Astara Rayon Mərkəzi Xəstəxanası

Astara Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB- in tabeliyində fəaliyyət göstərir.

"Həkimləri tanıyaq” rubrikasının növbəti qonağı Astara Rayon Mərkəzi Xəstəxanasının həkim-qastroenteroloqu Səbinə İsmayı...
21/04/2026

"Həkimləri tanıyaq” rubrikasının növbəti qonağı Astara Rayon Mərkəzi Xəstəxanasının həkim-qastroenteroloqu Səbinə İsmayılovadır

S.İsmayılova 1984-cü ildə Bakı şəhərində anadan olub. 2002-2008 ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirən S.İsmayılova 2008-2009-cu illərdə qastroenterologiya ixtisası üzrə internatura keçib.

2023-cü ilədək Quba Rayon Mərkəzi Xəstəxanasınin Poliklinika şöbəsində, 2023-2026-cı illərdə isə Nizami Tibb Mərkəzinin Terapiya şöbəsində həkim-qastroenteroloq olaraq fəaliyyət göstərən Səbinə İsmayılova 2026-cı ildən etibarən Astara Rayon Mərkəzi Xəstəxanasında həkim-qastroenteroloq kimi fəaliyyətini davam etdirir.

20/04/2026

İmmunlaşdırma Həftəsi yoluxucu xəstəliklərdən qorunmanın əsas vasitələrindən biri olan immunizasiyanın əhəmiyyətinə ictimai diqqəti yönəltmək məqsədi daşıyır.

Peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir. İmmunizasiya sayəsində hər il 2-3 milyon insan difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi infeksion xəstəliklərdən müdafiə olunur.

Dünyada hər bir uşağın ağır fəsadlara səbəb olan xəstəliklərdən peyvənd vasitəsilə qorunmaq hüququ vardır. Bu baxımdan immunlaşdırmanın genişləndirilməsi və gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

17/04/2026

Üç ay ərzində şəhid ailəsi üzvlərinə 50 mindən çox tibbi xidmət göstərilib

2026-cı ilin ilk üç ayı ərzində TƏBİB tabeli tibb müəssisələrinə 4 261 şəhid ailəsi üzvü tərəfindən 14 645 müraciət daxil olub. Müraciətlər əsasında onlara ümumilikdə 51 183 adda müxtəlif tibbi xidmət göstərilib.

Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik və radioloji istiqamətləri əhatə edib.

Bununla yanaşı, YAŞAT Fondu tərəfindən 12 müraciət araşdırılaraq müvafiq dəstək göstərilib.

Qeyd edək ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən koordinatorlar vasitəsilə şəhid ailəsi üzvlərinə növbəsiz tibbi xidmətlərin göstərilməsi, müayinələrin təşkili və zəruri hallarda yönləndirmə xidmətləri təmin olunur.

🩸 17 Aprel Ümumdünya Hemofiliya GünüdürHemofiliya qanın laxtalanma mexanizminin pozulması ilə xarakterizə olunan irsi xə...
17/04/2026

🩸 17 Aprel Ümumdünya Hemofiliya Günüdür

Hemofiliya qanın laxtalanma mexanizminin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Bu zaman hətta kiçik travmalar belə uzunmüddətli və təhlükəli qanaxmalara səbəb ola bilər.

Müasir tibbi yanaşmalar sayəsində çatışmayan laxtalanma faktorlarının tətbiqi ilə xəstəliyin gedişinə effektiv nəzarət etmək mümkündür və pasiyentlərin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər.

Maarifləndirmə, erkən diaqnoz və düzgün müalicə sağlam gələcəyin açarıdır.

15/04/2026

Ailədə gigiyena vərdişləri yalnız təmizlik üçün deyil, həm də sağlamlığın qorunması üçün əsasdır. Uşaqlar bu vərdişləri ən çox valideynlərin davranışlarından öyrənir, ona görə də ailə mühiti onların gündəlik təmizlik qaydalarını formalaşdırmaqda böyük rol oynayır.

Erkən yaşlarda gigiyena vərdişlərinin öyrədilməsi uşaqların sağlam həyat tərzinə davamlı şəkildə sahib olmalarını təmin edir.

Ailədə gigiyena vərdişlərini formalaşdırmaq üçün vacib hesab olunur:

• Əllərin yeməkdən əvvəl, sonra və çöldən gəldikdə yuyulmasını vərdiş halına gətirmək;
• Şəxsi əşyaların (diş fırçası, dəsmal, geyim) paylaşılmamasına diqqət etmək;
• Evi mütəmadi havalandırmaq və təmiz saxlamaq;
• Uşaqlara gigiyena qaydalarını nümunə göstərərək öyrətmək.

15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

15/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

14/04/2026
14/04/2026

Səhv vərdişlərin izi: mədə xorası necə yaranır?

Mədə xorası mədənin daxili selikli qişasında yaranan, turşu və həzm fermentlərinin təsiri ilə zədələnmiş açıq yaradır.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkim-qastroenteroloqu Amil Mənsimovun sözlərinə görə, normal şəraitdə mədə turşusu qidanın həzmi üçün vacibdir, amma selikli qişa zədələndikdə və ya turşuluq artdıqda toxumalar zədələnir:

“Xoralar həm mədədə, həm də onikibarmaq bağırsaqda (duodenal xoralar) ola bilər. Xoralar mədənin qoruyucu mexanizmlərinin pozulması nəticəsində əmələ gəlir. Mədə xoraları, əsasən, helikobakter pylori infeksiyası səbəbindən yaranır. Bununla yanaşı, bakteriyalar mədənin selikli qişasında iltihab əmələ gətirir, qoruyucu mukus qatını zədələyir və yara riski artırır. Qeyri-steroid iltihabəleyhinə dərmanlar, mədə turşusunun çoxluğu da mədə xorasını yaradan səbəblərdəndir”.

Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının həkim-qastroenteroloqu Nailə Yəhyayeva bildirir ki, mədə xorası gec aşkarlanarsa, həmçinin müalicə olunmazsa, ağırlaşma müşahidə olunur:

“Bu ağırlaşmalar öz növbəsində qanaxma, perforasiya, penetrasiya, mədə çıxacağının daralması və mədə xərçəngi kimi fəsadlara və ağır xəstəliklərə səbəb olur. Mədə xoralarının müalicəsi yaranma səbəbindən asılı olur. Dərman müalicəsində antibiotiklər, proton pompası ingibitorları, H2-reseptor blokatorları, antasidlər və sitoprotektiv preparatlar istifadə olunur. Yanaşı olaraq, pəhriz və həyat tərzi də dəyişməlidir”.

A.Mənsimov vurğulayır ki, mədə xorasının profilaktikası məqsədilə vaxtında və balanslı qidalanmaq, ağrıkəsiciləri çox istifadə etməmək tövsiyə olunur:

“Eyni zamanda siqaret və spirtli içkilərdən, mümkün qədər stresdən uzaq durmaq və rahatlaşdırıcı üsullar tətbiq etmək, xora riskini artıran xəstəlik və dərmanlardan xəbərdar olmaq, habelə müntəzəm olaraq tibbi müayinələrdən keçmək və ən əsası, vaxtında həkimə müraciət etmək mütləqdir. Əks halda, mədə xoraları ağırlaşmalara səbəb ola bilər”.

Mütəxəssislər qeyd edir ki, mədə xoraları, adətən, 30-50 yaş aralığında olan şəxslərdə daha çox müşahidə olunur. Lakin son dövrlərdə düzgün qidalanmamaq və yuxu rejiminə riayət etməmək səbəbindən daha aşağı yaşlarda da mədə oxdralazine səbəb olur.

13/04/2026

Address

Azerbaycan Astara Rayon M. Cavadzadə Küç №1
Astara
0700

Alerts

Be the first to know and let us send you an email when Astara Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Astara Rayon Mərkəzi Xəstəxanası:

Share

Category