Bayramzade Sevgin

  • Home
  • Bayramzade Sevgin

Bayramzade Sevgin Həkim ginekoloq

иногда нужно делать паузы ☕️⛷️
30/01/2025

иногда нужно делать паузы ☕️⛷️

Лотосовое рождение - самая мирная практика в мире! 🫶🏻Когда пуповину малыша непересекают до рождения плаценты, и некоторо...
19/10/2024

Лотосовое рождение - самая мирная практика в мире! 🫶🏻
Когда пуповину малыша не
пересекают до рождения плаценты, и некоторое время после. Малыш все это время находится на руках у мамы, смотрит на нее, ищет грудь... Стимулирует мамины соски, и вот выделяется окситоцин!!! И плацента благодаря этому отделяется без проблем, и нет риска послеродового кровотечения!
А пока плацента внутри мамы, пуповина пульсирует, возвращая малышу ЕГО кровь, которая все это время хранилась в сосудах плаценты ❤️
Малыш, получается, дышит “двумя способами” - и через пуповинку, и понемногу - по-новому, через носовые ходы. Легкие благодаря этой находке природы раскрываются мягко, без боли и шока.

👩🏻‍⚕️Dr.Sevgin Bayramzadə

🤍  Dünya gözəl arzularla doludur …. : 🤍❣️  itirmədən 8 il sonra dünyaya gələn qızları üçün durmadan dua edənlər var .❣️ ...
03/10/2024

🤍 Dünya gözəl arzularla doludur …. : 🤍

❣️ itirmədən 8 il sonra dünyaya gələn qızları üçün durmadan dua edənlər var .
❣️ çətin ana olarsan deyənlərə rəğmən ümidini itirməyən qadınlar var
❣️ biz varıq , illər sonra qadınları o arzularına çatdıran həkimlər .

Лотосовые роды . 🇦🇿Лотосовыми называют роды, в которых, врач не пережимают и не перерезают пуповину — она остается соеди...
01/10/2024

Лотосовые роды . 🇦🇿
Лотосовыми называют роды, в которых, врач не пережимают и не перерезают пуповину — она остается соединенной с малышом и плацентой .

Роды без единого разрыва, весом 4 кг ❤️
28/09/2024

Роды без единого разрыва, весом 4 кг ❤️

27/09/2024
Sağlam və sevgi dolu ömrü olsun ❤️🥰🤰Mama-ginekoloq Sevgin Bayramzadə 📍Sağlam Ailə Tibb Mərkəzi📍Baku Medical Plaza VIP   ...
12/09/2024

Sağlam və sevgi dolu ömrü olsun ❤️🥰

🤰Mama-ginekoloq Sevgin Bayramzadə
📍Sağlam Ailə Tibb Mərkəzi
📍Baku Medical Plaza VIP

Balacamızın hekayəsinin başladığı gün🫶🏻
06/09/2024

Balacamızın hekayəsinin başladığı gün🫶🏻

Смотреть Рим и никуда не спешить, было моей мечтой . Я не знаю итальянского, но я обожаю его слушать, и пытаюсь выговори...
16/05/2024

Смотреть Рим и никуда не спешить, было моей мечтой .
Я не знаю итальянского, но я обожаю его слушать, и пытаюсь выговорить слова .
Я не хотела спешных прогулок по Риму ,я хочу ею полностью насладиться .
32 000 шагов в день,круассаны с безупречным вкусом, настоящее итальянское кофе на завтрак, пицца и паста в обед и ужин.

Novruz Bayramıbız mübarək olsun. Süfrələriniz bol ruzili bərəkətli olsun, bayramınız uğurlu düşərli olsun .🌺
20/03/2024

Novruz Bayramıbız mübarək olsun.
Süfrələriniz bol ruzili bərəkətli olsun, bayramınız uğurlu düşərli olsun .🌺

8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə sizi dəyərli xanımlar təbrik edirəm.Hər zaman sevin, sevilin , sağlam və ...
07/03/2024

8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə sizi dəyərli xanımlar təbrik edirəm.
Hər zaman sevin, sevilin , sağlam və xoşbəxt olun.🌷💕

5 il sonsuzluq diaqnozu ilə ilk dəfə mənə müraciət edən pasientimi bu gün qızı və oğlu ilə birgə eve yola salıram . Muay...
07/03/2024

5 il sonsuzluq diaqnozu ilə ilk dəfə mənə müraciət edən pasientimi bu gün qızı və oğlu ilə birgə eve yola salıram .
Muayinə olundu, diaqnoz qoyuldu - yumurtalıq polikistozu.
Bu hamiləlik planlayan qadınların ən çox qorxduğu diaqnozdur.Polikistoz varsa, hamilə qalmağın mümkün olmadığını düşünürlər.Mualicənin düzgün taktikasını seçdik və 3 ay stimulyasiyadan sonra növbəti USM zamanı əkiz hamiləlik kəliməsini eşitdik.
Və bu gün ana qismində övladları ilə birgə sevimli pasientimi eve yola saldım.
Sonzuluq diaqnozundan qorxmayın- sonzuluq diaqnozununun bele gözəl sonu vardır .

