Endokrinoloq Fərhad Burzu

  • Home
  • Endokrinoloq Fərhad Burzu

Endokrinoloq Fərhad Burzu Bütün növ Endokrinoloji Xəstəliklərin Dəqiq Müayinəsi, Təqibi və Düzgün Müalicəsi

Psoriatik artrit (PsA) – həm oynaqlara, həm də dəriyə təsir edən xroniki autoimmun xəstəlikdir.  Bəzi araşdırmalar bu xə...
15/08/2025

Psoriatik artrit (PsA) – həm oynaqlara, həm də dəriyə təsir edən xroniki autoimmun xəstəlikdir. Bəzi araşdırmalar bu xəstəliyin səbəblərindən birinin metabolik sindrom ola biləcəyini ortaya qoymuşdur.
👉İtaliyada aparılan bir araşdırmada məlum olub ki, metabolik sindromu olan PsA xəstələrində çətin müalicə olunan (D2t) forma çox daha tez-tez rast gəlinir. PsA diaqnozu qoyulan xəstələrin 81%-də metabolik sindrom aşkarlanıb, halbuki müalicəyə daha yaxşı cavab verənlərdə bu göstərici cəmi 29,4% olub. Bu, metabolik sindromun PsA üçün 7 dəfədən çox risk yaratdığını göstərir.
📍Məlumdur ki, metabolik sindrom dəyişdirilə bilən bir amildir. Sağlam həyat tərzi, balanslı qidalanma, müntəzəm hərəkət və metabolik xəstəlik mütəxəssisləri ilə əməkdaşlıq xəstəliyin gedişatınl xeyli yüngülləşdirə bilər.
Araşdırma göstərir ki, artmış (visceral) piy yığıntıları həm metabolik sindroma, həm də PsA-ya təsir edir və iltihabı gücləndirir. Bu isə xəstəliyin daha davamlı və ağır formaya keçməsinə səbəb ola bilər.
✅Əgər psoriatik artritiniz varsa, metabolik sağlamlığınıza diqqət yetirmək yalnız ümumi sağlamlıq üçün deyil, həm də xəstəliyin gedişatına təsir etmək üçün vacibdir.
Sağlam qalın.

🌀
☎️050 331 98 05

👉1950-ci ildən bu günə plastik istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Bu plastiklər parçalandıqca mikro və nano-plast...
12/08/2025

👉1950-ci ildən bu günə plastik istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Bu plastiklər parçalandıqca mikro və nano-plastiklər əmələ gəlir.
Fransada aparılan geniş araşdırma göstərmişdir ki, torpaq nümunələrinin 75%-i mikroplastiklə çirklənib. Bu hissəciklər qida və içkilərlə bədənimizə daxil olur, ağciyər, böyrək, hətta beynimizə qədər çata bilir. Hətta insan beynində çəkisinin 0,5%-nə qədər mikroplastik tapıldığı aşkardır. Yaş artdıqca ağciyərlərdə yığılan bu hissəciklər illərlə bədəndən çıxmaya bilər.
Araşdırmalara görə, içkilərdəki mikroplastik miqdarı belədir:
💧 Butulka suyu – 2,9 MP/L
🥤 Qazlı içkilər – 31,4 MP/L
🍋 Limonad – 101,5 MP/L
🍺 Pivə – 84 MP/L
🍷 Şüşə butulkada şərab – 12 MP/L

👉Və ən maraqlısı: şüşə butulkalarda mikroplastik miqdarı bəzən plastik butulkalardan daha çoxdur! Səbəb isə qapaqların sürtünməsidir.
Görünməyən bu hissəciklər sağlamlığımız üçün ciddi riskdir.
🩺Əziz dostlar, içdiklərinizə diqqət edin, seçim edərkən təkcə qablaşdırmaya yox, onun necə istifadə olunduğuna da fikir verin – sağlam qalın!

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet ̧fetteyiz ̧fetedüş ̆lamlıq

Uzun illərdir gündə 10,000 addım atmaq sağlam qalmaq üçün “qızıl standart” kimi qəbul olunur. Amma bu rəqəm haradan gəli...
09/08/2025

Uzun illərdir gündə 10,000 addım atmaq sağlam qalmaq üçün “qızıl standart” kimi qəbul olunur. Amma bu rəqəm haradan gəlir və həqiqətən elmi əsasları varmı?
👉Sidney Universitetində aparılan yeni bir meta-analiz, 57 fərqli araşdırmanın nəticələrini bir araya gətirərək gündəlik addım sayı ilə sağlamlıq arasında olan əlaqəni təhlil edib. Və nəticələr bir çox stereotipi alt-üst etmişdir.
Əsas nəticələri sizə təqdim edirik:
🔹 Gündə 2,000-dən çox addım atmaq – ölüm, ürək xəstəlikləri, xərçəng və demensiya riskini əhəmiyyətli dərəcədə azaldır.
🔹 Ən ideal nəticələr 5,000 – 7,000 addım aralığında müşahidə olunub.
🔹 7,000-dən yuxarı addımlar isə əlavə fayda versə də, statistik fərq əhəmiyyətli olmayıb.
🔹 7,000 addım ilə müqayisədə:
▪️ Ölüm riski – 47% aşağı
▪️ Ürək xəstəliyi – 25% aşağı
▪️ Demensiya – 38% aşağı
▪️ Depressiya – 22% aşağı
▪️ Xərçəngdən ölüm – 37% aşağı olmuşdur.

Belə ki, gəzinti üçün özünü yormadan da böyük fayda əldə edə bilərsiniz.
Məqsəd böyük rəqəmlər deyil – davamlı və real addımlardır. Gəzin, hərəkət edin, sağlamlığınızı qoruyun!

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet ̧fetteyiz ̆lamlıq

👉Vitamin E, sağlamlığımızı qoruyan ən vacib antioksidantlardan biridir. Təbii şəkildə qoz yağı, günəbaxan toxumu, tam ta...
31/07/2025

👉Vitamin E, sağlamlığımızı qoruyan ən vacib antioksidantlardan biridir. Təbii şəkildə qoz yağı, günəbaxan toxumu, tam taxıllar, buğda və ispanaqda rast gəlinir. Bu vitaminin çatışmazlığı, xüsusilə mərkəzi sinir sistemində ciddi problemlərə yol açır. Məsələn, genetik xəstəliklər zamanı, vitamin E-nin azalması ataksiya və periferik neyropatiya kimi simptomlara səbəb ola bilər.
Uzun müddət vitamin E-nin ürək xəstəlikləri və xərçəngin qarşısının alınmasında faydalı ola biləcəyi düşünülüb.
Lakin epidemioloji tədqiqatlar yüksək vitamin E səviyyəsinin ürək xəstəlikləri riskini azalda biləcəyini göstərsə də, müxtəlif elmi araşdırmalar bu nəticəni tam təsdiqləməyib.
📍Qeyd edək ki, bəzi xəstəliklər məsələn, kistik fibroz və qaraciyər xəstəlikləri vitamin E çatışmazlığına gətirib çıxara bilər.
⬇️Vitamin E-nin tövsiyə olunan gündəlik qəbulu:
Körpələr üçün gündəlik 4-5 mq, uşaqlar(1-13 yaş) üçün 6-11 mq, yetkinlər və hamilə qadınlar üçün isə 15 mq dozalar tövsiyyə olunur.
Vitamin E-nin əlavələr şəklində qəbulunda diqqətli olmaq lazımdır, çünki hazırki elmi sübutlar göstərir ki, vitamin E əlavələrinin sağlamlıq problemlərinin qarşısını almaqda böyük təsiri yoxdur.
Təbii qida mənbələrindən vitamin E-nin qəbulu isə sağlam qidalanmanın vacib tərkib hissəsi olaraq qalır.
Unutmamaq lazımdır ki, vitamin E dozalarını keçməmək məqsədəuyğundur.

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fetteyim ̧fet ̆lamlıq

Tez-tez yaxşı yatmağınıza baxmayaraq yorğun oyanırsız? Hər zaman soyuq hiss edir, dırnaqlarınız isə quruyursa, bəlkə də ...
26/07/2025

Tez-tez yaxşı yatmağınıza baxmayaraq yorğun oyanırsız? Hər zaman soyuq hiss edir, dırnaqlarınız isə quruyursa, bəlkə də dəmir çatışmazlığınız var.
Dəmir niyə vacibdir❓
Bədənimizdə dəmir, oksigen daşıyan hemoglobinin hazırlanmasında əsas rol oynayır. Kifayət qədər dəmir olmadıqda, hemoglobin səviyyəsi düşür və bədən toxumalarına oksigen çatdırılması azalır. Bu isə yorğunluq, nəfəs darlığı və digər simptomlara səbəb olur.
👉Dəmir çatışmazlığının əsas əlamətləri:
▪️Solğun və ya sarımtıl dəri
▪️Daimi yorğunluq və zəiflik
▪️Nəfəs darlığı:
▪️Üşümək hissi:
▪️Dırnaqların zəifləməsi və saç tökülməsi

Nə etməli? 🤔

Bu simptomları hiss edirsinizsə, ilk növbədə qan analizləri dəmir çatışmazlığını təsdiqləyə bilər. Müalicə əsasən, pəhrizdə dəmirlə zəngin qidaların artırılması və qəbulu ilə həyata keçirilir.

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet ̧fetteyiz ̆lamlıq

👉Sidik yolu infeksiyaları (UTI) hamilə qadınlarda çox yayılmış problemlərdən biridir. Xüsusilə hamiləliyin ilk üç ayında...
23/07/2025

👉Sidik yolu infeksiyaları (UTI) hamilə qadınlarda çox yayılmış problemlərdən biridir. Xüsusilə hamiləliyin ilk üç ayında bu infeksiyaların müalicəsi həm ana, həm də döl üçün diqqətlə aparılmalıdır.
Son zamanlar aparılan bir araşdırma göstərir ki, UTI-ni müalicə etmək üçün istifadə olunan bəzi antibiotiklər, xüsusilə trimetop**m-sulfame**ksazol (TMP-SMX), dölün anadangəlmə qüsurları riski ilə bağlıdır. Bu qüsurlar arasında ürək problemləri və dodaq-damaq yarığı daha çox qeyd olunub. Digər antibiotik qruplarından olan nitrofu**ntoin və flu**oxinolonlar ilə isə belə ciddi fərq müşahidə edilməyib.
✅Ən təhlükəsiz hesab olunanlar isə beta-laktam antibiotikləridir (amoksisill** və sefalek**n kimi dərmanlar). Bu dərmanlar həm də infeksiyanı effektiv müalicə edir.
📌Həkimlər bildirirlər ki, hamiləlikdə UTI müalicəsi qaçınılmazdır. Buna görə də, dərman seçimi zamanı ehtiyatlı olmaq, xüsusilə TMP-SMX kimi dərmanlardan istifadəni məhdudlaşdırmaq lazımdır. Unutmayaq ki, düzgün müalicə və vaxtında diqqət ilə hamiləlik sağlam və xoşbəxt körpələrlə nəticələnir.

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet ̧fetteyiz

San-Fransisko şəhərində keçirilən Endokrinologiya Cəmiyyətinin (ENDO 2025) illik toplantısında təqdim olunan real dünya ...
18/07/2025

San-Fransisko şəhərində keçirilən Endokrinologiya Cəmiyyətinin (ENDO 2025) illik toplantısında təqdim olunan real dünya araşdırmasına görə, menopoz dövründə hormon müalicəsi alan qadınlar, arıqlama inyeksiyalarından – xüsusilə tirzepatiddən daha yüksək fayda əldə edirlər.
👉Florida ştatında bir xəstəxanada aparılan araşdırmada 120 artıq çəkili postmenopozal qadın üzərində təhlil aparılıb. Bu qadınların yarısı hormon müalicəsi alarkən, digərləri heç vaxt belə müalicə almamışdır. Araşdırmaya əsasən, hormon müalicəsi alan qadınlar orta hesabla bədən çəkilərinin 19.18%-ni itirmiş, hormon müalicəsi almayanlar isə 13.96%-ni itirmişlər. Bu fərq statistik olaraq əhəmiyyətlidir.
👉Tədqiqat müddətində hormon müalicəsi alanlar davamlı olaraq digərlərindən daha çox çəki itkisi nümayiş etdiriblər və 15-ci aydan sonra bu fərq daha da önə çıxıb. Araşdırma iştirakçıları ən azı 12 ay boyunca tirzepatid inyeksiyası alıb və bədən kütlə indeksi 27 və ya daha yüksək olan qadınlardan ibarət olub. Hormon müalicəsi alan qadınlar estradiol, bəziləri progestogen qəbul etmişdir.
📌Araşdırmada həmçinin qeyd olunur ki, hormon müalicəsi alanların sağlam həyat tərzinə daha çox diqqət yetirməsi və müalicəyə daha yaxşı riayət etməsi də nəticələrə müsbət təsir göstərə bilər.
Daha əvvəlki illərdə düşünülən qadınlarda əvəzedici hormon terapiyası bəd xassəlilik yaratma ehtimalı hər keçən gün daha çox şübhəyə düşməkdədir.

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet
̧dırma

Mikroplastiklər- 1 mikrometrdən 5 millimetrədək ölçüdə kiçik plastik parçalardır və planetimizin hər yerində rast gəlini...
16/07/2025

Mikroplastiklər- 1 mikrometrdən 5 millimetrədək ölçüdə kiçik plastik parçalardır və planetimizin hər yerində rast gəlinir: dağ zirvələrindən okean dərinliklərinə, ən kiçik canlılardan insan beyninə qədər. Nanoplastiklər isə onlardan da kiçikdir.
Bu plastiklər kosmetika, paltar, dərman kimi məhsullarda xüsusi hazırlanır. Son araşdırmalar göstərir ki, insan beynində təxminən bir çay qaşığı mikroplastik ola bilər.
👉Maraqlısı budur ki, bu hissəciklər beyin damarlarının divarlarında və immun hüceyrələrdə tapılıb. Lakin mikroplastiklərin nevroloji xəstəlikləri artırması hələ dəqiq deyildir. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, nanoplastiklər yaddaşı zəiflədə, beyin iltihabına səbəb ola və beyin hüceyrələrinin işini poza bilər.
İnsanın bədənində mikroplastiklər təkcə beyində deyil, arteriya lövhələrində də tapılıb.
👉Alman alimlər terapeutik aferez adlı qan təmizləmə prosedurunun mikroplastikləri bədəndən çıxara biləcəyini göstərir. Bu üsul nanoplastik ölçüsündəki hissəcikləri belə tuta bilir. Xroniki yorğunluq xəstələrində aparılan ilk araşdırmada, aferez zamanı çıxarılan mayedə plastik izləri aşkar edilib.
Lakin, mikroplastiklərin bədəndən tamamilə çıxarılması hələ sübut olunmayıb, əlavə tədqiqatlara ehtiyac var.
Nə etməliyik❓
Mikroplastiklərlə mübarizənin ən yaxşı yolu onlardan qorunmaqdır. Qida və ətraf mühitlə bağlı mikroplastik məruziyyətini azaltmaq vacibdir.
Unutmayaq ki, sağlamlığımızı qorumaq üçün gündəlik həyatımızda diqqətli olmalıyıq.

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet

Depressiya uzunmüddətli kədər, ümidsizlik, gündəlik fəaliyyətlərə marağın azalması və heç bir şeydən zövq almamaq (anhed...
14/07/2025

Depressiya uzunmüddətli kədər, ümidsizlik, gündəlik fəaliyyətlərə marağın azalması və heç bir şeydən zövq almamaq (anhedoniya) ilə xarakterizə olunur.
Antidepresantların geniş istifadəsinə baxmayaraq, xəstələrin təxminən 50%-i bu müalicələrə yetərli cavab vermir və ya yan təsirlərə görə müalicəni dayandırır.
Son illərdə bağırsaq-beyin oxu ilə bağlı tədqiqatlar göstərir ki, bağırsaq mikroflorası beyinin funksiyalarına və psixi vəziyyətə təsir edə bilər. Bu əlaqə sinir sistemi (vagus siniri), endokrin sistem (kortizol, serotonin), immun sistem və metabolik yollarla həyata keçirilir. Məhz bu səbəbdən bağırsaq mikroflorasını hədəfləyən maddələr- probiyotiklər, prebiyotiklər və sinbiyotiklər psixi sağlamlıq sahəsində maraqlı və perspektivli yanaşma kimi qiymətləndirilir.
▪️Probiyotiklər canlı mikroorqanizmlərdir. Xüsusilə yetəri qədər istifadə edildiyində Lactobacillus və Bifidobacterium kimi bakteriyalar bağırsaq mikroflorasının balansında mühüm rol oynayır və serotonin, GABA kimi neyrotransmitterlərin istehsalına təsir göstərərək əhval-ruhiyyəyə müsbət təsir edir. Həmçinin bu neyrotransmitterlərin istehsalı bağırsaq iltihabını və bağırsaq keçiriciliyini (baryerini) yaxşılaşdırır.
▪️Prebiyotiklər isə faydalı bakteriyaların qidalanmasını təmin edən, həzm olunmayan qida lifləridir. Onlar bağırsaqda fermentasiya olunaraq qısa zəncirli yağ turşuları (SCFA) hasil edir ki, bu maddələr həm iltihabəleyhinə, həm də sinir sistemi üçün qoruyucu təsir göstərir. Prebiyotiklər təkbaşına istifadə olunduqda belə bağırsaq-beyin əlaqəsini gücləndirə və depressiv simptomları yüngülləşdirə bilər.
🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet

Address


Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 15:00

Telephone

+994506119805

Website

Alerts

Be the first to know and let us send you an email when Endokrinoloq Fərhad Burzu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Endokrinoloq Fərhad Burzu:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram