Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik

Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil...
📞 *0033

Protein S-100 testi ilə dəri xərçəngini vaxtında aşkar etmək mümkündür! Protein S-100 testi nədir və niyə vacibdir?Prote...
22/07/2025

Protein S-100 testi ilə dəri xərçəngini vaxtında aşkar etmək mümkündür!

Protein S-100 testi nədir və niyə vacibdir?

Protein S-100 — melanositlərdə (dəri piqment hüceyrələri) olan bir zülaldır. Bu biomarker melanoma (dəri xərçəngi) zamanı qanda artaraq xəstəliyin aşkarlanmasında və yayılmasının izlənməsində istifadə olunur.

Testin əsas məqsədləri:
✔️ Melanomanın erkən aşkarlanması
✔️ Metastaz riskinin qiymətləndirilməsi
✔️ Müalicədən sonra təqib
✔️ Xəstəliyin gedişatını izləmək

Sadə qan analizi ilə aparılır və nəticələr həkiminiz üçün vacib yol göstərici ola bilər.

📅 Əgər dərinizdə dəyişiklik hiss edirsinizsə və ya melanoma riski altındasınızsa, S-100 testini yoxlada bilərsiz.

📍 Erkən diaqnoz — həyatı xilas edə bilər!

Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

İstirahət zamanı da sağlamlığınız etibarlı əllərdə olsun!Yay istirahətindəsiniz? Rayonlarda, dənizkənarı zonada və ya ai...
21/07/2025

İstirahət zamanı da sağlamlığınız etibarlı əllərdə olsun!

Yay istirahətindəsiniz? Rayonlarda, dənizkənarı zonada və ya ailəvi səfərdə?
Narahat olmağa dəyməz – sağlamlığınızı düşünən Referans hər yerdə sizin yanınızdadır!

Referans Klinik Laboratoriya Mərkəzinin bölgələrdə yerləşən filial və qan alma məntəqələri istirahət günlərində də fəaliyyət göstərir.

• Lazımi analizləri vermək,
• Sağlamlığınızla bağlı ilkin məlumat almaq,
• Yaxınlarınız üçün qayğınızı davam etdirmək artıq daha əlçatan və rahatdır.

📍Postu sağa sürüşdürərək Azərbaycanın müxtəlif bölgələrində yerləşən filial və qanalma məntəqələrimizlə tanış ola bilərsiniz.

Referans — hər zaman, hər yerdə, sağlamlığınızın keşiyində!

Çağrı Mərkəzi: *0033
WhatsApp dəstək: +994 70 653 00 33

Bağırsaq divarınızın keçiriciliyini yoxlamağın etibarlı yolu – Zonulin testi!Bağırsaq divarımızın əsas vəzifəsi – faydal...
21/07/2025

Bağırsaq divarınızın keçiriciliyini yoxlamağın etibarlı yolu – Zonulin testi!

Bağırsaq divarımızın əsas vəzifəsi – faydalı maddələri keçirmək, zərərli maddələri isə bloklamaqdır.

Lakin bəzi hallarda bu baryer funksiyası zəifləyə və “sızan bağırsaq sindromu” adlanan vəziyyət yarana bilər. Bu zaman bağırsaq divarındakı məsamələr genişlənir və zərərli maddələr qan dövranına keçərək müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

📌 Bu prosesin göstəricisi nədir? – Zonulin hormonu.

Zonulin, bağırsaq keçiriciliyini tənzimləyən əsas zülaldır. Onun səviyyəsinin artması bağırsaq divarının zədələndiyini göstərə bilər.

❗️Zonulin səviyyəsinin artması ilə bağlı ola biləcək əlamətlər:
• Tez-tez şişkinlik və həzm pozuntuları
• Qida həssaslıqları və allergiyalar
• Dəri problemləri (akne, ekzema və s.)
• Avtoimmun xəstəliklər (Hashimoto, çölyak və s.)
• Xroniki yorğunluq, baş ağrıları və konsentrasiya çətinliyi ("beyin dumanı")

✅ Zonulin testi kimlər üçün faydalıdır?
• Qida qəbulundan sonra narahatlıq yaşayanlar
• Tez-tez bağırsaq narahatlığı yaşayanlar və çölyak şübhəsi olanla
• Autoimmun və iltihabi xəstəlikləri olanlar
• Sağlamlığını öncədən yoxlamaq istəyən hər kəs

🔬 Zonulin testi – sadə qan analizi ilə aparılır və nəticələr bağırsaq sağlamlığınız haqqında əhəmiyyətli məlumat verir.

