Xəzər Aptek

Xəzər Aptek 24 saat xidmətinizdə

9 fevral Beynəlxalq Stomatoloqlar Günü. Bayramınız mübarək! 🤗                    #фармацевт  #аптека
09/02/2024

9 fevral Beynəlxalq Stomatoloqlar Günü. Bayramınız mübarək! 🤗

#фармацевт #аптека

Zəfər günü 🇦🇿
07/11/2023

Zəfər günü 🇦🇿

Hamilə qadınlar üçün bandaj. Xəzər aptek daim sağlamlığınızın qayğısında 🤗📌 Ünvan: Səməd Vurğun küçəsi 204A , Tibb unive...
11/10/2023

Hamilə qadınlar üçün bandaj.

Xəzər aptek daim sağlamlığınızın qayğısında 🤗

📌 Ünvan: Səməd Vurğun küçəsi 204A , Tibb universiteti ilə üzbəüz.
Əlaqə: dm
📱051 6870635
☎️012 4415169
7/24 saat xidmətinizdəyik
#аптека #здоровье #витамины #врач #минералы

Biləyin hərəkət etməməsi lazım olan vəziyyətlərdə, məsələn, əl burulma, zədələnmə və Əməliyyatdan sonrakı vəziyyətlərdə ...
02/10/2023

Biləyin hərəkət etməməsi lazım olan vəziyyətlərdə, məsələn, əl burulma, zədələnmə və Əməliyyatdan sonrakı vəziyyətlərdə istifadə olunur. Sağ və sol bilǝyǝ tətbiq oluna bilər.

📌 Ünvan: Səməd Vurğun küçəsi 204A , Tibb universiteti ilə üzbəüz.
Əlaqə: dm
📱051 6870635
☎️012 4415169
7/24 saat xidmətinizdəyik
#аптека #здоровье #витамины #врач #минералы

Cüməniz mübarək olsun 🤲🏻
29/09/2023

Cüməniz mübarək olsun 🤲🏻

Cüməniz mübarək 🤲🏻
Juma mubarak 🤲🏻

27/09/2023

Google maps biznes üçün çox vacibdir. 📌

Araşdırmalara görə istifadəçilər bir xidmət və ya məhsul almadan öncə , Google maps şərhlərini və qiymətləndirmə sistemini yoxlayırlar.

Sizdə öndə olmaq istəyirsizsə bizə müraciət edin, sizin şirkəti Google maps əlavə edək . 🤗

Vitamin B9 (Fol turşusu) nədir? Hansı qidaların tərkibində var?Fol turşusu, bədəndə bir çox vacib funksiyası olan və sin...
18/09/2023

Vitamin B9 (Fol turşusu) nədir? Hansı qidaların tərkibində var?
Fol turşusu, bədəndə bir çox vacib funksiyası olan və sintetik fol turşusu növü olan suda həll olunan bir vitamindir. Təbii olaraq bir çox qidanın tərkibində və ya müxtəlif əlavələrdə olur. Hüceyrə bölünməsində əhəmiyyətli rol oynaması səbəbindən hamiləlik, uşaqlıq və gənclik kimi sürətli inkişaf dövrlərində kifayət qədər qəbul etmək olduqca vacibdir.

Fol turşusu haqqında ətraflı məlumat üçün keçid edin

Fol turşusu hansı qidaların tərkibində var?

Çatışmazlığın qarşısını almaq üçün sağlam, yetişkin bir insan gündə ən az 400 mkq fol turşusu qəbul etməlidir. Fol turşusu ilə zəngin qidaları aşağıdakılar kimi sadalaya bilərik:

Paxlalılar

Paxlalılar lobya, noxud və mərcimək kimi müxtəlif bitkilərin toxumlarıdır. Bu qidaların hər biri, tərkibindəki miqdarları dəyişsə də zəngin fol turşusu mənbəyidir.

Məsələn, bir bardaq (177 qram) bişmiş lobyada 131 mkq fol turşusu vardır. Bu gündəlik ehtiyacın təxminən 33% -ni ödəyir. Bir bardaq (198 qram) bişmiş mərciməyin tərkibində gündəlik tələbatın 90% -i olan 358 mkq fol turşusu var.

Qulançar

Qulançarda fol turşusu da daxil olmaqla çox miqdarda vitamin və mineral vardır. Yarım qabda bişmiş qulançar (90 qram) gündəlik tələbatın təxminən 34% -ni qarşılayır. Fol turşusu xaricində qulançar antioksidant və anti iltihabi təsirlərinə görə də vacib bir qidadır. Bir pors qulançar qəbulu ilə gündəlik lif ehtiyacının 6%-i ödənilə bilər.

