Mikrobiologiya.az

Mikrobiologiya.az ATU, TPF (2011-2017) ATU Tədris-Terapevtik Klinika, rezidentura (2017-2019)

4 aylıq oğlan uşağının sidik nümunəsi əkilərək inkubasiya edildikdən sonra qanlı aqarda təxminən 50.000 KƏV/ml miqdarda ...
10/07/2025

4 aylıq oğlan uşağının sidik nümunəsi əkilərək inkubasiya edildikdən sonra qanlı aqarda təxminən 50.000 KƏV/ml miqdarda boz, gümbəzəbənzər (şəkil 1), Chromatic ™️ Detection aqarda göyümtül rəngli koloniyalar (şəkil 2) inkişaf etdi. İzolə edilən törədici Klebsiella pneumoniae ssp. pneumoniae-ya uyğun olaraq disk-diffuziya üsulu ilə AHT işlənildi (şəkil 3, 4). Nəticədə ştamın Meropenem, İmipenem, Amikasin, Gentamisin, Tobramisinə həssas, Doripenemə həssas (yüksək dozada), Ertapenemə davamlı olduğu qeyd edildi.

Microbiological June🥰
30/06/2025

Microbiological June🥰

21/06/2025
24 yaşlı qadın xəstənin sidik nünunəsinin əkilərək inkibasiya edildikdən sonra qanlı aqarda 100.000 KƏV/ml miqdarda sarı...
12/06/2025

24 yaşlı qadın xəstənin sidik nünunəsinin əkilərək inkibasiya edildikdən sonra qanlı aqarda 100.000 KƏV/ml miqdarda sarımtıl rəngli (şəkil 1), Chromatic ™️ Detection aqarında bənövşəyi rəngli (şəkil 2), mannitol-duzlu aqarda sarı rəngli koloniyalar (şəkil 3) inkişaf etdi. İdentifikasiya zamanı koloniyaların katalaza müsbət, koaqulaza mənfi və novobiosinə davamlı olduğu (şəkil 4) təsdiqləndi. İzolə edilmiş mikrpprqanizm Staphylococcus saprophyticus üçün disk-diffuziya üsulu ilə AHT işlənildi.

53 yaşlı kişi xəstənin ayaq nahiyəsindən götürülmüş yara möhtəviyyatı əkilib inkubasiya edildikdən sonra qanlı aqarda gü...
04/06/2025

53 yaşlı kişi xəstənin ayaq nahiyəsindən götürülmüş yara möhtəviyyatı əkilib inkubasiya edildikdən sonra qanlı aqarda gümüşü və bozumtul rəngli (şəkil 1), Chromatic ™️ Detection aqarında solğun yaşıl və sarımtıl rəngli koloniyalar (şəkil 2) inkişaf etdi. Saf koloniyanı əldə etmək məqsədilə pasaj edildi (şəkil 3, 4) və identifikasiya edildi. İzolə edilmiş mikroprqanizmlər Acinetobacter baumannii (şəkil 5) və Pseudomonas aeruginosa (şəkil 6) üçün disk-diffuziya üsulu ilə AHT işlənildi. Pseudomonas aeruginosa (şəkil 7) və Acinetobacter baumannii (şəkil 8) ştamlarının hər ikisində karbapenemlərə davamlılıü müşahidə edildi. VİTEK2 yarımavtomatlaşdırılmış cihazda həm Pseudomonas aeruginosa (şəkil 9, 10, 11), həm də Acinetobacter baumannii (şəkil 12, 13, 14) üçün AST-N420, AST-N423 və AST-XN21 kartları ilə MİK dəyərləri işlənildi.

39 yaşlı kişi xəstənin körpücükaltı nahiyədə yerləşdirilmiş hemodializ katateri çıxarılaraq laboratoriya göndərilmişdir....
03/06/2025

39 yaşlı kişi xəstənin körpücükaltı nahiyədə yerləşdirilmiş hemodializ katateri çıxarılaraq laboratoriya göndərilmişdir. Kateter ucu müvafiq olaraq aqarlar üzərində “sürtülərək” (fırladılaraq) əkilmiş və inkubasiya edilmişdir. Qanlı aqarda bozumtul rəngli (şəkil 1), Chromatic ™️ Detection aqarında açıq göy rəngli koloniyalar (şəkil 2) inkişaf etdi. Pasaj edildi və VİTEK2 yarımavtomatlaşdırılmış cihazda identifikasiya edildi (şəkil 3). İzolə edilmiş törədici Enterobacter cloacae üçün disk-diffuziya üsulu ilə AHT işlənildi.

35 yaşlı qadın xəstədən götürülmüş əsnək sıyrıntısı əkilib inkubasiya edildikdən sonra qanlı aqarda β-hemolitik koloniya...
03/06/2025

35 yaşlı qadın xəstədən götürülmüş əsnək sıyrıntısı əkilib inkubasiya edildikdən sonra qanlı aqarda β-hemolitik koloniyalar inkişaf etdi. İdrntifikasiya üçün B və SXT diskləri ilə pasaj edildi. B həssas, SXT davamlı olaraq görüldü. İzolə edilmiş törədici mikroorqanizm Streptococcus pyogenes üçün indiyə qədər pen*sillinlərə qarşı rezistentlik müşahidə edilmədiyi üçün rutin AHT işlənilmir. Müalicə empirik şəkildə aparılır.

May dump…
31/05/2025

May dump…

Proteus mirabilis is likes a Christmas tree🎄🌲
26/05/2025

Proteus mirabilis is likes a Christmas tree🎄🌲

08/05/2025
3-cü Beynəlxalq Laborator Tibb Konqresi
02/05/2025

3-cü Beynəlxalq Laborator Tibb Konqresi

Address

Agdam

Opening Hours

Monday 00:00 - 23:59
Tuesday 00:00 - 23:59
Wednesday 00:00 - 23:59
Thursday 00:00 - 23:59
Friday 00:00 - 23:59
Saturday 00:00 - 23:59
Sunday 00:00 - 23:59

Website

Alerts

Be the first to know and let us send you an email when Mikrobiologiya.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mikrobiologiya.az:

Share

Category