşü digər uşaqlardan
bir az fərqli ola bilər, bir sıra sağlamlıq
problemləri ola bilər. Lakin unutmayın ki,
bəzi uşaqların sarı saçlı, bəzilərinin mavi
gözlü olması kimi sizin uşağınızın da daun
sendromlu olması bir genetik fərqlilikdir.

16/07/2013

Əgər inamınızı itirmisinizsə,
sizə verəcəyimiz məsləhətlərdən faydalanın.
1. Tənqiddən əl çəkməli
Tənqid – qiymətləndirmənin bir növüdür.
Daha doğrusu, tənqid edərək biz insanları,
özümüzü, vəziyyəti qiymətləndiririk. “Bu belə
olmalıdır, başqa variantı ola bilməz” demək
və ya kiminsə belə deməyinə göz yummaq
nə dərəcədə doğrudur? Həyat çoxlarına
“etmərəm, olmaz” dedikləri şeyləri etməyə o
qədər məcbur edib ki! Ona görə, çalışın
özünüzü də, başqalarını da tənqid
etməyəsiniz.
2. P*s fikirlərdən uzaq durmalı
Bəzən hamını, hər şeyi günahlandırırıq,
unuduruq ki, əslində p*sliyin kökü elə öz
içimizdədir. Biz p*s düşündükcə, həyat da
qarşımıza p*s situasiyalar çıxarır.
Xəstələnəcəyini gözləsən, xəstələnəcəksən.
Sevgi gözləsən, sevgi gələcək. Hər şey bu
qədər sadədir.
3. İstiqanlı, xeyirxah olmalı
Uğur yolunda ən birinci addım – səbirdir.
İşdə uğur üçün təcrübə toplamalısınız,
sevgidə uğur üçün gərək çox sevəsiniz və
vaxtı gələndə hər ikisində də yaxşı
nəticələrlə qarşılaşacaqsınız. Həyatı tələsik
yaşamaqdan əl çəkin, hər şeyin öz vaxtı var.
4. Başqalarına da, özünüzə də yazığınız
gəlməməli
Kiməsə yazığı gəlmək əslində onu
alçaltmaqdır. Bu, heç şübhəsiz belədir. Halına
acımaq – yəni başına gələnlə, problemi həll
etmək gücünə malik olmamaqla
razılaşmaqdır. İnsan istəsə, dağı dağ üstünə
qoyar. Heyf ki, əksəriyyət öz potensialından
istifadə etmir, yaxud qıymır...
5. Razılıqdan qaçmalı
Kömək istəməkdən, bilmədiyiniz şeyləri
soruşmaqdan utanmayın. Bu, heç də zəiflik
əlaməti deyil. Zəiflik utancaqlıqdır. Bizim
həyatın hər sürprizi ilə tək başına mübarizə
aparmaq kimi bir öhdəliyimiz yoxdur.
Əksinə, hər şeyi ətrafımızdakılarla birgə daha
rahat həll edə bilərik. Uğurun sirlərindən biri
məhz birlikdədir!
6. Çatışmazlıqları sevməli
Yox, mazoxizm lazım deyil. Sadəcə çətinliyin
bizi məhv edəcəyinə yox, onun bizi daha
güclü edəcəyini bilin. Problem qaçmaqla onu
həll etmək olmur. Nə qədər çətin və ağır olsa
da, onun üzərinə gedin, həll yolların axtarın.
Zəif nöqtələrinizi, çatışmazlığınızı deyib
özünüzü günahlandırmaqdansa, onları
sevin.
7. Sağlamlığınızın qeydinə qalmalı
Doğulduğumuzdan bəri bizə cəmi bircə can
verilir, əvəzi də yoxdur, qeydinə qalmalıyıq.
Yeri gələndə işi-gücü atıb ağrıyan yerimizin
dərdinə yanmalıyıq. Onu məgər hansı p**a
geri qaytarmaq olur?
8. İşi sonacan görməli
Sonacan görülməyən iş insanın özünə
inamını azaldır, yadda həmişə zəiflik əlaməti
kimi ilişib qalır. Heç nəyi yarıda qoymayın –
bunu başqasına görə yox, sırf özünüzə görə
edin!
9. Sahib olmağa çalışmamalı
Biz nələrə sahibik? Sahib olduğumuz
istənilən şey etibarsızdır. Çox sevdiyimiz əşya
bir gün qırıla, güvəndiyimiz dostumuz bir
gün bizi aldada bilər. Bu halda itki bizi daha
çox ağrıdır. Çünki sahiblik – asılılıqdır.
Sahiblik hissindən daha çox özünüzə
yaxınlıq hissini təlqin edin. Kiməsə sahib
olmaqdansa, daima yanında olmaq daha
rahatdır.
10. Həyatın sürprizlərinə hazır olmalı
Sürprizlər həmişə xoş hislər vermir, bəzən
ağrılı anlar da yaşadır. Necə ki xoş hadisələrə
qollarınızı açırsınız, p*s şeylərlə qarşılaşanda
da eyni reaksiyanı verməyə çalışın. Axı həyat
bəzən alça kimidir, turş olsa da, heç cür
yeməkdən doymaq, imtina etmək olmur.

