
04/08/2025
Heç kim xəstəliyini ertələməsin! Varikoz damarları yay da daxil olmaqla istənilən mövsümdə müalicə edilə bilər. Əgər pasiyentin ehtiyacı varsa, əməliyyatlar da daxil olmaqla bütün varikoz müalicə metodları rahatlıqla tətbiq oluna bilər. Endovaskulyar texnoloqiyalarla müalicə kəsik edilmədən balaca dəliklər vasitəsilə aparılır və isti-soyuq fəslin olması fərq etmir. Endovazal prosedurundan bir ay sonra kompress corabları çıxartmaq olar.
Biz həkimlər, məcburi hallar istisna olmaqla, yay aylarında cərrahi üsullardan başqa digər metodlarla olan müalicəyə üstünlük vermirik.
🔻 Məsələn, yay aylarında günəş vannası qəbul etməyi planlaşdıran pasiyetlərdə lazer müalicə metodlarından istifadə tövsiyə olunmur. Çünki günəşin təsiri ilə dəridə açıq rəngli ləkələr yarana bilər.
🔻 İsti yay günlərində skleroterapiya etmək tövsiyə olunmur çünki prosedurdan sonra sklerozant yeridilmiş nayihələrdə bir müddətlik hiperpiqmentlər qalır.
📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital