07/06/2024
Günümüzde ən çox rast gəldiyimiz xəstəliklərdən biri karpal tunel sindromudur. Səhərlər əllərdə uyuşma ,şişkinlik ,yanma, batma,iynə sancma ,qarışqa gəzmə hissi, ağrı ilə yuxudan oyanma ortaya çıxan ilk şikayətlərdir. Günün ilərləyən saatlarında bu şikayətlər itdiyi üçün xəstələr həkimə müraciət etməkdən çəkinirlər.
Daha sonraları xəstə gecə yuxudan oyananda əllərində ilk üç və 4 cü barmağın iç səthində uyuşma və ağrı olur. Xəstəlik şiddətləndikcə, sinirin sıxılma dərəcəsi və müddəti artdıqca əllərdəki ağrı xəstəni gecə yuxudan oyandırır və xəstə əllərindəki ağrını azaltmaq üçün məcburən əllərini sallatmak, sirkələmək, hərəkət etdirmək və ovuşdurmaq məcburiyyətində qalırki, bu hərəkətlər bir qədər xəstənin ağrısının azalmasına səbəb olur.
Bu dönəm illərcə davam edə bilir. Sonunda xəstəni həkimə gətirən tablo; ağrı-uyuşmaların çox şiddətlənməsi və buna əlavə olaraq ovuc içi bölgədə ki əzələ zəifliyi və incəlmələridir ( atrofiyasıdır) ki, buda əldə qüvvət,güc itkisinə səbəb olur. Belə ki pasiyent artıq çox yüngül maddələri bilə qaldıramaz, əlindən düşürür ya da cismin əlində olduğunu fərq etmir.
Özünüzdə bu əlamətləri hiss edirsinizsə, gecikdirmədən həkimə müraciət edin.
Ətraflı məlumat və həkimin qəbuluna yazılmaq üçün:
📲 +994 70 346 12 24
📍 Ünvan: Uniklinika, K.Kazımzadə 99