Ginekoloq Arzu Cavadova

Ginekoloq Arzu Cavadova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ginekoloq Arzu Cavadova, Doctor, Agdam.

Ölkəmizdə qadınların 30%-nin həyatı boyunca heç ginekoloji müayinədən keçmədiyini bilirsiniz mi? Zamanında 6 ayda bir də...
23/09/2019

Ölkəmizdə qadınların 30%-nin həyatı boyunca heç ginekoloji müayinədən keçmədiyini bilirsiniz mi? Zamanında 6 ayda bir dəfə ayıracağınız 10 dəqiqəlik bir müayinə ilə ginekoloji xəstəliklərdən çox erkən diaqnoz ilə qurtula biləcəyinizi unutmayın ! Bəs siz ən son ginekoloji müayindən nə zaman keçdiniz?
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

23/09/2019

Uşaqlığın cırılması – doğuş fəaliyyəti zamanı uşaqlığın divarının tamlığının pozulması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Əsas klinik təzahürlərinə kəskin ağrılı, intensiv sancılar, sidik ifrazının pozulması, qanaxma əlamətləri, şokun erektil və ya torpid fazaları aiddir. Uşaqlığın cırılmasının diaqnostikası qabaqcadan anamnezin toplanması və xarakter əlamətlərin aşkarlanmasına, zərurət olduqda USM nəticələrinə əsaslanır. Terapevtik taktika doğuşun Qeysəriyyə əməliyyatı, orta laparotomiya və ya dölparçalayıcı əməliyyatlarla aparılması ilə qanın dayandırılması, cırılmanın tikilməsi və ya uşaqlığın ekstirpasiyasından ibarətdir.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

23/09/2019

Erkən klimaksın yaranma səbəbləri
Reproduktiv funksiyanın vaxtından əvvəl sönməsi cinsi hormonların sintezinin zəifləməsi və ya tamamən kəsilməsi ilə əlaqədar baş verir. Erkən klimaksın yaranma səbəbləri aşağıdakılardır:

Genetik anomaliyalar. Alimlər tərəfindən yumurtalıqların funksiyasının vaxtından əvvəl itirilməsinə və ya onların follikulstimuləedici hormona (FSH) qarşı həssaslığının azalmasına səbəb olan genlər aşkar olunmuşdur. Yumurtalıqların tükənməsi nəticəsində klimaksın vaxtından əvvəl başlanmasına həmçinin bir sıra irsi xəstəliklərdə (qalaktozemiya, blefarofimoz və s.) rast gəlinir.
Yumurtalıqların şişləri. İntensiv böyüyən həcmli törəmələr sağlam follikulyar toxumanın zədələnməsinə gətirib çıxarır.
Yumurtalıqlarda aparılan əməliyyatlar. Yumurtalıqların rezeksiyası və ya çıxarılması onların travmatik zədələnməsi, xoş və ya bədxassəli törəmələr, uşaqlıqdan kənar hamiləlik zamanı həyata keçirilir.
İntensiv radiasion təsirlər. Kiçik çanaq orqanlarının şüa terapiyasında şüalanmasının summar (cəm) dozasının 6 Qrey olması yumurtalıq toxumasında geridönməyən zədələnmələr törədir.
Kimyaterapiya. Şiş xəstəliklərinin hüceyrələrin bölünməsini tormozlayan preparatlarla müalicəsi zamanı estrogenlərin sintezi pozula bilər. Hormondan asılı bədxassəli törəmələrin müalicə sxeminə yumurtalıqların funksiyasını tormozlayan vasitələr daxildir.
Autoimmun xəstəliklər. Cinsiyyət vəzilərində gedən autoimmun proseslər zamanı follikulların çapıq toxuması ilə əvəzlənməsi müşahidə edilir. Yumurtalıqların zədələnməsinə həmçinin insulindən asılı şəkərli diabet və Addison xəstəliyində rast gəlinir.

