
10/07/2025
Prof. Dr. Metin Önerci Hocam on minlərlə qulaq, burun, boğaz həkimi üçün bir yol göstərən, yorulmadan öyrədən bir Böyükdür!
Mənimçünsə inandığımız ideal uğruna illərlə bərabər çalışdığım, yeri gələndə şikayət etdiyim, yeri gələndə fikirlərinə müxalifət etdiyim, amma nə olursa olsun hər zaman mənəvi böyüyüm kimi qəbul etdiyim, dayanmadan öyrəndiyim, sözün həqiqi mənasında bərabər gülüb, bərabər ağladığım Mənəvi ATA hökmündədir!
Türk dünyası otorinolarinqoloqlarının birliyi üçün atdığı addımları qiymətsizdir. Şükürlər olsun ki, bu çalışmaların son 15 ilini mənə də onunla bərabər addımlamaq nəsib oldu.
Dünən bir vəsilə ilə önümə çıxan 2023-də bir iclasda çəkilmiş fotolar sanki dilə gəlib yuxarıda ifadə etdiyim fikirləri dedilər. Hocama “Gelsin de biri baba-oğul olduğumuzu inkar etsin” mesajı ilə göndərdiyim fotolara “Edemez” cavabı verdi.
Hocam, Allah çıxdığımız yolda bizi daim bərabər, müvəffəq etsin! Nə yaxşı ki, o zaman o kürsüdə o söhbətimiz oldu..!