Uzman Dr.Ayten Rasulzade

Uzman Dr.Ayten Rasulzade Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uzman Dr.Ayten Rasulzade, Doctor, Azerbaycan, Agdam.

Bugün sadece ad günümü değil, birlikte keçən bir ilimizi daha kutladık.Bir yaş daha büyüdük, bir “cıkkan”😉 daha qocaldıq...
02/01/2026

Bugün sadece ad günümü değil, birlikte keçən bir ilimizi daha kutladık.
Bir yaş daha büyüdük, bir “cıkkan”😉 daha qocaldıq ama ən gözəli bir ömür boyu yan yana ola bilməkdir.
Neçə gözəl yıllarımıza✨

Əgər hamiləsənsə, heç vaxt bu cür yatma!⚠Yatmaq pozisiyaları 3-cü aydan sonra olduqca təhlükəli olmağa başlayır. Xüsusil...
26/12/2025

Əgər hamiləsənsə, heç vaxt bu cür yatma!⚠

Yatmaq pozisiyaları 3-cü aydan sonra olduqca təhlükəli olmağa başlayır. Xüsusilə arxası üstə uzanmaq, əsas damarların sıxılmasına səbəb ola bilər. Bu isə həm anada başgicəllənmə, halsızlıq yarada, həm də dölə gedən qan axınını azalda bilər.

🔹 Ən təhlükəsiz və tövsiyə olunan yatma mövqeyi isə sol tərəf üstündə yatmaqdır. Bu mövqe qan dövranını yaxşılaşdırır və həm ana, həm də körpə üçün daha rahat sayılır.

Unutma, düzgün yatma mövqeyi hamiləlikdə kiçik görünən, amma böyük təsiri olan detallardandır.🌸

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Hər birimizin gündəlik həyatında stresin payı böyükdür və bəzən ondan tamamilə uzaq durmaq mümkün olmur. Lakin söhbət ha...
19/12/2025

Hər birimizin gündəlik həyatında stresin payı böyükdür və bəzən ondan tamamilə uzaq durmaq mümkün olmur. Lakin söhbət hamiləlikdən gedəndə, stresə yanaşma daha diqqətli və həssas olmalıdır. ⚠

Bir çox qadın stresi adi, zərərsiz bir hiss kimi qəbul etsə də, uzunmüddətli və davamlı stres həm ananın sağlamlığına zərər verir, həm də körpənin inkişaf tempinə təsir göstərə bilir. Bu o demək deyil ki, hər kiçik narahatlıq körpəyə ziyandır.

Lakin davam edən və idarə olunmayan stresin təsirlərini azaltmaq üçün həm bədənə, həm də psixoloji vəziyyətə diqqət etmək çox vacibdir. ✨

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Bəzən pasiyentlərim ətrafdakıların şərhləri və ya öz təşvişləri nəticəsində səhv inanclara qapılırlar. 💬Məsələn, “çox ye...
12/12/2025

Bəzən pasiyentlərim ətrafdakıların şərhləri və ya öz təşvişləri nəticəsində səhv inanclara qapılırlar. 💬

Məsələn, “çox yeməlisən”, “hər şeyi etməməlisən” kimi stereotiplər onları çaşdırır və stressə salır. Bu zaman mən suallarını cavablandırır və onlara həm fiziki, həm də emosional olaraq dəstək oluram.

Məqsədim, pasiyentlərimin qorxmadan, yanlış inanclara qapılmadan, rahat və təhlükəsiz bir hamiləlik prosesi yaşamalarını təmin etməkdir. 💖

Unutmayın ki, hər hamiləlik və hər hamilə qadın tamamilə fərqlidir. 🌸

Qəbul üçün:

📞 +994 50 363 24 44

📍HB Güven Klinikası

Bol oksigen, tərtəmiz hava, ruhu dincəldən bir sakitlik. Bəzən sadəcə dayanıb nəfəs almaq,  rahatlatmaq lazımdır. Tam da...
06/12/2025

Bol oksigen, tərtəmiz hava, ruhu dincəldən bir sakitlik. Bəzən sadəcə dayanıb nəfəs almaq, rahatlatmaq lazımdır. Tam da belə bir həftəsonu yaşayıram. 🌿

Doğuşdan sonrakı ilk aylar həm bədən, həm də emosiyalar üçün ən həssas dövrdür. Ananın bədəni sağalır, hormonlar tarazla...
04/12/2025

Doğuşdan sonrakı ilk aylar həm bədən, həm də emosiyalar üçün ən həssas dövrdür. Ananın bədəni sağalır, hormonlar tarazlanır, yeni həyat ritmi formalaşır. Hər dəyişiklik narahatlıq yaratmamalıdır amma bəziləri diqqət tələb edir. Normal nədir, təhlükəli olan nədir bilməyiniz özünüzü daha güvəndə hiss etdirəcək. Sizin sağalmağınız da körpənizin sağlam böyüməsi qədər önəmlidir.🌿 

Qəbul üçün:

📞 +994 50 363 24 44

📍HB Güven Klinikası

Gözel Firuzəm❤️ Bizə 29cu həftəsində erkən doğum təhdidi ilə müraciət etmişdi. Ancaq biz uşaqlıq boynu  qısalmasına baxm...
30/11/2025

Gözel Firuzəm❤️ Bizə 29cu həftəsində erkən doğum təhdidi ilə müraciət etmişdi. Ancaq biz uşaqlıq boynu qısalmasına baxmayaraq müalicə ilə 39-cu həftəyə qədər çata bildik və çox gözel bir doğumla Nuray qızımız dünyaya gəldi.Gözünüz aydın olsun gözəl ailə🫶🏻

Qadınların ən çox maraqlandığı mövzulardan biri də ovulyasiya gününü doğru müəyyən etməkdir. Ovulyasiya zamanı yumurta h...
27/11/2025

Qadınların ən çox maraqlandığı mövzulardan biri də ovulyasiya gününü doğru müəyyən etməkdir. Ovulyasiya zamanı yumurta hüceyrəsi yumurtalıqdan ayrılır və hamilə qalma ehtimalı məhz bu mərhələdə ən yüksək olur. Bu prosesi düzgün izləmək həm ailə planlaması, həm də menstrual tsikli daha yaxşı anlamaq baxımından vacibdir. Bədən bu günlə bağlı bir neçə siqnal verir və onları tanımaq çox şeyi dəyişə bilər. Ovulyasiya əlamətləriniz qeyri-müəyyəndirsə və ya tsikldə dəyişikliklər hiss edirsinizsə, müayinəyə gəlməyiniz tövsiyə olunur.

Qəbul üçün:

📞 +994 50 363 24 44

📍HB Güven Klinikası

Bir dəfə qeysəriyyə olunmağınız növbəti doğuşun necə olacağına birbaşa qərar vermir.Hər hamiləlik fərqlidir və biz seçim...
20/11/2025

Bir dəfə qeysəriyyə olunmağınız növbəti doğuşun necə olacağına birbaşa qərar vermir.
Hər hamiləlik fərqlidir və biz seçim edərkən bir çox faktoru birlikdə dəyərləndiririk.
Əvvəlki əməliyyatın çapığının vəziyyəti, körpənin çəkisi, yerləşməsi və hamiləliyin ümumi gedişi bizim üçün əsas göstəricilərdir. Əgər hər şey uyğundursa, normal doğuş da mümkündür.
Əsas məqsədimiz həm sizin, həm də körpənizin ən təhlükəsiz şəkildə doğuş prosesini keçirməsidir.
Suallarınızı şərhdə qeyd edin!

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Address

Azerbaycan
Agdam
AZ1000

Telephone

+994503632444

Website

Alerts

Be the first to know and let us send you an email when Uzman Dr.Ayten Rasulzade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uzman Dr.Ayten Rasulzade:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category