14/07/2013

Dejavu - insanlarda rast gelinen bir hadiseni
daha evvel de yaşanması ve ya ilk defe
gedilen bir yerde daha evvel de olmaq kimi
hissler yaradan psixoloji haldır. Bu hallarla
qarşılaşan insanlar bezen özlerini fövqel
güce sahib hiss edirler. Lakin bu hal tibbe
melumdur ve elmi dilde beynin bu
reaksiyasına Dejavu deyilir.
Dejavu daima nevroloqların diqqet
merkezinde olmuş ve bu günde tedqiq
edilmektedir. Aparılan bezi araşdırmalar
gösterir ki, dejavuya sebeb olan esas amil
dejavu zamanı beynin bezi bölgelerinin daha
aktiv fealiyyetde olmasıdır.
Dejavunun her bir insanda heftede bir ve ya
iki defe olması normaldır lakin bu halların
daha tez-tez tekrarlanması uşaqlarda
epilepsiya xesteliyinin yaşlılarda ise beyin
pozğunluğunun xeberçisi ola biler.

14/07/2013

Fobiya(novleri)
Akluofobiya-qaranlıqdan qorxmaq.
Antropofobiya - insanlardan qorxmaq.
Batofobiya — derinlik qorxusu.
Bibliofobiya — kitablardan qorxmaq.
Fotofobiya — işıqdan qorxmaq.
Qolossofobiya — ictimai yerlerde
danışmaqdan qorxmaq.
Monofobiya — teklikden qorxmaq.
Xlostorofobiya — qapalı yerlerden qorxmaq.
Agirofobiya - küçeden qorxmaq
Agorafobiya – açıq yerden ve ya kütleden
qorxmaq
Ailurofobiya – pişikden qorxmaq
Akluofobiya – qaranlıqdan qorxmaq
Akrofobiya – hündür yerden qorxmaq
Algofobiya – ağrıdan qorxmaq
Amaksofobiya – maşından (ve ya
neqliyyatdan) qorxmaq
Amatofobiya – toz qorxusu
Amnezifobiya – hafizesini itirmekden
qorxmaq
Amofobiya – iti cisimlerden qorxmaq
Anemofobiya – fırtına qorxusu
Antlofobiya – sel qorxusu
Apifobiya – arılardan qorxmaq
Araknofobiya – hörümçekden qorxmaq
Astenofobiya – gücsüz olmaqdan qorxmaq
Astrafobiya – şimşek qorxusu
Atelofobiya – mükemmel olmamaq ve ya ola
bilmemek qorxusu
Aviofobiya – uçuş qorxusu
Ballistofobiya - silahdan ya da mermiden
qorxma
Batofobiya- derinlik qorxusu, yüksek
binaların yanından keçmekden qorxma
Batrakofobiya- qurbağa, salamandr kimi
heyvanlardan qorxma
Belonefobiya- iyneden qorxma
Bibliyofobiya- kitablardan qorxma
Bromidrosifobiya- vücud qoxusundan
qorxma
Brontofobiya- göy gurultusundan qorxma
Dentofobiya- diş hekiminden qorxma
Dekatriaparaskevifobiya- ayın 13'ünün Cüme
gününe tesadüf etmesi qorxusu
Elektrofobiya- elektrikden qorxma
Emetofobiya- qusmaqdan qorxma
Entomofobiya- böceklerden qorxma
Endofobiya- Geyim qorxusu
Ep*staksiyofobiya- burun qanamasından
qorxma
Eritrofobiya- üz qızarmasından qorxma
Farmakofobiya- dermanlardan qorxmaq
Fazmofobiya- ruhdan qorxmaq
Febrifobiya- qızdırmadan qorxmaq
Filemafobiya- öpmekden ve ya öpüşmekden
qorxmaq
Filofobiya- sevmekden, aşiq olmaqdan
qorxmaq
Fobofobiya-qorxmaqdan qorxmaq

