Şirvan Şəhər Mərkəzi Xəstəxanası

Şirvan Şəhər Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

25/04/2026
25 aprel – Ümumdünya Malyariya Günü“Sağlam olun” rubrikası üçün malyariyanın yoluxma yolları, xəstəliyin törədiciləri, o...
25/04/2026

25 aprel – Ümumdünya Malyariya Günü

“Sağlam olun” rubrikası üçün malyariyanın yoluxma yolları, xəstəliyin törədiciləri, orqanizmdə inkişaf mərhələləri və klinik əlamətləri ilə bağlı suallarımızı həkim-infeksionist Xəyalə Ağayevaya ünvanladıq.

Malyariya (türk. – sıtma, ing. – malaria, frans. – paludisme) — Plasmodium parazitləri tərəfindən törədilən, dişi Anopheles ağcaqanadlarının dişləməsi ilə yayılan, antroponoz, transmissiv (dişləmə ilə keçən), siklik gedişli yoluxucu xəstəlikdir. Bu xəstəlik əsasən tropik və subtropik bölgələrdə geniş yayılıb və qlobal səhiyyə problemlərindən biri hesab olunur.

Yoluxma necə baş verir?

İnfeksiyanın əsas mənbəyi insandır, ötürücüsü isə dişi Anopheles ağcaqanadıdır. Yoluxma:
ağcaqanad dişləməsi ilə,
anadan dölə (hamiləlik və ya doğuş zamanı),
qan köçürülməsi və ya qeyri-steril tibbi müdaxilələr zamanı baş verə bilər.

Xəstəliyin törədiciləri

İnsanlarda malyariya törədən əsas növlər:

● Plasmodium falciparum
● Plasmodium vivax
● Plasmodium ovale
● Plasmodium malariae
● Plasmodium knowlesi

Orqanizmdə inkişaf mərhələləri

Ağcaqanadın dişləməsi ilə qana daxil olan parazitlər əvvəlcə qaraciyərə gedir, burada çoxalaraq daha sonra qan dövranına keçir və qırmızı qan hüceyrələrini zədələyir. Bu proses xəstəliyin əsas klinik əlamətlərinə səbəb olur.
Bəzi növlərdə (P. vivax və P. ovale) parazitlər qaraciyərdə “gizli” (hipnozoit) formada qalaraq aylar sonra yenidən aktivləşə və xəstəliyin təkrarlanmasına səbəb ola bilər.

Əlamətlər:

Malyariyanın klinik əlamətləri yoluxmuş növdən asılı olaraq dəyişə bilər, lakin ən çox rast gəlinən simptomlar bunlardır:

■ yüksək hərarət və titrətmə
■ ürəkbulanma, qusma
■ ishal
■ baş, əzələ və oynaq ağrıları
■ təngnəfəslik
■ qarın və kürək ağrıları

Ağır hallarda:

▪︎ qan azlığı (anemiya)
▪︎ sarılıq
▪︎ qaraciyər və dalağın böyüməsi (hepatosplenomeqaliya) müşahidə oluna bilər.

Qlobal vəziyyət

Ümumdünya statistikalarına görə, 2015-ci ildə dünyada təxminən 212 milyon yoluxma halı qeydə alınmış və 429 min ölüm baş vermişdir.

Azərbaycanda vəziyyət

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 29 mart 2023-cü ildə rəsmi olaraq malyariyadan azad ölkə elan olunub.
Son yerli yoluxma halı 2012-ci ildə qeydə alınıb.
Hazırda ölkəmizdə yerli yoluxma riski yoxdur.

Nəticə

Malyariya dünyada hələ də aktuallığını qoruyan xəstəliklərdəndir. Profilaktik tədbirlərə riayət olunması, vaxtında diaqnoz və düzgün müalicə xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır.

Unutmayaq: məlumatlı olmaq – qorunmanın ilk addımıdır.

Aprelin 24-də Şirvan Şəhər İcra Hakimiyyətində Çernobıl faciəsinin 40-cı ildönümü ərəfəsində anım tədbiri keçirilib.Tədb...
24/04/2026

Aprelin 24-də Şirvan Şəhər İcra Hakimiyyətində Çernobıl faciəsinin 40-cı ildönümü ərəfəsində anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.

Şirvan Şəhər İcra Hakimiyətində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Çernobıl qəzası nəticəsində həlak olan və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Çernobıl faciəsinin törətdiyi fəsadlardan danışıb, xatırladıb ki, 1986-cı ii aprelin 26 da Çernobıl AES-də baş vermiş hadisə təkcə bir bölgənin deyil, bütün dünyanın ekoloji və mənəvi yaddaşında dərin yaralar buraxıb. Çernobılda baş verən faciə, atomun ram edilə bilməyən gücünün nəzarətdən çıxdığı anda necə bir qlobal təhlükəyə çevrildiyini bütün bəşəriyyətə acı bir şəkildə nümayiş etdirdi. On minlərlə insanın həyatını alt-üst edən, minlərlə kilometr ərazini görünməz bir düşmənin – radiasiyanın əsirinə çevirən bu hadisə, eyni zamanda insan fədakarlığının və misilsiz qəhrəmanlığın da sınağı idi. Bildirildi ki, Çernobıl qəzası sonradan böyük sosial problem yaratdı. Lakin 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Çernobıl qəzası zamanı zərər çəkənlərə diqqət və qayğı göstərilməsi barədə sərəncam imzaladı. Onların müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanıldı, pensiya və müavinətlər təyin olundu.

Həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Çernobıl əlillərinin sosial durumunun yaxşılaşdırılması, onların statusunun müəyyənləşdirilməsi və sosial problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları hadisənin xronologiyasını və baş vermiş fəlakətin görünməyən tərəflərini işıqlandıran Çernobıl faciəsinə həsr edilmiş filmi izlədilər.

Daha sonra çıxış edənlər Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Şirvan şəhər filialının sədri Tofiq Məlikov, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov, Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracova faciənin ağır nəticələrindən, qəza iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, həmçinin onlara göstərilən tibbi-reabilitasiya xidmətlərindən bəhs etdilər.

Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Şirvan şəhər filialının sədri Tofiq Məlikov Çernobıl əlilləri adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Qəza nəticəsində sağlamlığını itirmiş sakinlərə hər zaman olduğu kimi, bu il də xüsusi diqqət yetirilib. Çernobıl faciəsinin 40 illiyi ərəfəsində şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə 54 nəfər Çernobıl əlilinə maddi dəstək göstərilib.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Çernobıl əlillərinin müraciət və təkliflərini dinləyib və qaldırılan müxtəlif məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib

24/04/2026

TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçib

Son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir.

➡️ https://az.trend.az/azerbaijan/society/4178689.html

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında “Yenidoğulmuşların termotənzimlənməsi” mövzusunda təlim keçirilib.Təlim Yenidoğulmuş...
24/04/2026

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında “Yenidoğulmuşların termotənzimlənməsi” mövzusunda təlim keçirilib.

Təlim Yenidoğulmuşların İntensiv Terapiya bölməsinin müdiri Səadət Mirzəyeva tərəfindən təşkil olunub.

Təlim zamanı yenidoğulmuşlarda bədən temperaturunun sabit saxlanılmasının əhəmiyyəti, hipotermiya və hipertermiyanın fəsadları, eləcə də bu halların profilaktikası və düzgün idarə olunması üsulları ətraflı şəkildə izah edilib.

Bundan əlavə, körpələrin doğuşdan dərhal sonra istilik zəncirinin qorunması, erkən dəri-dəri təması və ana südü ilə qidalanmanın termotənzimləmədə rolu barədə tövsiyələr verilib.

Sonda iştirakçılarla interaktiv fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

24/04/2026
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında yeni iş həftəsi ilə bağlı iclas keçirilibŞirvan Şəhər Mərkəzi Xəstəxanasının akt zal...
24/04/2026

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında yeni iş həftəsi ilə bağlı iclas keçirilib

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının akt zalında yeni iş həftəsi ilə əlaqədar qarşıda duran məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

İclasda xəstəxananın rəhbər heyəti, şöbə müdirləri, habelə böyük tibb bacıları iştirak ediblər. Görüş zamanı tibb müəssisəsində göstərilən tibbi xidmətlərin mövcud vəziyyəti, əhaliyə təqdim olunan ambulator və stasionar xidmətlərin keyfiyyəti, pasiyent qəbulunun təşkili, diaqnostika və müalicə prosesinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim olunub.

Şöbə müdirləri tərəfindən görülmüş işlər, əldə olunan nəticələr və mövcud çətinliklər barədə məlumat verilərək həmin problemlərin aradan qaldırılması yolları müzakirə edilib.

İclas zamanı xəstə məmnuniyyətinin yüksəldilməsi, tibbi xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması, vətəndaş müraciətlərinə operativ və həssas yanaşmanın təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sonda qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib, tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərin davamlı olaraq nəzarətdə saxlanılacağı qeyd olunub.

Şirvan Şəhər Mərkəzi Xəstəxanası olaraq vətəndaşlara keyfiyyətli, təhlükəsiz və əlçatan tibbi xidmət göstərilməsi əsas prioritet olaraq qalır.

İmmunlaşma həftəsi çərçivəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanası olaraq plan üzrə peyvənddən kənarda qalan uşaqların aşk...
23/04/2026

İmmunlaşma həftəsi çərçivəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanası olaraq plan üzrə peyvənddən kənarda qalan uşaqların aşkarlanması, onların qeydiyyata alınması və immunizasiyaya cəlb olunması istiqamətində tədbirlərimizi davam etdiririk.

Həkim və tibb işçilərimiz tərəfindən əhali arasında maarifləndirmə işləri aparılır, valideynlərə peyvəndlərin əhəmiyyəti barədə ətraflı məlumat verilir. Peyvəndlər uşaqları bir çox yoluxucu xəstəliklərdən qoruyaraq onların sağlam inkişafına zəmin yaradır.

Unutmayaq ki, vaxtında aparılan peyvəndlər həm fərdi, həm də ictimai sağlamlığın qorunmasında mühüm rol oynayır.

Gəlin, uşaqlarımızın sağlam gələcəyi üçün peyvəndləri vaxtında etdirək! 💉👶

Uğurlu əməliyyat – daha sağlam həyata doğru növbəti addım!Belə ki, tibb müəssisəsinə müraciət edən 1956-cı il təvəllüdlü...
23/04/2026

Uğurlu əməliyyat – daha sağlam həyata doğru növbəti addım!

Belə ki, tibb müəssisəsinə müraciət edən 1956-cı il təvəllüdlü Salyan rayonu sakininə sağ dirsək sümüyünün proksimal ucunun qapalı, qəlpəli və yerdəyişən sınığı, sol mil sümüyü başının isə yerdəyişməyən sınığı diaqnozu qoyulub.

Pasiyent üzərində sağ dirsək çıxıntısının açıq üsulla repozisiyası və Veber üsulu ilə internal fiksasiya əməliyyatı uğurla icra edilib.

Əməliyyat həkim-travmatoloq Şəmsi Əhmədov tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib.

Hazırda pasiyentin vəziyyəti stabildir və ambulator müalicə üçün evə buraxılıb.

Sağlamlığınızı etibarlı əllərə həvalə edin —
Şirvan Şəhər Mərkəzi Xəstəxanası hər zaman xidmətinizdədir!

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında İnfeksiyaların Profilaktikası və İnfeksion Nəzarət (İPİN) komitəsi tərəfindən “Tibbi...
22/04/2026

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında İnfeksiyaların Profilaktikası və İnfeksion Nəzarət (İPİN) komitəsi tərəfindən “Tibbi tullantıların idarə olunması” mövzusunda təlim keçirilib.

Təlim İPİN Keyfiyyətə Nəzarət Komitəsinin mütəxəssisi Qalib Mirzəyev və İPİN həkimi, infeksionist Xəyalə Ağayeva tərəfindən həyata keçirilib.

Təlimdə böyük tibb bacıları və təsərrüfat bacıları iştirak ediblər.

Tədbir zamanı deşici-kəsici tibbi alətlərin təhlükəsiz istifadəsi barədə iştirakçılara geniş məlumat verilib.

Təlim zamanı praktiki nümunələr və izahlı təqdimatlar nümayiş etdirilib.

Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında rəqəmsal reseptlərin yazılması və elektron xəstəlik vərəqələrinin düzgün tərtibi möv...
21/04/2026

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında rəqəmsal reseptlərin yazılması və elektron xəstəlik vərəqələrinin düzgün tərtibi mövzusunda təlim keçirilib.

Təlim İnformasiya Texnologiyaları şöbəsinin müdiri Vəfadar Əsgərov tərəfindən təşkil olunub.

Tədbirdə xəstəxananın bir qrup həkim və tibb işçiləri iştirak ediblər.

Təlim zamanı dərman vasitələrinin reseptlərinin elektron formada yazılması və xəstəlik vərəqələrinin düzgün tərtibi qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib.

Sonda iştirakçılarla interaktiv fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Address

Şirvan şəh, Heydər Əliyev Pr. 16
Ali Bairamly
AZ1803

Telephone

+994212150543

Website

Alerts

Be the first to know and let us send you an email when Şirvan Şəhər Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şirvan Şəhər Mərkəzi Xəstəxanası:

Share

Category