📍 Testi Referans Klinik Laboratoriya Mərkəzində verməklə daha sağlam bağırsaq funksiyasına doğru ilk addımı ata bilərsiniz.

Çağrı Mərkəzi: *0033
WhatsApp dəstəyi: +994 70 653 00 33

Homosistein testi – ürək və damar sağlamlığınız üçün vacib göstəricidir. Homosistein – orqanizmdə amin turşularının parç...
20/07/2025

Homosistein testi – ürək və damar sağlamlığınız üçün vacib göstəricidir.

Homosistein – orqanizmdə amin turşularının parçalanması zamanı yaranan maddədir. Onun səviyyəsinin normadan yüksək olması ürək-damar xəstəlikləri, insult, damar tıxanıqlığı və hətta sonsuzluq riskini artıra bilər.

Yüksək homosistein nələrə səbəb ola bilər?
* Arterial hipertoniya
* Ateroskleroz (damar sərtliyi)
* Qan laxtalanması problemləri
* B12 və fol turşusu çatışmazlığı
* Sinir sistemi pozuntuları

Kimlər bu testi etməlidir?
* Ailəsində ürək-damar xəstəlikləri olanlar
* B12 və fol turşusu qəbul edənlər
* Sonsuzluq müalicəsi alanlar
* Hamiləlik planlayan qadınlar
* Migren, depressiya və yaddaş zəifliyi yaşayanlar

Test sadə qan analizi ilə aparılır. Gecikmədən nəticə əldə edin – sağlamlığınızı nəzarətdə saxlayın.

Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

Bağırsaq xərçənginin diaqnostikasında: Tu M2-PK testiTu M2-PK (Tumor M2-Piruvatkinaza) — şiş hüceyrələrinin maddələr müb...
19/07/2025

Bağırsaq xərçənginin diaqnostikasında: Tu M2-PK testi

Tu M2-PK (Tumor M2-Piruvatkinaza) — şiş hüceyrələrinin maddələr mübadiləsində aktiv olan və kolon xərçənginin erkən mərhələdə aşkarlanmasında istifadə edilən önəmli bir onkomarkerdir.

Niyə önəmlidir?
✅ Kolon və rektum xərçənglərinin erkən mərhələdə aşkar edilməsinə kömək edir
✅ Nəcisdə və ya qanda ölçülə bilər
✅ Qeyri-invaziv (ağrısız və təhlükəsiz) üsuldur
✅ Digər onkomarkerlərlə müqayisədə metabolik aktivliyə əsaslandığı üçün daha erkən siqnal verə bilər.

Tu M2-PK testi tövsiyə olunur:
🔹 Bağırsaq vərdişlərində dəyişiklik (ishal, qəbizlik)
🔹 Qanlı nəcisləmə
🔹 Qeyri-izah olunan arıqlama və yorğunluq
🔹 Qohumlarda bağırsaq xərçəngi anamnezi olan şəxslərdə
🔹 Profilaktik müayinələr zamanı (xüsusilə 50 yaşdan sonra)

Erkən diaqnoz – uğurlu müalicənin əsas şərtidir. Vaxtında müayinədən keçin!

Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

Qastrin – mədə turşusunun istehsalını tənzimləyən və həzmin düzgün getməsində vacib rol oynayan bir hormondur. Bu hormon...
18/07/2025

Qastrin – mədə turşusunun istehsalını tənzimləyən və həzmin düzgün getməsində vacib rol oynayan bir hormondur. Bu hormon əsasən mədənin selikli qişasında yerləşən G-hüceyrələri tərəfindən ifraz olunur.

Qastrin səviyyəsindəki pozuntular – mədə turşuluğunun artması, həzmsizlik, qıcqırma və digər mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Bu hormonun analizi, mədə turşusu ilə bağlı diaqnostikada mühüm əhəmiyyət daşıyır.

Qastrin testi ilə həzminizi nəzarətdə saxlayın – Referans Klinik Laboratoriya Mərkəzində!

