Qastroenteroloq-hepatoloq dr. Mahira Gadirova

Qastroenteroloq-hepatoloq dr. Mahira Gadirova Hepatit müalice olunur! (+994) 77 3262770
Гепатит излечим! Bizim səhifədə ən doğru və dolğun məlumat qaraciyər xəstəlikləri haqqında.

Virus hepatitlərin gəzdiriceri üçün konsultativ, proffesional və psixoloji yardım.

Bağırsaqlarımızda 100 milyon sinir hüceyrəsi var. Serotonin (xoşbəxtlik hormonu) ehtiyatının 90%-i bağırsaqlarda yerləşi...
23/07/2025

Bağırsaqlarımızda 100 milyon sinir hüceyrəsi var. Serotonin (xoşbəxtlik hormonu) ehtiyatının 90%-i bağırsaqlarda yerləşir.
Bu səbəbdən:
🧠 Beyin depressiyaya düşdükdə,
🌀 Bağırsaq sistemi də funksional olaraq “pozulur”.
Eləcə də əksinə: bağırsaq mikroflorası pozulduqda, beyində də emosional disbalans artır.

😞 Depressiya zamanı hansı qastro simptomlar görünə bilər?
🔹 Qida qəbuluna marağın itməsi və ya əksinə, emosional aclıq
🔹 Davamlı şişkinlik, qarında gərginlik hissi
🔹 Mədə ağrıları və yanğı (xüsusilə səhərlər)
🔹 İshal və ya qəbizlik (bəzən bir-birini əvəzləyən formada)
🔹 Səhər oyandıqda iştahsızlıq və ürəkbulanma
🔹 Yemək yedikdən sonra tez doyma hissi
Bunlar funksional həzm pozuntuları kimi görünsə də, altında emosional gərginlik və psixoloji yük ola bilər.

🩺 Həkim rəyi vacibdir!
Depressiyanın qastroenteroloji simptomlarla özünü göstərməsi həkimləri çaşdıra bilər. Ona görə də diaqnostika multidissiplinar yanaşma tələb edir:
Qastroenteroloq + Psixoterapevt + Bəslənmə mütəxəssisi.

🤔 “Menstruasiyadan əvvəl qarnım şişir, qaz yığılır, bəzən qəbizlik də olur. Bu normaldır?”➡️ Çox qadın bu simptomları ya...
17/07/2025

🤔 “Menstruasiyadan əvvəl qarnım şişir, qaz yığılır, bəzən qəbizlik də olur. Bu normaldır?”
➡️ Çox qadın bu simptomları yaşayır və səbəbləri tamamilə bioloji və hormonal dəyişikliklərlə bağlıdır.

🔍 Əsas səbəblər:
1. Progesteron hormonunun artması
Menstruasiyadan əvvəl progesteron yüksəlir. Bu hormon bağırsaq hərəkətini yavaşladır, nəticədə: Qəbizlik, qaz yığılması, qarında ağırlıq hissi yaranır.

2. Ödem və su saxlanması
Hormonal dəyişikliklərlə bədən suyu saxlayır. Nəticədə qarın şiş görünə bilər.

3. Prostaqlandin hormonları
Aybaşı zamanı uşaqlıq sıxılmalarına səbəb olan hormonlar bağırsaqları da təsir edə bilər.Bəzi qadınlarda bu ishala, digərlərində isə qaz və qəbizliyə səbəb ola bilər.

🩺 Nə etməli? (Qısa tövsiyələr)
✅ Bol su için
✅ Lifli qidalara üstünlük verin (tərəvəz, kəpəkli taxıllar)
✅ Fiziki aktiv olun (yüngül gəzinti belə bağırsağı hərəkətə gətirə bilər)
✅ Duzlu yeməkləri azaltın
✅ Süd məhsulları və qazlı içkilərdən uzaq durun (həssas mədə-bağırsaqda qazı artıra bilər)

Bu iddianı yəqin eşitmisiniz: 👉 “Ət bağırsaqda çürüyür, orqanizmdə toksinlər yaranır və xəstəliklərə səbəb olur.”🔬 Amma ...
16/07/2025

Bu iddianı yəqin eşitmisiniz:
👉 “Ət bağırsaqda çürüyür, orqanizmdə toksinlər yaranır və xəstəliklərə səbəb olur.”

🔬 Amma elmi baxış nə deyir?
✅ Ət – zülal baxımından zəngin bir qidadır və mədə-bağırsaq sistemində normal şəkildə həzm olunur.
📍 Mədədə – mədə turşusu və fermentlər zülalı parçalayır.
📍 Nazik bağırsaqda – amin turşularına çevrilir və sorulur.

