Fiziki-psixoloji zorakılıqdan müdafiə

Fiziki-psixoloji zorakılıqdan müdafiə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

25/12/2022

"Fiziki-psixoloji zorakılıqdan müdafiə" layihəsi çərçivəsində çəkilmiş sosial çarxı sizə təqdim edirik.

23/12/2022

"Fiziki-psixoloji zorakılıqdan(o cümlədən virtual aləmdə) müdafiə" layihəsi çərçivəsində keçirilən təlimlərdən videoçarxı sizə təqdim edirik.🥳

Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqədə qrant qazanmış " Fiziki-psixoloji zorakılıqdan ( O cümlədən v...
23/12/2022

Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqədə qrant qazanmış " Fiziki-psixoloji zorakılıqdan ( O cümlədən virtual aləmdə) qorunma layihəsinin bağlanış mərasimi 19 dekabr 2022 ci il tarixdə Zərdab rayon Kəndəbil kənd tam orta məktəbində həyata keçirildi. Tədbirdə Zərdab rayon Təhsil şöbəsinin müdiri Gülağa İskəndərov, KarnegiKlub treninq mərkəzinin direktoru Nəcəf Allahverdiyev, Şəftəxal kənd tam orta məktəbin direktoru Sədyar Xəlilov, Əlvənd kənd tam kənd tam orta məktəbin psixoloqu İlkin Əliyev Kəndəbil kənd tam orta məktəbinin nümayəndələri, valideynlər iştirak edirdi.
Mərasimə başlamamış "1 addım irəli" adlı enercayzer keçirildi. Layihə rəhbəri bununla çatdırmaq istədi ki, insanda özgüvən əskikliyi olanda həyatda uğur qazanmaq da çox çətin olur. Bu şəxslər öz potensiallarını kəşf edə bilmir, çox vaxt çətinliklərlə üzləşirlər.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Aygün Abdullayeva açdı. Layihə çərçivəsində görülən işlər, keçirilən seminarlar barəsində ətraflı məlumat verdi.
Bildirildi ki, layihə çərçivəsində rayon ərazisində10 məktəbdə görüşlər təşkil olunmuş, müxtəlif seminarlar keçirilmişdir. Keçirilən seminarlarda ərazi baxımından yaxın məktəblər də seminarlara dəvət olunmuşdur. Belə ki, Körpükənd, Bıçaqçı, Xasa kənd məktəbləri Körpükənd, Lələağacı və Yarməmmədbağı məktəbi Lələağacı, Kəndəbil və Şıxbağı məktəbi Kəndəbil, Əlvənd, Seyidlər, Şəftəxal məktəbləri Əlvənd,Sarıqaya bə Qoruqbağı məktəbi Sarıqaya,Dəkkəoba və Dəliquşçu məktəbi Dəkkəoba, İsaqbağı, Qaravəlli məktəbləri İsaqbağı 3 saylı məktəb 3 saylı məktəbində təşkil olunmuş görüşlərdə iştirak etmişdilər. Bundan başqa şəhər 1 saylı məktəb liseydə təşkil olunmuş seminarlarda rayonun 18 dən çox məktəbinin nümayəndələri iştirak etmişdir.
Layihə çərçivəsində Zərdab rayon Yetkinlik yaşına çatmayan uşaqlarla iş şöbəsinin rəhbəri Mübariz müəllimlə , təhsil sektorunun nümayəndələri ilə də əməkdaşlıq edilmiş onlar da seminarlarda iştirak etmişdilər.
Layihə iki istiqamətdə fəaliyyət göstərmiş, bununla bağlı seminarlar təşkil olunmaqla eyni zamanda yaddaş kitabçaları da çap edilib Layihə iştirakçılarına paylanmışdır.
"Mənim hüquq və vəzifələrim" müəllimlər, "Zorakılıq və onun növləri " şagirdlər,"uşaq tərbiyəsi " valideynlər üçün tərtib edilən yaddaş kitablardır.
Bununla yanaşı Layihə müddətində şagirdlərə " Mən və mənim ailəm", " Mən və mənim dostlarım ", " Mən və mənim sinfim" adlı esselər də yazdırılmışdır. Seminarlarla yanaşı
Hüquqi və psixoloji xidmətlər təklif olunmuşdur.
Layihə ərzində sosial şəbəkələrdə paylaşımlar olunmuş, sosial çarx çəkilmiş,Layihə barəsində ətraflı məlumatlar dərc olunmuşdur.
Təhsil sektorunun müdiri Gülağa müəllim layihənin günümüz üçün əhəmiyyətini bir daha vurğulamış, Layihə çərçivəsində təşkil olunan işlərin uğurla həyata keçirilməsi barəsində mərasim iştirakçılarını məlumatlandırmışdır.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib olan “Fiziki-psixoloji zorakılıqdan müdafiə" layihəs...
09/12/2022