Yumurta

Pəhrizə yumurta əlavə etmək, fol turşusu daxil olmaqla bəzi vacib qidalı elementlərin qəbulunu artırmaq üçün əla bir yoldur. Yumurtada əlavə olaraq protein, selenyum, riboflavin və B12 vitamini vardır. Bir böyük yumurtanın içərisindəki 22 mikrogram fol turşusu gündəlik tövsiyə olunan miqdarın təxminən 6% -ni təmin edir. Mənbə
📌 Ünvan: Səməd Vurğun küçəsi 204A , Tibb universiteti ilə üzbəüz.
Əlaqə: dm
📱051 6870635
☎️012 4415169
7/24 saat xidmətinizdəyik
#аптека #здоровье #витамины #врач #минералы

B6 vitamini və ya Piridoksin faydaları və çatışmazlığı əlamətləri hansılardır?Vitamin B6 (piridoksin)- suda həll olan, i...
14/09/2023

B6 vitamini və ya Piridoksin faydaları və çatışmazlığı əlamətləri hansılardır?
Vitamin B6 (piridoksin)- suda həll olan, immunitet sisteminin və beyin funksiyalarının düzgün işləməsi üçün orqanizmə lazım olan əsas vitaminlərdən biridir. İstiliyə və işığa həssas olan B6 vitamini günəş işığının təsiri ilə yemək və emal zamanı asanlıqla parçalanır. Çoxsaylı fermentlərin kofaktoru kimi B6 iştaha, psixi sağlamlığa, ağrıya qarşı həssaslığa təsir edən serotonin və dopamin istehsalında mühüm rol oynayır.

B6 Vitamininin Faydaları Nələrdir?

B6 vitamini bir çox sistemdə, xüsusən də immunitet sistemində və enerji mübadiləsində bədən üçün əhəmiyyətli bir rola malikdir. Əhval-ruhiyyəni yaxşılaşdırmaq, depressiya əlamətlərini azaltmaq və beyin sağlamlığını dəstəkləmək üçün müsbət təsirlərə malikdir. Vitamin B6-nın digər faydaları aşağıdakılardır:

Beyin və sinir sisteminin sağlamlığına faydalıdır, Alzheimer kimi nevroloji xəstəliklərdən qoruyur.
Əhval-ruhiyyəni yaxşılaşdırır və depressiya riskini azaldır.
Hemoqlobin istehsalına kömək edərək anemiyanın inkişafının qarşısını alır.
Ürək-damar xəstəliklərindən qoruyur.
Hamiləlik zamanı bulantıları azaltmağa kömək edir.
Xərçəngin qarşısını almağa kömək edir.
Göz sağlamlığının qorunmasında təsirlidir.
Revmatoid artritin səbəb olduğu iltihabın müalicəsində faydalıdır. Mənbə
📌 Ünvan: Səməd Vurğun küçəsi 204A , Tibb universiteti ilə üzbəüz.
Əlaqə: dm
📱051 6870635
☎️012 4415169
7/24 saat xidmətinizdəyik
#аптека #здоровье #витамины #врач #минералы

B5 vitamini hansı qidaların tərkibində var?B5 vitamini və ya pantotenik asit, suda həll oluna bilən vitaminlər qrupuna a...
10/09/2023

B5 vitamini hansı qidaların tərkibində var?
B5 vitamini və ya pantotenik asit, suda həll oluna bilən vitaminlər qrupuna aiddir. Adı da bütün heyvan və bitki toxumalarında mövcud olduğu üçün “hər yerdə” mənasını verən “pantos” terminindən gəlir.

Faydaları:

