Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Endokrin Merkez, Hospital, Agdam.
«Endokrin Mərkəz» tibb mərkəzində Qalxanabənzər vəz, Ur (Zob), Düyünlü ur, Tireoidit, Şəkərli Diabet, hormonal pozğunluq nəticəsində yaranan xəstəliklərin müayinə və müalicəsi aparılır.
08/07/2025
Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Ayşad Məmmədov, Cərrah-Endokrinoloq Sadiq Bəbirovun qəbulunda olmuşdur.
Əvvəllər qoyulmuş yanlış diaqnoz həkim Sadiq Bəbirov tərəfindən dəqiqliklə müəyyən edilmiş və düzgün tibbi yanaşma tətbiq olunmuşdur.
Peşəkar yanaşmaya görə dəyərli həkimimizə təşəkkür edir, sənətkarımıza möhkəm can sağlığı arzulayırıq!
26/06/2025
26 İyun – Silahlı Qüvvələr Günü
🇦🇿 Gücümüz ordumuzdur! Bu gün Vətənimizin keşiyində duran hər bir əsgərə sonsuz təşəkkürlər!
☎️ Əlaqa: (+994)50 210 23 44
(+994)70 210 23 44
📌 Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, i. Həsənoğlu küçəsi 4A
25/06/2025
🔬 Endokrin Mərkəz Klinikası
Laboratoriyamızın dəqiqliyi və beynəlxalq standartlara uyğunluğu yalnız yerli yox, beynəlxalq mütəxəssislər tərəfindən də mütəmadi olaraq yerində yoxlanılır.
🌍 Xüsusilə Çindən və digər xarici ölkələrdən gələn nümayəndələr, laborator testlərimizin keyfiyyətini və dəqiqliyini yerində qiymətləndirir, nəticələrin etibarlılığını təsdiqləyirlər.
Bu, sizin sağlamlığınız üçün maksimum dəqiqlik və güvən deməkdir.
📍 Endokrin Mərkəz Klinikası – etibarlı nəticə, dəqiq diaqnoz.
30/05/2025
Əziz izləyicilər! 👩⚕️
30 may 2025-ci il, saat 12:00-da Həkim Endokrinoloq Elnadə Vəliyeva ilə canlı yayım olacaq! 🔴
Canlı yayım zamanı sizləri maraqlandıran hormonal problemlər, şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri və digər endokrinoloji mövzularda suallarınızı birbaşa həkimə ünvanlaya biləcəksiniz.
Faydalanmaq və suallarınızı ünvanlamaq üçün bizi izləməyi unutmayın! 📲
👉 Tarix: 30.05.2025
🕛 Saat: 12:00
Sizin sağlamlığınız bizim üçün önəmlidir! ❤️
28/05/2025
🇦🇿 28 May – Müstəqillik Günü Mübarək! 🇦🇿
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 106-cı ildönümünü böyük qürur və sevgi ilə qeyd edirik!
Endokrin Mərkəz olaraq bu şanlı gün münasibətilə xalqımızı təbrik edir, dövlətçiliyimizin daim möhkəm, müstəqilliyimizin əbədi olmasını arzulayırıq.
Sağlam millət, güclü dövlət deməkdir – biz də bu amal uğrunda yorulmadan çalışırıq.
Qoy bayrağımız hər zaman ucalarda dalğalansın!
30/03/2025
Bu mübarək bayram günündə sizə və sevdiklərinizə bol ruzi, sağlamlıq, sevgi və xoşbəxtlik arzulayıram. Qəlbiniz imanla, eviniz bərəkətlə, həyatınız sevinc və firavanlıqla dolsun. Dualarınız qəbul olsun, bayramınız mübarək! 🌙✨
Ramazan Bayramınız Mübarək! 🤍
19/03/2025
Novruz Bayramınız Mübarək!
Bu gözəl bayram sizə bolluq, ruzi, sevinc və xoşbəxtlik gətirsin. Ocağınız daim işıqlı, süfrəniz bərəkətli, qəlbiniz sevgi ilə dolu olsun. Baharın gəlişi ilə həyatınıza yeni ümidlər və uğurlar gəlsin!
Novruz bayramınız mübarək! 🌿✨
17/03/2025
Vitamin D tərkibli qidalar əsasən günəş işığı ilə yanaşı, bəzi təbii qidalarda da mövcuddur. Bu qidalar:
1. Balıq və dəniz məhsulları
• Somon (qızılbalıq)
• Skumbriya
• Ton balığı
• Siyənək (seldə balığı)
• Balıq yağı
2. Süd və süd məhsulları
• Süd (xüsusilə D vitamini ilə zənginləşdirilmiş)
• Pendir (xüsusilə çedar, parmesan)
• Kərə yağı
3. Yumurta
• Xüsusilə yumurtanın sarısı
4. Göbələklər
• Günəş işığına məruz qalan göbələklər (məsələn, portobello, maitake)
5. Zənginləşdirilmiş qidalar
• D vitamini ilə zənginləşdirilmiş dənli səhər yeməkləri
• Portağal şirəsi (bəzi markalar)
• Bitki əsaslı südlər (soya, badam, yulaf südü)
Bu qidalar D vitamini ehtiyacınızı qarşılamağa kömək edə bilər, lakin kifayət qədər günəş işığı almaq da vacibdir.