14/07/2013

Cinsinden ve sosial statusundan asılı
olmayaraq sevgide serhed yoxdur. Her insan
özünemexsus terzde sevir ve sevgisini
müxtelif terzde büruze verir.
Bes sevgide xeyanet nece? Eger kişi bir
qadını sevirse, ona xeyanet ede bilermi?
Sosioloqların sorğusuna esasen, kişilerin
yarısı heyat yoldaşlarına xeyanet edir. Demeli
onlar öz heyat yoldaşlarını sevmirler? Kişi
xeyanetinin esas sebebi nedir? Neye göre
xeyanet yalnız kişilere icaze verilen hereket
kimi qebul olunur? Xeyanetkar-qadına ise
cemiyyet daha ciddi reaksiyalar verir. Sene
qarşı xeyanet olunubsa, bu heç de sizin
sevgide uğursuzluğunuz demek deyil.
Eksine, bu cür hallar qadına imkan verir ki,
öz heyatına bir daha nezer salsın ve onu
yaxşı terefe yoneltsin...
Kişi xeyanetinin bir neçe esas sebebi:
-
1. Siz sadece hemin kişini seçmemisiniz.
Onun üçün inam, aile heyatı, sadiqlik bir o
qeder de qiymetli deyil. O yenilik ve macera
axtarışındadır. Sıxıntı ve sükutun baş
vermemesi üçün o, sevgili axtarışında
olacaq.
-
2. Sevgilinizle münasibetlerde inam yarada
bilmirsiniz. Ola bilsin ki, siz çox qısqancsınız
ve emosiyalarınızla bacarmırsınız. Eger onun
işden gec gelmesi, telefonla çox danışması
ve ya her hansı öten qıza baxmasına göre
daim söz-söhbet ve dava yaradırsınızsa, bu,
o demekdir gec ve ya tez onu itireceksiniz.
-
3. Heç de bütün kişiler kenarda eylence
axtarmır. Bezi kişiler sevgilisi ile tam ferqli
xeyallar qurur. Ola bilsin ki, heyat yoldaşınız
ailede özüne lazım ve vacib olan emosiyaları
ala bilmir.
-
4. Qorxular. Daim xeyanet haqda düşünmek
ve qorxmaqla onu özünüze daha asan celb
etmiş olacaqsınız. Vefasızlıq haqda
düşünerek biz özümüze emr veririk ve
şüursuz olaraq xeyanetkar heyat yoldaşı
axtarmağa başlayırıq. Ve yaxud özümüzü ele
aparırıq ki, bizim hele ki, vefalı heyat
yoldaşımız xeyanete doğru gedir.

14/07/2013

Kleptomaniya psixoloji xestelikdir. Ele
insanlar var ki, her hansı bir eşyaya ehtiyacı
olmadığı ve ya onu ala bilecek qeder maddi
veziyyeti yaxşı olduğu bir halda, oğurluq
ederek o eşyaya sahib olurlar. Bu insanları
kliptoman adlandırmaq olar. Kliptomaniya
önceden planlaşdırılmış ve ya kimdense
qisas almaq meqsedi ile edilmiş bir hereket
deyildir. Çünki kleptoman etdiyi hereketin
yalnış ve uyğunsuz olduğunu bile – bile
oğurluq edir. Onlar sanki oğurluq etmekden
zövq alır ve bu hereketlerile daxili rahatlıq
tapırlar. Bezen onlar oğurladıqları eşyadan
heç istifade etmeden, onu tullayırlar. Bele
insanlar oğurluq etmek üçün heç vaxt
başqalarından yardım istemirler.
Kleptomaniya uşaq yaşlarından üze çıxan
psixoloji narahatçılıqdır. Bele insanlar bu
davranışı etmezden önce, özlerinde
yorğunluq ve çatışmazlıq hiss edirler.
Oğurluq etdikden sonra ise xoşbext ve rahat
olurlar. Çox vaxt kleptomaniya diaqnozu
qoyulan xestelerde dipersanalizasiya (yüksek
derecede mesuliyyetsizlik) halları da
müşahide olunur.
Araşdırmalar neticesinde melum olmuşdur
ki, saxlanılan mağaza oğrularının 5-25%- i
kleptomaniya xesteliyinden eziyyet çekirler.
Hemçinin qadınlarda bu xesteliye kişilerden
4 defe çox rast gelinir. Qadınlarda teqriben
30-35 yaşlarında, kişilerde ise 50-55
yaşlarında bu narahatçılıq özünü daha çox
biruze verir.
Kleptomanik davranışların baş vermesine
sebeb insanların uşaqlıq çağlarında
yaşadıqları bezi hadiselerdir. Araşdırmalar
neticesinde melum olur ki, bele insanlar
uşaqlıq dövründe olduqca böyük travmalar
almışlar. Bu xestelik insanlarda hemin
tarvmaların ve özüne inamın aşağı olması
neticesinde ortaya çıxır.
Kleptomaniya insan heyatında bezi itkilerin
baş verdiyi zaman da ortaya çıxa biler.
Meselen, uşaqları evden ayrılmış qadınlarda,
kişilerde andropoz müddetinde bele hallara
rast gelinir. Qadınlarda narahatçılığın artdığı
hamilelik vaxtlarında da bu cür hallar özünü
biruze verir.