Enerji verir- Bir çox dietoloqun enerji mənbəyi olaraq təyin etdiyi B5 vitamini yorğunluğun qarşısını alır. Xüsusilə səhər yeməyində yumurta və pendir bununçün faydalıdır.
Yaraların sağalma prosesini sürətləndirir- ağız yaralarının əsas səbəbi vitamin çatışmazlığıdır. Tərkibində B5 vitamini olan qidaların nizamlı aralıqlarla istehlak edilməsi ağızdakı yaraların çox daha qısa müddətdə sağalmasına kömək edir.
Mədədə turşuluğunu tarazlayır- B5 vitamini çatışmazlığı zamanı mədədə turşu nisbəti 20 - 30% artır. Bu, həzm pozğunluğuna, qarında şişkinliyə və mədə ağrısına səbəb olur. İspanaq və gül kələm kimi tərəvəzlər mədə şikayətlərini azaltmaqda xüsusilə təsirlidir.
Dəri sağlamlığı üçün faydalıdır- pantotenik turşunun ən böyük faydalarından biri dərinin nəmliyini balanslaşdırmaqdır. Quru və ya yağlı dərisi olan insanlar tərkibində B5 vitamini olan və qidaları balanslı şəkildə istehlak etməlidirlər. Bundan əlavə, pantotenik turşu dərini daha canlı göstərir və sızanaqları təmizləyir.
Yaddaşı gücləndirir- B5 vitamini diqqət dağınıqlığından əziyyət çəkən insanlar üçün faydalıdır.
Pantoten turşusunun törəməsi olan pantetin insanlarda xolesterol səviyyəsinin enməsinə kömək edir.
B5 vitamini çatışmazlığı nadir hallarda rast gəlinir və aşağıdakı simptomlarla özünü göstərir:

yüngül formada bağırsaq narahatlığı
ishal
dəri problemləri
depressiya
şəxsiyyət dəyişiklikləri
ürək xəstəlikləri
yorğunluq
əzələ zəifliyi və kramplara səbəb olur
xüsusilə ayaqlarda yanma əmələ gəlir ki, buna “yanan ayaq sindromu” deyirlər. Mənbə
📌 Ünvan: Səməd Vurğun küçəsi 204A , Tibb universiteti ilə üzbəüz.
Əlaqə: dm
📱051 6870635
☎️012 4415169
7/24 saat xidmətinizdəyik
#аптека #здоровье #витамины #врач #минералы

B3 vitamini (PP vitamini) nə kimi faydaları var?Vitamin B3 (niasin) digər adları PP vitamini, nikotin turşusu- suda həll...
07/09/2023

B3 vitamini (PP vitamini) nə kimi faydaları var?
Vitamin B3 (niasin) digər adları PP vitamini, nikotin turşusu- suda həll olan vitamin olduğu üçün depolana bilmir və orqanizmdə istehsal olumur.

Infarkt riskini azaldır- Tərkibində niasin olan qidalar p*s xolesterolun (LDL) bədəndən çıxarılmasını təmin edir. Bu, infarkt riskini yarıya endirir. B3 vitamini ürək-damar xəstəlikləri üçün də faydalıdır.
Yaddaşı möhkəmləndirir- B3 vitamini beyin sağlamlığına da müsbət təsir göstərir. Konsentrasiya və ya diqqət çatışmazlığı problemi olan insanlar onu müntəzəm olaraq istehlak etməlidirlər.
Depressiya riskini azaldır- B3 vitamini insan psixologiyası üçün də faydalıdır. Daxili narahatlığı azaldır və insanı daha enerjili və xoşbəxt hiss etməsinə kömək edir.
Qırışları aradan qaldırır- niasin yaşlanma ilə bağlı yaranan qırışların aradan qaldırılmasında da təsirlidir.
Vitamin B3 serotonin sintezini artırmaq və oksidləşdirici stressi azaltmaqla həm miqren, həm də gərginlik tipli baş ağrılarının tezliyini və şiddətini azalda bilər.
B3 vitamini çatışmazlığı kimlərdə görünə bilər?

xroniki alkoqolizm
qarğıdalı unundan çox istifadə edənlər
iltihabi bağırsaq xəstəlikləri
çölyak xəstəliyi
QİÇS
Kimyaterapiya
İzoniazid müalicəsi alanlar. Mənbə
Davamı rəylərdə..
📌 Ünvan: Səməd Vurğun küçəsi 204A , Tibb universiteti ilə üzbəüz.
Əlaqə: dm
📱051 6870635
☎️012 4415169
7/24 saat xidmətinizdəyik
#аптека #здоровье #витамины #врач #минералы

B1 vitamini faydaları nələrdir? Hansı qidalarda var?B1 vitamini sağlamlığımız üçün çox vacib olan vitamindir. Tiamin adı...
05/09/2023

B1 vitamini faydaları nələrdir? Hansı qidalarda var?
B1 vitamini sağlamlığımız üçün çox vacib olan vitamindir. Tiamin adı ilə də tanınan bu vitamin orqanizmdə ən çox ürək-damar sistemi ilə sinir sisteminin işləməsinə təsir edir. B1 vitamini həmçinin yağ və protein parçalanmasına kömək edir. Əlavə olaraq , bu vitamin həzm sistemi divarlarını əhatə edən əzələləri qorumaq və sinir sistemi, üz, saç, göz, ağız və qaraciyər sağlamlığını dəstəkləyir. Bu vitamin anti- stress vitamin də adlanır.

