
07/07/2025
25-28 iyun tarixlərində ABŞ-ın Hawaii ştatının Honolulu şəhərində 11ci Dünya Qlaukoma Konqresi keçirildi. Konqredə dünyanın 4 yanından minlərlə qlaukomatoloqlar iştirak edirdi. Toplantı maraqlı məruzələr, debatlar və videolarla yadda qaldı. Ölkəmizi bu mötəbər toplantıda mən və Dr Cəmil Həsənov təmsil edirdik. Belə konfranslar həm də dünyada məşhur alimlərlə görüşmək və fikir mübadiləsi aparmaq üçün gözəl fürsətdir. Belə alimlərdən Prof. Keith Barton, Prof. İke Ahmed, Prof. M.A. Karim ilə maraqlı elmi müzakirələr apardıq. Eyni zamanda Paul qlaukoma implantının innovatoru Prof. Paul Chew ilə çox maraqlı görüş oldu. Həkimsənsə həmişə oxumalı, öyrənməlisən. Elm bizi dünyanın harasına aparsa da daim öyrənməyə can atmaq hissi tükənmir.