Ramid Seyfullayev

Ramid Seyfullayev Yeniyetmə və yetkin psixoloqu

31/01/2026
"Travma bir səbəb ola bilər, amma davranışlarımıza haqq qazandıran bir əsas deyildir. Bir psixoloq kimi müşahidəm budur ...
29/01/2026

"Travma bir səbəb ola bilər, amma davranışlarımıza haqq qazandıran bir əsas deyildir. Bir psixoloq kimi müşahidəm budur ki, insan öz yarasını qalxan kimi istifadə etməyə başladıqda, əslində həmin yaranın əsiri olur. Sağalmaq üçün əvvəlcə o qalxanı yerə qoyub, öz davranışlarımızın məsuliyyətini daşımağa başlamalıyıq."

Qulaqlıqlar: Musiqi yoxsa Qalxan? 🎧🛡Yeniyetmə otağına girir, qulaqlığını taxır və dünya ilə əlaqəni kəsir. Valideynlər t...
29/01/2026

Qulaqlıqlar: Musiqi yoxsa Qalxan? 🎧🛡

Yeniyetmə otağına girir, qulaqlığını taxır və dünya ilə əlaqəni kəsir. Valideynlər tez-tez narahat olur: "Bizi eşitmir, bizə hörmət etmir, bütün günü musiqi dinləyir."

Yeniyetməlik dövründə beyin xarici səslərə, məktəbin xaosuna və emosional təzyiqlərə qarşı həddindən artıq həssas olur (Sensory Overload). Beyin sadəcə yorulur. 🧠🔋

O qulaqlıqlar – əslində musiqi aləti yox, bioloji bir "sərhəd"dir. Onlar həmin an musiqini yox, sükutu və ya nəzarəti seçirlər. Xaosun içində özlərinə aid kiçik, təhlükəsiz bir ada yaradırlar.

Əgər övladınız qulaqlıq taxıbsa, bu "sizi saymıram" demək deyil. Bu, "Mənə bir az vaxt ver, sistemimi yeniləyirəm" deməkdir.

Gündəlik həyatına və davranışlarına mənfi təsir etmədikcə, musiqi sadəcə ruhun qidasıdır. 🎶

28/01/2026

Teymur bu etirafı ilə bizə nə deyir?

Etirafından bəlli olur ki anası ilə uşaqlıqda olan münasibətləri, davamlı təzyiq və zorakılığa məruz qalması onun inkişafında əsas rol oynayıb.

"Nəsillərarası Ötürülən Travma" anlayışına görə travmaya məruz qalan şəxs onu aşa bilmədikdə travma bir sonrakı nəslə ötürülür.

Teymurun burada dəyişdirməyə çalışdığı məqamlar və yaşadığı qırılma nöqtəsi (qızını itirməsi) onun keçmişdən qalan travmalarının da inkişaf etməsinə, qisas hissinin atmasına və dəyişdirə bilmədiyini aradan qaldırmasına (törətdiyi əməllər) səbəb olub.

Travma psixoloji olaraq işlənmədikdə hər zaman geriyə qayıdıb zərər vermə ehtimalını özündə saxlayır.

Bütün bunlar şəxsin travmalarına söykənərək əməllərinə haqq qazandırması mövzusunu da üzə çxırarır.

Unutmayaq ki yaşanılan travma, törədilən əməllərə haqq qazandıra bilməz.

Tablonun tarixi, Munkun Osloda dostlarıyla gəzərkən şahid olduğu dəhşətli bir ana söykənir. Munk o anı belə təsvir edir:...
27/01/2026

Tablonun tarixi, Munkun Osloda dostlarıyla gəzərkən şahid olduğu dəhşətli bir ana söykənir. Munk o anı belə təsvir edir: "Günəş batırdı, səma birdən qan qırmızısına çevrildi... Təbiətdən gələn sonsuz bir fəryad hiss etdim." Bu təcrübə, görmə və eşitmə hallüsinasiyaları ilə müşayiət olunan güclü bir narahatlıq və ya psixotik epizod kimi şərh olunur.

Qışqıran kimdir?
Məlum olduğu kimi rəsmdəki fiqur qışqırmır, Munkun öz ifadəsinə və təhlillərinə görə, fiqur təbiətdən gələn dəhşətli, "əbədi fəryadı" eşitməmək üçün qulaqlarını tutur. Fiqur, bu qorxunc “səsdən” özünü qorumağa çalışır.

Dünyanı Olduğu Kimi Görməmək: Munkun yüksək kontrastlı rənglərdən və əyri xətlərdən istidafə etməyi sadəcə bədii bir üstünlük deyil; bu, onun vizual qavrayışının zəifləməsini əks etdirir. Şizofreniya və Təşviş Pozuntusu üzərində aparılan tədqiqatlar göstərir ki, Munkun görmə sistemində olan pozuntular onun dünyanı daha "titrək", dayaz və parlaq görməsinə səbəb olurdu. O, reallıqda gördüklərini deyil, hallüsinasiyalarını çəkirdi.

Dünyanı Olduğu Kimi Görməmək: Munkun yüksək kontrastlı rənglərdən və əyri xətlərdən istidafə etməyi sadəcə bədii bir üstünlük deyil; bu, onun vizual qavrayışının zəifləməsini əks etdirir. Şizofreniya və Təşviş Pozuntusu üzərində aparılan tədqiqatlar göstərir ki, Munkun görmə sistemində olan pozuntular onun dünyanı daha "titrək", dayaz və parlaq görməsinə səbəb olurdu. O, reallıqda gördüklərini deyil, hallüsinasiyalarını çəkirdi.

Travmanın Rəngləri: Səmadakı qırmızı rəng sadəcə qürub deyil. Bəzi psixoloji araşdırmalar göstərir ki, bu rəng Munkun uşaqlıqda itirdiyi anasının ölüm səbəbinin (ağciyər qanaxması) travmatik əks olunması ola bilər. Fiqurun yerləşdiyi körpü və mənzərə real olsa da, rənglər və formalar tamamilə daxili dəhşətin ifadəsidir.

Müasir İnsanın Tənhalığı:
Rəsmdə fonda gəzən iki dost Munkun yaşadığı dəhşətdən xəbərsizdir. Bu detal "səhv başa düşülmə" hissini və psixoloji olaraq əzab çəkən bir fərdin dərin sosial təcridini simvolizə edir. Buna görə də, əsər müasir insanın narahatlığını və yadlaşmasını ən yaxşı şəkildə təsvir edən “ikonik” simvola çevrilib.

İdmanın uşaqların inkişafındakı rolu mühüm və əvəzsizdir. İdman, uşaqların fiziki inkişafı ilə yanaşı, sosial, zehni və ...
26/01/2026

İdmanın uşaqların inkişafındakı rolu mühüm və əvəzsizdir. İdman, uşaqların fiziki inkişafı ilə yanaşı, sosial, zehni və emosional inkişafına da müsbət təsir edir. Xüsusilə idman yarışları uşaqların rəqabətli sahələrdə özünü sınamağına və yeni bacarıqlar əldə etməsinə kömək edir. Ancaq, bu yarışların uşağın psixoloji inkişafına müsbət təsirlərlə yanaşı bəzi mənfi təsirləri də vardır.

Müsbət təsirləri
Özünəinamın inkişafı
Sosial bacarıqlar
İntizam və Məsluliyyət
Stresin idarə olunması
Problemləri həll etmək
Qətiyyət və Dözümlülük

Mənfi təsirləri
Təşviş və stres
Özünəinamın azalması
Aqressiya
Səhv rol modellər almaq
Həddindən artıq rəqabət

Valideynlər və Müəllimlərə tövsiyələr

1. Uşaqlarınıza dəstək olun, onlara təzyiq etməyin

Yarışlarda uşaqlarınıza dəstək olun, amma onları qazanmağa məcbur etməyin. Əsas məsələnin əylənmək və yeni şeylər öyrənmək olduğunu vurğulayın.

2. Qələbə və məğlubiyyətə balanslı yanaşın

Uşaqlarınızın uğurlarını qeyd edin, amma məğlubiyyətlərini də normal qəbul edin. Onlara səhv etməyin öyrənmənin bir hissəsi olduğunu öyrədin.

3. Müsbət nümunələr göstərin

Uşaqlarınıza idman karyerrasında uğurlu və ədaləli idmançılardan nümunələr göstərin.

4. Uşaqlarınızın hisslərinə diqqət yetirin

Müsabiqələrdən əvvəl və sonra uşaqlarınızla danışın, onların hisslərini anlamağa çalışın və onlara dəstək olun.

5. İdmanı əyləncə vasitəsi kimi təqdim edin

Uşaqlarınızın idman etməyi sevməsini təmin edin. Onların idmanı öhdəlik və ya artıq yük kimi qəbul etmədiyindən əmin olun.

21/01/2026

VİDEODAKI DAVRANIŞIN PSİXOLOJİ İZAHI 🧠

Bu videoda bir şəxsin soyuqqanlılıqla törətdiyi əməli etiraf etməsini izləyirik. Davranışlarının bəzi səbəblərini belə izah etmək olar:

1️⃣ Travmatik Donma: Şəxsin qızının həyatını itirməsindən sonra yaşadığı şok davam edir. Yas dövründən hələ də çıxmayıb.

2️⃣ Nəzarət Axtarışı: Qızını itirəndə çarəsiz qalmışdı. İndi isə dostunun həyatına son qoyaraq (və ya ona "kömək" edərək) hadisələrin gedişatını dəyişdirə biləcəyini sübut etməyə çalışır. Bu, itirilmiş idarəetmə hissinin bərpasıdır.

3️⃣ İnkar və Yerdəyişmə: "Mən etmədim, o özü istədi" deyərək məsuliyyəti öz ürəzindən atır. Çarəsizliyini və "yaralı" tərəfini dostuna ötürür.

Qısaca: Bu davranış modeli, bitməmiş yasın və travmanın insanın düşüncə və davranışına necə təsir etdiyinin bir nümunəsidir.

Psixoloqumla niyə dost ola bilmirəm?1. Yanaşma fərqləriDostlarınız sizi yaxşı təsəlli edə, məsləhət verə və tərəfinizi t...
21/01/2026

Psixoloqumla niyə dost ola bilmirəm?

1. Yanaşma fərqləri
Dostlarınız sizi yaxşı təsəlli edə, məsləhət verə və tərəfinizi tuta bilərlər, psixolqunuz isə peşəkar davranmalı və neytal qalmalıdır. Psixoloqla dostluq bu neytrallığı pozur. Bu da prosesin gedişinə mənfi təsir edir.

2. Qarşılıqlılıq prinsipi
Dostluq qarşılıqlıdır, hər iki tərəf özü haqqında danışır. Terapiya isə tam olaraq sizin ehtiyaclarınza fokuslanır. Psixoloqun özü haqqında danışması bu prosesi sadəcə söhbətə çevirir.

3. Gizlilik və həssaslıq
Terapiyada siz ən məhrəm və həssas mövzularınızı dilə gətirirsiniz, bu mövzulardan dostlarınız, ən yaxınlarınız belə məlumatsız ola bilərlər, terapiyada dilə gətirdiyiniz bu mövzular yalnız sizə məxsusdur.

4. Təhlükəsiz məkan
Terapiya otaqları ətrafdan təcrid olunmuş və mühakimə olunmadığınız bir yerdir. Bu otaqlar sizdə “təhlükəsiz məkan” qavrayışı yaratmaq üçün dizayn edilir. Terapiya otağınakı proses, kafe, restoran və digər ictimai məkanlarda dostlarınızla etdiyiniz söhbətlərdən xeyli fərqlidir.

5. Ən vacibi - Etik kodekslər
Psixoloji xidmətdə psixoloqların əməl etməli olduğu mütləq qaydalar vardır. Psixoloqların onlara müraciət edən şəxslərlə dostluq, romantik və s. münasibətlərdə olması yolverilməzdir.

Uşaqlarda təşviş adətən 6-12 yaşlarda başlayan bir haldır. Bəzi qorxu və narahatlıqların uşağın düşüncə sitemində davaml...
23/10/2025

Uşaqlarda təşviş adətən 6-12 yaşlarda başlayan bir haldır. Bəzi qorxu və narahatlıqların uşağın düşüncə sitemində davamlı təkrar etməsi fonunda özünü büruzə verir.

Təşviş pozuntusuna yol açan səbəblər arasında uşağın başqaları ilə müqayisə olunması, potensialının düzgün qiymətləndirilməməsi, valideynlərindən birində bu pozuntunun olması, həddindən artıq nəzarətçi valideyn münasibətləri, kimi faktorların olduğu bildirilir.

Qorxan bir uşağın bu hissi bir müddət sonra (qorxunu yaradan səbəb aradan qalxdıqdan sonra) keçsə də təşviş mövzusunda bu vəziyyət fərqlidir. Təşviş daha uzun müddət davam edən və beyni məşğul edən bir haldır.

Fobiyalar: Müxtəlif əşyalardan və vəziyyətlərdən məntiqsiz olmasına baxmayaraq qorxma halıdır. Lakin uşaq üçün o vəziyyətlərlə qarşılaşmaq, aşılması mümkün olmayan bir əngələ bərabərdir. Qaranlıq, iynə, müxtəlif heyvanlar, yüksək səs kimi bir çox amil uşaq üçün güclü təşviş səbəbidir.

Selektiv Mutizm : Uşağın evdən kənarda və məktəb kimi yerlərdə danışmamağa üstünlük verməsi halıdır. Bu danışmama vəziyyəti, bir seçimdən daha çox, sanki uşağın danışmasına mane olan fiziki bir əngəl kimi onu məhdudlaşdırır. Uşağın danışmasına mane olacaq heç bir fiziki problem yoxdur. Hiss etdiyi narahatlıq onu özünü təhlükəsiz hiss etmədiyi mühitdə danışmaqdan saxlayır.

Generalizə Olunmuş Təşviş Pozuntusu: Uğursuz olmaq qorxusu, dostluq münasibətlərində yaşanan problemlər və narahatlıqlar, sağlamlıqla bağlı narahatlıqlar, müxtəlif sahələrdə yaşanan güclü təşviş pozuntusudur.

Sosial Təşviş Pozuntusu: Uşağın sosial bir mühitdə alçalmaqdan, ələ salınmaqdan qorxması və bu qorxu səbəbindən özünü geri çəkməsi şəklində özünü göstərir.

Uşaqlarda təşviş pozuntusu həyat keyfiyyətinə mənfi təsir edir. Emosional requlyasiyanı (tənzimləməni) təmin edə bilmək, gündəlik həyatı daha da asanlaşdırır. Narahatlıqlar davam edərkən, uşağın diqqətini cəmləyə bilməsi, sakitləşə bilməsi demək olar ki, mümkün olmur.

Təşviş pozuntuları özü ilə bərabər obsessiv-kompulsiv meylləri də gətirə bilər. Koqnitiv Davranış Terapiyası və Oyun Terapiyası kimi variantlar uşaqlarda effektiv istifadə olunan terapiya üsulları arasındadır.

22/10/2025

Gecən xeyrə qalsın "ANA" - sistematik manipulyasiya və reaksiya

Filmdə övladı itən anaya polis tərəfinsən başqa uşaq verilir və bu uşağın onun öz övladı olduğu bildirilir.

Polisin bu uşağın "Walter" olduğunu israr etməsi və "Christine" ni "yalançı" adlandırması, onu psixiatra yönləndirməsi psixoloji zorakılığın (Gaslighting) nümunəsidir.

Uşağın "Ana" deyə müraciət etməsi, əsl "Walter" olmamasına baxmayaraq, Bowlby'nin Bağlanma Nəzəriyyəsinə (Attachment Theory) görə, itki və ya laqeydlik yaşamış uşaqlarda müşahidə olunan təhlükəsiz mühit axtarışına nümunədir (Bowlby, 1969). Buradakı "Walter" in yerinə verilən uşaq, qəyyumunu itirməmək üçün ona təyin olunmuş rolu oynamağa cəhd edir.

"Christine" isə instinktiv olaraq uşağı qəbul etməməklə öz psixoloji müdafiə mexanzimlərini gücləndirir. Bu, ona deyilmiş yalanın qəbul edilməsinə mane olur, çünki həqiqəti qəbul etmək onun sağ qalma mexanizmidir.

Film: Changeling (2008)
Səsləndirmə: .aliyeva.voiceover

Bugün 10 Oktyabr, Psixi Sağlamlıq Günüdür.Hər birimizin içində bəzən fırtınalar qopur, bəzən də hər şey sakit bir gölə b...
10/10/2025

Bugün 10 Oktyabr, Psixi Sağlamlıq Günüdür.

Hər birimizin içində bəzən fırtınalar qopur, bəzən də hər şey sakit bir gölə bənzəyir. Bəzən yolumuzu itiririk, bəzən də ən aydın cığırda addımlayırıq. Bütün bu hallar insan olmağın bir parçasıdır.

Unutmayaq ki:

Yorulmaq normaldır. Hər gün güclü olmaq məcburiyyətində deyilik.

Kömək istəmək zəiflik deyil, özünə dəyər verməyin və sağalmaq üçün addım atmağın cəsarətidir.

Hisslərimiz – istər kədər, istərsə də sevinc – hamısı keçərlidir. Onları qınamaq yerinə, anlamağa çalışaq.

Psixi sağlamlıq, hər zaman xoşbəxt olmaq deyil. Psixi sağlamlıq, həyatın bütün rəngləri ilə – kədəri, sevinci, qəzəbi və hüzuru ilə barışaraq yola davam etmək bacarığıdır.

1. Adolescence (2025) Bu yeni serial, yeniyetməlik dövrünün psixoloji çətinliklərini və onların üzərindəki təsirlərini a...
03/08/2025

1. Adolescence (2025) Bu yeni serial, yeniyetməlik dövrünün psixoloji çətinliklərini və onların üzərindəki təsirlərini araşdırır. Personajların şəxsiyyət axtarışları, sosial təzyiqlər və daxili mübarizələri dərindən işlənir. Serial, bu həssas dövrdə yaşanan emosional dalğalanmaları və onların gələcəyə necə təsir etdiyini göstərir.

2. Bodyguard (2018) Bu serialda psixoloji gərginlik, baş qəhrəman Devid Buddun Post-Travmatik Stress Pozuntusu (PTSD) ilə mübarizəsi üzərində qurulub. O, bir siyasətçinin təhlükəsizliyini təmin edərkən, keçmiş müharibə təcrübələrinin psixoloji yükləri ilə üzləşir. Buddun daxili münaqişələri və etibar məsələləri, gərgin süjet xətti boyunca davamlı bir psixoloji qat yaradır.

3. Sharp Objects (2018) Bir müxbirin doğma şəhərinə qayıdaraq bir sıra hadisələri araşdırması zamanı uşaqlıq travmaları və ailə sirləri ilə üzləşməsi bu serialın əsas xəttini təşkil edir. Baş qəhrəmanın özünə zərər vermə vərdişləri və psixoloji parçalanmaları böyük ustalıqla təsvir olunur. Serial, travmanın insan psixikası üzərində necə dərin izlər buraxdığını psixoloji gərginliklə çatdırır.

4. The Sinner (2017) Hər mövsümü fərqli bir kriminal hadisəni və onun arxasındakı psixoloji motivləri araşdıran bir antologiya seriyasıdır. Dedektiv Harri Ambroz, şübhəli şəxslərin niyə bu hərəkəti etdiklərini anlamağa çalışarkən, onların səbəblərinə və keçmişlərindəki travmalara enir. Serial, insan zihninin qaranlıq künclərini və bastırılmış arzuların fəsadlarını tədqiq edir.

5. You (2018) Bu serial, bir təqibçinin (stalker) və seriyalı qatilin psixopatik zihninə dərin bir baxış təqdim edir. Baş qəhrəman Co, obsesif sevgisini haqlı çıxarmaq üçün hər cür manipulyasiya və zorakılığa əl atarkən, onun məntiqi və düşüncə tərzi göstərilir. Serial, münasibətlərdəki psixoloji manipulyasiyanın qorxunc nəticələrini göz önünə sərir.

Address

Agdam

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994705551619

Alerts

Be the first to know and let us send you an email when Ramid Seyfullayev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ramid Seyfullayev:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category