Tiamin insan orqanizmində çox az miqdarda depolana bildiyi üçün gündəlik qəbul edilməli olan bir vitamindir. Onun az saxlanmasının səbəbi tiaminin suda həll olmasıdır. Araşdırmalara görə, insan orqanizmində tiamin təxminən 20 gün saxlanılır.

Tərkibində B1 vitamini olan qidalar:

Taxıl bitkiləri
Buğda
Çovdar
Lobya
Maya
Qoz
Qaraciyər
Ürək
Yumurta sarısı
Kəpək
Qulançar
Ispanaq
Tuna balığı
Yaşıl noxud
Gül kələm
Pomidor
Badımcan
Şirin bibər

📌 Ünvan: Səməd Vurğun küçəsi 204A , Tibb universiteti ilə üzbəüz.
Əlaqə: dm
📱051 6870635
☎️012 4415169
7/24 saat xidmətinizdəyik
#аптека #здоровье #витамины #врач #минералы

B2 vitamini və ya Riboflavin faydalarıRiboflavin (B2 vitamini)  zülal, yağ və karbohidrat metabolizmasında iştirak edən ...
03/09/2023

B2 vitamini və ya Riboflavin faydaları
Riboflavin (B2 vitamini) zülal, yağ və karbohidrat metabolizmasında iştirak edən suda həll olunan, bioloji cəhətdən aktiv bir maddədir. Orqanizmdə enerjinin əmələgəlməsində mühüm rolu vardır. Şəkər səviyyəsini normallaşdırır, qocalma prosesini yavaşladır, toxuma tənəffüsünə , karbohidratların ATF- ə çevrilməsinə kömək edir. Riboflavin preparatları dəri xəstəlikləri, gec sağalan yaraların, göz xəstəlikləri, şəkərli diabet, anemiya, qaraciyər sirozu və bağırsaq patologiyalarının müalicəsində istifadə olunur.

B2 vitamini çatışmazlığı- ariboflavinoz əlamətləri:

Ağız ətrafında çatlar
Ağızda və dildə yaralar
Quru dəri
Qırmızı dodaqlar
Dəmir defisitli anemiya
Saç rəngində matlıq, dəri qırışları
İştahsızlıq
Göz yorğunluğu,parlaq işığa qarşı həssaslıq,qanlı gözlər, görmə pozğunluğu
Katarakt riski
Psixi depressiya və unutqanlıq
Zülalların, yağların və karbohidratların sorulması pozulur
Həzm sistemi problemləri yarana bilər.
B2 vitamini faydaları

Vitamin B2 əzginlik və yorğunluğu azaltmağa kömək edir, həmçinin enerji istehsalı metabolizmasını dəstəkləyir.Vitamin B2 də və qırmızı qan hüceyrələrinin istehsalında mühüm rol oynayır, bununla dəri, saç və dırnaq kimi toxumaların oksigen təchizatında faydalıdır. Baş ağrısı, ekzema, dermatit, revmatoid artrit və katarakta kimi xəstəliklərin qarşısının alınması üçün lazım olan vitamin növüdür. Həmçinin böyümə və inkişafa kömək edir və xərçəng riskindən qoruyur. Astma və bronxit kimi xəstəliklərin qarşısının alınmasında da mühüm rol oynayır.

B2 vitamini hansı qidalarda var?

B2 vitamini çatışmazlığını düzgün qidalanma ilə aradan qaldırmaq olar. Çünki gündəlik istehlak edilən yaşıl yarpaqlı tərəvəzlər və süd məhsulları tələb olunan B2 vitaminini ilə zəngindir. B2 ilə zəngin olan digərqidalar bunlardır:

Böyrək, qaraciyər və ürək kimi heyvan mənşəli qidalar
Yağlı balıqlar
Davamı komentlərdə

📌 Ünvan: Səməd Vurğun küçəsi 204A , Tibb universiteti ilə üzbəüz.
Əlaqə: dm
📱051 6870635
☎️012 4415169
7/24 saat xidmətinizdəyik
#аптека #здоровье #витамины #врач #минералы

Address

Səməd Vurğun Küçəsi 204A
Bakı
AZ1078

Telephone

+994516870635

Website

Alerts

Be the first to know and let us send you an email when Xəzər Aptek posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xəzər Aptek:

Share