25/07/2025
👁️ Göz daxilindəki maye dövranının balansı nəticəsində yaranan təzyiqə göz təzyiqi (intraokulyar təzyiq) deyilir. Bu təzyiq normadan yüksək olduqda qlaukoma kimi tanınan xəstəliyə səbəb ola bilər ki, bu da zamanla görmə sinirlərinə ciddi zərər vurur.
🧿 Göz təzyiqinin əsas əlamətləri nələrdir?
Çox zaman yüksək göz təzyiqi simptomsuz keçsə də, bəzi hallarda aşağıdakı əlamətlər müşahidə edilə bilər:
• Göz içində və ya ətrafında ağırlıq və ya təzyiq hissi • Baş ağrısı, xüsusilə alın nahiyəsində • Gözlərin tez yorulması • Gecələr işıq ətrafında halqa və parıltı görmək • Görmənin zaman-zaman bulanması • Göz qızartısı və narahatlıq hissi
ℹ️ Xüsusilə 40 yaşdan sonra ildə bir dəfə göz təzyiqinizi yoxlatmağı unutmayın.
👨⚕️ Cərrah Oftalmoloq Dr. Rəşadət Qurbanov.
📲 (+99455) 555 39 29 (whatsapp aktivdir)
🌐 www.rashadatdr.com
📍 Ünvan: Nərimanov rayonu, Faiq Yusifov küç. 146A (MetroPark TM yaxınlığında). Lux İnternational Hospital (3-cü mərtəbə).