❗ Bəs “çürümə” hardan çıxıb?
🔴 Əgər bağırsaq hərəkəti zəifdirsə, ya da çox yağlı/qırmızı ət tez-tez və təkbaşına yeyilirsə – bəzi zülallar qalın bağırsağa çata bilər.
Burada bakteriyalar onları fermentləşdirir və p*s qoxulu qazlar, bəzən toksik maddələr yarana bilər.
Bu “çürümə” deyil, sadəcə fermentasiya prosesidir.

Ət düzgün miqdarda və balanslı pəhrizlə yeyilərsə – çürümür və bağırsağı “zəhərləmir”.

Süd mədə turşusunu azaldır?Bu DOĞRUdur, yoxsa MİF? ❌ MİFdir! Süd içdikdə qısa müddətli rahatlıq hiss edə bilərsən, amma ...
16/07/2025

Süd mədə turşusunu azaldır?
Bu DOĞRUdur, yoxsa MİF?

❌ MİFdir!
Süd içdikdə qısa müddətli rahatlıq hiss edə bilərsən,
amma sonra mədə daha çox turşu ifraz edir!
🔁 Yəni təsiri keçicidir və bəzən əksinə daha da p*sləşdirə bilər.
🩺 Qastroenteroloqlar bu üsulu davamlı müalicə kimi tövsiyə etmir.

👀 Belə miflər çoxdur.
Hansını eşitmisiniz?
DM-ə yazın – növbəti dəfə onu araşdıraq! 💬

Qastrit – mədənin selikli qişasının iltihabıdır. İlk mərhələlərdə simptomsuz keçə bilər və uzun müddət diqqətdən kənarda...
14/07/2025

Qastrit – mədənin selikli qişasının iltihabıdır. İlk mərhələlərdə simptomsuz keçə bilər və uzun müddət diqqətdən kənarda qala bilər. Lakin zamanında aşkar olunmasa, xronik formaya keçir və mədədə daha ciddi dəyişikliklərə səbəb ola bilər.

✅ Ən erkən əlamətlərə diqqət edin:
🔹 Sıx və ya təkrarlanan mədə ağrısı (xüsusən acqarına və ya yeməkdən sonra)
🔹 Mədədə doluluq və ağırlıq hissi
🔹 Qeyri-adi gəyirmə və yanğı hissi
🔹 Bulantı, bəzən qusma
🔹 İştahın azalması

Əgər bu şikayətlər həftələrlə davam edirsə, mütləq qastroenteroloq müayinəsi vacibdir.

👩‍⚕️Bağırsaq divarınızın güclü olması bütün bədən sağlamlığı üçün vacibdir! 💪“Leaky Gut” – bağırsaq divarının “sızdırmas...
10/07/2025

👩‍⚕️Bağırsaq divarınızın güclü olması bütün bədən sağlamlığı üçün vacibdir! 💪
“Leaky Gut” – bağırsaq divarının “sızdırması” deməkdir. Belə olanda toksinlər və p*s bakteriyalar qanınıza qarışa bilər.
👉 Əlamətlər: şişkinlik, qaz, ishal və ya qəbizlik, yorğunluq. 👉 Necə dəstək ola bilərsiniz? Probiyotika, glutamin, vitamin A/D, sink və tam, az işlənmiş qidalar.
Siz necə qidalanırsınız? Rəyinizi şərhlərdə bizə yazın! 👇

👉Normal bağırsaq divarı – faydalı qidaları keçirir, zərərli maddələri saxlayır.
“Leaky Gut” – divar “sızdırır”, toksin və p*s bakteriyalar qan dövranına keçə bilir.

Dəstək yolları:
▪️Probiyotiklər (yoqurt, kefir, kapsul)
▪️Glutamin (amin turşusu, toz və ya kapsul)
▪️Vitamin A, D və sink
▪️Az işlənmiş, tam qidalar (tərəvəz, meyvə, tam taxıllar)

Olmaz❌: çox yağlı, qızardılmış, emulqatorlu sənaye məhsulları.

1️⃣ Nədir? Viral hepatit qaraciyəri iltihablandıran və zədələyən infeksiyadır. A, B, C, D və E növləri var. 2️⃣ Yoluxma ...
07/07/2025

1️⃣ Nədir? Viral hepatit qaraciyəri iltihablandıran və zədələyən infeksiyadır. A, B, C, D və E növləri var.
2️⃣ Yoluxma yolları
• Hepatit A & E: çirkli su və qida vasitəsilə ✋💧
• Hepatit B, C & D: qan və bədən mayeləri ilə (praçka iynələr, cinsi yolla) 🩸
3️⃣ Simptomlar
• Yorğunluq, iştahsızlıq 😴
• Sarılıq (dəri və göz ağlarının saralması) 🟡
• Qarın ağrısı və qarında şişkinlik 🤕
4️⃣ Peyvənd
• Hepatit A və B-yə qarşı effektiv peyvəndlər mövcuddur 💉
• C, D və E üçün hələ universal peyvənd yoxdur, amma profilaktik tədbirlər vacibdir. 5️⃣ Profilaktika və müalicə
• Gigiyena və təhlükəsiz cərrahi/diş prosedurları
• Hepatit B & C müalicəsində yeni antiviral dərmanlar uğurla tətbiq olunur 🏥

🔔 Siz risk faktorlarını bilirsinizmi? Ailənizin və dostlarınızın da xəbərdar olması üçün paylaşın və suallarınızı şərhlərdə verin!👇

🔎 Mikrobiota – bədənimizin içində və dəri səthində yaşayan minlərlə “kiçik köməkçi”dir:BakteriyalarGöbələklərViruslarBu ...
07/07/2025

🔎 Mikrobiota – bədənimizin içində və dəri səthində yaşayan minlərlə “kiçik köməkçi”dir:
Bakteriyalar
Göbələklər
Viruslar
Bu “kiçik köməkçilər”:
Həzmə kömək edir – yeməkləri parçalayır, daha çox enerji qazandırırlar.
İmmuniteti gücləndirir – xəstəlik törədən mikroblara qarşı müdafiə xətti yaradırlar.
Sağlamlıq tarazlığını qoruyur – həzm, dəri, hətta əhval-ruhiyyə üçün vacib siqnallar verirlər.
❗ Dysbiosis – əgər bu balans pozularsa, qarın ağrısı, şişkinlik, həzm problemləri yaşaya bilərik.

👩‍⚕️Paraneoplastik sindromlar şişin özündən deyil, onun yaydığı hormonlar, sitokinlər və ya bədənimizin şişə qarşı yarat...
04/07/2025

👩‍⚕️Paraneoplastik sindromlar şişin özündən deyil, onun yaydığı hormonlar, sitokinlər və ya bədənimizin şişə qarşı yaratdığı immun cavab nəticəsində yaranan əlamətlər toplusudur. Yəni şiş hələ çox kiçik olsa da, başqa orqanlarda—mədə-bağırsaqda, dəri­də, sinirlərdə və s.—qeyri-adi simptomlar verə bilər. Bu siqnalları vaxtında tanımaq xəstəliyi daha erkən aşkarlamağa və müalicəni düzgün planlamağa kömək edir.

Ümumi klinik təsirlər :
👉Endokrin: Ektopik ACTH ifrazı→Cushing sindromu, PTH-like peptid→hiperkalsemiya
👉Nevroloji: Paraneoplastik serebellar degenerasiya, periferik neyropatiya, enselofalopatiya
👉Dəri-mukoza: Dermatomiozit, akantoz nigri­kans
👉Hematoloji: Trousseau tromboflebiti, təkrar qızdırma, anemiya
👉Qastroenteroloq üçün seçilmiş nümunələr
👉Karçinoid sindrom: Bronxial carcinoidlərdən ifraz olunan serotonin flush, bronxospazm və diareyaya səbəb olur
👉VIPoma (pancreatik xolera): Pankreasın VIP ifrazı kəskin sululuqla diareya, hipokalemiya və dehidrasiya yaradır
👉Zollinger–Ellison sindromu: Gastrinoma qalxan mədə turşusu sekresiyasını artıraraq çoxsaylı və ağır mədə xoralarına gətirib çıxarır

Mədə turşusu  mədədə qidanın həzmini təmin edən güclü xlorid turşusudur. Normal səviyyədə olduqda orqanizm üçün zərərli ...
30/06/2025

Mədə turşusu mədədə qidanın həzmini təmin edən güclü xlorid turşusudur. Normal səviyyədə olduqda orqanizm üçün zərərli deyil, əksinə, həzmi asanlaşdırır və mikrobları məhv edir. Lakin turşunun həddən artıq ifrazı və ya mədə möhtəviyyatının qida borusuna qayıtması reflüks və digər narahatlıqlara səbəb olur.