04/07/2013

Uşaq nevrologiyası, körpe ve uşaqların beyin
inkişafını öyrenilmesi baxımından en
fundamental bölmelerden biridir. Uşağın
diger orqan sistemleri kimi, beyin ve sinir
sisteminin de yaşa uyğun inkişaf edib
etmemesinin mütleq müşahide etmek
lazımdır.
Uşaqlarda nevroloji xesteliklerin böyük
ekseriyyetini başağrıları, bezi nadir metabolik
ve ezele xesteliklerinin meydana getirdiyini
ifade edilir.
Körpenin doğulduğu andan etibaren etraf
mühitle qarşılaşdığını, ana rehmindeki isti ve
etibarlı mühitden uzaqlaşıb xarici dünya ile
qarşılaşdığını, bu dövrde körpenin
ehtiyaclarının ödenilmesinin çox ehemiyyetli
olduğunu, ana betnindeki istiliyi ve rahatlığı
tapmaq istediyini izah eden mütexessisle,
buna göre de körpenin sinir sisteminin
inkişafı üçün ilk günlerden etibaren baxım,
maraq ve sevginin çox ehemiyyetli olduğunu
bildirirler.
İnsan beyninde milyardlarla sinir hüceyresi
var. Ve her birinin ayrı funksiyasının olduğunu
bildiren mütexessisler bu funksiyalar
sayesinde de evvel başını dik tutmaq, sonra
oturmaq, yerimek, danışmaq kimi dövrlerde
baş verdiyini bildirirler.
Mütexessisler, körpenin ya da uşağın beyin-
sinir sisteminde çetinlik olub olmadığını nece
bileceyik?" - sualına, ''Uşağınız 2 aylığında üzü
üste başını qaldıra bilmirse ve ya 3 aylığında
başını dik tuta bilmirse demeli onda sinir
problemleri var. Hemçinin gördüyü obyektleri
gözle teqib ede bilmirse, 6 aylığında arxası
üste başını qaldıra bilmirse, 9 aylığında dik
oturmağı bacarmırsa mütleq hekime müraciet
edin.
1 yaş yarımında yeriye bilmirse ve ya heç bir
söz söyleye bilmirse, 3 yaşında sade cümleler
qura bilmirse, heddinden artıq yatırsa ya da
yuxu pozğunluğu varsa, yuxusunda diksinirse,
5 yaşından sonra altını islatmağa davam
edirse, demeli körpenin sinir sisteminde ciddi
problem var.
''QUCAĞA ÖYREŞMESİN" SEHV FİKİRDİR
Hem körpelik, hem de uşaqlıq dövründe beyin
ve sinir sisteminin inkişafı üçün ilk şertin
lazımi maraq ve sevginin gösterilmesi olduğu
vurğulanır.
Cemiyyetde, ''Körpeni qucağa alma,
öyreşmesin'' kimi fikrler mütexessisler
terefinden tenqid olunur.
''Bu cür qonqarma fikirlere müsbet baxmırıq.
Körpenizi qucağınıza alın, sevin, sevgi
nümayiş etdirin. Körpelere sevgi göstermek
lazımdır. Onsuz da müeyyen yaşdan sonra, o
danışmaq ve yerimekle azadlığını qazandığı
dövrde siz qucağınıza almaq isteseniz de
gelmir, yerimek, azad hereket etmek isteyir'' -
deye bezi mütexessisler bildirib.
Mütexessisler, her ailenin özüne göre adetleri,
deyerleri olduğunu, uşağın 1-3 yaş arasında
hem aile hem de ictimai deyerleri öyrenme
dövrüne girdiyini deyirler. Mütexessisler
bildirir ki, öyrenilmiş davranışlar vardır.
Ağlayaraq istediyini etmek, her isteyinin
yerine yetirilmesi kimi davranışlar adet halına
çevrilse, qarşıda bedbext olmasına sebeb
olarıq. Çünki heyatı boyunca ağlayaraq
istediyini etdiren dövrleri olacaq. Bu halda
onun gelceyi heçde işıqlı olmayacaq. Buna
göre körpeni, uşağı ağladan sebebleri
ortadan qaldırmaq lazımdır.
Körpe terbiyesinde en çox buraxılan
sehvlerden biri heddinden artıq maraq ve
düşkünlük ile ''qoy ağlasın, öyrensin'' kimi bir
sebeble maraqsızlığın yaranmasıdır.
Mütexessisler, körpeni ağladan faktorları
aradan qaldırmaq lazımdır deye bildirirek
misal çekirler, "yatağında yatmaqdan xoşu
gelmirse qucağınıza alıb sevgi göstererek,
oxşayaraq sakitleşdirib, ondan sonra
yatırmalısınız" - deye meslehet verirler.
Körpenin sakitleşmesi ve rahat olması üçün
körpeye baxan adamın psixologiyası çox
mühümdür. Gergin, tündxasiyyet, vasvası,
narahat, tezyiqi olan valideynlerin uşaqlarında
nervoz problemlerin emele gelmesi gözlenilen
haldır.

