
21/05/2025
PRP terapiyası – hər kəs üçün uyğundurmu?
PRP (Platelet Rich Plasma) saç tökülməsinə qarşı məşhur və geniş istifadə olunan bir prosedurdur. Ancaq bu o demək deyil ki, hər kəs üçün uyğundur.
PRP terapiyası kimlər üçün effektiv ola bilər?
✔️ Androgenetik alopesiya yaşayanlar
✔️ Erkən mərhələdə saç tökülməsi olanlar
✔️ Sağlam həyat tərzi və normal qan dəyərlərinə sahib olanlar
PRP kimlər üçün uyğun olmaya bilər?
✖️ Qan xəstəlikləri olanlar
✖️ Hamilə və süd verən qadınlar
✖️ İltihabi dəri xəstəlikləri və aktiv infeksiya olanlar
✖️ Gözlə görünən nəticə istəyib səbirsiz davrananlar
Unutmayın ki, PRP proseduru təbii, lakin fərdi yanaşma tələb edən bir terapiyadır. Nəticə hər kəsdə eyni olmur və mütləq trixoloq konsultasiyası tələb olunur.