Hepatoloq Könül Mahmudova - Qaraciyər Xəstəliklərinin Müalicəsi

  • Home
  • Azerbaijan
  • Agdam
  • Hepatoloq Könül Mahmudova - Qaraciyər Xəstəliklərinin Müalicəsi

Hepatoloq Könül Mahmudova - Qaraciyər Xəstəliklərinin Müalicəsi Hepatitlərin və qaraciyər xəstəliklərinin müalicəsi. Biz Sağlam Sabahlar naminə çalışırıq !

Qaraciyər xərçənginin öndə gedən faktorlarından biri Hepatit B virusudur. Xəstəlik əvvəl fibroz, daha sonra isə sirroz m...
05/12/2023

Qaraciyər xərçənginin öndə gedən faktorlarından biri Hepatit B virusudur. Xəstəlik əvvəl fibroz, daha sonra isə sirroz mərhələsinə keçir. Bu zaman orqanda atipik hüceyrələrin artması nəticəsində xərçəng xəstəliyini aşkar edilir. Bunlar birincili xərçəng adlanır. İkincili xərçəng isə digər orqanlardan qaraciyərə metastaz verərək əmələ gəlir. Kolonoskopiya müayinəsindən keçməyiniz xəstəliyin erkən aşkarlanmasında böyük rol oynayır.

Əlaqə nömrəmiz:
📞 050 344 97 97

Metabolik sindromu olan insanlarda ürək-damar xəstəliklərinə çox rast gəlinir ki, bu da ölüm riskini artırır. Qanda olan...
04/12/2023

Metabolik sindromu olan insanlarda ürək-damar xəstəliklərinə çox rast gəlinir ki, bu da ölüm riskini artırır. Qanda olan şəkər və diabet miqdarı həddində olmadığında xəstəliyin inkişaf etmə riski yüksəkdir.
Əgər bir insanın ailəsində artıq çəki, yüksək qan təzyiqi, qanda olan yağın miqdarının qeyri-stabil olması kimi problemlər varsa, buna ətraf mühitin faktorları da təsir edirsə, onda metabolik sindroma yoluxma qaçılmazdır.

Əlaqə nömrəmiz:
📞 050 344 97 97

02/12/2023

Terapevt-hepatoloq Könül Mahmudova həzm prosesində yaşanan sıxıntılar barədə ümumi məlumat verir. Peşəkarların təcrübələrinə güvənib, tövsiyyələrinə qulaq verməyiniz, sağlamlığımız üçün önəmli amildir🩺

Əlaqə nömrəmiz:
📞 050 344 97 97

Araşdırmaya görə, pəhriz və idmanı birləşdirsəniz, qaraciyər yağını azaltmaq daha təsirli ola bilər. Ancaq sürətli kilo ...
01/12/2023

Araşdırmaya görə, pəhriz və idmanı birləşdirsəniz, qaraciyər yağını azaltmaq daha təsirli ola bilər. Ancaq sürətli kilo itkisi qaraciyərin yağlanmasına səbəb ola bilər. İdeal üsul həftədə orta hesabla 500-900 qram verməkdir. Buna görə də, məşqi balanslı və sistemli şəkildə yerinə yetirin. Məsələn, həftədə 5-6 gün 30-45 dəqiqə orta intensivlikli aerobik məşqlər edə bilərsiniz.

Əlaqə nömrəmiz:
📞050 344 97 97

Hepatitin müalicəsi virusun növündən və xəstəliyin mərhələsindən asılı olaraq dəyişir. Antiviral dərmanlar və digər müal...
29/11/2023

Hepatitin müalicəsi virusun növündən və xəstəliyin mərhələsindən asılı olaraq dəyişir. Antiviral dərmanlar və digər müalicə üsulları istifadə edilə bilər. Bununla belə, müalicə zamanı həyat tərzi dəyişiklikləri də vacibdir. Spirtli içkiləri məhdudlaşdırmaq, sağlam qidalanma və müntəzəm idman etmək qaraciyərin sağalma prosesini dəstəkləyə bilər. Müalicə prosesinizlə bağlı həkiminizlə əlaqə saxlamaq və tövsiyələrə əməl etmək sağalma ehtimalınızı artıra bilər.

