Dr. Aynur Hüseynzadə Ümumi Cərrah

Dr. Aynur Hüseynzadə Ümumi Cərrah Tibb Üzrə Fəlsəfə Doktoru, Ümumi cərrah

Huseynzadə Aynur umumi cerrah, chanag dibinin rekonstruktiv cerrahiyesi, varikoz genishlenmish venalarin lazer usulu ile ablasiyasi, proktologiya, ginekologiya, umumi cerrahiyye

Diafraqmal yırtığın ləğvi. Laparoskopik Nissen fundoplikasiyası. Oper.t.ü.f.d. Aynur Hüseynzadə 📲051-314-24-06
14/07/2025

Diafraqmal yırtığın ləğvi. Laparoskopik Nissen fundoplikasiyası. Oper.t.ü.f.d. Aynur Hüseynzadə 📲051-314-24-06

Dəyərli kolleqalarım, dostlarım, rezidentlərim, pasientlərim, tibb bacılarımız özəl günümdə özümü dəyərli hiss etdirdiyi...
10/07/2025

Dəyərli kolleqalarım, dostlarım, rezidentlərim, pasientlərim, tibb bacılarımız özəl günümdə özümü dəyərli hiss etdirdiyinizə görə hər birinizə təşəkkür edirəm🙏😘

Hər günümüzə şükürlər olsun😊🙏🧿 09.07.2025
09/07/2025

Hər günümüzə şükürlər olsun😊🙏🧿 09.07.2025

HAPPY 10 YEARS MY PRINCESS! 🎉🎉🎉🎉
04/07/2025

HAPPY 10 YEARS MY PRINCESS! 🎉🎉🎉🎉

17 iyun Tibb işçilərinin Peşə bayramı münasibətilə Bakı Sağlamlıq Mərkəzi tərəfindən bizlərə göstərilən diqqətə görə baş...
18/06/2025

17 iyun Tibb işçilərinin Peşə bayramı münasibətilə Bakı Sağlamlıq Mərkəzi tərəfindən bizlərə göstərilən diqqətə görə başda klinikanın rəhbərliyi olmaqla əməyi keçən hər kəsə təşəkkür edirik🙏

Yolun açıq olsun, gözəlim♥️ İnşAllah səni görmək istədiyim zirvələrdə görüm🙏
16/06/2025

Yolun açıq olsun, gözəlim♥️ İnşAllah səni görmək istədiyim zirvələrdə görüm🙏

20/05/2025
Gözəllər gözəli Şuşa. Köklərimin çıxdığı Qarabağın gözəl güşəsi. Nənəm (atamın anası) tanınmış neonatoloq Adilə xanım və...
31/03/2025

Gözəllər gözəli Şuşa. Köklərimin çıxdığı Qarabağın gözəl güşəsi. Nənəm (atamın anası) tanınmış neonatoloq Adilə xanım və anamın babası İsanın doğulduğu yer. Bu gün həm də Azərbaycanlıların Soyqırımı günüdür. Şuşa ilə əlaqəsi olan və soyqırımın qurbanı gözəl insan ulu nənəm Kübra nənə haqqda danışmaq istəyirəm. Kübra nənə Seyid idi. Bunu hamı bilirdi. Çox mülayim xasiyyətli, sakit, mehriban, qayğıkeş və gözəl əl qabiliyyətinə malik idi. 84 yaşınadək yaşadı. Mən də həmişə yanında idim. Son günlərinədək qulluq etdim, yanında oldum. Bir dəfə təsadüfən boynunun arxasında bir çuxur gördüm. Anam sakitcə mənə işarə etdi ki, o barədə soruşma nənədən heçnə. Sonralar isə o çuxurun hardan yarandığını anam mənə danışdı. Nənəm Bakının Bülbülə kəndində anadan olub. 1918-ci ilin hadisələri zamanı nənəmin bütün yaxınlarını ermənilər öldürüb. Nənəm həmin vaxtı bir neçə aylıq körpə olub. Onu isə ermənilər boynundan xəncəl ilə sancıblar və öldürdüklərini düşünüblər. Lakin bizimkilər gəldikdə görüblər ki, cəsədlərin arasında kimsə tərpənir. O isə mənim ermənilərin öldürə bilmədikləri sağ qalan ulu nənəm olmuşdur. Onu sağaldıb Şuşada yaşayan qohumlarının yanına göndərmişlər. O Şuşada böyümüş və ərə getmişdir. Sonra isə ailəlikcə Ağdama köçmüşlər. Uşaq vaxtı Ağdama, ordan da Şuşaya gedərdik. Lap indiki kimi. Şuşanın əzəməti heyran edir. Xankəndindən Şuşaya qalxdıqca sanki göyün yeddinci qatına qalxırdıq. Bir an özümüzü buludlar səviyyəsində gördük. Özümüz özümüzə, gözlərimizə inanmırdıq. O həsrətlə adını çəkdiyimiz İsa bulağını, heyrətamiz Cıdır Düzünü görmək bizə də qismət oldu. Şükür bu günə! Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Allah Prezidentimizi qorusun! Allah qazilərimizə cansağlığı versin! Qarabağ Azərbaycandır! 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿♾️♾️♾️♾️♾️

Əsgəran Qalası. Xankəndi. Qarabağ Universiteti♥️
26/03/2025

Əsgəran Qalası. Xankəndi. Qarabağ Universiteti♥️

Ağdam. Ata-baba Yurdum. Heç vaxt ağlıma gəlməzdi ki, bir gün Ramazan ayında azan vaxtı Ağdamın Cümə məscidini ziyarət et...
25/03/2025

Ağdam. Ata-baba Yurdum. Heç vaxt ağlıma gəlməzdi ki, bir gün Ramazan ayında azan vaxtı Ağdamın Cümə məscidini ziyarət etmək mənə nəsib olar. Getməyi çoxdan arzulayırdım, amma səfərimiz planlı deyildi. Oraları gedib görməyə kiçik bir şansın olmasını biləndə təbii ki, dərhal getmək qərar verdim. İşğaldan azad olunmuş torpaqlara daxil olduqda qarışıq hisslər yaşadım. Sevinc, kədər, qürur, fərəh, xoşbəxtlik, qəm hamısı bir-birinə qarışmışdı. İlk olaraq gedəcəyimiz yer Ata-baba yurdum olan Ağdam şəhəri idi. Yolumuz dağıntılar arasında keçirdi. Bu mənzərəyə ürək ağrısı, göz yaşı olmadan baxmaq olmurdu. Bir yandan xarabalıq, bir yandan şəhərə yeni nəfəs verən ucalan binalar, yeni tikililər. Nəhayət gəldik çatdıq Cümə məscidinə. Məscidə daxil olduq. Hacı Əvəz azan oxuyurdu. Oturduq, dualarımızı etdik, xatirə videosu çəkdik və çıxdıq. Artıq məsciddən çıxırdım. Bu vaxt Hacı Əvəz məscidin qarşısını təmizləyirdi. Birdən başını qaldırdı və mənə tərəf səsləndi: qızım, örtük özünündür yoxsa burdan götürmüşdün?Dedim: özümündür. Dedi: hə, lap yaxşı. Bəzən geyinib elə də gedirlər. Bəlkə də mənimlə danışmasaydı, mən də heçnə soruşmayacaqdım ondan, amma bu qısa dialoqdan sonra ürəkləndim. “ Bu gəbələr(biz tərəfdə xalçaya gəbə deyilir) elə Ağdamın özündən götürülüb yəgin?”deyə soruşdum. Dedi: niyə soruşdunuz? “Mənim atam burda doğulub. Uşaqlıqdan çox görmüşəm bu gəbələrdən. “ Kimlərdənsən? Soruşdu. Dedim: “Ağamirovlardan”. Birdən kişi başın qaldırdı və soruşdu: “ Mir İsmayıl Ağamirova qohumluğun çatır? Dedim “Nəvəsiyəm”. Kişi sevincindən necə qışqırdısa. “Nə danışırsan? Kimin qızısan?” Dedim: Nazimin. Qısa bir sükut yarandı. Artıq ikimiz də kövrəlmişdik. Dedi: sən bilirsən sənin atan necə gözəl insan olub, sən bilirsən ki, Natiq əmin məni 2007- ci ildə Həcc ziyarətinə göndərib? Bilirsən ki, sənin babanın məzarına da mən baxıram. Heyf, atanı çox tez itirdik. Dedim: ümid edirəm ki, ruhu şaddır indi. Özü gəlib görə bilmədi, amma mən gəldim. Davamı kommentdə⤵️

Qürurverici haldır ki, artıq iki ildən çoxdur dəyərli ziyalımız Misir müəllim özünün və yaxınlarının sağlamlığını bizlər...
18/03/2025

Qürurverici haldır ki, artıq iki ildən çoxdur dəyərli ziyalımız Misir müəllim özünün və yaxınlarının sağlamlığını bizlərə etibar edir. Bakı Sağlamlıq Mərkəzi olaraq hər zaman sağlamlığınızın keşiyindəyik!

Dəyərli xanımlar, gözəl xanımlar! Hər zaman sağlam olun, xoşbəxt olun! Sevin və sevilin! Bu dünyanın bütün gözəl nemətlə...
08/03/2025

Dəyərli xanımlar, gözəl xanımlar! Hər zaman sağlam olun, xoşbəxt olun! Sevin və sevilin! Bu dünyanın bütün gözəl nemətləri nəsibiniz olsun! Bayramınız mübarək!🌹💐🌷🌺🪷🪻🌸🌼

Address

Bakı

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994513142406

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Aynur Hüseynzadə Ümumi Cərrah posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category