Dentify.az

Dentify.az Stomatoloq Nizami Abbasovun Facebook biznes səhifəsi

Bu həftənin keysi20 yaşlarında gənc xanım ön dişlərinin estetik görünüşündən narazı halda bizə müraciət etdi. İlk öncə p...
24/02/2024

Bu həftənin keysi

20 yaşlarında gənc xanım ön dişlərinin estetik görünüşündən narazı halda bizə müraciət etdi. İlk öncə pasiyent tam müayinə olundu : üzün ümumi estetik parametrlərindən tutmuş diş əti sağlamlığına qədər, ağız içi rentgenlərdən ta ağız içi və portret foto şəkillərinə qədər pasiyentin həmin an üçün olan vəziyyətini tam dokumentasiya etdik.

Daha sonra əlimizdə olan müayinə nəticələrini araşdırdıq. Pasiyentin digər klinikalarda 2 dəfə ortodontik müalicə almasına və bütün arxa dişlərinin metal -keramik konstruksiyalarla bərpasına baxmayaraq çox ciddi estetik və funksional qüsurlarının olması aşkarlandı.

Əslində ideal nəticə üçün uzunmüddətli kompleks bir müalicə planı təqdim olunsa da, pasiyent yalnız ön dişlərin hesabına ümumi vəziyyəti düzəltmək istədiyini bildirdi.

Sonda biz yuxarı çənəyə 4 ədəd zirkonyum qapaq və aşağı çənəyə 5 ədəd kompozit vinir etmək qərarına gəldik. Müvəqqəti qapaqlarla test yürüşündən sonra pasiyentin tam istədiyi rəng və formada olan zirkonyum qapaqlarını təhvil verdik.

Dəyişim göz önündədir 😉

Gips deyil, 3d printerdən çap olunmuş wax-up model ( soldakı )  və silikon açar ( sağdakı ) Bu model kompüterdə CAD proq...
10/01/2024

Gips deyil, 3d printerdən çap olunmuş wax-up model ( soldakı ) və silikon açar ( sağdakı )

Bu model kompüterdə CAD proqramı vasitəsilə dizayn olunur. Bu üsulla biz hazırlayacağımız keramik və ya zirkon qapaqların yekunda necə görünəcəyini əvvəlcədən bilirik. Sonra da silikon açar vasitəsilə ağıza köçürərək pasiyentə də gələcək dişlərinin necə olacağını göstərə bilirik. Beləcə biz çox lazımlı məlumatları toplayırıq və yekun işdə nəzərə alırıq. Yekunda həm biz, həm də pasiyent mükəmməl nəticədən zövq alırıq 😉

2023-cü ilin son işi Tamamilə yararsız hala gəlmiş köhnə protezlərindən və qızıl qapaqlı dişlərindən narazı olan pasiyen...
30/12/2023

2023-cü ilin son işi

Tamamilə yararsız hala gəlmiş köhnə protezlərindən və qızıl qapaqlı dişlərindən narazı olan pasiyenti qısa müddətdə estetik gülüşünə qovuşdurduq.

3 ədəd zirkon qapaq və alt-üst estetik protezlər ✅

Tətildə dişlərinizə yaxşı baxın 😉

Çox mürəkkəb işlərdən birini pasiyentin istəklərinə uyğun hələlik bu şəkildə bitirdik.İlk müraciəti zamanı pasiyenti müa...
27/12/2023

Çox mürəkkəb işlərdən birini pasiyentin istəklərinə uyğun hələlik bu şəkildə bitirdik.

İlk müraciəti zamanı pasiyenti müayinə etdikdən sonra çoxsaylı problemlər aşkarlamışdıq - diş sırası qüsuru, gigiyena problemləri, böyük ölçüdə diş daşları və diş ərpi, diş əti iltihabı, dağılmış, irinli dişlər, əvvəllər çəkilmiş və bərpa edilməmiş dişlər. Həmçinin pasiyentin yuxarı çənəsində köpək dişlərinin olmaması da vəziyyəti lap qəlizləşdirirdi.

Pasiyentə kompleks müalicə planı təqdim olunsa da, pasiyent qısa müddətə az xərclə müəyyən problemlərdən qurtulmaq istədiyini bildirdi. O zaman biz professional diş təmizləməsi ilə başlayaraq, 2 ədəd diş çəkimi, iltihablı dişlərin müalicəsindən sonra işi bir neçə estetik plomb və zirkonyum qapaqlarla bitirdik.

Nəticə : heç vaxt sağlamlığınızı bu həddə əldən getməyə imkan verməyin. Çünki sonra onu tam bərpa etməyə vaxtınız və maliyyəniz çatmaya bilər 😉

Bu bir həyat hekayəsi. Xoşbəxt sonluqlu hekayə 🤗
22/12/2023

Bu bir həyat hekayəsi. Xoşbəxt sonluqlu hekayə 🤗

Gündəlik işlərimizdən😎Ön dişlərin boyun nahiyəsindəki karioz boşluqlar 1 gəlişə estetik üsullarla bərpa olundu🤩Şəkil müd...
16/11/2023

Gündəlik işlərimizdən😎
Ön dişlərin boyun nahiyəsindəki karioz boşluqlar 1 gəlişə estetik üsullarla bərpa olundu🤩Şəkil müdaxilədən dərhal sonra çəkilib😉

Hərdən belə də olur😉
15/11/2023

Hərdən belə də olur😉

Ucuz ətin şorbası olmur❌Pasiyentin dediyinə görə digər klinikada yuxarı yan kəsici dişinə 50 manata keramik qapaq düzəld...
22/10/2023

Ucuz ətin şorbası olmur❌
Pasiyentin dediyinə görə digər klinikada yuxarı yan kəsici dişinə 50 manata keramik qapaq düzəldilib. Qapaq yerinə düzgün oturmadığına görə bir neçə get-gəldən sonra dişi bir neçə dəfə yonublar, nəhayət qapaq təhvil verildikdən 1 gün sonra düşüb🤷

Pasiyentin maddi və sosial vəziyyəti tam ağız - boşluğundakı problemləri aradan qaldırmağa hələlik imkan vermədiyinə görə biz sırf yan kəsici dişi dərhal müvəqqəti restavrasiya etmək qərarına gəldik.

Müdaxilə zamanı yan kəsici dişin kanalından 2 ədəd ştift çıxarıldı, biri qırıq idi, digəri isə yerində fırlanırdı😬 Daha böyük ölçülü ştift bağlandı, diş kompozit plombla bərpa olundu🤩

P.S Əslində diş çəkilmə həddinə çatıb, sadəcə pasiyentin işi ilə əlaqədar dişi saxladıq. Kimə gəldi, ucuz qiymətə dişlərinizi bərpa etdirmək istəyərkən, həmin dişlərinizi birdəfəlik itirə bilərsiz☠️

Bəzən kiçik toxunuşlar da gözəl estetik nəticə verir🤩Köhnə kompozit vinirlər təmizləndi, ön kəsici dişlərdə odontoplasti...
11/10/2023

Bəzən kiçik toxunuşlar da gözəl estetik nəticə verir🤩
Köhnə kompozit vinirlər təmizləndi, ön kəsici dişlərdə odontoplastika olundu və yüngülvari bleaching. Pasiyent nəticədən məmnundur☺️

Sağlam təbəssümünüzü bizə etibar edin✅

"Onsuz da o biri tərəflə yeyirəm" deyib çəkilən dişin yerini vaxtında düzəltdirməyəndə axırı belə olur😀
29/09/2023

"Onsuz da o biri tərəflə yeyirəm" deyib çəkilən dişin yerini vaxtında düzəltdirməyəndə axırı belə olur😀

Tələbə🧑‍🎓 adını yenicə qazanmış gənc pasiyent 2 il əvvəl rayonda estetik plomb adı ilə bu işləri görüblər ( sonrakı foto...
03/09/2023

Tələbə🧑‍🎓 adını yenicə qazanmış gənc pasiyent
2 il əvvəl rayonda estetik plomb adı ilə bu işləri görüblər ( sonrakı fotoda ) və dişlərini fırçalamamağı tövsiyyə ediblər ki, yoxsa plomblar düşər🤦 Nəticədə pasiyentin dişləri sürətlə çürüyüb, diş əti ağır dərəcədə iltihablı❌❌❌

Bu iş barədə ayrıca video hazırlayacam çox yəqin ki , çünki danışılmalı, müzakirə olunmalı çox şey var burda.

Pasiyentin vaxt darlığından yalnız ön bölgəni səliqəyə sala bildik. Kəsici dişlərdən 3ü yenidən kanal müalicəsi olundu və bu dəfə həqiqətən estetik restavrasiya olundu✅

Tələbəyə də buradan təhsilində və həyatında bol-bol uğurlar arzu edirik☘️🌈✨

Flüoroz ləkəli ön dişləri olan 9 yaşlı pasiyent Oynayan zaman yıxılaraq mərkəzi dişini sındırıb. 1 gəlişə estetik plombl...
28/08/2023

Flüoroz ləkəli ön dişləri olan 9 yaşlı pasiyent
Oynayan zaman yıxılaraq mərkəzi dişini sındırıb. 1 gəlişə estetik plombla dişi bərpa etdik. Dişin siniri çıxarılmadı.

Ön dişlərində rəng qüsuru, kariesi və diş sırası əyriliyi olan gənc pasiyent.Zirkonium əsaslı keramik qapaqlarla estetik...
25/08/2023

Ön dişlərində rəng qüsuru, kariesi və diş sırası əyriliyi olan gənc pasiyent.
Zirkonium əsaslı keramik qapaqlarla estetik və funksional bərpa.

P. S Biz belə işləri gündəlik olaraq görürük. Sadəcə vaxt azlığından paylaşımlarımız ya gec-gec olur, ya da işlərimizin çoxunu heç paylaşmırıq.

Pilləli diş yonumu / İt's prep day / Es ist Präp wieder 🦷Nə qədər çətin olsa da, bu cür yonma üsulu keramik qapağın dişi...
02/07/2023

Pilləli diş yonumu / İt's prep day / Es ist Präp wieder 🦷
Nə qədər çətin olsa da, bu cür yonma üsulu keramik qapağın dişin üzərinə ideal👍 oturmasına imkan verir və qapaqların kənarında məşhur göyümtül qızartılı diş ətinin yaranmasının qarşısını alır✅

Həmişə diş şəkli olmayacaq ki 😉
30/06/2023

Həmişə diş şəkli olmayacaq ki 😉

Siz soruşduz, mən cavablandırdım 🙂Saytımızda yazdığım son bloqda pasiyentlərin mənə verdiyi ən məşhur sualları cavabland...
24/06/2023

Siz soruşduz, mən cavablandırdım 🙂

Saytımızda yazdığım son bloqda pasiyentlərin mənə verdiyi ən məşhur sualları cavablandırmağa çalışdım.

Oxuyun, faydalanın, paylaşın 😉

www.dentify.az/blog

Next case🦷İtirilmiş dişin metal keramik körpü ilə bərpası. Dişlərin pilləli yonulmasına və qapaq kənarlarının ideal otur...
19/06/2023

Next case🦷

İtirilmiş dişin metal keramik körpü ilə bərpası. Dişlərin pilləli yonulmasına və qapaq kənarlarının ideal oturuşuna diqqət edin😎

Müayinəyə yazılmaq üçün əlaqə:
010 510 02 03

Rəbbimizin☝️ izniylə daha bir pasiyentə sağlam və gözəl təbəssüm bəxş etdik😎Bu keys barədə istəsəz canlı yayım edərəm. P...
03/06/2023

Rəbbimizin☝️ izniylə daha bir pasiyentə sağlam və gözəl təbəssüm bəxş etdik😎
Bu keys barədə istəsəz canlı yayım edərəm. Pasiyentdə diş əti korreksiyasından tutmuş dişləm hündürlüyünün artırılmasına qədər çox işlər görüldü. Allaha şükür, sonda pasiyentin məmnun qaldığı bir nəticə əldə etdik💪

Gündəlik işlərdən✅Görünüşü o qədər də ürəkaçan olmayan ön dişi tək gəlişə kompozit vinirlə restavrasiya etdik😉
25/05/2023

Gündəlik işlərdən✅
Görünüşü o qədər də ürəkaçan olmayan ön dişi tək gəlişə kompozit vinirlə restavrasiya etdik😉

Model analizi 🧐📐✏️ Die ModellanalyseDişsiz çənələr üçün protezlər hazırlayan zaman ən vacib mərhələlərdən biri də model ...
10/05/2023

Model analizi 🧐📐✏️ Die Modellanalyse
Dişsiz çənələr üçün protezlər hazırlayan zaman ən vacib mərhələlərdən biri də model analizi və artikulyator proqramlaşdırılmasıdır.

Model analizi bizə protezdə dişlərin necə düzüləcəyi barədə məlumat verir. Artikulyator proqramlaşdırılması isə pasiyentin təbii çənə hərəkətlərini birin-birə simulyasiya etməyə imkan verir.

Yalnız bu☝️ qaydalara riayət etməklə hazırlanan protez çənədə stabil qala bilir. Həm sakit vəziyyətdə, həm də çeynəmə və tələffüz zamanı.

Eine der wichtigsten Schritte in der Totalprothetik. Die Modellanalyse hilft uns die Position der Ersatzzähne richtig zu bestimmen. Mit der Artikulatorprogrammierung kann man die Kieferbewegungen naturnah simulieren.

Bu yaxınlarda dünyaca məşhur amerikalı estetik stomatoloqun oxşar paylaşımını görüb öz köhnə işimi xatırladım . İllər ön...
09/03/2023

Bu yaxınlarda dünyaca məşhur amerikalı estetik stomatoloqun oxşar paylaşımını görüb öz köhnə işimi xatırladım . İllər öncə işlədiyim və Nokia telefonuma çəkdiyim iş 😀

Pasiyentdə anadangəlmə ön dişlərindən biri ( sol yan kəsici dişi ) yox idi. Ortidontik müalicə təklif olunsa da pasiyent az xərclə maksimum qısa vaxta estetik nəticə əldə etmək istədiyini bildirdi.

Bir gəlişə kompozit plomblarla ( ağ və çəhrayı plomb ) pasiyentin öndəki 5 dişini 6 elədim 😉

Pasiyent əvvəllər diş qüsuruna görə şəkil çəkilən zaman gülümsəmədiyini deyirdi. Restavrasiyadan sonra isə ürəkdən güldüyü və bəyaz dişlərinin gözəl göründüyü şəkillərini mənə göndərmişdi.

Daha bir pasiyent sağlam və təbii görünüşlü təbəssümünə qovuşdu😊Sizcə burada hansı işlər görülüb ? 😉
05/03/2023

Daha bir pasiyent sağlam və təbii görünüşlü təbəssümünə qovuşdu😊

Sizcə burada hansı işlər görülüb ? 😉

Dişlərinə qulluq etməkdən tamamilə demotivasiya olmuş gənc pasiyentdə yenidən özünə inamı bərpa etdik. Görüləcək işlər h...
21/02/2023

Dişlərinə qulluq etməkdən tamamilə demotivasiya olmuş gənc pasiyentdə yenidən özünə inamı bərpa etdik. Görüləcək işlər hələ çoxdur, amma pasiyent artıq indidən ürəkdən gülə bilir - bu isə bizim üçün ən gözəl uğurdur😊

Ein junger Patient, der vor einigen Wochen völlig demotiviert zu uns kam, geht heute mit einem breiten und strahlenden Lächeln nach Hause. Es ist nur die Hälfte der gesamten Strecke, die wir noch laufen müssen, aber einiges haben wir schon geschafft😉

Bəzən gördüyümüz işin müqabilində təşəkkür əlaməti olaraq pasiyentdən bu cür şirin qurabiyələr də alırıq 😋 Sometimes we ...
26/01/2023

Bəzən gördüyümüz işin müqabilində təşəkkür əlaməti olaraq pasiyentdən bu cür şirin qurabiyələr də alırıq 😋

Sometimes we become such delicious cookies from our patients as "thank you" 😋

Köhnə🥴, p*s qoxu verən titan körpüsü, bir neçə dağılmış və çürük dişləri 😧olan gənc xanım pasiyent.Körpü söküldü, dağılm...
08/01/2023

Köhnə🥴, p*s qoxu verən titan körpüsü, bir neçə dağılmış və çürük dişləri 😧olan gənc xanım pasiyent.

Körpü söküldü, dağılmış dişlər çəkildi, kariesli dişlər müalicə olundu. 💊Sonda metal keramik qapaqlarla pasiyentin yaşına uyğun sağlam və gözəl təbəssümünü 🤌🏼😀bərpa etdik.

Növbədə aşağıdakı titanlardır😉

Bəzən münasib qiymətə sadə konstruksiyalarla pasiyentin estetik və funksional tələblərini qarşılamaq olur😉70 yaşlarında ...
19/11/2022

Bəzən münasib qiymətə sadə konstruksiyalarla pasiyentin estetik və funksional tələblərini qarşılamaq olur😉
70 yaşlarında xanım pasiyentdə 5 ədəd metal-keramik qapaq və sadə klammer protezlər hazırlandı🍀🎉

👉Daha əvvəl hazırladığımız müvəqqəti protezləri 3 ay gəzdirdiyindən, yeni daimi protezdə tamamilə döymə və digər narahatçılıqlar olmadı😀

21-22 Oktyabr İmplantoloqların 9cu Beynəlxalq Xəzər konfransıKonfransın təşkili yüksək səviyyədə,  məruzəçilərin çıxışla...
22/10/2022

21-22 Oktyabr İmplantoloqların 9cu Beynəlxalq Xəzər konfransı

Konfransın təşkili yüksək səviyyədə, məruzəçilərin çıxışları olduqca maraqlı və faydalı oldu👍💪

Bilik və bacarıqlarımızı daim yeniləməyə davam 😉

P.S Köhnə dostlarımızı da yenidən görmək ayrıca xoş oldu 😀

ÖlçüDişləri qapaqlarla bərpa edərkən ən vacib və məsuliyyətli məqamlardan biri də düzgün ölçü almaqdır.  Diş texnikinin ...
11/10/2022

Ölçü
Dişləri qapaqlarla bərpa edərkən ən vacib və məsuliyyətli məqamlardan biri də düzgün ölçü almaqdır.

Diş texnikinin əlləri qızıldan da olsa, yararsız ölçünün üzərinə heç vaxt yaxşı iş təhvil verə bilməz. Yaxşı ölçü, yüksək səviyyəli işin bünövrəsidir.

Bu yayın son paylaşımı 🏖️🌊🌅 Növbəti gənc pasiyentimizdə ön dişlərdəki kariesləri təmizlədik, 1 seansa estetik restavrasi...
23/08/2022

Bu yayın son paylaşımı 🏖️🌊🌅
Növbəti gənc pasiyentimizdə ön dişlərdəki kariesləri təmizlədik, 1 seansa estetik restavrasiya etdik😉

Sentyabrın 1-dən inşallah yenidən xidmətinizdə olacağıq. Çalışın, o vaxta qədər sağlam qalın😀

Yuxarı mərkəzi kəsici dişlərindəki karieslərdən dolayı bizə müraciət edən gənc xanım pasiyent.Tək seansda hər iki dişi e...
22/07/2022

Yuxarı mərkəzi kəsici dişlərindəki karieslərdən dolayı bizə müraciət edən gənc xanım pasiyent.

Tək seansda hər iki dişi estetik kompozit restavrasiya ilə bərpa etdik. Yəni plombla 😀

P.S Müalicə zamanı diş quru qaldığına görə, müalicədən dərhal sonra çəkilən şəkillərdə solğun görünər bilir. Növbəti 2 həftə ərzində diş öz nəmliyini bərpa edəcək və daha canlı görünəcək 😉

P.P.S Pasiyent hələlik bu 2 dişi bərpa etdirmək istədi. Növbədə yan kəsici dişlərdir, onlarda da karies var.

Address

H. Əliyev Pr. 4a
Xirdalan

Opening Hours

Monday 09:00 - 14:30
Tuesday 14:00 - 20:30
Wednesday 09:00 - 14:30
Thursday 14:00 - 20:30
Saturday 14:00 - 20:30
Sunday 09:00 - 14:30

Telephone

+994516010203

Alerts

Be the first to know and let us send you an email when Dentify.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dentify.az:

Videos

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Nearby clinics


Other Medical & Health in Xirdalan

Show All