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib olan “Fiziki-psixoloji zorakılıqdan müdafiə" layihəsi çərçivəsində Zərdab rayon H.Zərdabi adına 1 saylı məktəb liseyin pedaqoji heyəti və şagirdlərinə yaddaş kitabçaları paylanılıb.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib olan “Fiziki-psixoloji zorakılıqdan müdafiə" layihəs...
08/12/2022

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib olan “Fiziki-psixoloji zorakılıqdan müdafiə" layihəsi çərçivəsində Zərdab rayon 3 nömrəli tam orta məktəbinin pedaqoji heyəti və şagirdlərinə yaddaş kitabçaları paylanılıb.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib olan “Fiziki-psixoloji zorakılıqdan müdafiə" layihəs...
08/12/2022

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib olan “Fiziki-psixoloji zorakılıqdan müdafiə" layihəsi çərçivəsində Lələağacı kənd tam orta məktəbinin pedaqoji heyəti və şagirdlərinə yaddaş kitabçaları paylanılıb.

Vl qrant layihə çərçivəsində keçirilən Fiziki-psixoloji zorakılıqdan qorunma layihəsinin növbəti təlimi Zərdab rayon Sar...
06/12/2022

Vl qrant layihə çərçivəsində keçirilən Fiziki-psixoloji zorakılıqdan qorunma layihəsinin növbəti təlimi Zərdab rayon Sarıqaya məktəbində təşkil olundu.
Təlimdə Sarıqaya kənd tam orta məktəbinin pedaqoji heyəti də iştirak edirdilər .
Layihə rəhbəri Aygün Abdullayevanın təqdimatından sonra təlimçilər Vüsal Yusifov "hüquqi və vəzifələrimiz ", İlkin Əliyev "Zorakılıq və onun növləri "haqqında danışdılar.
Suallar cavablandırıldı, təlim boyunca enercayzerlər keçirildi. Bu da iştirakçıların çox xoşuna gəldi. Təlimin Sonunda iştirakçılar çay süfrəsi təşkil edildi.

06/12/2022

7 dekabr Zərdab rayon Kəndəbil kənd tam orta məktəbində təlim keçəcək.
Hər kəs dəvətlidir.🤩

Növbəti təlim: Sarıqaya kənd tam orta məktəbində keçiriləcək. 🤩
05/12/2022

Növbəti təlim: Sarıqaya kənd tam orta məktəbində keçiriləcək. 🤩

2 dekabr 2022 ci il tarixdə Vl qrant layihə çərçivəsində keçirilən Fiziki-psixoloji zorakılıqdan qorunma layihəsinin növ...
02/12/2022

2 dekabr 2022 ci il tarixdə Vl qrant layihə çərçivəsində keçirilən Fiziki-psixoloji zorakılıqdan qorunma layihəsinin növbəti təlimi Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbində təşkil olundu.
Təlimdə Dəkkəoba kənd tam orta məktəbinin pedaqoji heyəti iştirak edirdilər .
Layihə rəhbəri Aygün Abdullayevanın təqdimatından sonra təlimçilər Vüsal Yusifov "hüquqi və vəzifələrimiz " haqqında danışıb.

Suallar cavablandırıldı, təlim boyunca enercayzerlər keçirildi. Bu da iştirakçıların çox xoşuna gəldi.
Təlimin sonunda iştirakçılar çay süfrəsi təşkil edildi.

1 dekabr 2022 ci il tarixdə Vl qrant layihə çərçivəsində keçirilən Fiziki-psixoloji zorakılıqdan qorunma layihəsinin növ...
01/12/2022

1 dekabr 2022 ci il tarixdə Vl qrant layihə çərçivəsində keçirilən Fiziki-psixoloji zorakılıqdan qorunma layihəsinin növbəti təlimi Zərdab rayon İsaqbağı məktəbində təşkil olundu.
Təlimdə İsaqbağı məktəbi ilə yanaşı Qaravəlli kənd tam orta məktəbin pedaqoji heyəti də iştirak edirdilər .
Layihə rəhbəri Aygün Abdullayevanın təqdimatından sonra təlimçilər Vüsal Yusifov "hüquqi və vəzifələrimiz ", İlkin Əliyev "Zorakılıq və onun növləri "haqqında danışdılar.
Suallar cavablandırıldı, təlim boyunca enercayzerlər keçirildi. Bu da iştirakçıların çox xoşuna gəldi. Təlimin Sonunda iştirakçılar çay süfrəsi təşkil edildi.

Address

Zardob

Website

Alerts

Be the first to know and let us send you an email when Fiziki-psixoloji zorakılıqdan müdafiə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category