04/07/2013

Kişilərin qadınlardan saxladığı sirrlər
1- Kişilərində duyğuları inciyər ancaq bu
onlara zərər versə də vəziyyətlərini əks
etdirməzlər.
2- Bəzi kişilər üçün saçları çox
əhəmiyyətlidir. Bəziləri üçünsə şapkanın
altında qalan şeylərdir.
3- Kişilər də kök olduqlarını düşünə bilər.
Qızlar belə bir vəziyyətdə bir-birlərinə ‘çox
kök deyilsən‘ deyə danışarkən, kişilər ‘bəli
qardaş, həqiqətən kilolusan‘ deyər.
4- Kişilər dəli kimi məşq etdikdən sonra
yalnız yemək istəyərlər.
5- Rədd edilmə. Bir qızı çölə çıxaracaqları
zaman dəhşətə düşərlər. Əvvəlində sizdən
belə bir mesaj-siqnal almaqları onlar üçün
yaxşı olar. Yoxsa onlar üçün çox qorxuducu
ola bilər.
6- Bəzən qadınların söylədiklərinin çox boş
olduğunu mütəfəkkirlər. İstədiklərində
eşitməyəcəkləri bir sistemə sahib olmaq
istəyərlər. Başqalarıyla əlaqədar detalları
deyil yalnız olanı eşitmək istəyərlər.
7- Bütün kişilər sevgililər günündən nifrət
edər. Romantik biri olsalar belə bu gün
onları xəstə edir.
8- Qadınların geydikləri paltarlardan çox,
açıqda qalan yerləriylə maraqlanarlar.
9-Günün sonunda ana xalları toplar. Əgər
anasıyla razılaşa bilmirsənsə, bu vəziyyəti
dəyişdirsənsə yaxşı olar.

04/07/2013

13 rəqəmi haqqda bildiklərimiz və
bilmədiklərimiz
, sayılan 13
rəqəminin sirlərini açmaq istədim.hamının
yaddaşında p*s rəqəm kimi sayılan 13-dən
niyə hamı qorxur???doğurdanmı 13 düşərli
rəqəm deyil??!!!
13-ün bu günə qədər tapılmış
tərəfləri:
***Antik dövrdə Hesoid kəndlilərə ayın 13-
ü əkin işlərinə başlamamağı tapşırardı.
***Çində 13 qapalı və qaranlıq astroloji
siklə keçiddir.Burada da 13 “ölüm rəqəmi”
sayılır.
***İnanca görə,bayram süfrəsində 13
nəfər oturmamalıdır.Əgər təsadüfən 13
nəfər oturdusa,masadan 1-ci qalxan insan
il ərzində ölürmüş.
***İblis göy ətrafında 13-cü mələk olub.
***Cadugər və ifritələr bir yerə
yığışarkən,12 nəfər olurlar.13-cü isə
şeytanın özü olur.
***Xristian dinində İsa 12 apostoldan
sonra 13-cü idi.Gizli cümə iştirakçıları da
13 nəfər idilər.
***Şagirdi İsa Peyğəmbəri məhz ayın 13-
nə təsadüf edən cümə günündə romalılara
satmış və peyğəmbəri çarmıxa
çəkmişlər.Ona görə 13 “xəyanət
rəqəmidir”
***Rəvayətə görə,ayın 13-ü cümə günü
İblis Adəmlə Həvvanı yoldan çıxarmış və
onlar Cənnətdən qovulmuşlar.
13 rəqəminin cəhətləri
***Yunanca İusus Xristos 13 hərflə yazılır.
***ABŞ dollarında 13 rəqəmi əks
olunub.Rəsmi olaraq bu,ilk dəfə birləşən
13 ştatın rəmzidir.ABŞ-nın dövlət gerbinin
elementlərində də 13 rəqəmi var.
***13 yəhudilərin müqəddəs rəqəmidir.
***Fransa kralı Lüdovik 13 rəqəmini ən
uğurlu və xoşbəxt rəqəm sayırdı.
***Bibliyada Allahın 13 vacib keyfiyyətləri
sadalanır.
***Kabbala təqvimində 13 səma fəvvarəsi
əks olunur.Deyilənə görə,cənnətə axan
çaylar da 13-dür
Müasir dövrün insanları da 13 rəqəminin
sirli,qorxulu qüvvəsini unutmamışlar.Bu
gün ABS-da 13 nömrəli
avtobus,trolleybus,vaqon,Fransada 13
nömrəli ev yoxdur.Bir çox təyyarələrdə 12-
ci yerdən,otellərdə isə 12-ci otaqdan sonra
birbaşa 14 gəlir.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when PD_group_Psixologiya ve Defektologiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram