Ağcabədi Rayon Mərkəzi Xəstəxanası

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

01/04/2026
* İmtahan qabağı motivasiya: Psixoloqun məktəblilərə tövsiyələri* İmtahan öncəsi stres və həyəcan şagirdlərin qarşılaşdı...
01/04/2026

* İmtahan qabağı motivasiya: Psixoloqun məktəblilərə tövsiyələri

* İmtahan öncəsi stres və həyəcan şagirdlərin qarşılaşdığı ən böyük problemlərdən biridir. Bu çətinliklərin öhdəsindən gəlmək üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Xuraman İsmayılova məktəblilərə motivasiya və psixoloji hazırlıq mövzusunda dəyərli məsləhətlər verib:

* Düzgün planlaşdırma: Mövzuları hissə-hissə bölərək, gündəlik plan tərtib edin. Uzunmüddətli çalışmalara ara verərək beyninizi dinləndirin.

* Düzgün qidalanma və yuxu rejimi: Sağlam və balanslı qidalanma ilə beyninizə lazımi enerjini təmin edin. Gecələr ən az 7-8 saat yatmağa çalışın.

* Stresi idarə edin: Dərin nəfəs alma texnikaları, meditasiya və ya kiçik fiziki hərəkətlər stresi azaltmağa kömək edəcək.

* Özünüzə inanın: Öz nailiyyətlərinizi xatırlayın və indiyə qədər öyrəndiklərinizə güvənin.

* Pozitiv düşüncə: Bacarmayacam fikrini kənara qoyaraq, Əlimdən gələni edəcəyəm yanaşmasını tətbiq edin.

* İmtahan dövrü təkcə şagirdlər üçün deyil, valideynlər üçün də stresli ola bilər. Lakin övladınıza düzgün yanaşaraq ona motivasiya vermək və stresini azaltmaq mümkündür. Uşağınıza “sən bacaracaqsan” deyərək onu ruhlandırın. Həddindən artıq gözləntilər yaratmaq əksinə, onun özünəinamını azalda bilər.

* Unutmayın, imtahan həyatınızın yalnız bir mərhələsidir və əsas məqsəd bilik və bacarıqlarınızı inkişaf etdirməkdir. Özünüzə inanın və pozitiv qalın!

01/04/2026

Enerji içkiləri: məktəbli orqanizminin qaldıracağı yük deyil!

“Enerji içkisi qəbul edən məktəblilərdə bir sıra ilkin əlamətləri müşahidə etmək mümkündür”.

“Sağlam məktəbli” rubrikasında enerji içkilərinin məktəblilərin sağlamlığına təsirindən bəhs olunur.

Enerji içkiləri uşaqların və yeniyetmələrin inkişaf etməkdə olan ürək-damar, sinir və endokrin sistemlərinə ciddi ziyan vurur.

Lökbatan Tibb Mərkəzinin həkim-pediatrı Aytən Bəşirovanın sözlərinə görə, enerji içkisi içən məktəblilərdə bir sıra ilkin əlamətlər olur:

“Bunlara həyəcan, ürək döyüntüsünün sürətlənməsi, yuxu pozuntuları, eləcə də mədə-bağırsaq problemləri daxildir. Bu əlamətlər çox vaxt valideynlər tərəfindən adi yorğunluq kimi qiymətləndirilsə də, əsas səbəb enerji içkilərinin istifadəsi ola bilər. Çünki həddindən artıq kofein qəbulu uşaqlarda və yeniyetmələrdə yuxu pozuntularına, narahatlıq riskinin artmasına və hətta beyin inkişafının mənfi təsirlənməsinə səbəb ola bilər. İnkişaf dövründə olan orqanizm bu cür yüklənməyə hazır deyil”.

Pediatrın sözlərinə görə, enerji içkiləri ürək döyüntüsünün artmasına, qan təzyiqinin yüksəlməsinə, yuxusuzluğa və yuxunun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Eyni zamanda bu içkilər qıcıqlanma, narahatlıq və asılılıq riskini artıra, beyinin normal inkişafına mənfi təsir göstərə bilər:

“Ümumiyyətlə, enerji içkiləri məktəblilər üçün enerji mənbəyi hesab edilməməlidir. Uşaqların enerji ehtiyacını ödəmək üçün kifayət qədər yuxu, nizamlı fiziki aktivlik və balanslaşdırılmış qidalanma ən təhlükəsiz və effektiv üsullardır”.

Enerji içkiləri uşaqlar və yeniyetmələr üçün qəti şəkildə yolverilməzdir!

Valideynlər bu mövzuda diqqətli olmalı, uşaqların enerji içkilərinə istəkli olmasına və istifadə etməsinə imkan verməməlidirlər! Bu, onların sağlamlığı üçün təhlükəlidir!

01/04/2026

Bayramlarla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 50 minə yaxın müraciət daxil olub

20-30 mart tarixlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 922 çağırış daxil olub. Çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Bakı şəhəri üzrə ən çox müraciət 21.03.2026-cı il tarixində qeydə alınıb.

Belə ki, müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı 243 nəfər təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji, respirator və digər xəstəliklərlə bağlı olub.

Bel ağrısı nədir?Bel ağrısı baş nahiyəsindən başlayaraq belə qədər olan, onurğanın hər iki tərəfində yerləşən əzələlərin...
01/04/2026

Bel ağrısı nədir?

Bel ağrısı baş nahiyəsindən başlayaraq belə qədər olan, onurğanın hər iki tərəfində yerləşən əzələlərin gərilməsi ilə meydana gələn ağrı formasıdır.
Çox zamanda streslə əlaqələndirilən belə şikayətlər bir neçə gün ərzində keçib getməkdədir.

Bəzi hallarda isə boyun, çiyin və bel nahiyələrindəki sinirlərin müəyyən səbəblərə bağlı olaraq basqılanması və həmin bölgədəki əzələlərin uzun müddət gərginləşməsi zamanı da bu tip ağırlara rast gəlinir. Bel ağrısı çox zaman diqqət edilməyən şikayətdir. Bir çox insan, xüsusən də yaşlı şəxslər bu kimi ağırları bir xəstəlik olaraq hesab etməz, ağrılarda birgə yaşamağa öyrəşərlər.

Bəzən isə bel ağrıları ani şəkildə ortaya çıxır ki, cəld hərəkət və ya ağır fiziki iş zamanı qəfil bel tutulmaları bunlara bir misal ola bilər.

31/03/2026

📌 “İTS ilə həyata keçirilən reabilitasiya və fizioterapiya xidmətləri”

🗓️ 01.04.2026 | ⏰ Saat 16:30
📺 REAL TV | 🩺 “İNSAN”

İTS ilə hansı reabilitasiya və fizioterapiya xidmətləri ödənişsizdir? Bu xidmətlərdən yararlanmaq üçün hansı sənədlər tələb olunur? Müalicə müddəti və seans sayı necə müəyyən edilir?

Qonaqlar:

Pərvin Əkbərov
TƏBİB-in İcraçı direktorunun müşaviri.

Münəvvər Bağırzadə
İTSDA-nın Göndərişlər şöbəsinin məsləhətçisi.

📺 Canlı yayımı 1 Aprel saat 16:30-da izləməyi unutmayın.

Ağcabədi rayonunda uşaqların icbari dispanserizasiyası prosesi davam etdirilir. Uşaqların icbari dispanserizasiyası çərç...
31/03/2026

Ağcabədi rayonunda uşaqların icbari dispanserizasiyası prosesi davam etdirilir.

Uşaqların icbari dispanserizasiyası çərçivəsində Ağcabədi rayon Sarıcalı kənd həkim məntəqəsinin tibbi personalı, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Rüstəm Tanrıverdiyev və digər ixtisaslı həkimlər tərəfindən bir gün ərzində 100-dan çox uşaq tibbi müayinədən keçirilib.
Müayinələr nəticəsində sağlamlıq problemi aşkarlanan uşaqlar barədə məlumatlar həm məktəb və baxça rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərə qısa müddət ərzində ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək daha geniş müayinələrdən keçmək və aşkarlanan xəstəliklərin müalicəsinə başlamaq tövsiyə olunub.

Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikası Prezidentinin 5 mart 2013-cü il tarixli Fərmanına uyğun olaraq davam etdirilir. Dispanserizasiyanın əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə hallarının, sağlamlıq imkanlarının məhdudlaşmasının və ölüm səviyyəsinin azaldılmasıdır.

İcbari dispanserizasiya çərçivəsində uşaqlara hər il profilaktik tibbi baxış həyata keçirilir.

31/03/2026
31/03/2026

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

Yüksək göz təzyiqi nədir?Yüksək göz təzyiqi (okulyar hipertoniya), gözün içindəki təzyiqin normal səviyyələrdən daha yük...
31/03/2026

Yüksək göz təzyiqi nədir?

Yüksək göz təzyiqi (okulyar hipertoniya), gözün içindəki təzyiqin normal səviyyələrdən daha yüksək olduğu bir vəziyyətdir. Normal göz təzyiqi 10-21 mmHg arasında dəyişir. Bu dəyərdən yuxarı olan göz təzyiqi yüksək hesab edilir. Yüksək göz təzyiqi ciddi göz problemlərinə, xüsusən də qlaukoma kimi xəstəliklərə səbəb ola bilər.

Yüksək göz təzyiqinin səbəbləri

Yüksək göz təzyiqinin müxtəlif səbəbləri ola bilər:
Göz mayesinin artmış istehsalı: Gözün içindəki mayenin həddindən artıq istehsal olunması təzyiqi artıra bilər.
Drenaj kanallarının bloklanması: Gözün ön kamerasındakı mayenin drenaj kanallarından axını bloklandıqda təzyiq yüksəlir.
Genetik meyillilik: Ailəvi tarixi olan şəxslərdə yüksək göz təzyiqi riski daha yüksək ola bilər.
Yaş: Yaşlandıqca göz təzyiqi yüksəlmə meyli göstərir.
Digər tibbi vəziyyətlər: Diabet, hipertenziya və bəzi sistemik xəstəliklər də göz təzyiqini artıra bilər.

31/03/2026

31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edirik!

Address

Hüsü Hacıyev Küçəsi 104
Aghjabädi

Telephone

+994212755021

Website

Alerts

Be the first to know and let us send you an email when Ağcabədi Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ağcabədi Rayon Mərkəzi Xəstəxanası:

Share