Bu gün Sizin üçün son zamanlar daha çox qarşılaşdığım funksional kistalardan yazacam. İlk öncə ondan başlayaq ki, funksi...
05/02/2024

Bu gün Sizin üçün son zamanlar daha çox qarşılaşdığım funksional kistalardan yazacam.
İlk öncə ondan başlayaq ki, funksional kistalar necə yaranır?
Funksional kistalar;
1. 🔺Follikul böyüdükdə, lakin partlamadıqda (follikulyar kista)
2.🔺Follikul partladıqda (yani ovulyasiya baş verdikdə) , ancaq sarı cisim maye ilə dolduqda ( sari cisim kistası)
Belə kistalar həddindən artıq fiziki güc tətbiqetməsi, stress, çəki dəyişməsi fonunda yaranır .
Ancaq tez -tez bu kistalar yaranırsa, bu hal orqanizmdə hormonlar pozğunluqdardan xəbər verir.
❓Funksional kistaların müalicəsi necə aparılır? Bu kistalar (follikulyar kist- və ya sarı cisim kistası) 1-2, ən çox 3-6 ay ərzində müalicə olunmadan, öz-özünə sovrulur.

Hormonlar, koklar, hər hansı dərmanlar, otlardan çaylar, sogan suyu və s. qəbul etməyə, eyni zamanda pəhriz saxlamağa ehtiyac yoxdur.
Sadəcə həkim nəzarətində olmalısız . Kombinə edilmiş hormonal kontraseptivlər yalnız funksional kistaların meydana gəlməsinin qarşısını almaq üçün təyin edilə bilər, onlar mövcud kistaları müalicə etmək üçün deyil .

Əgər sizdə;
Funksional kista varsa, bu zaman sizin üçün əsas - cinsi və fiziki istirahət, partlamasına səbəb olmamaq üçün ağırlıq qaldırma məhdudluğu və ağrıkəsici dərmanlar təyin olunur.
Əməliyyat❗️yalnız kistanın ölçüsü böyük olduqda və ya qanaxma ilə müşayiət olunduqda tələb olunur.

🤰Mama-ginekoloq Sevgin Bayramzadə
📍Sağlam Ailə Tibb Mərkəzi
📍Baku Medical Plaza VIP

#кесаревосечение #беременностьироды #подготовкакродам

Qəbizlik- hamilə qadınlar arasında ən çox yayılmış şikayətlərdən biridir. Bu, hormonların konsentrasiyasının azalması və...
24/01/2024

Qəbizlik- hamilə qadınlar arasında ən çox yayılmış şikayətlərdən biridir.
Bu, hormonların konsentrasiyasının azalması və progesteron və relaksin səviyyəsinin eyni vaxtda artması ilə əlaqədardır.
Böyüyən uşaqlıq ölçüləri də qəbizlik yaranmasına səbəb ola bilər.
Qəbizlik yaşayırsınızsa nə etməli❓
1️⃣ İlk növbədə keyfiyyətli və sağlam qidalanmağınız vacibdir. Hamilə qadın orta hesabla 3 əsas yemək və hər 3 saatdan bir iki qəlyanaltı yeməlidir. Qidalanma zamanı bağırsaqların düzgün işləməsini təmin edəcək bitki lifli qidalar olmalıdır. Qəlyanaltılar üçün meyvə, tərəvəz və çərəzlərə üstünlük verin.
2️⃣ Maye qəbulu. Bunun üçün həm adi sudan, həm də mineral sudan istifadə edin.
3️⃣ Gimnastika, xüsusi fiziki məşqlər. Hamiləlik zamanı fiziki aktiv olmaq lazımdır. Hətta müntəzəm gəzinti bağırsağın işini stimullaşdırır.
4️⃣ Defekasiya qaydaları: proses rahat, yumşaq və gərginlik olmadan olmalıdır. Daha yaxşı bağırsaq hərəkətləri üçün fizioloji cəhətdən düzgün mövqelər var. Bunun üçün kiçik ayaq dayağından istifadə edin.

