Şabran Rayon Mərkəzi Xəstəxanası

Şabran Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. Şabran RMX rəsmi feysbuk səhifəsi. Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gün...
15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

Quba Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sədri və komissiya üzvləri əlilliyin müəyyən olunması, e...
15/04/2026

Quba Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sədri və komissiya üzvləri əlilliyin müəyyən olunması, eləcə də vətəndaşların müayinəsinin aparılması məqsədilə Şabran Rayon Mərkəzi Xəstəxanasında səyyar qəbul keçiriblər.

Səyyar qəbul zamanı Şabran və Siyəzən sakinlərinin müraciətlərinə baxılıb. Qəbulun təşkili prosesində direktorun müalicə işləri üzrə müavini, eyni zamanda Şabran Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sədri Kəmalə Süleymanova iştirak edib.

Müvafiq prosedur qaydalarına uyğun olaraq müraciət edən vətəndaşların sənədləri nəzərdən keçirilib, sağlamlıq vəziyyətləri və mövcud diaqnozları qiymətləndirilib, əlilliyin təyin olunması ilə bağlı müayinələr aparılıb və komissiya tərəfindən qeydiyyat işləri həyata keçirilib.

Həmçinin müraciət edən şəxslərə tibbi məsləhətlər verilib, təqdim olunan sənədlər və müayinə nəticələri yoxlanılıb. Ehtiyac olduğu hallarda əlavə müayinələrin aparılması üçün Bakı şəhərinə təkrar göndəriş verilməsi tövsiyə olunub.

Belə səyyar müayinələr regionlarda vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və əlilliyin müəyyən olunması prosesinin daha operativ həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

14/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Şabran Rayon Mərkəzi Xəstəxanasında həkim və tibb işçilərinin işə qəbulu üzrə müsahibə prosesi həyata keçirilirTibbi xid...
13/04/2026

Şabran Rayon Mərkəzi Xəstəxanasında həkim və tibb işçilərinin işə qəbulu üzrə müsahibə prosesi həyata keçirilir

Tibbi xidmətin keyfiyyətini artırmaq və şöbələrin heyətini gücləndirmək məqsədilə həkim və tibb işçilərinin işə qəbulu üzrə müsahibə təşkil olunur.

Müsahibə prosesi Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli, 344 nömrəli qərarına uyğun şəkildə həyata keçirilir.

Komissiyanın tərkibinə xəstəxananın rəhbərliyi, müvafiq şöbə müdirləri, insan resursları şöbəsi üzrə əməkdaş və baş tibb bacısı daxildir.

Namizədlər peşə hazırlığı, klinik bilikləri, təcili vəziyyətlərdə davranış bacarıqları, pasiyentlə ünsiyyət mədəniyyəti və komanda ilə işləmək bacarıqları üzrə qiymətləndirilir. Həmçinin işə məsuliyyət, etik davranış və xəstəxana mühitinə uyğunluq meyarları da nəzərə alınır.

Müsahibə prosesi şəffaf və obyektiv prinsiplər əsasında həyata keçirilir. Məqsəd xəstəxanada tibbi xidmətin səviyyəsini daha da yüksəltmək üçün peşəkar və məsuliyyətli namizədlərin seçilməsidir.

Şabran Rayon Mərkəzi Xəstəxanası olaraq pasiyent məmnuniyyətini, tibbi xidmətin keyfiyyətini və peşəkar heyətin gücləndirilməsini daim prioritet hesab edirik.

11 aprel — Ümumdünya Parkinson Xəstəliyi GünüParkinson xəstəliyi hərəkətlərin ləngiməsi, əllərdə titrəmə, əzələ sərtliyi...
11/04/2026

11 aprel — Ümumdünya Parkinson Xəstəliyi Günü

Parkinson xəstəliyi hərəkətlərin ləngiməsi, əllərdə titrəmə, əzələ sərtliyi və tarazlıq pozğunluğu ilə özünü göstərə bilər. Erkən müraciət və vaxtında müalicə xəstələrin həyat keyfiyyətinin yaxşılaşmasına mühüm dəstək verir.

Sağlamlığınız üçün yanınızdayıq.

Şabran Rayon Mərkəzi Xəstəxanasının həyətyanı sahəsində abadlıq və təmizlik işləri çərçivəsində iməcilik keçirilib.Əməkd...
10/04/2026

Şabran Rayon Mərkəzi Xəstəxanasının həyətyanı sahəsində abadlıq və təmizlik işləri çərçivəsində iməcilik keçirilib.

Əməkdaşların böyük həvəslə qoşulduğu bu təşəbbüs zamanı xəstəxananın ərazisi tullantılardan təmizlənib, yaşıllıqlara qulluq göstərilib, səliqə-sahman işləri aparılıb. Eyni zamanda ağaclar suvarılıb, onların gövdələri ağardılıb.