Mədə turşusu müxtəlif səbəblərdən çoxala bilər:
✅ Qidalanma vərdişləri • Həddindən artıq yağlı, ədviyyatlı, qızardılmış qidalar • Qazlı içkilər və turş meyvələr • Çoxlu qəhvə və tünd çay
✅ Həyat tərzi faktorları • Sürətli yemək • Yatmazdan əvvəl yemək • Siqaret və alkoqol
✅ Stress və gərginlik Sinir sistemi ilə mədə birbaşa əlaqəlidir. Gərginlik turşu istehsalını artırır.
✅ Mədə xəstəlikləri • Qastrit • Helikobakter pylori infeksiyası • Mədə qapağının zəifliyi

🩺 Əlamətləri
Mədə turşusu artanda bu şikayətlər ola bilər: 🔹 Sinədə yanğı (“ürək yanması”) 🔹 Acqarına və ya yeməkdən sonra turş dad 🔹 Udqunarkən narahatlıq 🔹 Şişkinlik, köp

📲(+994) 55 310 18 14
📞 (+994) 77 326 27 70

Çox adam ağız qoxusunu yalnız diş daşı, dil təmizliyi, ya da gigiyena çatışmazlığı ilə əlaqələndirir. Amma bir faktor va...
23/06/2025

Çox adam ağız qoxusunu yalnız diş daşı, dil təmizliyi, ya da gigiyena çatışmazlığı ilə əlaqələndirir. Amma bir faktor var ki, çox vaxt nəzərdən qaçırılır:

👉 Mədə turşusu və reflü
🔍 Necə olur?
Mədə turşusu qida borusuna və daha sonra boğaza qədər qalxdıqda: – Turş və acı dad hiss edilir – Boğazda yanma və quruluq yaranır – Nəfəsin qoxusu dəyişir və davamlı xoşagəlməz hal alır

🚨 Bu hal sizdə varsa diqqətli olun:
– Acqarına və ya yatanda ağızda acılıq – Qəhvə, qazlı içki, pomidor və s.-dən sonra qoxunun artması – Gigiyenaya baxmayaraq ağız qoxusunun keçməməsi
✅ Nə etmək olar?
– Reflü varsa, qastroenteroloq müayinəsi – Gecə yeməklərindən uzaq durmaq – Qazlı, turşulu, yağlı qidalardan çəkinmək.

Bir çox pasiyent deyir:“Qarnım ağrıyır, bəlkə mədəmdənir?” “Sağ tərəfim sancır, öd ola bilər?”🧭 Gəlin qarışdırmayaq. Məd...
18/06/2025

Bir çox pasiyent deyir:
“Qarnım ağrıyır, bəlkə mədəmdənir?” “Sağ tərəfim sancır, öd ola bilər?”
🧭 Gəlin qarışdırmayaq. Mədə və öd ağrıları fərqli zonalarda və fərqli şəkildə hiss olunur.

✅ Mədə ağrısı – adətən:
📍 Göbək üstündə, sinəyə doğru yayılır 🔥 Yanma, qaz, acqarına sancma hissi olur 🕐 Yeməkdən öncə və ya dərhal sonra şiddətlənir 🤢 Bəzən ürəkbulanma, turş dad, köp də olur.

✅ Öd ağrısı – adətən:
📍 Sağ qabırğaaltı nahiyədə, bəzən sağ çiynə yayılır 🔪 Kəskin, batıcı və sıxıcı ağrı olur Xüsusilə yağlı, qızartmalı yeməklərdən 1-2 saat sonra başlayır Ürəkbulanma və ağızda acılıq hissi müşahidə edilə bilər Gecə tutmaları ilə özünü göstərə bilər

📍 Yadda saxlayın:
Ağrı bədəndə bir siqnaldır – səbəbi aydınlaşdırmadan dərmanla susdurmaq bəzən fəsadlara yol açır.
🩺 Diaqnoz üçün USM, endoskopiya və qanda qaraciyər analizləri vacib ola bilər.

Address

Agdam

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Qastroenteroloq-hepatoloq dr. Mahira Gadirova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Qastroenteroloq-hepatoloq dr. Mahira Gadirova:

Share

Category

Our Story

Mahirə Valis qızı Qədirova – Həkim-infeksionist, qaraciyər xəstəliklərin diaqnostika və müalicə sahəsində mütəxəssisdir.

Qaraciyər Xəstəliklərinin Öyrənilməsi Üzrə Avropa ve Asiya- Sakit Okean Assosiasiyanın (EASL, APASL) aktiv üzvüdür.

Çoxsaylı xarici konqresslərin və konfransların iştirakçısıdır.

Virus hepatitlərin (A,B, Delta, C), qaraciyərin autoimmun xəstəliklərin (autoimmun hepatit, birincili biliar sirroz və s.), qaraciyərin irsi xəstəlikləri, (Vilson, hemoxromatoz) qaraciyərin alkohol və qeyrialkohol piy xəstəliklərinin və s. müalicəsində böyük təcrübəsi var.