Goranboy Rayon Mərkəzi Xəstəxanası

  • Home
  • Goranboy Rayon Mərkəzi Xəstəxanası

Goranboy Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür. Faciə nəticəsində həyatını itirmiş ...
25/12/2025

AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür.

Faciə nəticəsində həyatını itirmiş şəxslərin xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

25/12/2025
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, vətənimizin inkişafı, xal...
24/12/2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, vətənimizin inkişafı, xalqımızın rifahı naminə fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!

Cənab Prezident, doğum gününüz mübarək!

❓ Goranboy Rayon Mərkəzi Xəstəxanasında göstərilən tibbi xidmətlərdən razısınızmı?📋 Sorğu vətəndaşların məmnunluq səviyy...
23/12/2025

❓ Goranboy Rayon Mərkəzi Xəstəxanasında göstərilən tibbi xidmətlərdən razısınızmı?

📋 Sorğu vətəndaşların məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə keçirilir.

🔗 İştirak etmək üçün: https://forms.gle/cL3gsTb6xcNn9rJu6

📌 Sorğu 25 dekabr 2025-ci il tarixinədək davam edəcək.

“815” Çağrı Mərkəzinə noyabr ayı ərzində 11 mindən çox zəng daxil olub2025-ci ilin noyabr ayı ərzində TƏBİB-in “815” Çağ...
23/12/2025

“815” Çağrı Mərkəzinə noyabr ayı ərzində 11 mindən çox zəng daxil olub

2025-ci ilin noyabr ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 11 672 zəng daxil olub. Müraciətlərdən 11 508 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 164 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 68 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 48 müraciətlə bağlı məsələ həll edilib, 48 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də info@tabib.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq ...
23/12/2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib

Məqsəd Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, ölkəmizdə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsidir.

Ətraflı: 🔗 https://president.az/az/articles/view/70862

22/12/2025

TƏBİB-in yaranmasından 7 il ötürTƏBİB bu illər ərzində COVID-19 pandemiyası və Vətən müharibəsi kimi ölkəmiz üçün son də...
20/12/2025

TƏBİB-in yaranmasından 7 il ötür

TƏBİB bu illər ərzində COVID-19 pandemiyası və Vətən müharibəsi kimi ölkəmiz üçün son dərəcə çətin və məsuliyyətli mərhələlərdən uğurla keçib. Bu dövr ərzində səhiyyə sisteminin dayanıqlığı və inkişafına yönəlmiş mühüm addımlar atılıb, minlərlə insanın sağlamlığının qorunmasına, həyatının xilas edilməsinə töhfə verilib.

Bir ömür xidmətinizdə…

TƏBİB 2025-ci ilin yekunlarına dair brifinq keçiribTƏBİB tərəfindən “2025-ci ilin yekunlarına və gələcək planlara” dair ...
20/12/2025

TƏBİB 2025-ci ilin yekunlarına dair brifinq keçirib
TƏBİB tərəfindən “2025-ci ilin yekunlarına və gələcək planlara” dair brifinq keçirilib.

Brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavinləri - Araz Nəsirov, Anar İsrafilov, TƏBİB-in struktur-bölmə rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Konfransda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ətraflı təqdimatla çıxış edib. O, bildirib ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

İcraçı direktor qeyd edib ki, tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır.

İcraçı direktor hesabat dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya və digər tibbi avadanlıqlar üzrə təminat layihələrinin icra olunduğunu diqqətə çatdırıb

Həyata keçirilən bütün bu layihələr işğaldan azad olunmuş ərazilərdə dayanıqlı səhiyyə infrastrukturunun formalaşdırılmasına, əhalinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə və bölgədə məskunlaşmanın sürətləndirilməsinə xidmət edir
O qeyd edib ki, 2026-cı ildə TƏBİB-in fəaliyyəti səhiyyə sisteminin daha keyfiyyətli, əlçatan və dayanıqlı qurulmasına yönəlmiş aydın strateji hədəflər əsasında davam etdiriləcəkdir.

İcraçı direktor vurğulayıb ki, rəqəmsal səhiyyə və idarəetmənin gücləndirilməsi 2026-cı ilin əsas istiqamətlərindən biri olacaq

Növbəti ildə icbari tibbi sığorta çərçivəsində xidmətlərin səmərəliliyi və şəffaflığı daha da gücləndiriləcək, göndəriş və növbə mexanizmlərinin optimallaşdırılması hesabına vətəndaşların gözləmə müddəti azaldılacaqdır.

TƏBİB-də 11 ayın yekunları və qarşıya qoyulan hədəflər müzakirə olunubTƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərl...
16/12/2025

TƏBİB-də 11 ayın yekunları və qarşıya qoyulan hədəflər müzakirə olunub
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə “İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair” müavin, müşavir, departament rəhbərləri və tabeli müəssisələrin rəhbər heyətinin iştirakı ilə müşavirə keçirilib. Müşavirdə 2025-ci ilin 11 ayının nəticələri və qarşıdakı dövr üçün prioritet istiqamətlər ətrafında geniş müzakirə aparılıb.Çıxışında Vüqar Qurbanov ölkədə səhiyyə sahəsinə göstərilən yüksək diqqətin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. O bildirib ki, əldə olunan nəticələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə göstərdikləri xüsusi diqqət və qayğının nəticəsidir. Bu diqqət nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib, müasir avadanlıqlarla təchiz olunub və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti davamlı şəkildə artırılıb. İcraçı direktor vurğulayıb ki, bu etimadın qarşılığında əsas məqsəd vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi və sağlamlığın etibarlı şəkildə qorunmasıdır. O qeyd edib ki, 2025-ci il ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində milyonlarla tibbi xidmət göstərilib, ambulator və stasionar xidmətlərin həcmi artıb, nəticədə müraciətlərin sayı yüksəlib. V. Qurbanov bu nailiyyətlərdə səhiyyə idarəçilərinin və fədakar həkimlərin xüsusi rolunu qeyd edib.
Çıxışda həmçinin tibbi xidmətlərin keyfiyyətinin təmin olunması üçün klinik protokollara, TƏBİB-in təlimat və qaydalarına, eləcə də mövcud qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb. Təcili tibbi yardım şöbələrinin hazırlıq səviyyəsi, reanimasiya çarpayılarının çatışmazlığı və ana və uşaq sağlamlığı sahəsində mövcud problemlər də diqqətə çatdırılıb. Müşavirə çərçivəsində Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva tərəfindən cari ilin 11 ayı üzrə tibbi sığorta sahəsində görülmüş işlərə dair təqdimat edilib.

12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. 12 dekabr – Goranboy Rayon Mərkəzi Xəstəx...
12/12/2025

12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

12 dekabr – Goranboy Rayon Mərkəzi Xəstəxanası Heydər Əliyev Muzeyində Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib. Tədbir bir dəqiqəlik sükut və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxışlarda Ulu Öndərin tarixi xidmətləri, dövlətçilik ənənələrinin formalaşmasındakı misilsiz rolu və Azərbaycanın inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən danışılıb.

Kollektiv muzeydə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoekspozisiyalarla tanış olmuş, onun şərəfli ömür yolu və ölkənin tarixi inkişafında oynadığı mühüm rol barədə məlumatlandırılmışdır.

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür.Dərin hörmət və ehtiramla yad edirik!
12/12/2025

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür.

Dərin hörmət və ehtiramla yad edirik!

Address

H. Əliyev Prospekti 116

22

Alerts

Be the first to know and let us send you an email when Goranboy Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Goranboy Rayon Mərkəzi Xəstəxanası:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram