30/07/2025
Əczaçı və Əczaçı-Texnik.
Əczaçı və Əczaçı-Texnik eyni aptekdə işləsə də, onların səlahiyyət və məsuliyyətləri fərqlidir – və bu fərq çox önəmlidir!
Əczaçı:
⚕️ Ali təhsilli mütəxəssisdir;
⚕️ Dərmanların buraxılışı, doza, əks göstərişləri, qarşılıqlı təsiri, farmakologiya və.... barədə geniş biliyə sahibdir;
⚕️ Aptek rəhbəridir ( 3-5 il əczaçı işləyəndən sonra);
⚕️ Qanunvericiliyə uyğun olaraq rəsmən reseptlə satılan dərmanı vasitəsinin buraxmaq (vermek) səlahiyyəti yalnız ondadır;
⚕️ Ticari adı fərqli və eyni molekul olan dərmanlar haqda xəstəyə məsləhət vermək ixtiyarı var;
⚕️ Dərman reseptdə səhf yazanda və ya bir reseptdə fərqli ticari adlı eyni molekul olan dərmanları görəndə, həkim ilə əlaqə saxlayıb dəqiqləşdirməlidir. Həmin resept, xəstənin və həkimin məlumatlarını qeydini aparmaq məsləhətdir. (Həkimlər firmalardan razılaşıb eyni molekul və fərqli ticarət adı ilə (antibiotik, mədə-bağırsaq DV) adlarla reseptlərdə yazılar).
Əczaçı-Texnik:
⚕️ Orta ixtisas tibbi kollec təhsilli işçidir;
⚕️ Əczaçının nəzarəti altında dərmanları qablaşdırır, stok aparır, yerləşdirir;
⚕️ Reseptsiz dərman vasitələri, BFMQƏ və tibbi vasitələri satışını icra edir;
❌ Reseptlə satılan dərman vasitələrin buraxılması, doza tənzimlənməsi və dərman dəyişmək haqda məsləhət verə bilməz;
❌ Pasiyentlərlə dərman haqda tövsiyə və qərar vermək hüququ yoxdur!
Əgər aptekdə əczaçı yoxdursa, əczaçı-texnik reseptlə satılan dərmanın buraxması QANUNSUZDUR. Bu, səhv dərman istifadəsinə, allergik reaksiyalara və hətta ölümə gətirib çıxara bilər
Təəsüf ki, indi apteklərdə heç kolleci bitirməyən (kurs bitirən və başqa sahəsi olan) şəxslər rahat hər növ dərman vasitələri satır, dəyişir və ona görə yüksək bonus alır......
Görünür ki, Tibb Universitetini və Tibb kolleci bitirən əczaçılara ehtiyac yoxdur.