Allerqoloq Dr.Nərmin Səməd

Allerqoloq Dr.Nərmin Səməd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Allerqoloq Dr.Nərmin Səməd, Family doctor, Agdam.

20/05/2022

Her kese salamlar.Son zamanlar Covid xestexanasinda calisdiqim ucun pasientleri qebul ede bilmirdim.Artiq NTM 7 sayli xestexanada pasient qebuluna baslamisam. gelmezden önce qeydiyyat mütləqdir.

Allerqoloji Check-Up paketimiz indi CƏMİ 38 AZN!Endirimdən yararlanmağa tələsin!Paketə daxildir:1. Allerqoloqun müayinəs...
19/04/2017

Allerqoloji Check-Up paketimiz indi CƏMİ 38 AZN!

Endirimdən yararlanmağa tələsin!

Paketə daxildir:
1. Allerqoloqun müayinəsi;
2. Qanın ümumi analizi;
3. Ümumi İgE;
4. ALT;
5. AST.

☎️ Əlaqə nömrəmiz: 0506578999

14/04/2017

"Allergiya zamanı burun açıcı spreylərdən istifadə etmək olar?" - Şəlalə Haqverdiyeva, 29 yaş Sualın cavabını videomuzdan izləyə bilərsiniz.

Allergik rinit — burunun selikli qişasının xəstəliyidir, orqanizmin allergenlərə həddən artıq hissiyyatlı olmasıdır. Möv...
30/03/2017

Allergik rinit — burunun selikli qişasının xəstəliyidir, orqanizmin allergenlərə həddən artıq hissiyyatlı olmasıdır. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. Misal üçün demək olar ki, yaz fəslində baş verən allergiyalar mart ayının əvvəllərində ağacların tozlanması nəticəsində başlayır və may ayının axırı iyunun əvvəllərinə kimi davam edir. İyul və avqust aylarında isə ambroziya və alaq otlarının səbəb olduğu allergiyalar ön plana çıxır. Allergiyadan qorunmaq üçün allergenlərə qarşı həssaslıq yaradan amilləri aradan qaldırmaq və zamanında allerqoloqa müraciət etmək məsləhətdir.

Аллергический ринит — заболевание слизистой оболочки носа и чрезмерная чувствительность организма к аллергенам. Сезонные аллергии возникают в связи с изменениями, происходящими в природе. Например, весенние аллергии начинаются в начале мая, в результате опыления деревьев и продолжается вплоть до начала июня. А в июле и августе на передний план выходят аллергии, причиной которым амброзия и сорняки. Для защиты от аллергии нужно устранить факторы, создающие чувствительность против аллергенов, а также вовремя обратиться к аллергологу.

Cox deyerli prof.Dr.Ahmet Akcay hocamiz ile usag xestelikleri seminarinda.
19/02/2017

Cox deyerli prof.Dr.Ahmet Akcay hocamiz ile usag xestelikleri seminarinda.

Dəridə daha ciddi allergik problemlər olduğu zaman dəri xüsusi qulluq tələb edir. Bu qulluq həkimin göstərişlərinə əsasl...
15/02/2017

Dəridə daha ciddi allergik problemlər olduğu zaman dəri xüsusi qulluq tələb edir. Bu qulluq həkimin göstərişlərinə əsaslanaraq yerinə yetirilərsə, daha məqsədəuyğun hesab edilir. Bəzi dəri allergiyaları öz-özünə sağalıb gedir. Lakin dodaqlar, dil, əl və ayaqlarda şişmə, üşütmə, titrətmə, öskürək, nəfəs darlığı ilə müşayiət olunan allergik reaksiyalar həkimin müalicəsi olmadan keçmir və getdikcə daha da ağırlaşmaya səbəb olur.

Allergenlərdən uzaq olmaqla astmanın kəskinləşməsinin qarşısını almaq olar. Bunu toza allergiyası olanlarda evdən xalçal...
13/02/2017

Allergenlərdən uzaq olmaqla astmanın kəskinləşməsinin qarşısını almaq olar. Bunu toza allergiyası olanlarda evdən xalçaları yığışdırmaqla, quş tükündən olan balışları dəyişməklə, tez-tez evləri təmizləməklə etmək olar. Belə insanlar tüklü heyvanlardan da uzaq olmalıdır. Eyni zamanda belə xəstələr siqaret tüstüsundən və sənaye tüstülərindən də uzaq olmalıdır.

11/02/2017

Həftəsonunuz bu cür maraqlı və rəngli keçsin, əziz izləyicilər 👩‍❤️‍💋‍👩

Allergik kontakt dermatit allergenlə dərinin birbaşa təması nəticəsində yaranan bir reaksiyadır. Allergik və non-allergi...
10/02/2017

Allergik kontakt dermatit allergenlə dərinin birbaşa təması nəticəsində yaranan bir reaksiyadır. Allergik və non-allergik ola bilir. 70-80% hallarda non-allergik olur. Təmas sonrası bir neçə saatdan 1-3 günə kimi simptomlar meydana çıxa bilər, əsasən, 1 həftəyə kimi yox olur, az hallarda 4 həftəyə kimi davam edə bilər.

Əksər halarda, əsasən də uşaqlarda, dirsək hissəsində səpgilər yaranır. Bu, uşağın qida rasionunda böyük miqdarda şəkər ...
09/02/2017

Əksər halarda, əsasən də uşaqlarda, dirsək hissəsində səpgilər yaranır. Bu, uşağın qida rasionunda böyük miqdarda şəkər tərkibli məhsulların istifadəsinin nəticəsidir. Bu zaman şirniyyat qəbulunu azaltmaq məsləhətdir.

Çarpaz allergiya – orqanizmin bir neçə oxşar quruluşlu allergena olan spesifik reaksiyasıdır. Bu allergiya olan zamanı i...
08/02/2017

Çarpaz allergiya – orqanizmin bir neçə oxşar quruluşlu allergena olan spesifik reaksiyasıdır. Bu allergiya olan zamanı insanın hansısa bir qıcıqlandırıcıya reaksiya verdiyi kimi digər oxşar maddələrlə əlaqədə olduqda həmən simptomlar müşahidə oluna bilər.
Məsələn, ev tozu gənəsinə qarşı allergiyası olan insanda krevetkalara, ustritsalara qarşı allergiya da ola bilər. Tomata qarşı allrgiyadan əziyyət çəkən insanlar adətən lateksa qarşı allergiyaları da olduğuna görə rezin əlcəklərdən istifadə edə bilmirlər.

04/02/2017

Bu gün 4 Fevral Dünya Xərçəng günüdür.
Sağlamlıq ən zirvədə dayanan xoşbəxtlikdir, özümüzə biganə yanaşmayaq...

Məxmərək - kəskin infeksion virus xəstəliyidir. İnfeksiya hava-damcı yolu ilə (xəstə asqırarkən, öskürərkən) digər insan...
03/02/2017

Məxmərək - kəskin infeksion virus xəstəliyidir. İnfeksiya hava-damcı yolu ilə (xəstə asqırarkən, öskürərkən) digər insanlara keçir.
Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür.
Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5-10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar.
Virus plasenta (cift) vasitəsi ilə dölə keçərək, hamiləliyin pozulmasına, doğulacaq uşaqda müxtəlif inkişaf qüsurlarının əmələ gəlməsinə (karlıq, ürək qüsurları, mərkəzi sinir sisteminin zədələnməsi və s.) səbəb ola bilər.
Məxmərək xəstəliyindən qorunmağın ən yaxşı yolu peyvənd edilməsindən ibarətdir. Məxmərəyə garşı peyvənd olunmamış və yaxın zamanlarda hamilə olmağı planlaşdıran qadınlar buna xüsusi diqqət yetirməlidirlər.

Gənclər Gününüz Mübarək!Yaşınızdan asılı olmayaraq ruhunuz hər zaman gənc qalsın, əziz izləyicilər...  👩‍❤️‍💋‍👩
02/02/2017

Gənclər Gününüz Mübarək!
Yaşınızdan asılı olmayaraq ruhunuz hər zaman gənc qalsın, əziz izləyicilər... 👩‍❤️‍💋‍👩

Anafilaktik şok - bütün həyati vacib orqanların zədələnməsi ilə gedən çox sürətli allergik reaksiyadır. Anafilaktik şok ...
01/02/2017

Anafilaktik şok - bütün həyati vacib orqanların zədələnməsi ilə gedən çox sürətli allergik reaksiyadır. Anafilaktik şok zamanı uşağa təxirəsalınmadan tibbi yardım göstərilməzsə, ürək və tənəffüsün dayanması nəticəsində ölüm baş verə bilər. Anafilaktik şok ancaq allergik uşaqda deyil, sağlam uşaqda da baş verə bilər. Ancaq, allergik uşaqda anafilaktik şokun başvermə təhlükəsi, əlbəttə ki, sağlam uşaqda olan təhlükədən daha çoxdur.

Address

Agdam

Telephone

0505032000

Website

Alerts

Be the first to know and let us send you an email when Allerqoloq Dr.Nərmin Səməd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category