Oftalmoloq Uzman Dr. Mədinə Fərziyeva

  • Home
  • Oftalmoloq Uzman Dr. Mədinə Fərziyeva

Oftalmoloq Uzman Dr. Mədinə Fərziyeva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oftalmoloq Uzman Dr. Mədinə Fərziyeva, Ophthalmologist, .

Hər həftənin Cümə axşamı saat 09:30-16:00-a kimi  Əhmədli BATIGÖZ filialında pasiyentləri qəbul edəcəm.👩‍⚕️ Sizin Op.Dr....
07/12/2021

Hər həftənin Cümə axşamı saat 09:30-16:00-a kimi Əhmədli BATIGÖZ filialında pasiyentləri qəbul edəcəm.

👩‍⚕️ Sizin Op.Dr. Mədinə Fərziyeva

Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik....
06/12/2021

Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik. Xalq arasında göz təzyiqi və ya qarasu olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Yaş, nəsildə və ya ailədə qlaukomanın olması və şəkər xəstəliyi kimi hallar qlaukomanın formalaşması üçün əsas risk faktorlarından hesab olunur.

👩‍⚕️ Sizin Op.Dr. Mədinə Fərziyeva

🩺Uveit çox mürəkkəb xəstəlikdir, bu xəstəliyin hər bir xəstədə inkişafı müxtəlif olur. Xəstəliyin inkişafı kimi onun müa...
03/12/2021

🩺Uveit çox mürəkkəb xəstəlikdir, bu xəstəliyin hər bir xəstədə inkişafı müxtəlif olur. Xəstəliyin inkişafı kimi onun müalicəsi də hər bir xəstə üçün eyni olmur. Müalicə üçün dərmanların dozası uvea sahəsində ixtisaslaşmış həkimlər tərəfindən təyin edilir.

Uveitin səbəbləri nələrdir❓
Uveitin törədicisi əsasən məlum deyil, biz onları “idiopatik” adlandırırıq. Bir qrup uveit, bədənin başqa bir hissəsində xüsusi bir xəstəliyin mövcudluğunda görünə bilər. Bunlara sifilis, vərəm, bruselyoz, herpes, QİÇS kimi yoluxucu xəstəliklər daxildir. Bundan əlavə, kollagen toxuması və autoimmun mənşəli olaraq təyin etdiyimiz sistemik xəstəliklərlə müşayiət olunan uveit görürük. Bunlara misal olaraq Behçet xəstəliyi, sarkoidoz, ankilozan spondilit və romatoid artriti göstərmək olar. Yenə bəzi şişlərin varlığında uveit inkişaf edə bilər. 🆘 Bu səbəblə uveit keçirən xəstələrin ətraflı xəstəlik tarixçələri oftalmoloqlar tərəfindən alınmalı və ətraflı göz müayinəsi aparılmalıdır. Sistem xəstəlikləri şübhəsi olan xəstələrdə əsas xəstəliyi aşkar etmək üçün müvafiq orqan müayinəsi və laboratoriya testləri tələb oluna bilər.

👩‍⚕️ Sizin Op.Dr. Mədinə Fərziyeva

Göz tənbəlliyi, çəplik, miyop, hipermetropiya və astiqmatizm uşaqlarda ən çox görülən göz problemləridir. Bu problemləri...
01/12/2021

Göz tənbəlliyi, çəplik, miyop, hipermetropiya və astiqmatizm uşaqlarda ən çox görülən göz problemləridir. Bu problemlərin həlli üçün də erkən diaqnoz şərtdir. Əks halda, görmə pozğunluqlarının dərəcəsi yaşa bağlı olaraq artır.
❗Uşaqların mütləq 2 yaşına qədər göz həkiminə aparılması lazımdır. Görmə qüsurlarından başqa erkən müəyyən olunmalı başqa xəstəliklər də var. Ancaq təəssüf ki, uşaqlar ancaq məktəbə başladıqdan sonra problemlərin ortaya çıxdıqda həkimə müraciət edilir.
❗Körpələrdə və uşaqlarda erkən diaqnoz və müalicə böyük əhəmiyyət kəsb edir.

👩‍⚕️ Sizin Op.Dr. Mədinə Fərziyeva

Ən son nə zaman oftalmoloq müayinəsindən keçmisiniz?👩‍⚕️ Sizin Op.Dr. Mədinə Fərziyeva                                  ...
30/11/2021

Ən son nə zaman oftalmoloq müayinəsindən keçmisiniz?

👩‍⚕️ Sizin Op.Dr. Mədinə Fərziyeva

Alt qapağın blefaroplastikası.⤵️Alt qapağın blefaroplastikasına adətən , anadangəlmə deffektləri olan insanlar müraciət ...
29/11/2021

Alt qapağın blefaroplastikası.⤵️
Alt qapağın blefaroplastikasına adətən , anadangəlmə deffektləri olan insanlar müraciət edirlər. Bu hallara dərin qırışlar və piy qatının yığılması aid edilir. Bu əməliyyatın köməyi ilə həmçinin göz altında olan göyərməni aradan qaldırmaq mümkündür.

Üst qapağın blefaroplastikası.⤵️
Bu əməliyyat da, həmçinin artıq dəri, piy və qırışlar təsadüf edilən insanlar üçündür. Lakin, üst qapağın blefaroplastikasına hər zaman estetik məqsədlə müraciət edilmir. Çünki, gözün üst hissəsində olan dəri ona yorğunluq hissi yaradır və görmə qabiliyyətinə təsir edə bilir.

👩‍⚕️ Sizin Op.Dr. Mədinə Fərziyeva

Diabetik retinopatiya şəkərli diabetdən əziyyət çəkən xəstələrdə göz dibini örtən və sinir toxumasından ibarət tor qişan...
26/11/2021

Diabetik retinopatiya şəkərli diabetdən əziyyət çəkən xəstələrdə göz dibini örtən və sinir toxumasından ibarət tor qişanın damarlarının zədələnməsi zamanı əmələ gəlir. Bu zaman tor qişanın damarlarının divarı zədələnərək, oradan tor qişaya qan sızır. Bundan əlavə yeni və anormal damarlar əmələ gəlir.

Diabetik retinopatiyanın əlamətləri⤵️
➖Görmənin dumanlanması;
➖Görmənin zəifləməsi (bu simptom bir qayda olaraq, retinopatiyanın dərinləşmiş formalarında özünü göstərir).

👩‍⚕️ Sizin Op.Dr. Mədinə Fərziyeva

Katarakt əməliyyatından sonra bir neçə saat ərzində:⤵️• Xəstələr adətən katarakt əməliyyatından bir və ya iki saat sonra...
25/11/2021

Katarakt əməliyyatından sonra bir neçə saat ərzində:⤵️

• Xəstələr adətən katarakt əməliyyatından bir və ya iki saat sonra evə buraxılırlar. Az hallarda baş versədə xəstələrin bəzilərində yüngül başağrısı və başgicəllənmə müşahidə oluna bilər.
• Evə çatdıqdan sonra xəstəyə bir neçə saat istirahət etmək tövsiyə olunur. Əksər hallarda xəstələrdə qida məhdudiyyəti yoxdur və buna görə də normal qidaları qəbul etməyin heç bir zərəri yoxdur. Katarakta əməliyyatı zamanı istifadə edilən anesteziya növündən asılı olaraq əməliyyat olunan gözdə sarğı ola bilər.
• Həkim nəzarəti olmadan sarğınızı çıxarmaq olmaz.
• Həkiminiz sizə sarğı çıxardıqdan dərhal sonra başlaya biləcəyiniz bir neçə göz damcısı verəcək.
Katarakt əməliyyatından sonra görmə qabiliyyətinizin tamamilə yaxşılaşması bir neçə saatdan bir neçə günə qədər çəkə bilər. Digər gözünüzdə katarakta varsa, gözləriniz arasında görmə balansının pozulduğunu görə bilərsiniz. Bu normal bir vəziyyətdir.

👩‍⚕️ Sizin Op.Dr. Mədinə Fərziyeva

24/11/2021

Katarakta nədir? Daha ətraflı videomuzda izləyə bilərsiniz.

👩‍⚕️ Sizin Op.Dr. Mədinə Fərziyeva

🩺Vitreoretinal cərrahiyyə (Retinal Cərrahiyyə) gözün arxasındakı gelə bənzər maddənin (vitreus) çıxarılmasına və tor qiş...
22/11/2021

🩺Vitreoretinal cərrahiyyə (Retinal Cərrahiyyə) gözün arxasındakı gelə bənzər maddənin (vitreus) çıxarılmasına və tor qişada yaranan problemlərə cərrahi müdaxiləyə imkan verən bir əməliyyatdır.

Hansı xəstəliklərdə tətbiq olunur❓
Ən çox görülən əlamətlərə diabetik retinopatiya, torlu qişanın qopması, vitreus qanaxmaları və makulyar dəlik daxildir. Lokal və ya ümumi anesteziya altında həyata keçirilə bilən vitreoretinal cərrahiyyə (Retina Cərrahiyyəsi) təxminən 1-1,5 saat çəkir.

👩‍⚕️ Sizin Op.Dr. Mədinə Fərziyeva

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Oftalmoloq Uzman Dr. Mədinə Fərziyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share