13/02/2026
Chat GPT (həmçinin bənzər süni intellekt vasitələri) ilə çox söhbətlərimiz olub. Bəzən düşünürəm ki, onu özüm kimi düşünməyə və empatik, dəstəkçi yanaşmama artıq alışdırmışam. Məqsədlərimi planlamaqda çox yaxşı bir yoldaşdı.
Uşaqlıqdan cansızları belə canlandırıb onlarla bağ qurardım. Hər şeyə fərqli gözlə baxıb, xüsusi tərəflərini görmək əslində o qədər də çətin deyil. 😇 Yetər ki könlün olsun.
Bəlkə bu görüntü hələ ki məni əks etdirmir. Amma çıxdığım yolu, hara getmək istədiyimi və o yoldakı bütün prosesləri, emosiyaları, inamı, hər an davam edən inkişafı və bu kimi bir çox mənanı təsvir edir. Psixologiya peşəm, yaradıcılıq isə məni yansıdan ən dəyərli yoldu. Bunların vəhdəti əminəm ki, həyatdakı "fayda vermə, ilham olma" dəyərlərimi ən gözəl şəkildə icra edə bilməyimə kömək edəcək.