18/04/2026
Şəhid ailələrinin sağlamlığı bizim üçün önəmlidir!
Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Zaur Dövlətovun anası Almaz Dövlətova Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunmuşdur.
Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, Dos. Dr. Asiman Həsənov şəhid ailələrinə göstərilən diqqət və qayğının hər zaman prioritet olduğunu vurğulamışdır. Həmçinin qeyd etmişdir ki, onların sağlamlığının qorunması və yüksək səviyyəli tibbi xidmətlə əhatə olunması Mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.
Pasiyentə qarın ön divarının əməliyyatdan sonrakı yırtığı diaqnozu qoyulmuş və Mərkəzimizin ümumi cərrahı Cümşüd Kazımzadə tərəfindən uğurla əməliyyat olunmuşdur. Hazırda pasiyentin vəziyyəti stabildir, müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Bakı Sağlamlıq Mərkəzində şəhid ailələrinə göstərilən diqqət və qayğı hər zaman xüsusi həssaslıqla davam etdirilir. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailələrinə sağlamlıq arzulayırıq.