16/07/2025
Yay aylarında uşaqlarda sidik yolu infeksiyaları daha çox müşahidə olunur. İsti hava, hovuzdan istifadə, tərləmə və zəif gigiyena bakteriyaların çoxalmasına şərait yaradır. Nəticədə uşaqlarda tez-tez sidiyə getmə, yanma, qarın ağrısı, hərarət, narahatlıq və sidik saxlaya bilməmə kimi əlamətlər ortaya çıxır.
İnfeksiyanın əsas səbəbləri nəmlik, kirli hovuz və dəniz suyu, düzgün olmayan təmizlik və az su içməkdir. Qarşısını almaq üçün uşaqlara bol su verilməli, hovuzdan sonra duş almalı, alt geyimləri tez-tez dəyişdirilməli, qızlarda öndən arxaya təmizlik qaydasına əməl olunmalıdır.
İlk əlamətlərdə pediatra müraciət vacibdir. Müalicə olunmayan infeksiyalar böyrəklərə yayılıb ciddi fəsadlara səbəb ola bilər. Buna görə yay aylarında uşaqların gigiyenasına xüsusi diqqət yetirilməlidir.
👉Leyla Medical Center-Pediatriya
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group