25/10/2022
Daha çox uşaqlıqda müşahidə edilən içə doğru yerimə zamanı meydana gələn və addım atarkən ayağın ön hissəsinin tərs çevrilməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Ümumiyyətlə dinamik problemdir, yəni xəstə istirahətdə olanda ayağın müayinəsində problem aşkarlanmır, ancaq uşaq ayağa qalxıb yeriməyə başlayanda problem özünü büruzə verir.
Bu patologiya heç bir şikayət və ağrıya səbəb olmur, ancaq gəzməyə yeni başlayan uşaqlarında bu qeyri-adi addımı müşahidə edən ailələr onları həkimə göstərməlidirlər.
İçə basmaya səbəb olan patologiyaların əksəriyyəti əslində ayaq problemlərindən qaynaqlanmır. Ayaqlardakı düzülmə pozuqluğu, bud sümüyündə və baldır sümüyündə struktur bükülmələr, gəzinti zamanı ayağın içəriyə doğru dönməsinə səbəb ola bilər. Bu zaman yerişin pozulmasının səbəbini üzə çıxarmaq üçün bütün ayağın müayinəsi vacibdir. Orta basma qüsurlarında həkimlər müalicə təyin etməzdən əvvəl bir müddət öz xəstələrini izləməyə üstünlük verə bilərlər, yüngül problemlərin uşaq böyüdükcə özbaşına həll edilməsi adi haldır. Bundan başqa müxtəlif daban dəstəkləri, ayaqqabı modifikasiyası, ayaq və baldır əzələlərini əyən və gücləndirən hərəkətlərin istifadəsi və ya düzgün təzyiq və yeriş təmin etməyə kömək edən əsas müalicə variantlarıdır.
Uzman ortoped-travmatoloq cərrah - Dr. Mahmut Bilir
📲050 994 98 90
📍Babək prospekti 92N