Appro Lab

Appro Lab APPRO laboratories Müayinə və Müalicə mərkəzimiz beynəlxalq keyfiyyət standartlarına uyğun qurulmuşdur.

Mərkəzimizdə müasir laboratoriya, USM və poliklinika şöbəsi fəaliyyət göstərir.

28/05/2024
14/05/2024

Eozinofilik katyonik protein (ECP) bir allergen və IgE-immunoglobulinin qarşılıqlı təsirinə cavab olaraq qranullarından ayrılan eozinofillərin əsas vasitəçilərindən biridir. Pankreas ribonükleazına quruluşu və funksiyası baxımından ən yaxın olan RNT-ni (ribonukleaz) parçalaya bilən bir fermentdir. ECP ifrazı müxtəlif klinik simptomlarla müşayiət olunur, çünki eozinofillər demək olar ki, bütün boşluqlu orqanların (ilk növbədə tənəffüs və mədə-bağırsaq traktının) və parenximatoz orqanların selikli qişasında mövcuddur. ECP'nin allergik xəstəliklərin (bronxial astma, allergik rinit, atopik dermatit, qida allergiyası və s.) İnkişafında rolu xüsusilə aydın görünür. Qan plazmasında ECP konsentrasiyası, bir allelgenin qəbulu ilə allergik reaksiya inkişafı zamanı əhəmiyyətli dərəcədə artır. Buna görə də bu protein allergik xəstəliklərin kəskinləşməsinin bir göstəricisi sayılır və kəskinləşmənin aktivliyini qiymətləndirmək və onların müalicəsinə nəzarət etmək üçün istifadə edilə bilər.

Qan serumundakı ECP konsentrasiyası eozinofillərin sayı ilə mütənasibdir və sağlam bir insanda təxminən 7 μg / L-dir. Bronxial astma xəstələrinin serumundakı ECP səviyyəsi 15-20 μg / L-ə qədər yüksəlir. Daha yüksək dərəcələr - 60-70 mkq / l - invaziv helminthiasis (məsələn, Schistosoma mansoni infeksiyası) və atopik dermatitin kəskinləşməsi üçün xarakterikdir. Ən yüksək ECP dəyərləri hipereosinofilik sindrom (miyeloproliferativ xəstəlik) üçün tipikdir və 200 μg / L-ə çata bilər. Bundan əlavə, bu iltihab vasitəçisinin konsentrasiyasında artım, allergik xəstəliklərin əsas diaqnozu üçün istifadə edilə bilər.

📍Ünvan: Bakı şəh., Nəsimi ray., Abbas Səhhət küç., ev 54A
Əlaqə:
📞99412 440 18 88
📞99412 440 28 88
📲99451 205 00 33

07/05/2024

Sərbəst T3 (triyodtironin) qalxanabənzər vəzi tərəfindən siztez olunan hormondur. Toxumalar tərəfindən oksigenin mənimsənilməsi və maddələr mübadiləsini stimulə edir. T3-ün çox hissəsi orqanizmdə zülallarla birləşmiş şəkildə, az bir hissəsi (0,2-0,5%) isə sərbəst şəkildə olur və qanda dövran edir.

T3 T4-dən daha aktivdir, lakin qanda miqdarı daha azdır. Qaraciyərdə A vitamini sintezini stimulə edir. Qanda xolesterin və triqliseridlərin miqdarını azaldır, zülal mübadiləsini tezləşdirir. Kalsiumun sidiklə ekskresiyasını sürətləndirir, sümük toxuması mübadiləsini aktivləşdirir. Ürəyə müsbət xrono- və inotrop təsiri vardır.

11-15 yaşında T3 konsentrasiyası yetkin insanlardakı səviyyəyə çatır. Hamiləlik zamanı I trimestrdən III trimestrə T3-ün miqdarının azalması müşahidə olunur. Doğuşdan 1 həftə sonra artıq miqdarı normallaşır. Ümumilikdə qadınlarda kişilərə nisbətən miqdarı 5-10% daha aşağı olur. Sərbəst T3 miqdarı fəsildən asılı olaraq dəyişir – maksimal səviyyə sentyabr-fevral, minimal səviyyə yay ərəfəsinə təsadüf edir.

📍Ünvan: Bakı şəh., Nəsimi ray., Abbas Səhhət küç., ev 54A
Əlaqə:
📞99412 440 18 88
📞99412 440 28 88
📲99451 205 00 33

30/04/2024

Homosistein metioninin aminturşusunun metabolizmi nəticəsində əmələ gəlib, qısa müddət ərzində parçalanan və orqanizmdə çox az miqdarda olan aminturşudur. Miqdarı orqanizmdə artdığı zaman ürək-damar xəstəlikləri, insult, Altsheymer, osteoporoz (sümüklərdən kalsiumun itirilməsi) kimi xəstəliklərin yaranma riski artır.

