Ağdam Rayon Mərkəzi Xəstəxanası

Ağdam Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

30/03/2026
26/03/2026

Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.

Yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır.

Hər il martın 26-sı Beynəlxalq Epilepsiya Maarifləndirmə Günü kimi qeyd olunur.

25/03/2026

Bayram günlərində yemək çeşidinin bolluğu qidalanma rejiminin pozulmasına və nəticədə orqanizmin yüklənməsinə səbəb olur.

• Bayram günlərində istehlak edilən qidaların uyğunluğuna diqqət yetirilməli,

• Süfrədə həddən artıq yağlı, şirin və ağır qidaların miqdarı nəzarətdə saxlanılmalı,

• Qızartma əvəzinə sobada və ya buxarda bişirilmiş balıq və ət yeməklərinin seçilməli,

• Kalorili sousların, xüsusilə mayonezin əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməli,

• Qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmalı, onların əvəzinə su, ayran və ya təbii meyvə içkilərinə üstünlük verilməli,

• Yeməklər sakit, tələsmədən yeyilməli və yaxşı çeynənilməlidir.

Bayram günlərində qidalanma rejiminə diqqət yetirin ki, bayram günlərində sağlam qalasınız!

24/03/2026

Vərəm sağalan xəstəlikdir. Hava-damcı yolu ilə yayılan xəstəlik insan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və s. yollarla daxil olur.

Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir.

Son illər vərəmlə mübarizə sahəsində atılan mühüm addımlar nəticəsində ölkəmizdə vərəm xəstəliyinin yayılması əhəmiyyətli dərəcədə azalıb.

23/03/2026

Spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etmək həm sizin, həm də ətrafınızdakı insanların sağlamlığı üçün təhlükəlidir!

Özünüzün və doğmalarınızın həyatını riskə atmayın!

22/03/2026

Bayat yeməklər zəhərlənmə riskini artırır.

Bayram süfrəsində istehlak olunmayan yeməklər israf edilməməsi üçün bəzən sonrakı günlərə saxlanılır.

Yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır.

Bu qidalar otaq temperaturunda, açıq şəkildə saxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə, sonradan yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur.

Sağlamlığınız üçün köhnəlmiş yeməklərdən istifadə etməyin!

21/03/2026

+1 fərqlə sizin kimiyik!

21/03/2026

Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.

https://president.az/az/articles/view/71943

20/03/2026

Milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmətin təcəssümü olan Ramazan bayramı münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edirik!

Allah Ramazan ayı boyunca tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin!🤲

Address

Ağdam Rayon Quzanlı Qəsəbəsi
Agdam

Telephone

+994263250233

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdam Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ağdam Rayon Mərkəzi Xəstəxanası:

Share

Category