02/03/2025
🔟 il sizin sağlamlığınız üçün buradayıq! 🎉
Bu gün Endokrin Mərkəz olaraq 10 illik uğurlu fəaliyyətimizi qeyd edirik! Bu illər ərzində sağlamlığınıza qayğı göstərmək, sizə xidmət etmək və etimadınızı qazanmaq bizim üçün ən böyük nailiyyət olub.
Sizə göstərdiyimiz xidmətin hər anında sevgi, diqqət və peşəkarlıq var. Bizə etibar etdiyiniz üçün hər birinizə dərin minnətdarlığımızı bildiririk! 💙
Birlikdə sağlam gələcəyə doğru ✨
27/02/2025
📍Zəhərli zob (tibbi adı: hipertireoz və ya tireotoksikoz) qalxanabənzər vəzin həddindən artıq hormon ifraz etməsi nəticəsində yaranan xəstəlikdir.
✨️Zəhərli zobun simptomları:
1. Ürək döyüntüsünün sürətlənməsi, təzyiq artımı
2. Əsəbilik, həyəcan, əllərdə 1.titrəmə
3. İsti havaya dözümsüzlük, tərləmə
4. Arıqlama, iştahın artması
5. Gözlərin irəli çıxması (exoftalm) – Əsasən Basedov-Qrevs xəstəliyində rast gəlinir.
6. Bağırsaq problemləri (ishal)
7.Boyun nahiyəsində şişkinlik (böyümüş zob)
Əgər sizdə zəhərli zob şübhəsi varsa, mütləq endokrinoloqa müraciət edin❗️ Çünki nəzarətsiz qalarsa, ürək-damar sisteminə ciddi ziyan verə bilər.
23/06/2024
👩🏻⚕️Əziz izləyicilər, Sizi həkimlərimiz ilə yaxından tanış etmək istərdik.
Həkim-Endokrinoloq Elnarə Vəliyeva tibb təhsilini İ.Seçenov adına Birinci Moskva Dövlət Universitetində almış və İnternaturanı bitirmişdir, daha sonra rezidentura üzrə Əziz Əliyev adına Həkimləri Təşkmilləşdirmə İnstutunda təhsil almışdır.
📌Elnarə xanım, tamamladıqdan sonra bir müddət İ.Seçenov adına Birinci Moskva Dövlət Universitetində çalışmışdır və 2018-ci ildən Azərbaycan Respublikası Endokrinoloqlar Elmi Cəmiyyətinin üzvüdür.
Peşəkar həkimimizə işlərində uğurlar arzulayırıq! 🤝
☎️Əlaqə: (+994)50 210 23 44
(+994)70 210 23 44
🏥Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, İ. Həsənoğlu küçəsi 4A
Be the first to know and let us send you an email when Endokrin Merkez posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Endokrin Mərkəz 4 ildir ki, fəaliyyət göstərir. Cərrah endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Sadiq Bəbirovun başçılığı ilə fəaliyyət göstərən tibb ocağında bütün növ analizlər aparılır.
Aşağıda sadalanan bütün xəstəliklərin müayinə və müalicəsi Endokrin Mərkəzdə yüksək ixtisaslı mütəxəssis həkimlər tərəfindən həyata keçirilir.
Şəkərli diabet və onun ağırlaşmaları
Qalxanvari vəzi xəstəlikləri (ZOB)
Aybaşı pozğunluqları və endokrin sonsuzluq
Piylənmə, həmçinin patsientə uyğun dietlərin tərtib olunması
Hipotalamus, hipofiz xəstəlikləri (akromeqaliya, şəkərsiz diabet, prolaktinoma və s.)
Böyrəküstü vəzi xəstəlikləri (Səbəbi bilinməyən yüksək təzyiq)
Tüklənmə, saç tökülməsi
Boy probleminin araşdırılması
Metobolik sindromu
Klinika həftə içi 6 gün səhər saat 08:00-dan 18:00-dək fəaliyyət göstərir.
ÜNVAN: Azərbaycan Bakı, Narimanov ray. Həsənoğlu küç.16A
Əlaqə : (012) 514 45 01,
(012) 514 45 02
(050) 210 23 44