Homosistein iki yolla parçalanır: B qrupu vitaminlər və ya fermentasiya yolu ilə. Homositeinin parçalanmasında B6, B12 və B9 (folat turşusu) vitaminləri iştirak edir. Beləliklə, orqanizmdə bu vitaminlərin çatışmazlığı zamanı qanda homosisteinin miqdarı artır.

Homosistein infarkt və ya insult riski yüksək olan insanlar üçün önəmli göstərici hesab oluna bilər. Ailə tarixçəsində ürəyin işemik xəstəliyi olan, lakin, yüksək qan təzyiqindən, piylənmədən və siqaret çəkmə vərdişindən əziyyət çəkməyən insanlarda ürək-damar xəstəliklərinin diaqnozu üçün əhəmiyyətli sayılır. Bu halda homosisteinin yüksək miqdarı damar divarlarının zədələnməsinə və qan laxtalarının yaranmasına səbəb olub, ateroskleroz xəstəliyinin yaranma riskini artırır.

📍Ünvan: Bakı şəh., Nəsimi ray., Abbas Səhhət küç., ev 54A
Əlaqə:
📞99412 440 18 88
📞99412 440 28 88
📲99451 205 00 33

29/04/2024

Qaraciyər paneli enzimləri, proteinləri və qaraciyər tərəfindən sintez olunan və atılmış maddələri ölçür. Bu panel bir qan nümunəsində eyni zamanda tətbiq edilən bir neçə testi göstərir.

1.Alaninaminotrasferaza(ALT)-qaraciyərin əsas fermentidir.
2.Aspartataminotransferaza (AST)
3.Billurubin
4.Albumin
5.Total Protein
6.Qamma Qlutamil Transferaza (QQT)
7.LDH
8 Protorombin zamanı

📍Ünvan: Bakı şəh., Nəsimi ray., Abbas Səhhət küç., ev 54A
Əlaqə:
📞99412 440 18 88
📞99412 440 28 88
📲99451 205 00 33

25/04/2024

Qeyri-invaziv kardiologiya və USM mərkəzlərində ürək xəstəliklərinin diaqnostikasında ən geniş yer verilən müayinə üsullarından biri EXO-KQ-dir. Exokardioqrafiya üsulu ürəyin ultrasəs müayinəsidir. Hər hansı bir üzvi yaxud funksional patologiyanı aşkar etmək üçün EKQ müayinəsi kifayət deyil və mütləq Exo-Kq müayinəsindən keçmək məsləhətdir. Ürək qüsurlarında, xüsusən uşaqlarda EXO-KQ-nin böyük diaqnostik əhəmiyyəti vardır. Ürəyin anadangəlmə və qazanılma qüsurları zamanı EXO-KQ və rəngli Doppler EXO-KQ vasitəsilə qüsurların ağırlıq dərərcəsini, ürək çatmamazlığının ağırlıq dərəcəsini dəqiq qiymətləndirmək mümkündür.

EXO-KQ vasitəsilə:

- Ürəyin anatomik quruluşu və qapaq aparatı,
- Ürək əzələsinin vəziyyəti,
- Qanın kameralarda hərəkəti,
- Sistolik və diastolik funksiyalar,
- Perikard boşluğunun vəziyyəti haqqında çox dəqiq məlumatlar əldə etmək mümkündür.

📍Ünvan: Bakı şəh., Nəsimi ray., Abbas Səhhət küç., ev 54A
Əlaqə⤵️
📞994 012 440 18 88
📞994 012 440 28 88
📱 994 051 205 00 33

22/04/2024

Bədənimizdə dövr edən qanın hansısa kiçik və ya böyük bir damarda dayanması işemiya adlanır. Bu hal yerli bölgəyə eyni zamanda oksigen ötürülməsinə mane olduğu üçün qan dövranının dayandığı orqanın qidalanması ləngiyir və yerli damarın və ya orqanın infarktı gerçəkləşir. Işemiya ayaq, baş, ürək kimi həyati vacib orqanlarda ola bildiyi kimi eyni zamanda orqanların və ətrafların kiçik damarlarında meydana gələ bilir. Yarandığı yerə görə ürəyin infarktı və ya müxtəlif orqanların insultu kimi ciddi narahatçılıqlara səbəb ola bilir. İşemiya kiçik qan damarlarında( kapilyarlarda ) meydana gələrsə müalicəsi mümkündür.
İşemiyanın əsas səbəblərindən biri ateroskleroz xəstəliyidir.

📍Ünvan: Bakı şəh., Nəsimi ray., Abbas Səhhət küç., ev 54A
Əlaqə⤵️
📞994 012 440 18 88
📞994 012 440 28 88
📱 994 051 205 00 33

20/04/2024

Bədənimizdə dövr edən qan müəyyən normativ təzyiq altında hərəkət edir. Belə ki, qan təzyiqinin 120 mmHg \ 80 mmHg həddindən yüksək olması halı hipertenziya adlanır. Xəstəliyin əlamətləri cüt və ya bulanıq görmə, ayaqlarda şişkinlik, halsızlıq, yorğunluq, qulaq batması, burun qanaması, baş gicəllənməsi və baş ağrılarıdır. Xəstəliyin yaranma səbəbləri isə müxtəlifdir. Böyrəyin müxtəlif xəstəlikləri, şəkər xəstəliyi, artıq çəki, hamiləlik, qanda xolesterin miqdarının yüksəkliyi hipertenziya xəstəliyinə səbəb olan faktorlardır.

Müalicəsi üçün müxtəlif yönlü dərman terapiyaları tətbiq edilməklə yanaşı xəstəyə sağlam həyat tərzinə keçid etməsi də məsləhət görülür.
📍Ünvan: Bakı şəh., Nəsimi ray., Abbas Səhhət küç., ev 54A
Əlaqə⤵️
📞994 012 440 18 88
📞994 012 440 28 88
📱 994 051 205 00 33

18/04/2024

Ürəyin əsas işi nasos funksiyasıdır. Ürək əzələsi bütün orqanizmi qanla təmin edir.

Ürək çatışmazlığı ürəyin gücünün azalaraq orqan və toxumalara lazımi qan və oksigen çatdıra bilməməsidir. Bir çox xəstəliklər (hipertoniya, keçirilmiş infarkt, miokardit, endokrin xəstəliklər, aritmiyalar, bronxial astma və s. ) ürək çatışmazlığına gətirib çıxarır. Ürək çatışmazlığının bir çox əlamətləri var. Yüngül təngnəfəslikdən anasarka( bütün bədənin şişməsi, ödəmləşməsi halı) kimi.

- Təngnəfəslik – 2-ci nəfəsi almaqda çətinlik
- Ödəm – qayda olaraq ayaq və əl pəncələrində rastlanır. İlk stadiyalarda ödəm günün sonunda yaranır və səhərə keçir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ödəmin yayılma sahəsi bəlli olur. Ayaqlardan başlayaraq bütün bədənin şişkinləşməsinə kimi davam edə bilir.
- Ümumi halsızlıq, əzginlik
- Hipertoniya ( qan təzyiqin düşməsi )
- Ürək döyünmə
- Dodaq və qulaq sırğalığının göyərməsi (sianoz) – hərəkət zamanı

Ürək çatışmazlığında spesifik müayinə üsulları var. İstrumental ( EKQ, EXO-KQ, MRT ) və bir çox qan analizləri ( ən spesifik NT pro BNP )

Xəstəlik ağırlıq səviyyəsinə görə müalicə olunur və çox diqqət tələb edən uzun müddətli müalicədir.

📍Ünvan: Bakı şəh., Nəsimi ray., Abbas Səhhət küç., ev 54A
Əlaqə⤵️
📞994 012 440 18 88
📞994 012 440 28 88
📱 994 051 205 00 33

16/04/2024

Sümük, əzələ və orqanların böyüməsini təmin edən böyümə hormonu, hipofizdəki somatotrop hüceyrələrində sintez edilir. Böyümə hormonunun kifayət qədər sintezlənməməsi zamanı böyümənin geriləməsi müşahidə olunur. Bu halda qanda Somototropin hormonun təyini vacibdir. Uşağın böyümə sürətinin kafi olmadığı təsbit olunarsa həmçinin IGF-1 testi təyin edilir. Bu dəyər böyümə hormonu əskikliyində azaldığı kimi, hipotireozu olan və ya p*s qidalanan uşaqlarda da az ola bilir. Yaş, cinsiyyət və yetkinliyə görə də dəyişiklik göstərə bilir. Test laboratoriyamızda Cobas E 411 tam avtomatlaşmış cihazda edilir

📍Ünvan: Bakı şəh., Nəsimi ray., Abbas Səhhət küç., ev 54A
Əlaqə⤵️
📞994 012 440 18 88
📞994 012 440 28 88
📱 994 051 205 00 33

Address

Abbas Səhhət Küç Ev 54A
Bakı
AZ0123

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 16:00

Telephone

+994512050033

Alerts

Be the first to know and let us send you an email when Appro Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Appro Lab:

Share

Category