Op.Dr.Fəyyaz Məmmədov

Op.Dr.Fəyyaz Məmmədov Torakal cərrah/ Thoracic surgeon
Döş qəfəsi orqanlarının cərrahi müalicəsi

14/11/2023

- Ağciyər xərçəngi zamanı su niyə yığılır?
- Bu zaman müalicə necə aparılmalıdır?

Videoda bu haqda danışdıq. Mövzuyla bağlı başqa sualınız olarsa, şərh və ya mesaj bölməsindən qeyd edə bilərsiniz.

Bu bayraq dalğalandıqca bu ölkə həmişə var olacaqdır.
09/11/2023

Bu bayraq dalğalandıqca bu ölkə həmişə var olacaqdır.

🇦🇿 Zəfər günü münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
08/11/2023

🇦🇿 Zəfər günü münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

03/11/2023

Vərəm xəstəliyi dərmanla müalicə olunduqdan sonra yenidən, daha güclü qayıtmaması üçün və ya ağciyər xərçənginə çevrilməməsi üçün əməliyyat olunması tövsiyyə olunur.

Videoda bu haqda danışdıq. Mövzuyla bağlı başqa sualınız olarsa, şərh və ya mesaj bölməsindən qeyd edə bilərsiniz.

Qida borusu xərçəngi gizli gedişatı ilə fərqlənir. Əlamətlərinə, əsasən, səbəbsiz arıqlamalar, döş qəfəsində olan diskom...
01/11/2023

Qida borusu xərçəngi gizli gedişatı ilə fərqlənir.

Əlamətlərinə, əsasən, səbəbsiz arıqlamalar, döş qəfəsində olan diskomfort, ağırlıq, yanğı hissləri və artıq gecikmiş mərhələlərdə su içdikdə, qida qəbulunda udqunma problemləri daxildir.

Qida borusu xərçəngini digər növlərdən fərqləndirən bir də odur ki, xəstəliyin mərhələsi artdıqda insanların həyat keyfiyyəti həddən artıq aşağı düşür. Çünki insanlar qida qəbul edə bilmirlər. Həddən artıq arıqlama, halsızlıq, qaytarma, qusma kimi əlamətlər üzə çıxır.

Burada daimi olaraq təkrarladığımız kimi insanlar vaxtında müayinə olunmalıdırlar və müalicəsinə başlamalıdırlar ki, bu kimi fəsadlar ortaya çıxmasın və xəstəliyin qarşısını ala bilək.

Plevra ağciyərlərin və döş qəfəsinin iç divarını örtən bir təbəqədir. Mezotelioma isə plevradan inkişaf edən xərçəng növ...
30/10/2023

Plevra ağciyərlərin və döş qəfəsinin iç divarını örtən bir təbəqədir. Mezotelioma isə plevradan inkişaf edən xərçəng növüdür. Mezoteliomanın müalicəsində kimyaterapiya birinci seçimdir. Əfsuslar olsun ki, cərrahiyyə mezotelioma xəstələrində palliativ, yəni köməkedici şəkildə aparılır.

Mezotelioma xəstələrində təkrarlanan plevritlər olur. Yəni döş qəfəsinə, plevral boşluğa təkrar-təkrar maye yığılır. Bunu aradan qaldırmaq üçün xəstələrə torakoskopiya plevradez dediyimiz əməliyyat icra olunur. Əməliyyat vaxtı plevral boşluğa müəyyən kimyəvi maddələr daxil edilir. Beləliklə, ağciyərlə döş qəfəsi arasında bitişmələr baş verir və beləliklə, maye yığılmaq üçün boşluq aradan qaldırılır.

Divararalığı patologiyaları, adətən, müayinə zamanı ortaya çıxır. Əlbəttə ki, müəyyən şikayətlərlə müraciət edən pasiyen...
23/10/2023

Divararalığı patologiyaları, adətən, müayinə zamanı ortaya çıxır. Əlbəttə ki, müəyyən şikayətlərlə müraciət edən pasiyentlər də olur. Divararalığı törəmələri, demək olar ki, 90-95 faiz hallarda torakoskopik, yəni qapalı üsulla, xalq arasında "lazer" adlandırılan əməliyyatlarla icra olunur və yaxşı nəticələr əldə olunur.

20/10/2023

Əgər sizin ağciyərinizdə müəyyən bir problem, törəmə tapılıbsa və ya sizdə həkim müşahidəsinə görə ağciyər xərçəngi ehtimalı həddən artıq çoxdursa, nə etməlisiniz?

Videoda ağciyər xərçənginin müayinələrindən danışdıq. Hansı metodlar var? Bu müayinələr vaxt tələb etsə də, niyə vacibdir?

Torakoskopiya qapalı əməliyyat növüdür. Əməliyyat ağciyər, ürək, divar aralığı, döş qəfəsinin iç divarı, diafraqma, qida...
19/10/2023

Torakoskopiya qapalı əməliyyat növüdür. Əməliyyat ağciyər, ürək, divar aralığı, döş qəfəsinin iç divarı, diafraqma, qida borusunda aparılır. Torakoskopiya bugünkü gündə həm həkimlərin işini asanlaşdırır, həm də xəstələrin reabilitasiya dönəmini azaldır. Hətta çox çətin sayılan qida borusu əməliyyatından sonra pasiyent keçirdiyi əməliyyatın ağırlığının fərqində olmur. Yəni gəzir, yeyir, içir, özünü yaxşı hiss eləyir, ağrıları olmur.

Xankəndində dalğalanan bayraq müstəqillimizin əbədiliyinin simvoludur. Yaşasın, Azərbaycan!
18/10/2023

Xankəndində dalğalanan bayraq müstəqillimizin əbədiliyinin simvoludur. Yaşasın, Azərbaycan!

16/10/2023

Əl tərləmələrində ən çox verilən suallardan biri kompensator tərləmələrdir. Əməliyyat bu hala necə təsir edir? Videoda bu haqda danışdıq. Mövzuyla bağlı başqa sualınız olarsa, qeyd edin.

Address

Azadlıq Pr. , 112
Bakı

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+994517289080

Website

Alerts

Be the first to know and let us send you an email when Op.Dr.Fəyyaz Məmmədov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Op.Dr.Fəyyaz Məmmədov:

Share

Category