
01/02/2024
Eçs yükəkdi? Nə baş verir. İnsan orqanizmində iltihab olarsa, qaraciyər və immun sistemi hüceyrələri tərəfindən bəzi protein strukturları istehsal olunur ve onlar qırmızı qan hüceyrələri yəni eritrositlər ilə birləşərək onların ağırlaşmasına səbəb olur. Xüsusilə iltihablı revmatik xəstəliklər, xroniki infeksiyalar, autoimmün xəstəliklər və bəzi xərçəng növlərində qırmızı qan hüceyrələrinin çəkisinin artması müşahidə olunur. Çəkisi artan eritrositlər isə məhlulda daha sürətlə dibə çökürlər. Orqanizmdə infeksiya və ya iltihabın olub-olmadığını aşkar etmək üçün həyata keçirilən sedimentasiya prosesi aparılır. Yarım saat, iki saat və 24 saat ərzində eritrositlərin nə qədər sürətlə çökməsi araşdırılır. Bədəndəki iltihabın miqdarından asılı olaraq, qırmızı qan hüceyrələrinin dibə çökmə sürəti dəyişir.