Əgər Siz də hamiləlikdə qəbizlik yaşayırsınızsa, Sizi maraqlandıran digər suallarınızı yaza bilərsiniz.

Postun rus dilində davamı rəy bölməsində⤵️

🤰Mama-ginekoloq Sevgin Bayramzadə
📍Sağlam Ailə Tibb Mərkəzi
📍Baku Medical Plaza VIP

#кесаревосечение #беременностьироды #подготовкакродам #запоры

1️⃣ СЕКС ВО ВРЕМЯ БЕРЕМЕННОСТИ МОЖЕТ ПОВРЕДИТЬ РЕБЁНКУ⁉️Это миф❗️Будущий ребёнок зашищен плодными водами, оболочкой, мат...
22/01/2024

1️⃣ СЕКС ВО ВРЕМЯ БЕРЕМЕННОСТИ МОЖЕТ ПОВРЕДИТЬ РЕБЁНКУ⁉️
Это миф❗️
Будущий ребёнок зашищен плодными водами, оболочкой, маткой и шейкой матки.

Ему же нужно продержаться в чужом теле девять месяцев, и такой естественный процесс, как с**с, ему повредить не может.

2️⃣ НЕЛЬЗЯ ЗАНИМАТЬСЯ
СЕКСОМ В ПЕРВОМ И ПОСЛЕДНЕМ ТРИМЕСТРЕ
БЕРЕМЕННОСТИ⁉️

Это миф❗️
Если беременность протекает нормально, без осложнений, то никаких ограничений на кекс нет.

Но есть ряд противопоказаний:
🔺Кровотечения при беременности.
🔺Предлежание плаценты.
🔺Отслойка плаценты.
🔺Наличие гематомы.
🔺Истмико-цервикальная недостаточность.

СЕКС ВЫЗЫВАЕТ ПРЕЖДЕВРЕМЕННЫЕ
РОДЫ ⁉️

Это миф❗️
Никакой связи между с**сом и датой родов учёные не нашли.
Результаты исследований
показывают, что совершенно не важно, сколько беременная женшина занимается любовью.
Роды приходят тогда, когда к этому готовы мать и ребёнок.

🤰Акушер-гинеколог Севгин Байрамзаде
📍 Медицинский Центр Саглам Аиля
📍 Медицинский центр Баку Медикал Плаза VIP

#кесаревосечение #беременностьироды #подготовкакродам #запоры

Keysəriyyə əməliyyatından sonra təbii doğuş etmək olmazmı❓Bu fikir əksər xanımları narahat edir. İlk doğuş keysəriyyə ol...
12/01/2024

Keysəriyyə əməliyyatından sonra təbii doğuş etmək olmazmı❓
Bu fikir əksər xanımları narahat edir.
İlk doğuş keysəriyyə olsa da, uşaqlıq yolunda çapıqla təbii doğuş mümkündür❗️
Əməliyyatdan sonra təbii doğuşun uğurlu olmasını mümkün edən nədir❓
Keysəriyyə zamanı uşağı uşaqlığın kəsilmiş ön divarından çıxarırlar. Bu zaman, çapıq təkcə dəridə deyil, həm də uşaqlıqda yaranır. Məhz uşaqlıqda çapığın olması, hamiləlik və təbii doğuş üçün əngəl ola bilər. Xaricindəki çapığının sağalması əməliyyatdan təqribən 1-2 həftə sonra baş verir. Uşaqlıq toxumalarının bərpası üçün isə altı aydan bir ilə qədər vaxt keçməlidir.

Klinik təlimatlar bizə deyir ki;
Əgər uşaqlıq yolunun çapıq nahiyəsində çapığın qalınlığı 2 mm-dən azdırsa, bu, qadının təbii doğuş edə bilməyəcəyi, 5 mm-dirsə 100% təbii yolla övlad dünyaya gətirə bilər.
Bəs USM zamanı nələrə diqqət etmək lazımdır?
🔺Əməliyyat kəsiyinin tamamilə bitişməsinə;
🔺Çapıqda deformasiyanın olmamasına;
🔺Keysəriyyədən sonra uşaqlıq yolunda çapıq sahəsinin palpasiyası zamanı yerli ağrının olmamasına.
Və daha bir vacib məqam:
Dölün ultrasəs müayinəsi zamanı uşaqlıqda çapıq sahəsində uşaqlıq yolu seqmentinin qalınlığı ölçülməlidir.
Doğuş zamanı bunu etmək daha yaxşıdır!
Bəli, çapıq qalınlığı doğuş zamanı birbaşa dəyişə bilər, buna görə də doğuş zamanı onu müşahidə etmək çox vacibdir.

❗️Və ən başlıcası, uşaqlıq yolunun aşağı seqmentinin vəziyyətini klinik olaraq mama-ginekoloq qiymətləndirməlidir. Yalnız bundan sonra USM aparılır.

Əgər siz hal-hazırda hamiləsinizsə, əvvəlki doğumunuz keysəriyyə üsulu ilə aparılıbsa, amma bu dəfə təbii doğuş etmək istəyirsinizsə, ginekoloqla görüş təyin edin, sizə bütün mümkün variantlar izah olunduqdan sonra, verəcəyiniz qərarı dəqiqləşdirə bilərsiniz.

Davamı rəy bölməsində⤵️

🤰Mama-ginekoloq Sevgin Bayramzadə
📍Sağlam Ailə Tibb Mərkəzi
📍Baku Medical Plaza VIP

#кесаревосечение #беременностьироды #подготовкакродам

2023-cü ilin son dəqiqələrini yaşayırıq… ❤️Bu il mənim üçün bir çox yaddaqalan hadisələrlə həyatıma yazıldı… Yüzlərlə öv...
31/12/2023

2023-cü ilin son dəqiqələrini yaşayırıq… ❤️
Bu il mənim üçün bir çox yaddaqalan hadisələrlə həyatıma yazıldı… Yüzlərlə övladımız və oğlum Zeyd dünyaya gəldi, qızım Mələk təhsil həyatına ilk addımlarını atdı…

2024-cü il üçün də yeni hədəflərimiz, arzularımız var. Bu il hər birimiz üçün xeyirli, uğurlu, sevinc dolu olsun🙏 Bütün ailələrə övlad sevinci yaşamağı arzulayıram❤️🙏

Sidik qaçırma sadəcə yaşlı qadınlarda deyil, gənc xanımlarda da doğuşdan sonra, hamiləliyin son həftələrində, bəzi əməli...
25/12/2023

Sidik qaçırma sadəcə yaşlı qadınlarda deyil, gənc xanımlarda da doğuşdan sonra, hamiləliyin son həftələrində, bəzi əməliyyatlardan sonra və hətta stress hallarında da baş verə bilir.
Hamilələrdə bu patologiya hormonların təsiri ilə əzələ toxumasının tonusunun azalması və sfinkterlərin boşalması nəticəsində yaranır. Sidik ifrazatının intensivliyi dölün uşaqlıqda yerləşməsindən, ölçülərindən, qadının ümumi fiziki vəziyyətindən asılıdır. Bir dəfədən artıq övlad dünyaya gətirən qadınlarda, hamiləliklər arasında az vaxt məsafəsi olduqda sidik qaçırma riski daha da çoxalır.

Doğuşdan sonrakı dövrdə sidik qaçırma uzun davam edən fəsadlı doğuşlardan və iri uşaq doğduqdan sonra ola bilər. Əksər qadınlarda hamiləliyin son dövrlərində yaranan sidik qaçırma uşaq doğulandan bir neçə gün sonra müalicəsiz keçib gedir. Əgər sidik qaçırmanın səbəbi böyrəklərin patologiyaları və ya sidik kisəsində iltihabi proseslər olarsa, bu halda müalicə tələb olunur.

Əksər xanımlar bu problemi klimaks dövründə yaşayırlar. Klimaks zamanı əmələ gələn sidik qaçırma qadını fiziki və mənəvi diskomfort keçirməyə məcbur edir, bu haldan yalnız kompleks müalicə ilə qurtulmaq olar.
 
Sidik qaçırma qadınlar üçün daima narahatlıq və məhdudiyyətlər törədir, özünə inamsızlıq, depressiv vəziyyət, cinsi əlaqəyə girmək istəməmək kimi pozğunluqlar yaradır. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, xanımlar bu problemi yaşayan zaman həkimə vaxtında müraciət etmir.

Əziz xanımlar❗️
Sidik qaçırma problemi yaşayırsınızsa, mütləq vaxtında həkimə müraciət edin.Bu problemin həll yolu var.

🤰Mama-ginekoloq Sevgin Bayramzadə
📍Sağlam Ailə Tibb Mərkəzi
📍Baku Medical Plaza VIP

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Bayramzade Sevgin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share