18 SENTYABR.MİLLİ MUSİQİ GÜNÜ.DAHİ BƏSTƏKARIMIZ ÜZEYİR HACIBƏYOVUN QOYDUĞU MUSİQİ YOLUNU GEDƏK ƏZİZ MUSİQİÇİLƏRİMİZ.MUSİ...
18/09/2019

18 SENTYABR.
MİLLİ MUSİQİ GÜNÜ.
DAHİ BƏSTƏKARIMIZ ÜZEYİR HACIBƏYOVUN QOYDUĞU MUSİQİ YOLUNU GEDƏK ƏZİZ MUSİQİÇİLƏRİMİZ.
MUSİQİ GÜNÜNÜZ MÜBARƏK.

Ciftin kənar gəlişi – ana və döl arasında əlaqəni təmin edən embrional orqanın patoloji birləşməsidir. Bu zaman uşaqlığı...
18/09/2019

Ciftin kənar gəlişi – ana və döl arasında əlaqəni təmin edən embrional orqanın patoloji birləşməsidir. Bu zaman uşaqlığın daxili əsnəyi hissəvi (1/3 hissəsindən çox olmayaraq) örtülür. Xəstəlik diskomfortla müşayiət olunmayan müxtəlif intensivlikli qanaxmalarla təzahür edir. Ciftin kənar gəlişi II trimestrdə planlı USM və ya patoloji əlamətlərin yaranması zamanı aşkarlanır. Müalicə hospitalizasiya, yataq rejimi, simptomatik terapiyadan ibarətdir. Ana və uşağın vəziyyəti normal olduqda doğuşun ehtimal olunan gününə kimi gözləmə taktikası seçilir.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

Gerçək doğum ağrılarının başlamasından bir neçə gün əvvəl “nişan” adlanan qanlı bir axıntının gəlməsi doğumun xəbərçisid...
16/09/2019

Gerçək doğum ağrılarının başlamasından bir neçə gün əvvəl “nişan” adlanan qanlı bir axıntının gəlməsi doğumun xəbərçisidir. Əvvəllər gündə bir neçə dəfə olan doğuma hazırlıq ağrıları hamiləliyin 38-42 həftələri arasında getdikcə artır.
Arabir və nizamsız olan bu ağrılar getdikcə artır və daha güclü hiss edilməyə başlayır. Ağrılar 5 dəqiqədən az və yarım dəqiqədən çox davam edərsə buna doğum ağrılarının başlanması da deyə bilərik.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

Zamanında ginekoloji müayinədən keçin.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

Təbii doğuşun faydaları 🔺Günümüzdə analar daha çox qeysəriyə əməliyyatına üstünlük verilsə də, təbii doğuşun yerinə keçə...
16/09/2019

Təbii doğuşun faydaları 🔺Günümüzdə analar daha çox qeysəriyə əməliyyatına üstünlük verilsə də, təbii doğuşun yerinə keçə biləcək üsul deyil. Təbii doğuş təhlükəli olduğu hallarda istifadə edilən üsuldur.
🔺Təbii doğuş narkoz istifadəsinə ehtiyac qalmır.
🔺Təbii doğuş edən anaların körpə dünyaya gəldikdən sonra qanaxma və infeksiyaya tutulma riskləri daha azdır.
🔺Anesteziya qəbul etmədiyi üçün ana körpəsini daha rahat və problemsiz əmizdirə bilir.
🔺 Aparılan araşdırmalara görə, təbii doğuşla dünyaya gələn körpələrin immunitet sistemi daha güclü olur. 📱
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

Kəskin vaginit – uşaqlıq yolunun selikli qişasının infeksion və ya qeyri-infeksion xarakterli qızğın gedişli iltihabı prosesdir. Kəskin vaginitin əlamətlərinə uşaqlıq yolu nahiyəsində hiperemiya, qaşınma və göynəmə, gür atipik ifrazat, dispareuniya, ağrılı sidik ifrazı aiddir. Diaqnoz ginekoloji baxış, pH-metriya, vaginal sekretin mikrobioloji, seroloji və PZR-müayinələrin nəticələrinə əsasən qoyulur. Kəskin vaginitin müalicəsində əsas məqsəd etioloji amilin aradan qaldırılmasından ibarətdir, bu da uşaqlıq yolunun sanasiyası, iltihabəleyhinə, antimikrob terapiya və sonrakı mərhələdə mikrofloranın normallaşdırılması ilə əldə edilir.

Kəskin vaginit (kolpit) infeksiya, allergen, kimyəvi qıcıqlandırıcılar, yüksək temperaturun təsirindən uşaqlıq yolu dəhlizinin və divarlarının selikli qişasının aydın nəzərə çarpan iltihabi dəyişiklikləridir. Reproduktiv yaşlı qadınlar arasında xronikləşməyə və residivləşməyə meylli kəskin vaginitin yüksək yayılma tezliyi qeyd olunur. Patologiya əksər hallarda v***a (vulvovaginit), sidik kanalı və uşaqlıq boynunun iltihabı ilə müştərək şəkildə inkişaf edir. Kəskin formanın davametmə müddəti 2 həftədən, yarımkəskin formada isə 2 aydan çox olmur. Kəskin vaginit daimi və əhəmiyyətli diskomfort törədir, cinsi həyatı pozur, digər reproduktiv orqanların (uşaqlıq, yumurtalıqların) iltihabi prosesə cəlb olunmasına, hestasiya dövründə isə bətndaxili infeksiyalaşmaya, dölün inkişaf qüsurlarının formalaşmasına, hamiləliyin pozulmasına səbəb olur.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

Doğuş fəaliyyətinin zəifliyi – uşaqlığın hipotonik disfunksiyası ilə əlaqədar onun yığılma aktivliyinin gücü, müddəti və...
16/09/2019

Doğuş fəaliyyətinin zəifliyi – uşaqlığın hipotonik disfunksiyası ilə əlaqədar onun yığılma aktivliyinin gücü, müddəti və dövriliyinin kifayət qədər olmaması ilə səciyyələnir. Doğuş fəaliyyətinin zəifliyi nadir, davamsız, qeyri-effektiv sancılar, uşaqlıq boynunun açılmasının və dölün irəliləməsinin ləngiməsi ilə təzahür edir. Patologiya müşahidə, kardiotokoqrafiya, vaginal müayinələrin köməyilə aşkarlanır. Müalicə məqsədilə doğuş fəaliyyətinin stimulyasiyası tətbiq edilir; göstərişlərə əsasən Qeysəriyyə əməliyyatı aparılır.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

✔Hamiləliyi təbii bir proses olaraq düşünün.✔Həkiminizin təklif etdiyi müayinə və analizlərə laqeyd yanaşmayın.✔İlk 12 h...
16/09/2019

✔Hamiləliyi təbii bir proses olaraq düşünün.
✔Həkiminizin təklif etdiyi müayinə və analizlərə laqeyd yanaşmayın.
✔İlk 12 həftədə davranışlarınıza diqqət edin.
✔Stressdən uzaq olun.
✔Ürəkbulanmaların normal olduğunu qəbul edin.
✔Diabet riskinə qarşı tədbir alın.
✔Sağlam qidalanın və idman edin.

Follikulun persistensiyası — aybaşı funksiyasının hormondan asılı pozğunluğu olub, follikulogenezin pozulması, anovulyas...
16/09/2019

Follikulun persistensiyası — aybaşı funksiyasının hormondan asılı pozğunluğu olub, follikulogenezin pozulması, anovulyasiya və dominant follikulyar törəmənin fəaliyyətinin davam etməsi ilə müşayiət olunur. Opsomenoreya, spaniomenoreya, menorragiya, sonsuzluq, qarnın aşağı hissəsində ağrılarla təzahür edir. Follikulometriya, çanaq orqanlarının USM, estrogenlər, progesteron, FSH, LH, endometriumun histoloji müayinələrinə əsasən təyin olunur. Müalicənin əsas sxemləri hormonal vasitələrin – gestagenlər, estrogenlərin progestinlərlə kombinasiyası, antiestrigen preparatlar, LH analoqlarının təyinindən ibarətdir.

Normada follikulogenez hipofizin ön payının hormonları – follikul stimuləedici və lüteinləşdirici hormonlar tərəfindən tənzimlənir. Aybaşı siklinin I fazasında FSH təsirindən ovarial toxumada dominant follikul yetişir, II fazada LH təsiri altında oosit yumurtalıqdan xaric olur və uşaqlıq borusuna düşür. Lüteinləşdirici hormonun (lüteotropin, lütropin) miqdarı az olduqda ovulyasiya baş vermir, yetkin follikul yüksək miqdarda estrogenlər ifraz etməklə, öz fəaliyyətini davam etdirir. Premenopauza dövründə follikulun uzunmüddətli persistensiyasının səbəb olduğu pozğunluğun klinik şəkli ilk dəfə 1915-ci ildə alman mama-ginekoloq Robert Şreder tərəfindən təsvir olunmuşdur. Nəticədə patologiya hemorragik metropatiya və ya Şreder xəstəliyi adını alır. Sonralar yeniyetmə və reproduktiv yaşlı xəstələr üçün xarakterik olan follikulyar toxumanın qısamüddətli ritmik persistensiyası ilə müşahidə edilən ovulyasiya pozulmasının digər forması aşkar edilir.

16/09/2019

Hamiləliyinizin rahat keçib, uşağınızın sağlam doğulmasını istəyirsinizsə aşağıda qeyd olunmuş qaydalara əməl edin.
• Düzgün qidalanın!
• Ağartı məhsullarından çox istifadə edin – onların tərkibi kalsium ilə zəngindir.
• Ət məhsullarından istifadə etmək mütləqdir – bu zülal mənbəyidir.
• Meyvə – tərəvəzi yaddan çıxarmayın.
• Gün ərzində beş dəfə az-az qidalanın.
• Bağırsaq problemlərinizin olmaması üçün yaşıl tərəvəzdən çiy halda istifadə edin.
• Hamilələr üçün nəzərdə tutulan vitamin komplekslərdən istifadə edin.
• Xüsusi idman hərəkətləri edin, əzələlərinizi möhkəmləndirin.
• Geyiminiz təbii materialdan-pambıqdan olmalıdır.
• Gigiyena qaydalarına riayət edin.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

Ciftin vaxtından əvvəl yetişməsinin səbəbləri
ciftin vaxtından əvvəl yetişməsi «Ana-döl» sisteminin fəaliyyətinin güclənməsinə gətirib çıxaran istənilən amil cift toxumasının vaxtından əvvəl qocalmasına səbəb olur. Ana orqanizmində gedən dəyişikliklər, ətraf mühitin qeyri-qənaətbəxş amilləri, hamiləliyin patoloji gedişi pozğunluğun inkişafına təkan verir. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin fikrincə ciftin vaxtından əvvəl qocalmasına səbəb olan ən geniş yayılmış amillər aşağıdakılardır:

Ekstrage***al patologiya. Cift toxumasının sürətli inkişafı adətən somatik və endokrin xəstəliklərdən (böyrək xəstəlikləri, arterial hipertenziya, şəkərli diabet, hipotireoz, hipertireozdan) əziyyət çəkən hamilələrdə müşahidə olunur. Bu, hamiləlik zamanı funksional pozğunluqları olan orqan və sistemlərdə yüklənmənin artması, eləcə də mikrosirkulyator dəyişikliklərə izah olunur.
Reproduktiv orqanların xroniki xəstəlikləri. Plasentasiya proseslərinin, ciftin fəaliyyətinin pozulması abortlardan sonra, eləcə də xroniki endometrit, adenomioz, submukoz miomalar nəticəsində uşaqlıq divarının struktur dəyişiklikləri ilə əlaqədar baş verir. Erkən yetişmə həmçinin yumurtalıqların xəstəlikləri (ooforit, adneksit, sklerokistoz sindrom) fonunda dishormonal pozğunluqların təsirindən yarana bilər.
Hestozlar. Hestozların uzunmüddətli gedişi zamanı uşaqlıq divarı və uşaqlıq-plasentar kompleksdə qan dövranının xarakterik dəyişiklikləri ciftin funksional yüklənməsini gücləndirir. Erkən mərhələlərdə kompensator mexanizmlər dölün normal qan təhcizatını təmin edir. Lakin sonralar bu mexanizmlərin sıradan çıxması ciftin böyüməsini sürətləndirir, onun vaxtından əvvəl inkişafını, yetişməsini və qocalmasını stimulyasiya edir.
İnfeksion xəstəliklər. Dölün infeksion agentlərlə zədələmə riski zamanı müdafiə funksiyasını yerinə yetirən cift toxumasının yüklənməyə məruz qalır. Provokasiyaedici amillərə spesifik ge***al infeksiyaların (sadə herpes, mikoplazmoz, ureaplazmoz, xlamidioz), digər infeksion xəstəliklərin (KRVİ, məxmərək, toksoplazmoz, sitomeqalovirus infeksiyalarının) törədiciləri aiddir.

Uşaqlıq boynu xərçənginin yaranma səbəbləri aşağıdakılardır:- uroge***al (sidik-cinsiyyət sistemi orqanlarının) infeksiy...
16/09/2019

Uşaqlıq boynu xərçənginin yaranma səbəbləri aşağıdakılardır:
- uroge***al (sidik-cinsiyyət sistemi orqanlarının) infeksiyalar (xüsusən, papillomovirus infeksiyasının); ⠀
- uşaqlıq boynunun xəstəlikləri (edometriyanın polipləri, uşaqlıq boynunun polipləri, eroziyalar); ⠀
- travmatik doğuşlar; - çoxsaylı cərrahi abortlar (uşaqsalmalar) və s. bu kimi hallar.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

Erkən düşüklər – hestasiyanın 12-ci həftəsinə qədər özbaşına abortlarla xarakterizə olunan patoloji vəziyyətlərdir. Belə...
29/08/2019

Erkən düşüklər – hestasiyanın 12-ci həftəsinə qədər özbaşına abortlarla xarakterizə olunan patoloji vəziyyətlərdir. Belə hallarda adətən dölün ürək fəaliyyətinin qeyd olunmur və ya boş rüşeym kisəsi aşkarlanır. Erkən düşüklər qarnın aşağı hissəsi və ya beldə müxtəlif xarakterli ağrılar, uşaqlıq yolundan axan qanlı, bəzən isə irin kütlələri və ya amniotik maye qarışıqlı ifrazatlarla müşayiət olunur. Diaqnostik tədbirlərə hamiləliyin təsdiqi, fizikal müayinə, doğuş yollarının müayinəsi və transvaginal ultrasəs skanlama aiddir. Erkən düşüklərin müalicəsi onların formalarından asılı olub, hamiləliyin medikamentoz yolla uzadılması, pozulması və ya vakuum-aspirasiyadan ibarətdir.

Statistik məlumatlara əsasən hamiləliklərin 15-20% spontan pozulmalarla nəticələnir. Erkən düşüklər mamalıqda ən geniş yayılmış ağırlaşmalardan hesab olunur, onlar spontan abortların təxminən 80%-ni təşkil edir və 70% hallarda hamiləliyin klinik təzahürlərindən əvvəl baş verir. 1/3 hallarda erkən düşüklər hestasiyanın 8-ci həftəsinə qədər embrionun olmaması səbəbindən yaranır. Belə vəziyyətlər yaşı 40-dan yuxarı olan qadınlar arasında daha çox qeydə alınır. Bu da 50% erkən düşüklərin səbəb hesab olunan xromosom anomaliyalarının yüksək tezliyi ilə əlaqədardır
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

Address

Agdam

Telephone

0503406071

Website

Alerts

Be the first to know and let us send you an email when Ginekoloq Arzu Cavadova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category