Əlaqə nömrəmiz:
📞 050 344 97 97

Alın bölgəsində gənc yaşda meydana gələn qırışlar qaraciyərin anormal şəkildə işlədiyini göstərə bilər. Alında qırışlar ...
28/11/2023

Alın bölgəsində gənc yaşda meydana gələn qırışlar qaraciyərin anormal şəkildə işlədiyini göstərə bilər. Alında qırışlar nə qədər dərindirsə, qaraciyərdəki problem də o qədər ciddi ola bilər.

1.Tünd qəhvəyi ləkələr
Üzdə peyda olan tünd qəhvəyi ləkələr yalnız günəş yanığı təsirilə əmələ gəlmir. Qaraciyər problemləri tünd qəhvəyi ləkələrə səbəb ola bilər. Bu ləkələr xüsusilə yanaq və əl hissələrindədirsə, öd kisəsi və mədəaltı vəzində bir problem olduğunu da işarə edə bilər.

2.Ağaran saçlar
Başınızın orta bölgəsi ağarmağa başlayıbsa, qaraciyər daxil olmaqla bəzi orqanlarınız düzgün işləməməsi ola bilər. Eyni zamanda saçın erkən yaşda ağarması öd kisəsi ilə bağlı problemlərə də işarə edə bilər.

3.Diş ətlərinin şişməsi
Dişlərinizi fırçalamağınızda qanaxma və damağınızda şişmə olursa, bu vəziyyət qaraciyərdə və boğazınızda iltihablanmaya işarə edir.

Əlaqə nömrəmiz:
📞 050 344 97 97

Qida əlavələri təəssüf ki, bəzən şüursuz şəkildə reklam olunur.Reklam olunan qida əlavələri, qaraciyərin üzərindəki ofsf...
27/11/2023

Qida əlavələri təəssüf ki, bəzən şüursuz şəkildə reklam olunur.
Reklam olunan qida əlavələri, qaraciyərin üzərindəki ofsfolipit təbəqəsini bloklayır. Bu da qaraciyərə toksik təsir göstərir.
Bəzən insanlar, qida əlavələrini içdikdən sonra özünü yaxşı hiss edir və düşünür ki, bu nəticə o dərmanların nəticəsidir. Özünü sağalmış hesab edir və bu tövsiyyələri başqalarına verməyə başlayır. Lakin qida əlavələri qaraciyərinizi sıradan çıxara bilər.

Əlaqə nömrəmiz:
📞 050 344 97 97

25/11/2023

Terapevt-hepatoloq Könül Mahmudova, Hepatit C dönəmində hamiləlik haqqında önəmli məlumatlar verir. Yalnış bilinən məlumatlar sağlamlığınızı təhlükəyə ata bilər.
Sağlamlığınızı peşəkar həkimlərə etibar edin.

Əlaqə nömrəmiz:
📞 050 344 97 97

Hərəkətsizlik, stress və qeyri-sağlam qidalanma səbəbindən kilo alma qaraciyər yağlanmasına səbəb ola bilir. Qaraciyər h...
24/11/2023

Hərəkətsizlik, stress və qeyri-sağlam qidalanma səbəbindən kilo alma qaraciyər yağlanmasına səbəb ola bilir. Qaraciyər hüceyrələrində normaldan çox yağ yığılmasına səbəb olan və sirroz mərhələsinə qədər heç bir əlamət göstərməyən xəstəliyin müalicə olunması vacibdir. Çünki müalicə olunmazsa, qaraciyər öz funksiyasını itirir, qaraciyər toxumasında iltihab yaranır, sirroz inkişaf edir. Bu, orqan çatışmazlığına və sonra qaraciyər transplantasiyasına səbəb ola bilər

Əlaqə nömrəmiz:
📞 050 344 97 97

Qan testlərində yüksək qaraciyər fermentləri həyəcan verici ola bilər, lakin bu vəziyyəti düzgün başa düşmək vacibdir. Q...
23/11/2023

Qan testlərində yüksək qaraciyər fermentləri həyəcan verici ola bilər, lakin bu vəziyyəti düzgün başa düşmək vacibdir. Qaraciyər fermentləri qaraciyərin normaldan daha çox işlədiyini və ya zədələndiyini göstərə bilər. Bu vəziyyəti qiymətləndirmək üçün həkiminizlə məsləhətləşməlisiniz. Çünki yüksək qaraciyər fermentləri bir çox fərqli vəziyyətin əlaməti ola bilər. Düzgün diaqnoz və müalicə ilə qaraciyərinizin sağlamlığını yenidən balanslaşdıra və potensial problemlərin qarşısını ala bilərsiniz. Unutmayın ki, sağlamlığınız ən qiymətli varlığınızdır və ona düzgün qulluq etmək çox vacibdir.

Əlaqə nömrəmiz:
📞 050 344 97 97

Qaraciyər xəstəliklərinin sonrakı mərhələlərində fibroz və sirroz ciddi problemlər yarada bilər. Fibroz qaraciyərin zədə...
21/11/2023

Qaraciyər xəstəliklərinin sonrakı mərhələlərində fibroz və sirroz ciddi problemlər yarada bilər. Fibroz qaraciyərin zədələnməsinin ilkin mərhələsidir və irəliləmə riski daşıyır. Sirroz qaraciyərin normal toxumasının çapıq toxuması ilə əvəzləndiyi və funksiyasını itirdiyi bir vəziyyətdir. Erkən mərhələlərdə aşkar edilən bu hallar, uyğun müalicə və həyat tərzi dəyişiklikləri ilə nəzarət altına alına bilər. Sağlam qidalanma, müntəzəm idman və müntəzəm sağlamlıq yoxlamaları fibroz və sirroz riskini azaltmaqda mühüm rol oynayır.

Əlaqə nömrəmiz:
📞 050 344 97 97

Hepatit B, Hepatit C və ya sirrozlu xəstələrdə inkişaf edən qaraciyər şişləri adətən erkən dövrdə simptomlar göstərmir. ...
20/11/2023

Hepatit B, Hepatit C və ya sirrozlu xəstələrdə inkişaf edən qaraciyər şişləri adətən erkən dövrdə simptomlar göstərmir. Bu səbəbdən qanında hepatit virusu olan insanların mütəmadi olaraq sağlamlıqlarını yoxlamaları tövsiyə olunur. Hepatit virusunun olması da qaraciyər xərçənginin inkişafı üçün çox mühüm risk faktoru hesab edilir. Bu səbəblə qanında virus olan və ya xroniki qaraciyər xəstəliyi olan hər kəs qaraciyər xərçəngi riski altında olduğu üçün mütəmadi olaraq yoxlamalardan keçməlidir.

Qaraciyər xərçənginin qarşısının alınmasının yolları:
🔹 Siqaret və spirt kimi xərçəngə səbəb olan maddələrdən çəkinin
🔹 Qaraciyərin yağlanmasında rol oynayan qidalardan istifadə etməmək
🔹 Hepatit viruslarına qarşı peyvənd kimi ehtiyat tədbirlərinin alınması

Əlaqə nömrəmiz:
📞 050 344 97 97

Address

Agdam

Opening Hours

Monday 09:00 - 14:00
Tuesday 09:00 - 14:00
Wednesday 09:00 - 14:00
Thursday 09:00 - 14:00
Friday 09:00 - 14:00
Saturday 09:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when Hepatoloq Könül Mahmudova - Qaraciyər Xəstəliklərinin Müalicəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hepatoloq Könül Mahmudova - Qaraciyər Xəstəliklərinin Müalicəsi:

Share

Category