Belə tədbirlər ətraf mühitin qorunmasına, ərazinin daha səliqəli və gözoxşayan görünüş almasına, həmçinin kollektiv arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Şabran Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və tibb personalının peşəkar biliklərinin...
08/04/2026

Şabran Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və tibb personalının peşəkar biliklərinin artırılması məqsədilə “Triajın aparılma qaydaları” mövzusunda seminar-məşğələ keçirilib.

Tədbirdə xəstəxananın həkim və orta tibb işçiləri iştirak edib. Seminar zamanı Şabran Rayon Mərkəzi Xəstəxanasının TTY şöbəsinin müdiri Sevinc Abbaszadə mövzu ilə bağlı ətraflı çıxış edərək triaj prosesinin təcili və təxirəsalınmaz tibbi yardımın düzgün təşkili baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Çıxış zamanı xəstələrin ilkin qiymətləndirilməsi, vəziyyətin ağırlıq dərəcəsinə uyğun prioritetləşdirilməsi, həyati təhlükə yaradan halların vaxtında müəyyən olunması və pasiyentlərin operativ şəkildə aidiyyəti üzrə yönləndirilməsi qaydaları barədə geniş məlumat verilib.

Qeyd olunub ki, düzgün təşkil edilmiş triaj sistemi pasiyentlərə vaxtında tibbi yardım göstərilməsini təmin etməklə yanaşı, xəstəxananın resurslarından səmərəli istifadə olunmasına və tibbi xidmət keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verir.

Seminar-məşğələ interaktiv müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

7 Aprel – Ümumdünya Sağlamlıq GünüSağlamlıq hər bir insanın ən böyük sərvətidir.Sağlam həyat tərzi, düzgün qidalanma və ...
07/04/2026

7 Aprel – Ümumdünya Sağlamlıq Günü

Sağlamlıq hər bir insanın ən böyük sərvətidir.
Sağlam həyat tərzi, düzgün qidalanma və vaxtında tibbi müayinə sağlam gələcəyin əsasını təşkil edir.

Hər kəsə möhkəm can sağlığı arzulayırıq!

06/04/2026

Fiziki aktivlik yalnız bədəni formada saxlamaq deyil, eyni zamanda ürəyinizi gücləndirir, tənəffüs sistemini yaxşılaşdırır, sümükləri möhkəmləndirir və gündəlik enerjinizi artırır. Aktiv həyat tərzi stressi azaldır, əhval-ruhiyyəni yüksəldir və depressiya riskini minimuma endirir.

Sağlam qalmaq üçün böyük addımlar atmağa ehtiyac yoxdur. Həftədə ən azı 3 dəfə, gündə minimum 60 dəqiqə orta intensivlikdə hərəkət – yürüş, velosiped sürmək və ya idmanla məşğul olmaq artıq sağlam gələcəyə atılan böyük addımdır.

Hərəkət – sağlam və enerjili həyatın ən güclü təməlidir.

2 Aprel – Ümumdünya Autizm Məlumatlandırma GünüBu gün autizm haqqında maariflənməni artırmaq, fərqli inkişaf xüsusiyyətl...
02/04/2026

2 Aprel – Ümumdünya Autizm Məlumatlandırma Günü

Bu gün autizm haqqında maariflənməni artırmaq, fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqlara və ailələrinə dəstək olmaq üçün xüsusi gündür.

Hər bir uşaq özünəməxsus dünyası, bacarığı və sevgisi ilə dəyərlidir. Onları anlamaq, qəbul etmək və dəstəkləmək cəmiyyətimizin ən önəmli vəzifələrindən biridir.

Gəlin fərqliliklərə sevgi ilə yanaşaq, daha anlayışlı və qayğıkeş bir gələcək quraq.

Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində şanlı bir tarixdir. 🇦🇿2016-cı ilin 2–5 aprel tarixlərində O...
02/04/2026

Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində şanlı bir tarixdir. 🇦🇿

2016-cı ilin 2–5 aprel tarixlərində Ordumuz böyük şücaət və igidlik nümayiş etdirərək düşmənə layiqli cavab vermiş, strateji əhəmiyyətli mövqeləri azad etmişdir. Bu şanlı qələbə xalqımızın birlik və gücünü bir daha bütün dünyaya nümayiş etdirmişdir.

Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk. Qəhrəmanlarımızın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

31 Mart — Azərbaycanlıların Soyqırımı Günü.Bu faciənin qurbanlarını dərin hüzn və ehtiramla yad edir, əziz xatirələri ön...
31/03/2026

31 Mart — Azərbaycanlıların Soyqırımı Günü.

Bu faciənin qurbanlarını dərin hüzn və ehtiramla yad edir, əziz xatirələri önündə baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Address

Şabran şəhəri Heydər Əliyev Pr. 93
Şabran

Telephone

+994233532786

Website

Alerts

Be the first to know and let us send you an email when Şabran Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şabran Rayon Mərkəzi Xəstəxanası:

Share