📍 Ən yaxın filialımıza yaxınlaşın və ya WhatsApp ilə məlumat alın!

Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

Bal bədəninizə acı nəticələr verirsə – səbəbi allergiya ola bilər!Bal ümumiyyətlə sağlamlıqla əlaqələndirilən bir qida o...
17/07/2025

Bal bədəninizə acı nəticələr verirsə – səbəbi allergiya ola bilər!

Bal ümumiyyətlə sağlamlıqla əlaqələndirilən bir qida olsa da, bəzi insanlar üçün təhlükəli ola bilər. Bal qəbul etdikdən sonra qaşınma, boğazda yanma, səpki, tənəffüs çətinliyi və ya qarın ağrısı kimi əlamətlər yaşayırsınızsa – bu, bal allergiyasının göstəricisi ola bilər.

📌 Unutmayın ki, balın tərkibindəki tozcuqlar, fermentlər və digər təbii komponentlər həssas insanlarda immun sisteminin reaksiyasına səbəb ola bilər.
Allergen testləri ilə bu cür reaksiyaların səbəbini öyrənmək və sağlamlığınızı nəzarətdə saxlamaq mümkündür.

Referans Klinik Laboratoriya Mərkəzində allergiya testləri ilə fərdi həssaslığınızı müəyyən edin!

Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33

Balaca ürəklərə böyük qayğı!21–31 iyul tarixlərində Endirimli Pediatrik Check up Referans Yasamal filialında!✨ Pediatrik...
17/07/2025

Balaca ürəklərə böyük qayğı!
21–31 iyul tarixlərində Endirimli Pediatrik Check up Referans Yasamal filialında!

✨ Pediatrik Check up kampaniyası – uşağınızın sağlamlığı üçün lazım olan hər şey bir arada!

Nələr daxildir?
- Qan və sidiyin ümumi analizi
- Kalsium (Ca), Dəmir (Fe), Vitamin D
- Pediatr tərəfindən müayinə

💥 137 AZN yox, cəmi 69 AZN!

Bu fürsəti qaçırmayın!

Öncədən qeydiyyat mütləqdir. Qeydiyyat üçün *0033 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Referans Yasamal Filialı: Bakı şəh., Yasamal ray., H.B.Zərdabi küç. 69D
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

Ayaq, əl və ağızda səpgilər?Uşağınızda bu simptomlar varsa – Koksaki virusu ehtimalını unutmayın!Bu virus uşaqlarda əl-a...
16/07/2025

Ayaq, əl və ağızda səpgilər?
Uşağınızda bu simptomlar varsa – Koksaki virusu ehtimalını unutmayın!

Bu virus uşaqlarda əl-ayaq-ağız xəstəliyinə səbəb olur və yoluxucu xarakter daşıyır.

Əlamətlərə daxildir:
• Hərarət
• Boğaz ağrısı
• Ağız içində yaralar
• Əl və ayaqlarda səpgilər

Koksaki virusunun dəqiq aşkarlanması üçün laborator analizlər vacibdir.
Referans Klinik Laboratoriya Mərkəzində bu analizləri peşəkar şəkildə təqdim edirik.

Erkən diaqnoz – həm uşağınızı qoruyar, həm də virusun yayılmasının qarşısını alar.

Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33

Tüpürcəkdə Kortizol Testi – Stres və Hormon Balansınızı Qiymətləndirin!Kortizol orqanizmin stres hormonu olub, böyrəküst...
15/07/2025

Tüpürcəkdə Kortizol Testi – Stres və Hormon Balansınızı Qiymətləndirin!

Kortizol orqanizmin stres hormonu olub, böyrəküstü vəzlər tərəfindən ifraz edilir və maddələr mübadiləsinə, qan təzyiqinə, immun sisteminə təsir edir.

Tüpürcəkdə kortizol testi gün ərzində kortizol səviyyələrini qeyri-invaziv və rahat şəkildə ölçməyə imkan verir. Kortizolun uzun müddət yüksək səviyyədə qalması Kuşinq xəstəliyinə (Cushing's Disease) səbəb ola bilər.

Hormon funksiyaları:
• stresə qarşı adaptasiya, bədən müdafiəsini gücləndirir;
• qan təzyiqini tənzimləyir;
• karbohidrat və lipid mübadiləsinə təsir göstərir;
• Na və K-nın tənzimlənməsində iştirak edir;
• qaraciyərdə protein sintezini stimullaşdırır.

Kimlər üçün və hansı hallarda tövsiyə olunur?
✔ Adrenal vəz xəstəliklərinin diaqnostikasında ( Kuşinq sindromu)
✔Adrenal çatışmazlıq və ya Addison xəstəliyi olanlara
✔ Xroniki stres və yorğunluq hiss edənlərə
✔ Yuxu pozğunluqları və hormonal disbalansı olanlara
✔ Kortizol səviyyəsinin ritmik dəyişkənliyini izləmək istəyənlərə

Yüksək Kortizol ➡️ Kuşinq sindromu
Aşağı Kortizol ➡️ Adisson xəstəliyi

Etibarlı və dəqiq kortizol testi üçün Referansa müraciət edin!

Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33

Səhər yeməyindən sonra narahatlıq?Bəlkə də səbəb düşündüyünüz qədər sadə deyil!🔹 Qarın ağrısı🔹 Şişkinlik🔹 Ürəkbulanma🔹 D...
13/07/2025

Səhər yeməyindən sonra narahatlıq?
Bəlkə də səbəb düşündüyünüz qədər sadə deyil!

🔹 Qarın ağrısı
🔹 Şişkinlik
🔹 Ürəkbulanma
🔹 Dəri səpgiləri və ya qaşınma
🔹 Boğazda yanma və ya öskürək
🔹 Baş ağrısı və başgicəllənmə
🔹 Xroniki yorğunluq
🔹 Ağızda və dildə karıxma hissi
🔹 Nəfəs darlığı və ya asqırma
🔹 Həzm pozğunluğu və ishal kimi simptomlar səhər yeməyindən sonra özünü göstərirsə – bu, yumurta allergiyasının əlaməti ola bilər.
Xüsusilə də yumurta qəbulundan sonra bu hallar təkrarlanırsa, diqqətli olmaq vacibdir.

Yumurta allergiyası yalnız uşaqlarda deyil, böyüklərdə də rast gəlinir və çox vaxt fərq edilməyən simptomlarla özünü göstərir.

Artıq siz yumurta da daxil olmaqla tək-tək qida allergenlərinə qarşı həssaslığı yoxlada bilərsiniz!
Referans Klinik Laboratoriya Mərkəzində tətbiq olunan tək allergen testləri ilə hansı spesifik qidaya qarşı reaksiyanız olduğunu dəqiq şəkildə müəyyən etmək mümkündür.

📍Səhər narahatlıqla başlayırsa, səbəbini aydınlaşdırmaq üçün ilk addımı atın.

Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33

Yod çatışmazlığına YOX deyin – Qalxanabənzər vəzinizi qoruyun!Yod insan orqanizmi üçün həyati vacib olan mikroelementlər...
12/07/2025

Yod çatışmazlığına YOX deyin – Qalxanabənzər vəzinizi qoruyun!

Yod insan orqanizmi üçün həyati vacib olan mikroelementlərdən biridir. Bu mineral əsasən qalxanabənzər vəzin normal fəaliyyəti üçün tələb olunur. Qalxanabənzər vəz orqanizmdə maddələr mübadiləsini tənzimləyən hormonları ifraz edir. Yod çatışmazlığı bu hormonların sintezini pozur, nəticədə orqanizmdə bir sıra ciddi pozuntular yaranır.

Yod çatışmazlığının nəticələri:
• Böyümə və inkişafın ləngiməsi (xüsusilə uşaqlarda)
• Zəif yaddaş və diqqət pozuntuları
• Qalxanabənzər vəzin böyüməsi (zob)
• Maddələr mübadiləsinin zəifləməsi
• Halsızlıq, depressiya, soyuğa dözümsüzlük

Yod səviyyənizi Referans Klinik Laboratoriya Mərkəzində sidik və qan analizləri ilə təyin edə bilərsiniz.
Eyni zamanda qalxanabənzər vəzin müəyyən olunması üçün isə hormon analizləri və tiroid panelindən yararlana bilərsiniz.

Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik:

Share

Category

Our Story