
25/07/2025
Bəzi pasiyentlər düşünür ki, aybaşı dövrü hər ay eyni vaxtda baş verirsə və qanaxma normaldırsa, bu onların tam sağlam olduğunu göstərir. Lakin tibbi baxımdan bu yanaşma yalnış və təhlükəli arxayınlıq yarada bilər.
Aybaşı dövrünün nizamlı olması reproduktiv sistemin yaxşı işlədiyini göstərə bilər, amma bu, ginekoloji və onkoloji xəstəliklərin olmadığı mənasına gəlmir.
Məsələn:
🔰 Yumurtalıq kistaları (funksional olmayan, dermoid və ya endometrioid) uzun müddət simptomsuz inkişaf edə bilər.
🔰 Endometrioz zamanı aybaşı normal görünsə də, toxumaların yayılması ağrılı cinsi əlaqə, sonsuzluq və digər fəsadlarla nəticələnə bilər.
🔰 Serviks displaziyası və ya uşaqlıq boynu xərçəngi ilkin mərhələdə heç bir əlamət vermədən irəliləyə bilər – yalnız PAP-smear və kolposkopiya ilə aşkar edilə bilər.
🔰 Uşaqlıq daxili miomalar və ya poliplər də aybaşıya təsir etmədən mövcud ola bilər.
Yəni aybaşı nizamı sizi aldatmasın. Simptomsuz keçən xəstəliklərin vaxtında aşkar olunması üçün ildə ən azı 1 dəfə ginekoloji müayinə və skrininq testlərindən keçmək tövsiyə olunur.
Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital