24/12/2019
Pterigium (qanadabenzer perde) daha çox isti iqlim qurşağında olan yerlərdə tez-tez rastlanan göz xəstəliklərindən biridir.Əsas əmələgəlmə səbəbi ultrabənövşəyi şüalar və göz quruluğu təşkil edir. Degenerativ bulbar konjuntkivanın buynuz qışa üzərinə yürüməsidir və fibrovaskulyar toxuma üçbucaq şəklindədir. Kiçik pterigiumlar asimtomatik ikən, buynuz qışa üzərinə irəliləmiş hallarda qıcıqlanma və batma, qızartı, astiqmatizmə bağlı bulanıq görmə, görmə aksını tutan durumlarda görmədə azalma olur
Müalicəsi cərrahi yolladır. Müxtəlif üsullarla fibrovaskulyar toxuma eksizə edilərək götürülür. Təkrarlanma ehtimali olan bir xəstəlikdir Günəşin ultrabənovşəyi süalarından qorunmaq üçün gün eynəyindən istifadə xəstələrə tövsiyyələrimizdən biridir.