Azərbaycan Toksikoloqlar Dərnəyi - Azerbaijan Society of Toxicologists

  • Home
  • Azerbaijan
  • Bakı
  • Azərbaycan Toksikoloqlar Dərnəyi - Azerbaijan Society of Toxicologists

Azərbaycan Toksikoloqlar Dərnəyi - Azerbaijan Society of Toxicologists Azerbaijan Toxicologists Professional Society

Azərbaycan Toksikoloqlar Dərnəyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriy...
03/02/2026

Azərbaycan Toksikoloqlar Dərnəyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda keçirilmiş qurumlararası yüksək səviyyəli dəyirmi masada iştirak etmişdir.
Tədbir aidiyyəti dövlət qurumlarının nümayəndələrini, sahə üzrə ekspertləri və tibb təşkilatlarını bir araya gətirərək, nəzarət olunan maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mövcud çağırışların müzakirəsi və səylərin əlaqələndirilməsi üçün mühüm platforma rolunu oynamışdır.
Dəyirmi masa çərçivəsində Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, İdarə Heyətinin üzvləri İnara Ağabalaeva və t.ü.f.d. Zəhra Vəzirova məruzələr və ekspert şərhləri ilə çıxış edərək, müasir toksikoloji risklər, bu ksenobiotiklərlə bağlı kəskin intoksikasiyaların ölkə üzrə toksiko-epidemioloji profili, yeni sintetik və “dizayner” narkotik maddələrin bu prosesdə rolu, onların qanunsuz dövriyyəsinin aşkarlanmasının tibbi-hüquqi aspektləri, eləcə də ictimai sağlamlığa dəyən zərərin qarşısının alınması və azaldılmasında qurumlararası əməkdaşlığın əhəmiyyətini işıqlandırmışlar.
İctimai birliyin tədbirdə iştirakı peşəkar dialoqun inkişafına, toksikologiya üzrə mütəxəssislərin qurumlararası təşəbbüslərdə fəal iştirakına, eləcə də ictimai təhlükəsizlik və səhiyyə sahəsində mühüm problemlərin həllinə yönəlmiş elmi əsaslı yanaşmaların formalaşmasına töhfə vermişdir.

“Dəm qazı ilə zəhərlənmə: Diaqnostika və müalicə” mövzusunda vebinar həyata keçiriləcək2 fevral 2026-cı il tarixində saa...
29/01/2026

“Dəm qazı ilə zəhərlənmə: Diaqnostika və müalicə” mövzusunda vebinar həyata keçiriləcək

2 fevral 2026-cı il tarixində saat 15:00-da Azərbaycan Toksikoloqlar Dərnəyinin, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə onlayn şəkildə ZOOM platforması üzərindən “Dəm qazı ilə zəhərlənmə: Diaqnostika və müalicə” mövzusunda vebinar həyata keçiriləcək.

Vebinarda Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.

Vebinar bütün ixtisaslı həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.

Vebinarda iştirak ödənişsizdir.

Vebinarda iştirak üçün link:
https://zoom.us/j/96655212238...

Meeting ID: 966 5521 2238
Passcode: 336450

20/11/2025

Diqqətli olun! Dəm qazı ilə zəhərlənmələr mövsümü yaxınlaşır!

07/11/2025
Yay ayları zəhərli ilan sancmalarının artdığı mövsümdür. İntoksikasiyanın gedişi və proqnozu, əsasən, düzgün göstərilmiş...
21/06/2025

Yay ayları zəhərli ilan sancmalarının artdığı mövsümdür. İntoksikasiyanın gedişi və proqnozu, əsasən, düzgün göstərilmiş ilkin tibbi yardım və vaxtında başlanan müalicədən asılıdır. Azərbaycan Toksikoloqlar Dərnəyi və TƏBİB-in birgə hazırladığı ilan sancmalarının diaqnostika və müalicə alqoritmini diqqətinizə təqdim edirik

Общество Токсикологов Азербайджана от всей души поздравляет доктора Ольгу Абдуллаеву со свадьбой её любимой дочери Инары...
26/04/2025

Общество Токсикологов Азербайджана от всей души поздравляет доктора Ольгу Абдуллаеву со свадьбой её любимой дочери Инары и желает молодым долгих и счастливых лет совместной жизни!

🆘❗️ 🇦🇿 Diqqətli olun! 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 18 nəfərin ölməsi faktı ilə bağlı S...
24/02/2025

🆘❗️ 🇦🇿 Diqqətli olun! 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 18 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bildirilib ki, həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95% spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.
🆘❗️ 🇷🇺 Будьте осторожны! B связи с фактами гибели 18 человек 22–23 февраля на территории Сабунчинского района возбуждено уголовное дело по статье 314.3 Уголовного кодекса (халатность, повлекшая смерть двух и более лиц), и ведётся предварительное следствие.
В ходе первичных следственных мероприятий установлено, что причиной смерти указанных лиц стало отравление этиловым (техническим) спиртом, который они употребили.
Сотрудники прокуратуры совместно с судебно-медицинским экспертом и криминалистом осмотрели места происшествий и тела погибших. В качестве вещественных доказательств изъяты предметы, имеющие значение для следствия, в том числе пустые бутылки из-под гигиенического средства с содержанием спирта 75% и 95%, запрещённого к употреблению, а также остатки пищи и другие материалы. Назначены соответствующие экспертизы, проводятся необходимые следственные действия.

Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin II Milli Konqresi çərçivəsində tarixdə ilk dəfə böyük uğurla ...
07/12/2024

Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin II Milli Konqresi çərçivəsində tarixdə ilk dəfə böyük uğurla “Toksikologiya” beynəlxalq panel elmi sessiyası keçirildi

29 noyabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının klinik bazasında r...
29/11/2024

29 noyabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının klinik bazasında rezidentura təhsili alan həkim-rezidentlər üçün “Mürəkkəb zəhərlənmə hallarının diaqnostikası və müalicəsi” mövzusunda seminar keçirilib. Seminar zamanı iştirakçılara konkret kliniki hallara əsaslanaraq mürəkkəb zəhərlənmələrin müxtəlif növlərinin müasir diaqnostika və müalicə üsulları haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb

Address

Bakı

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Toksikoloqlar Dərnəyi - Azerbaijan Society of Toxicologists posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Azərbaycan Toksikoloqlar Dərnəyi - Azerbaijan Society of Toxicologists:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram